Mövzu 5 Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat. Təqdimatın (prezentasiyanın) hazırlanma qaydaları



Yüklə 80,71 Kb.
səhifə6/7
tarix28.11.2023
ölçüsü80,71 Kb.
#135241
növüQaydalar
1   2   3   4   5   6   7
5-ci mövzu

2. Təqdimatın məzmunu
2.1. Təqdimatın daha maraqlı olması üçün dinləyiciləri ilk növbədə çıxışın məzmunu ilə taniş etmək, qısa xülasə vermək və sonda qeyd edilənləri yekunlaşdırmaq lazımdır. Başqa sözlə, mövzunun məzmunu üç hissədən ibarət olmaqla təqdim edilməlidir: Giriş; Əsas hissə (adətən bir-neçə hissədən ibarət olur); Nəticə.
2.2. Mövzunun məzmunu məruzəçinin dinləyicilərə ötürəcəyi informasiyadan ibarətdir. Mövzunun məzmununun ardıcıl olaraq təqdim edilməsi dinləyicilər tərəfindən diqqətlə və maraqla qarşılanır.
2.3. Səmərəli təqdimat mövzuya girişdən başlanır. Mətuzəçi mövzunu təqdim edən zaman özünü, iş yerini və vəzifəsini təqdim etməlidir.
2.4. Təqdimat zamanı məruzəçi məqsədə nail olmaq üçün əsasən üç məsələyə diqqət ayırmalıdır: auditoriyanı cəlb etmək, təqdim edəcəyi mövzunun predmeti və məqsədini açıqlamaq; mövzunun strukturunun qısa məzmununu diqqətə çatdırmaq.
3. Təqdimatın tərtibatı
3.1. Titul səhifəsinin (birinci slaydın) tərtibatında hansı mövzu təqdim edildiyi, onun hansı dinləyiciyə aid edildiyi, müəllifinin kim olduğu aydın əks olunmalıdır. Titul səhifəsində aşağıdakı məlumatlar göstərilir:
3.1.1. Mövzunun yerinə yetirildiyi yerin yuxarı təşkilatının adı;
3.1.2. Təqdim edilən mövzunun yerinə yetirildiyi yerin adı;
3.1.3. Mövzunun adı;
3.1.4. Mövzunu təqdim edən şəxsin adı, soyadı, iş yeri və vəzifəsi;
3.1.5. Əlaqə məlumatları (e-mail və s.);
3.1.6. Təqdim edildiyi il.
3.2. Təqdimatın giriş hissəsində təqdim edilən mövzunun aktuallığı, məqsədi və araşdırma istiqaməti göstərilir. Bu hissədə aşağıdakı suallara cavab verilməlidir:
3.2.1. Təqdimat nə barədədir?
3.2.2. Hansı məsələlər müzakirə ediləcək?
3.2.3. Təqdimatda hansı suala cavab axtarırsınız?
3.3. Təqdimatın əsas hissəsi adətən bir-neçə başlıqdan ibarət ola və ya hissələrə bölünə bilər. Bu hissələrdə təqdimatın əsas məqamları barədə məlumat verilir.
3.4. Nəticə hissəsində aparılmış araşdırmalar zamanı əldə edilən nəticələr və təkliflər göstərilməli, bunlar mümkün qədər qısa, konkret və aydın formada ifadə olunmalıdır.
3.5. Mətnin və slaydların başlıqlarının eyni qaydada tərtib edilməsi tövsiyə olunur. Əgər slaydın fonu yaşıl rəngdə seçilibsə, bütün slaydlar yaşıl rəngdə (adətən açıq rənglər tövsiyə olunur) olmalıdır.
3.6. Təqdim edilən müddəalar heç bir halda mətnin tam məzmununu əks etdirməməlidir. Bunun üçün slaydın mətninin maksimum 3-4 sözdən ibarət olan qısa tezislər şəklində tərtib olunması tövsiyə olunur. Təqdim edilən mətnin məzmunu dinləyicinin təlimçiyə ehtiyacını yaratmalıdır.
3.7. Slaydlar asanlıqla oxunmalı və müəyyən struktura malik olmalıdır.
3.8. Digər şriftlərdən və rənglərdən istinadlar və qeydlər zamanı istifadə etmək olar (belə hallar çox olmamalıdır).Tünd şriftlərdən, kursivlərdən və rəngli mətnlərdən çox istifadə edilməsi məqsədəuyğun hesab edilmir.
3.9. Yazıların Calibri, Tahoma, Arial və s. şriftləri ilə yazılması məqsədəuyğundur.

Yüklə 80,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə