Işgüzar yazışmaların anlayışı, rolu və əhəmiyyəti


#9. İşgüzar yazışma sənədlərinin anlayışı və təsnifatı



Yüklə 0,51 Mb.
səhifə8/45
tarix25.05.2023
ölçüsü0,51 Mb.
#112822
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   45
İşgüzar yazışmalar imtahan (1)

#9. İşgüzar yazışma sənədlərinin anlayışı və təsnifatı
Müasir işgüzar dünyanı böyük informasiya axını olmadan təsəvvür etmək
mümkün deyildir. Bu məlumatların çatdırılması sənədlər üzərində aparılır ki, bu da müxtəlif növlü sənədlərin hazırlanmasına gətirib çıxarır. Sənədlərdən müxtəlif idarəetmə məqsədləri üçün istifadə edilməsinə baxmayaraq bu sözün mənasının əhəmiyyəti daha genişdir, yəni; 1. Sənəd hər hansı faktlann sübutudur. 2. Sənəd tarixi mənbədir. 3. Sənəd idarəetmə qərarlarının qeydi və verilməsidir, bir sözlə desək, informasiya daşıyıcısıdır.Sənəd" sözünün rəsmi anlayışı dövlət standartında və digər normativ hüquqi aktlarda verilmişdir. Bunlar "kargüzarhq və arxiv işi" terminologiyası məsələlərini müəyyən edir. Sənəd insan fikrindən yaranan məlumatlann, hadisələrin, faktlann hər hansı bir xüsusi materiallar üzərində qeyd olunmasına deyiliy Sənəd xüsusi materialda faktlar, hadisələr, obyektiv həqiqət hallan və insanın təfəkkür fəaliyyəti haqqında məlumatı müxtəlif üsullarla möhkəmləndirib, daşıyan vasitədir. ' Sənəd sözü (ərəb sözündən götürülüb) sübut, dəlil deməkdir, başqa sözlə, bir şeyi, faktı təsdiq, bir şeyə olan hüququ sübut edən rəsmi kağızdır. Sənədlərin idarəetmədə bu kimi əhəmiyyəti vardır.
1. Sənədlər dövlət əhəmiyyətlidir, yəni sənədlər ictimai münasibətləri, dövlət quruluşunu, dövlət institutlarının mahiyyətini, qarşılıqlı əlaqəsini möhkəmləndirir və münasibətləri əks etdirir. Dövlət orqanlarının vəzifəli şəxsləri sənədləri öyrənərək ölkənin daxili və xarici siyasətini işləyib hazırlayır və bilavasitə sənədlərlə iş prosesini icra edirlər.
2. Sənəd hüquq əhəmiyyətlidir, yəni sənədlərlə idarələrin, müəssisələrin,
vətəndaşlann hüquqlan rəsmiləşdirilir və nizama salınır. Sənədlərdən istifadə edərkən dövlət müəssisələrinin məmurlan vətəndaşlann konstitusiya ilə təmin olunmuş hüquqlannı müdafiə edirlər.
3. Sənəd iqtisadi əhəmiyyətlidir, yəni sənədlər vasitəsi ilə dövlətin iqtisadi
fəaliyyəti göstərilir. Sənəd təsərrüfat fəaliyyətinin sənədlərlə təşkili rolunu oynayır və bütün müəssisələrin iş proseslərini rəsmiləşdirir.
4. Sənəd tarixi əhəmiyyətlidir, yəni sənədlər vasitəsi ilə tarixi faktlar araşdınlır və tarixi m məlumatlar saxlanılır.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə