Işgüzar yazışmaların anlayışı, rolu və əhəmiyyəti


#20. Rəsmi-işgüzar üslubun anlayışı və xüsusiyytətləri



Yüklə 0,51 Mb.
səhifə17/45
tarix25.05.2023
ölçüsü0,51 Mb.
#112822
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   45
İşgüzar yazışmalar imtahan (1)

#20. Rəsmi-işgüzar üslubun anlayışı və xüsusiyytətləri.
Rəsmi işgüzar üslub leksik, qrammatik, morfoloji, sintaktik xüsusiyyətlərinə görə digər üslublardan fərqlənir.İşgüzar yazışmalarda ən çox istifadə olunan rəsmi işgüzar
üslubun leksik xüsusiyyətləri elmi ədəbiyyatda belə xarakterizə olunur:
1.Rəsmi işgüzar üslubun leksikası ali leksikadır. Bu üslubda dilimizdə işlənən bir sıra ifadə qəlibləri, ştaplaşmış sözlərdən və ifadələrdən istifadə olunur. (məsələn: Bax:A. Hüseynova, T.Əbdülhəsənli.” İşgüzar Azərbaycan dili. Bakı 2009. 34 elan etmək, qərara almaq, sərəncam vermək, təklif vermək, müzakirə etmək və s.). Bu üslub üçün xarakterik cəhətlərdən ən başlıcası sabit söz birləşmələrinə daha çox yer verilməsi və metaforaların, məcazların, epitetlərin, frazaloji birləşmələrin işlənməməsidir.Qeyd etmək lazımdır ki, diplomatik sənədlərin və dövlət qanunvericiliyi sənədlərinin dilində fərqlər olsa da, bütün rəsmi sənədlərin dili vahid rəsmi üslubun daşıyıcısıdır. Bu səbəbdən də rəsmi üslubun özünəməxsus leksikası, standart ifadələri vardır.
2. Rəsmi üslubun leksikasına ümumxalq danışıq dilində, bədii dildə işlənən, lakin rəsmi sənədlərdə rəsmi xarakter daşıyan sözlər və frazeoloji birləşmələr daxildir. Məsələn: “qonaq”, “danışıq”, “görüş”, “elçi”, “söhbət”, “səfər”, “razılıq” və s. Lakin ümumxalq danışıq dilindən və bədii üslubdan fərqli olaraq, bu sözləri rəsmiləşdirmək üçün onların əvvəlinə “rəsmi” sifəti əlavə olunur: “rəsmi görüş”, “rəsmi səfər” və s.
3.Rəsmi üslubun özünəməxsus terminləri vardır: bəyannamə, bəyanat, diplomatik, konsul, müqavilə, nota, ultimatum, fərman, əmr, xasiyyətnamə, etibarnamə, arayış və.s
4. Rəsmi üslub diplomatik sənədlərin, rəsmi sənədlərin gücünü, təsirini artırmağa xidmət edir.


#21. İşgüzar yazışmalarda qrammatik qaydalara əməl olunması.
Nazirliklərin, idarə və müəssisələrin, vəzifə və vəzi- fəli şəxslərin adlarının yazılış qaydaları, fellərin işlənməsi işgüzar üslubun morfoloyi xüsussiyətini özündə əks etdi- rir. Bu üslubda xüsusi isimlərdən fərqli olaraq, sifətlər az işlənir.Saylara gəlincə rəsmi sənədlərdə tarixlər, vaxt
nömrələr dəqiqlik tələb etdiyi üçün onlardan daha çox isti- fadə olunur. Yuxarıda göstərdiyimiz kimi işgüzar üslubda, rəsmi sənədlərin hazırlanmsında fellər də isimlər qədər böyük rol oynayır. Təlimatların, protokollrın, aktların və s. hazırlanmasında fellərdən geniş istifadə olunur. Bu zaman konkret halların, hadisə və prosseslərin vaxtından və za- manından, təzahür formalarından və üsulundan asılı olaraq felin müxtəlif şəkilləri (əmr, vacib, xəbər, lazım, arzu şə- killəri) və zamanları işlənir. Məsələn: “Zərurət yarandıgı hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Təlim keçmək üçün xarici ölkələrin mütəxəssisləri dəvət oluna bilərlər. 2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmə- dov) həmin tədris (məşğələ) planının vaxtında yerlərə çat- dırılmasını, İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavə- lərlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olun- masını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun”.
İşgüzar üslubun qanunvericilik yarımüslubunda konkret isimlərin işlənməsi xüsusi məqsəd güdür.Bununla belə qanunvericilik aktlarının xarakteindən asılı olaraq, cəza, cinayət, icra, şikayət haqqında kodekslərdə “rəhbərlik”, ”plan”, yoxlama”, “qərar”, ”üsul”, “istehsa- lat”, “müvəffəqiyyət” və sair mürəkkəb isimlər işlədilir. Bu qrup isimlərə mətnlərin giriş hissəsində və təsvir mə- qamlarında daha geniş yer verilir.Nəzərə almaq lazımdır ki, dəftərxana sənədlərində, bir sıra müqavilələrdə tək və cəm halda olan konkret isimlərin işlənilməsi vacibdir. Vətəndaşlıq aktlarında, ay- rı-ayrı sahələr üzrə məcəllə və əsasnamələrdə mücərrəd isimlərə tez-tez rast gəlinir. Belə isimlərin bir qrupunu feli isimlər təşkil edir.Onu da qeyd etmək lazımdır ki, işgüzar üslubda - lar, -lər şəkilçisi ümumiləşdirmə məqsədilə və termin ya- radıcılığı məqamlarında işlədilir. Bu ən çox diplomatik sə- nədlərin dilində, müqavilələrdə müşahidə edilir. «Tərəflər ümumi bir rəyə gələ bilmədilər» cümləsində göründüyü kimi, hər hansı iki dövlət və yaxud onların nümayəndəsi nəzərdə tutulur. -lar, -lər şəkilçisi sifət-isim birləşmələrin- də işlənərək söz birləşməsi tərkibində ismin konkretləşmə- sinə xidmət edir: mülki münasibətlər, hüquqi münasibətlər, mülki hüquqlar, mülki işlər, əşyavi dəlillər, prosessual müddətlər və s.İşgüzar üslubun diplomatik yarımüslubunda düzəlt- mə isimlərin və eləcə də eyni sözün təkrarı ilə yaranan mürəkkəb isimlərin işlənilməsinə çox az təsadüf olunur. Elmi tədqiqatların nəticələrinin təhlili göstərir aydın ki, isimlərin işlənilməsində termin-söz birləşmələri, ismi-do- minantlar da işgüzar üslubun səciyyələndirilməsində müəyyən rol oynayır və bunlar yarımüslubların əhatə et- diyi müxtəlif sənədlərin dilinə xasdır.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə