Mövzu 5 Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat. Təqdimatın (prezentasiyanın) hazırlanma qaydaları



Yüklə 80,71 Kb.
səhifə1/7
tarix28.11.2023
ölçüsü80,71 Kb.
#135241
növüQaydalar
  1   2   3   4   5   6   7
5-ci mövzu


MÖVZU 5


Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat. Təqdimatın (prezentasiyanın) hazırlanma qaydaları

Ədəbiyyat


1. T.Ə.Əbdülhəsənli, T.Ə.Xəlilova, M.B.Əmrahova. “Azərbaycan dili və nitq mədəniyyəti” (interaktiv dərslik). Bakı, 2020.


2. N. Abdullayev. “Nitq mədəniyyətinin əsasları”. Bakı , 2013.
3. T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti” Bakı, 2014.
4. T.Əbdülhəsənli, A.Hüseynova . “İşgüzar yazışmalar” (dərslik). Bakı, 2015.
5. T.Əbdülhəsənli, A.Hüseynova, M.Əmrahova. “İşgüzar yazışmalar” (dərs vəsaiti). Bakı, 2018.

Plan





  1. Tərcümeyi-halın yazılışına verilən tələblər

  2. Xasiyyətnamə və tərtib olunma xüsusiyyətləri

  3. Arayışın məzmun və forması

  4. Təqdimatın xüsusiyyətləri

  5. Təqdimatın (prezentasiyanın) hazırlanma qaydaları



Tərcümeyi-halın yazılışına verilən tələblər. Çox vaxt tərcümeyi-hal və avtobioqrafiya sözləri sinonim kimi işlədilir. Tərcümeyi-hal ərəbcə “tərçi” – geri çevirmə, döndərmə, təkraretmə və “hal” (surət, vəziyyət) sözlərinin birləşməsindən ibarətdir. Avtobioqrafiya isə avto (öz, özü) + bio (həyat) + qrafiya (yazıram) deməkdir. Fikrimizcə avtobioqrafiya sözü tərcümeyi-hal sözünə nisbətən daha uyğundur. Avtobioqrafiya şəxsin öz əli ilə yazdığı tərcümeyi-haldır. Avtobioqrafiya ilə yanaşı bioqrafiya sözü də işlədilir ki, bu da kiminsə tərcümeyi-halının başqası tərəfindən yazılmış formasıdır. Avtobioqrafiya isə müəllifin öz həyatını özünün təsvir etməsidir. Avtobioqrafiya – həm ədəbi janr, həm də rəsmi sənədə aid edilir. Memuar ədəbiyyatı əslində avtobioqrafik xarakterdə olur. Adətən, böyük sərkərdələr yazıçılar avtobioqrafiyalarda tarixi hadisələri bədii fikirlərin içərisində verir.
Tərcümeyi-hal ictimai həyatın müxtəlif sahələrində istifadə edilən əməli yazı növüdür. O müxtəlif mənalarda – orta və ali ixtisas məktəblərinə qəbul olunarkən, işə qəbul olunarkən, hər hansı ictimai, siyasi təşkilata üzv olarkən, rəhbər vəzifəyə irəli çəkilərkən, mükafata təqdim olunarkən şəxsin özü haqqında ətraflı məlumat verilməsi məqsədilə yazılır.
Tərcümeyi- hal sadə (yığcam) və mürəkkəb olur. Sadə (yığcam) tərcümeyi- hal adətən ibtidai siniflərdə yazılır. Bu zaman şagird yalnız özü haqqında bildiklərini yazır. Mürəkkəb tərcümeyi-hal yazılarkən həm özünün, həm də valideynlərinin həyatı məşğuliyyəti haqqında məlumatlar verilir. Təqdim olunan təşkilatın (polis, hərbi və s.) tələbi ilə daha da geniş yazılan tərcümeyi-hal formaları da vardır.
Tələbələrin təqdim edəcəyi tərcümeyi-hala verilən tələblər aşağıdakılardır:

  1. Başlıq: Tərcümeyi-hal

  2. Adı, soyadı və atasının adı

  3. Doğulduğu il, ay, gün, yer

  4. Məktəbəqədər olan təhsil

  5. Məktəb dövrü

  6. Tələbəlik dövrü

  7. Universitetdə apardığı ictimai vəzifə

  8. Nailiyyətləri (mükafatları, təltifləri)

  9. Ailə üzvləri haqqında qısa məlumat

  10. Tərcümeyi-halın yazılma tarixi

  11. Tərcümeyi-halı yazanın şəxsi imzası.



Nümunələr



Yüklə 80,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə