Işgüzar yazışmaların anlayışı, rolu və əhəmiyyəti


#3. İşgüzar yazışmaların tətbiqi sahəsi



Yüklə 0,51 Mb.
səhifə3/45
tarix25.05.2023
ölçüsü0,51 Mb.
#112822
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   45
İşgüzar yazışmalar imtahan (1)

#3. İşgüzar yazışmaların tətbiqi sahəsi.
Rəsmi-işgüzar üslub rəsmi işgüzar sənədlərin dilidir. Üslubda fikir müəyyən qəlibə düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi – işgüzar üslub hamı üçün eynidir, yəni standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi-işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşmışdır.Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi-işgüzar üslubda bir sıra arxaik sözlər və köhnəlmiş sintaktik qəliblər uzun müddət qorunub saxlanılır.Rəsmi-işgüzar üslub 2 yerə ayrılır: a) rəsmi sənədlərin dili, b) işgüzar sənədlərin dili.Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, Prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, Konstitusiya və s.) rəsmi sənədlər sayılır.
Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
- dilin maksimum mükəmməlliyi;
- fikrin tam aydınlığı;
- fikrin (sözlərin) birmənalılığı;
- fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması)
- dil yığcamlığı
Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir.İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur. Ərizə, tərcümeyi-hal, akt, xasiyyətnamə, elan, reklam və s. işgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün eyni olan standart formalarda hazırlanır. Belə sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır.Rəsmi-işgüzar üslubun şifahi forması olmur.
#4. İşgüzar yazışmalarda yazı texnikasının rolu.
Yazı texnikası dedikdə, kargüzarlıqda sənədlərin məzmununun tərtibi zamanı istifadə olunan qaydaların, vasitələrin, üsulların və metodların məcmusu başa düşülür. Yazı texnikası sənədin tərtib olunduğu dövlət dilindən və yazı üslubundan düzgün istifadənin şərtləri və tələbləri ilə məhdudlaşır. Yazı texnikasının obyektini kargüzarlıqda yaradılan sənədlərin mətni təşkil edir. Yazı texnikasının predmetini isə sənədlərin mətninin düzgün tərtibinin öyrənməsi təşkil edir.
Yazı texnikası rəsmi üslubun tətbiqi qaydalarını, prinsip və qanunauyğunluqlarını da öyrənir. Sənədlərin mətninin tərtibi zamanı dilin 2 funksiyasından istifadə olunur: semantik və praqmatik. Əsasən dilin praqmatik funksiyası sənədlərin mətninin tərtibində aparıcı rol oynayır.
Yazı texnikasının tətbiqində bir sıra tələblər və texniki şərtlər rəhbər tutulmalıdır. Tələblər bunlardır: 1) yazının sadə və aydın olması, 2) düzgünlük, 3) dəqiqlik, 4) səmərəlik, 5)qənaətlik, 6) tamlıq və bütövlük, 7) sistemlik, 8) məntiqlik, 9) konkretlik, 10) ciddilik və rəsmilik, 11) normativlik, 12) sabit termin və ifadələrdən istifadə, 13) yığcamlıq və optimal həcm, 14) unifikasiya və yekcinəlik, 15) həqiqilik, 16) ifadənin ardıcıllığı, 17) nəzakətlik və ya yazı etikasına və etiketə əməl olunması, 18) şərhin neytrallığı, 19) inandırıcılıq və s.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə