Işgüzar yazışmaların anlayışı, rolu və əhəmiyyəti



Yüklə 0,51 Mb.
səhifə1/45
tarix25.05.2023
ölçüsü0,51 Mb.
#112822
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   45
İşgüzar yazışmalar imtahan (1)


#1. İşgüzar yazışmaların anlayışı, rolu və əhəmiyyəti.
Müasir mərhələdə dövlətin əsas prioritet istiqamətlərindən biri də işgüzar yazışmaların dövlət əhəmiyyətli məsələlərdən biri kimi həyata keçirilməsidir. Belə ki, dünyada gedən qloballaşma, inteqrasiya və innovasiyalı proseslər işgüzar yazışmaların həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. İstər ölkənin daxili siyasətində və mədəni əlaqələrində istərsədə xarici siyasətdə, mədəniyyətlərarası dialoqlar prosesində İşgüzar yazışmaların rolu və əhəmiyyəti günü gündən artmaqdadır. İşgüzar yazışmalar həm də diplomatik münasibətlərdə önəmli yerlərdən birini tutur. İşgüzar yazışmalar- hər hansı sənədin səlis, aydın, savadlı və məzmunlu tərtib edilməsi üçün istifadə olunan qayda və vasitələrin məcmusudur. Bu qayda və vasitələrin düzgün tətbiqi sənədin praktiki əhəmiyyətini təmin edən mühüm şərtlərdən biri olmaqla, sənədə məna vəməzmun dəqiqliyi verir. İşgüzar yazışmalar zamanı sənəddə ifadə olunan hər bir mülahizə və fikirlər kifayət qədər faktlarla zəngin olmalı və bu faktlarla əsaslandırılmalıdır. Yazışmaların aparılması zamanı sənədlər tərtib olunarkən, konkret faktları, məlumatları diqqətlə seçmək, yoxlamaq, onların dəqiq və etibarlı olmasına xüsusi diqqət yetirmək lazımdır. Əgər sənəddə əks olunan faktlar qeyd etdiyimiz pametrlərə uygun olarsa, onu oxuyan şəxs sənədin məzmununu başa düşməkdə çətinlik çəkməz və bunun üçün əlavə vasitələrə ehtiyac qalmaz.İşgüzar sənədlərin məqsədi müəllifin öz nöqteyinəzərini və mövqeyini yazışmanın ünvanlandığı şəxsə çatdırmaqdan ibarətdir. Savadlı və inandırıcı arqumentlər bu məqsədə nail olunmasında əsas vasitələrdən biri kimi qiymətləndirilir. Bu yazışmalar qramatik, etik və digər qaydalara əməl edilmədən aparıldıqda yaranmış münasibətlər nəinki inkişaf edə, əksinə ilk anındaca korlana bilər və işgüzar əlaqələr pozula bilər. Ona görə də yuxarıda qeyd olunan qaydalara əməl etməklə tərtib olunan işgüzar məktublar onu tərtib edən şəxsin və təmsil etdiyi idarə, müəssisə və təşkilatın barəsində müsbət təəsürat yarada bilər ki, bu da görülən işlərdə uğur qazanmağın vacib şərtlərindən biri kimi qiymətləndirilir.Bunun üçün işgüzar məktubların quruluşuna (struturuna) xüsusi diqqət yetirilməlidir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə