Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə65/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   100

265 
 
ictimai və dövlət insitutlarına təhdid çağırışları amillərinə 
diqqət yetirilməlidir
 
 
Terrorizmin başqa bir rəmzi aspekti – KİV 
materiallarının təqdim etdikləri zorakılıq aktlarının 
potensial terrorçulara təsiri məsələsidir. Kommunikativ 
diqqət növbəti davranışın katalizatoru rolunu oynayır: 
çoxsaylı qurbanları  təsvir edən kadrlar tamaşaçılara, 
xüsusilə  də  qəddarlığa və cinayətə meylli insanlara 
qıcıqlandırıcı təsir göstərir və onları bir növ bu cür addımlar 
atmağa hazırlayır. Təkəbbürlü hipertrofiya hissinə tutulmuş 
insanın ürəyindən analoji süjetə baxdıqdan sonra bu cür 
jurnal məqaləsinin və ya televiziya reportajının qəhrəmanı 
olmaq hissi keçir. Həqiqətən də, dünyada və ayrı-ayrı 
ölkələrdə olan antiterror təcrübəsi göstərir ki, siyasi 
motivlərə  əsaslanan terror aksiyalarını planlaşdırarkən və 
həyata keçirərkən onu hazırlayan və icra edən  şəxsin 
məqsədlərindən biri də geniş ictimai auditoriyaya 
çıxmaqdır. Belə bir şəraitdə bu cür faktları  işıqlandıran 
jurnalistlər bu hadisələri yalnız təsvir etmir, eyni zamanda 
obyektiv olaraq onun fəal iştiraakçısına çevrilirlər. Bununla 
əlaqədar olaraq, jurnalistlərin öz hərəkətlərini qiymət-
ləndirmələri və  vətəndaşların onlara münasibəti terrorizm 
təzahürlərinin yaranma, inkişaf, lokallaşma və qaşısının 
alınması, nəticələrinin aradan qaldırılması prosesində 
onların rollarının və  fəaliyyət istiqamətlərinin meyarlarını 
özündə əks etdirməlidir. Bundan əlavə, dramatik hadisələrin 
inkişaf xronologiyasını təsvir edən və ya göstərən jurnalist 
bəzən özündən asılı olmayaraq adi informasiya 
mənbəyindən cinayətin iştirakçısına çevrildiyi xətti keçə 
bilir;
 
 
KİV heç bir şəraitdə terrorçuların “kürsü”sünə 
çevrilməməlidir;
 
 
KİV operativ informasiyanın alınmasında 
terrorçuya heç bir kömək etməməlidir. Beynəlxalq təcrübə 
266 
 
göstərir ki, bəzən güc strukturları ilə  KİV nümayəndələri 
arasında qarşılıqlı anlaşmaya və 
hərəkətlərin 
əlaqələndirilməsinə nail olmaq mümkün olmur. Bəzi 
jurnalistlər girovların azad olunmasını birtərəfli işıqlandırır 
və vəziyyətdən konyunktura məqsədi ilə istifadə edirlər;
 
 
beynəlxalq terrorizm probleminin işıqlandırılması 
zamanı hakimiyyətlə  KİV arasında antiterror problemləri 
üzrə bir razılaşma əldə olunmalıdır. Bu cür razılaşma terror 
aktlarının işıqlandırılması sahəsində  mətbuatın öz 
fəaliyyətini həyata keçirməsi üçün müəyyən çərçivənin 
yaradılmasının predmeti ilə bağlı da imzalana bilər 
(redaktorların və jurnalistlərin könüllü surətdə icra 
edəcəklərini öhdələrinə götürdükləri davranış kodeksinə 
bənzər).  
 
Bu kodeksin əsas bəndlərı arasında aşağıdakı 
müddəalar da öz əksini tapmalıdır: 
 
 
girovlara zərər verə biləcək informasiyanın 
məhdudlaşdırılması (onların sayı, milliyyətləri, dini 
əqidələri, tutduğu vəzifə, səhhətinin vəziyyəti, cəmiyyətdə 
mühüm mövqeləri və ya da əhəmiyyətli dərəcədə maliyyə 
imkanları olan qohumları və s. barədə); 
 
antiterror  əməliyyatları  və girovların azad 
olunmaları barədə informasiyaların qısalığı; 
 
terrorçularla aparılmış  və  hələ redaktə edilməmiş 
müsahibələrin canlı efirə verilməməsi barədə razılaşma; 
 
jurnalistlərin terrorçular, onların irəli sürdükləri 
tələblər, antiterror əməliyyatlarının gedişi və  nəticələri 
barədə aldıqları informasiyaların hərtərəfli yoxlanılması; 
 
cəmiyyətdə çaxnaşma yarada biləcək 
informasiyanın verilməsində təmkinlilik; 
 
verbal işarələrə birgə nəzarət; 


267 
 
 
vizual görüntülərə birgə nəzarət (teleekranda ölmüş 
və yaralanmış insanların  şəkillərinin göstəriməməsinə 
uyğun); 
 
hadisələrin interpretasiyasının eyniliyinə birgə 
nəzarət. 
 
Yuxarıda tanış olduğumuz nəzəri və praktik material-
lardan, beynəlxalq təcrübədən belə bir qənaətə gəlmək olur 
ki, terrora qarşı mübarizənin komponentlərindən biri və 
bəlkə  də  ən  əhəmiyyətlisi informasiya əks-təsiridir. 
Zənnimizcə, Azərbaycan kimi torpaqlarının 20 %-i işğal 
olunmuş,  ərazisində qonşu işğalçı Ermənistanın xüsusi 
xidmət orqanları  tərəfindən dəfələrlə terror aktları 
törədilmiş (gələcəkdə  də törədilməyəcəyinə heç kim 
zəmanət verə bilməz) və bu terror aktları  nəticəsində 
yüzlərlə vətəndaşının qanı axıdılmış bir ölkədə terrora qarşı 
informasiya  əks-təsirinin təşkilinə prioritet kimi baxılmalı 
və bu təsiri göstərən xüsusi dövlət orqanı yaradılmalıdır. Bu 
orqan  əlavə olaraq həm də antiterror mübarizəsinə  cəlb 
edilmiş bütün dövlət orqanlarının informasiya fəaliy-
yətlərrinin koodinasiyası kimi strateji tapşırığı yerinə 
yetirməlidir. Azərbaycan dövləti terrorizmin dünya 
miqyasında sürətlə yayılmasını və inkişafını nəzərə almaqla, 
beynəlxalq səviyyədə “informasiya məkanında” terrorla 
mübarizənin gücləndirilməsi üzrə qanunyaradıcı normativ 
bazanın təkmilləşdirilməsi istiqamətində ciddi addımlar 
atmalıdır.  
 
Yoxlama sualları və tapşırıqlar 
 
1.
 
Beynəlxalq terrorizmə münasibətdə ümumi və 
fərqli cəhətləri izah edin. 
2.
 
Beynəlxalq terrorizmin işıqlandırılmasının 
mücərrəd jurnalistika adlandırılmasının motivlərini 
əsaslandırın.  
268 
 
3.
 
Beynəlxalq terrorizmin qarşısının alınması 
yollarının araşdırılmasnda jurnalistikanın iştirakının 
psixoloji və sosioloji aspektlərini izləyin. 
4.
 
Beynəlxalq terrorizm probleminin həlli sahəsində 
KİV-in vəzifələrini sadalayın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə