Işgüzar yazışmaların anlayışı, rolu və əhəmiyyəti


#15. Sənədlərin qəbulu və göndərilməsi qaydası



Yüklə 0,51 Mb.
səhifə12/45
tarix25.05.2023
ölçüsü0,51 Mb.
#112822
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   45
İşgüzar yazışmalar imtahan (1)

#15. Sənədlərin qəbulu və göndərilməsi qaydası.
2.1. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərin, dövlət və yerli özünüidarə orqanlarının (bundan sonra - ərizəçi) ərizələri və onlara əlavə edilmiş sənədlər elektron və kağız formalarda ərazi idarələrinin sənədlərin qəbulu və verilməsi şöbələrinin və xidmət bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilir. Xidmət bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilən sənədlər həmin gün ərazi idarələrinə göndərilir.
2.2. Daxil olan ərizələr ərizə jurnalında qeydiyyata alınır. Ərizə kağız formasında ərazi idarəsinə və ya xidmət bölməsinə daxil olduqda, onun üz tərəfinin aşağı sağ küncündə qeyd ştampı vurularaq, üzərində ərizə jurnalında qeydiyyata alındığı nömrə və tarix yazılır. Ərizəçiyə onun soyadını, adını və atasının adını (hüquqi şəxsin adı) ərizənin qeydiyyat nömrəsini, qeydiyyat və son icra tarixlərini, ərizəyə əlavə olunan sənədlərin siyahısını özündə əks etdirən və ərizəni qəbul edən ərazi idarəsinin sənədlərin qəbulu və verilməsi şöbəsinin və ya xidmət bölməsinin məsul şəxsi tərəfindən imzalanan təsdiqetmə bildirişi (1, 5, 7 və 10 nömrəli əlavələr) verilir.
2.3. Müraciət elektron formada daxil olduqda çap edilir və bu Qaydaların 2.2-ci bəndində göstərilən prosedurdan sonra müvafiq elektron təsdiqetmə bildirişi ərizəçiyə elektron formada göndərilir.
2.4. Sənədlər qeydiyyata alındıqdan və üzərinə dövriyyə vərəqi əlavə olunduqdan sonra icra dərkənarının qoyulması üçün sənədlərin qəbulu və verilməsi şöbəsi tərəfindən həmin gün ərazi idarəsinin rəhbərinə təqdim edilir. İcra dərkənarı qoyulduqdan sonra bu Qaydalara uyğun olaraq, sənədlər icra üçün ərazi idarələrinin aidiyyəti şöbələrinə göndərilir.
2.5. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı çıxarış ərazi idarəsinin rəhbəri tərəfindən təsdiq edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır. Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur və ya elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin çıxarışı elektron üsulla əldə etməsi imkanı təmin olunur. Çıxarış kağız formada təqdim olunduğu təqdirdə, ərizəçi “sənədlərin verilməsi jurnalı”nda sənədi aldığını öz imzası ilə təsdiq etməlidir. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı bildiriş ərazi idarəsinin rəhbəri tərəfindən təsdiq edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır və ərizəçi “sənədlərin verilməsi jurnalı”nda bildirişi aldığını öz imzası ilə təsdiq etdikdən sonra ona bilavasitə təqdim olunur.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə