Işgüzar yazışmaların anlayışı, rolu və əhəmiyyəti


#17. İşgüzar yazışmalarda dilin rolu və əhəmiyyəti



Yüklə 0,51 Mb.
səhifə14/45
tarix25.05.2023
ölçüsü0,51 Mb.
#112822
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   45
İşgüzar yazışmalar imtahan (1)

#17. İşgüzar yazışmalarda dilin rolu və əhəmiyyəti.
Kargüzarlıqda işlənən aənədlərin özünə məxsus dili və idarə üslubu olur. Sənədlərin tənzim etdiyi münasibətlərdən və idarəetmə ünsürlərindən asılı olaraq sənədlərin dili bir sıra xüsusiyyətləri ilə seçilir. Lakin, sənədlərin tətbiqi amanı onların dilinin hamı tərəfindən düzgün başa düşülməsi tələb edir ki, terminlərdə ifadə olunan əsas anlayışlar eyni mənanı versin və düzgün işlənsin. İdarəetmənin sənədlərlə təmini zamanı bu çox mühüm əhəmiyyət kəsb edir. Sənədlərdlə ifadə olunan dil əslində ideal hadisələri əks etdirir və real dünyanın ünsürləri sənədlərdə mücərrəd şəkildə əks olunur. Biz sənədlərdəki terminlərdə ifadə olunan “reallıqları” yalnız şüurumuzla dərk etmək yolu ilə başa düşürük. Bunun üçün isə biz dilin ünsiyyət vazifəsi kimi və insanların davranışına təsir etməyə imkan verən praqmatik funksiyasında istifadə edirik. Dil sənədlərdə əks olunacaq informasiya ilə işləməkdə bizə kömək olur. Dilin praqmatik funksiyaı- sənədlərdə əks olunan- təsdiq, təsdiq etməmək, məsləhət, tövsiyə, göstəriş, əmr, sərəncam və s. kimi dil fenomenlərinin köməyi ilə həyata keçirilir. Onların köməyi ilə peşə sahəsində müxtılif davranış növlərinə yol veriilr və ya qadağalar qoyulur.Sənədlərin tərtibi zamanı dilin semantik funksiyasından da ( bu funksiya, gercəkliyi təsvir etməyə, şərh etməyə, bu və ya digər proseslərin inkişafını qabaqcadan deməyə imkan verir) istifadə olunur.Nəticədə bizim fikirləmiz dilin və yazının köməyi ilə sənədlərdə reallığı əks etdirən sosial, siyasi, hüquqi hadisəyə çevrilir. Əslində sənədlərdlə idarəetmənin təmini və idarə münasibətlərinin tənzimi informasiya nöqteyi- nəzərindən informasiyanın hərəkətindən başqa bir şey deyilir. İnformasiya- daşıyası işarə sistemi (dil) olan müəyyən məlumatlar (biliklər), nə isə haqqında xəbərlərdir.Sənədlərdəki informasiya: təsviredici ( deskriptiv) və qayda müəyyənedici (preskriptiv) olur. Birinci informasiya ikinciya xidmək edir. İnformasiyanın generatoru (informasiya yaradan subyetktlər, kargüzarlar, qanunverici orqan, məhkəmə və s. ) və informasiyanın resetoru (onu qəbul edən subyekt) fərqləndirilir. Bəzən bu funsiyalar bir şəxsin simasında üst-üstə düşür (məsələn, məsləhətçilər). Sənədlərlə işləyən şəxs həmişə informasiyanı toplayır, təsbit edir, qoruyub saxxlayır və ya yenidən işləyərək yeni informasiya yaradır. Bütün proses boyu, kargüzar dildən, yazı texnikasından istifadə edir. Buna tam əməl etmək üçün dil normalarını yüksək səviyyədə bilmək və onların tətbiqi üzrə texniki vərdişlərə yiyələnmək lazımdır.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə