Işgüzar yazışmaların anlayışı, rolu və əhəmiyyəti


#7. İşgüzar yazışmaların normativ hüquqi tənzimi



Yüklə 0,51 Mb.
səhifə6/45
tarix25.05.2023
ölçüsü0,51 Mb.
#112822
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   45
İşgüzar yazışmalar imtahan (1)

#7. İşgüzar yazışmaların normativ hüquqi tənzimi.
Azərbaycan Respublikasında kargüzarlığın təşkili və yazı texnikası milli hüququn əsas mənbələri hesab olunan normativ hüquqi aktlar dedikdə elə aktlar başa düşülməlidir ki, onlar hüquq normalarını bərqərar edir, onları hərəkətə gətirir, ümumi səciyyəli qaydaları dəyişdirir, yaxud ləğv edir. Bu cəhətlərinə görə normativ hüquqi aktlar, hüququn tətbiqi aktlarından və birdəfəlik fəaliyyətə yönələn digər fərdi aktlardan fərqlənirlər.
Normativ hüquqi aktın tərifi “Normativ hüquqi aktlar haqqında” AR-nın konstitusiya qanununun (17 fevral 2011-ci ildə qüvvəyə minən) 1.0.1 maddəsində kimi verilmişdir:
“Normativ hüquqi akt- tənzimlənməsi Azərbaycan Respublikasının ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri- müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd.”
Bu tərifdə normativ hüquqi aktların başlıca əlamətləri, xüsusiyyətləri və hüquqi qüvvəsi öz əksini tapmışdır. Bundan başqa, normativ hüquqi aktları rəsmi sənəd kimi səciyyələndirən ünsürlər də bu tərifdə ifadə edilib.
Normativ hüquqi aktlar öz hüquqi qüvvəsinə, onları yaradan subyektləri səlahiyyətinə və tətbiqi sahəsinə görə bir-birindən fərqlənir. Normativ hüquqi aktların növləri AR Konstitusiyasının 148-ci maddəsinə təsbit edilmişdir:
1) Konstitusiya
2) Referendumda qəbul edilmiş aktlar
3) Qanunlar
4) Fərmanlar
5) AR NK-nin qərarları
6) Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları
Normativ hüquqi aktlar rəsmi üslubun qanunvericilik yarımüslubunda tərtib edilməli, daxilən uzlaşdırılmalı, məntiqi qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır. Bu sənədlərin dilinə xas olan cəhədlər bunlardır: normalar ifadə edilərkən həm həddən artıq ümumləşdirilmiş, həm də həddən artiq təfərrüatlı ifadələrlə, eləcə də təkrarçılığa və normativ göstərişlərin çoxluğuna yol verilməməlidir.
Normativ hüquqi aktın adı (həmçinin, onun struktur elementinin adı) yığcam olmalı, aydın ifadə edilməli və həmin aktın əsas mahittəyini əks etdirməlidir. Normalar yığcam şəkildə, əsasən təsdiq formasında və indiki zamanda ifadə edilməlidir.
Sənədin mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır. Sənədin mətnində əvvəl ümumi, sonra isə daha konkret müddəalar yerləşdirilir.
“Normativ hüquqi aktlar haqqında” AR Qanunun 28-ci maddəsində normativ hüquqi aktların məcburi rekvizitləri aşağıdakı kimi müəyyən edilmişdir:
1) Aktın növü (məsələn, AR Qanunu, AR Prezidentinin Fərmanı, AR NK-nin qərarı və s)
2) Aktın adı (sərlövhəsi)
3) Aktın qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi
4) Aktı imzalamaq səlahiyyəti olan şəxsin adı, soyadı, vəzifəsi və imzası.
Quruluşca normativ hüquqi akt ibarətdir:
1) Preambuladan, 2) bölmədən, 3) fəsildən, 4) maddədən, 5) hissədən, 6) bənddən, 7) yarımbənddən, 8) abzasdan
Bunlar normativ hüquqi aktın quruluş elementləri hesab olunur. Məcəllələrdə və iri həcmli digər normativ hüquqi aktlardan mündəricat verilə bilər.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə