Işgüzar yazışmaların anlayışı, rolu və əhəmiyyəti


#10. Sənədin quruluşu və əsas ünsürləri



Yüklə 0,51 Mb.
səhifə9/45
tarix25.05.2023
ölçüsü0,51 Mb.
#112822
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   45
İşgüzar yazışmalar imtahan (1)

#10. Sənədin quruluşu və əsas ünsürləri
Qeyd olunma vasitələrindən asılı olmayaraq bütün sənəd növləri aşağıdakı beş böyük qmpa bölünür;
1. Təşkilati - sərəncamverici sənədlər;
2. Maliyyə - hesabat əməliyyatlan üzrə sənədlər;
3. Kommersiya sənədləri;
4. Kadr sənədləri;
5. Vətəndaşlann ərizə, şikayət və təklifləri üzrə sənədlər.
Təşkilati - sərəncamverici sənədlər xüsusi əhəmiyyətə malikdir. Bunlarda ümumi rəhbərliyə dair məsələlər əks olunur. Bu sənədlər idarə və təşkilatın bütün şöbələri tərəfindən tərtib edilir.Maliyyə - hesabat əməliyyatları üzrə sənədləri əsasən maliyyə və mühasibat işləri ilə məşğul olan işçilər tərtib edir və hazırlayırlar. Kommersiya sənədləri, - kommersiya sahəsində istifadə olunan bütün sənədlərdir ki, onlar sırf kommersiya xarakteri daşıyır. Kadr sənədləri müəssisədə çalışan işçilər üçün hazırlanılan sənədlərdir ki, bunlara şəxsi işə daxil olan sənədlər, şəxsi vərəqələr daxildir. Vətəndaşların ərizə, şikayət və təklifləri üzrə sənədlərə isə vətəndaşlann dövlət orqanlarına, müəssisələrə yazılı formada etdiyi müraciətlər aiddir.
#11. İşgüzar yazışma sənədlərinin rekvizitləri.
Sənədlərin hazırlanmasında və tərtib olunmasında müəyyən tələblər irəli sürülür. Bunlar sənədlərin qanuni formada olmasından irəli gəlir. Sənədlər ayrı-ayrı elementlərdən təşkil olunmuşdur ki', buna sənədin reh’izitləri deyilir. Sənəd xüsusi ünsürlərdən ibarət olaraq rekvizitlərlə (latın sözü olub rehnzitwn - tələb olunan, lazımlı deməkdir) formalaşır. Rekvizitlər sənədin fonnasmı müəyyənləşdirir. Deməli, sənəd elə tərtib olunmalıdır ki, özünün təyinatına cavab versin. Sənədin hüquqi cəhətdən tam və keyfiyyətli hazırlanması konkret fakt və hadisələrin təsdiq olunmasım artırır. Bütün rekvizitlər məcburi və qeyri-məcburi qruplara bölünürlər. Amma elə hallar da ola bilər ki, eyni rekvizit bir sənəddə məcburi olduğu halda, başqa bir sənəddə qeyri- məcburi olsun. Rekvizitlər daimi və dəyişən olurlar. Daimi rekvizitlər elə rekvizitlərdir ki, sənədlər hazırlanarkən onların üzərində vahid formada olur və ya blankda daimi göstərilir. Dəyişən rekvizitlər elə rekvizitlərdir ki, bunlar sənəd tərtib edilərkən onların üzərində yazılır. Sənədlər ağ vərəqdə və ya blanklarda tərtib edilə bilərlər. Blank - fransız sözü olub, ağ deməkdir. Blank - üzərində təşkilatın adı, ünvanı və telefon nömrəsi göstərilmiş, sənədin mətni üçün boş yer qoyulmuş ağ kağız vərəqidir Rekvizitləri tərtib edərkən iki cür blankdan istifadə olunur; 1. 'Ümumi blankdan ( əmrlərin, protokolların, aktların və b.) 2. Məktub üçün blankdan. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarhğm aparılması Qaydasf’mn təsdiq edilməsi haqqında 19 yanvar 2005-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına qədər olan müddət ərzində idarələrdə təşkilatı-sərəncmverici sənədlər tərtib edilərkən 31 rekvizitdən istifadə olunmuşdur. Bu rekvizitlərlə hazırlanmış sənədlər idarələrin quruluş bölmələrində və arxivlərdə gələcəkdə istifadə edilmək üçün saxlanılır. Sənədlərin rekvizitlərinə bunlar daxildir:
1. dövlət gerbi;
2. idarənin, təşkilatın və ya müəssisənin emblemi;
3. mükafatlann təsviri;
4. müəssisənin və təşkilatın kodu;
5. sənəd formalarının kodu;
6. nazirliyin adı;
7. idarə, müəssisə və təşkilatın adı;
8. quruluş bölmələrinin adı;
9. müəssisənin əlaqələr indeksi, poçt və teleqraf ünvanı, faks nömrəsi, telefon nömrəsi, bankda hesabın nömrəsi;
10. sənəd növünün adı;
11. tarix;
12. indeks;
13. daxil olan sənədlərin tarix və indeksinə istinad;



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə