Işgüzar yazışmaların anlayışı, rolu və əhəmiyyəti


#5. Yazı texnikasının başlıca səbəbləri



Yüklə 0,51 Mb.
səhifə4/45
tarix25.05.2023
ölçüsü0,51 Mb.
#112822
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   45
İşgüzar yazışmalar imtahan (1)

#5. Yazı texnikasının başlıca səbəbləri
Yazı texnikası dedikdə, kargüzarlıqda sənədlərin məzmununun tərtibi zamanı istifadə olunan qaydaların, vasitələrin, üsulların və metodların məcmusu başa düşülür. Yazı texnikası sənədin tərtib olunduğu dövlət dilindən və yazı üslubundan düzgün istifadənin şərtləri və tələbləri ilə məhdudlaşır. Yazı texnikasının obyektini kargüzarlıqda yaradılan sənədlərin mətni təşkil edir. Yazı texnikasının predmetini isə sənədlərin mətninin düzgün tərtibinin öyrənməsi təşkil edir.
Yazı texnikası rəsmi üslubun tətbiqi qaydalarını, prinsip və qanunauyğunluqlarını da öyrənir. Sənədlərin mətninin tərtibi zamanı dilin 2 funksiyasından istifadə olunur: semantik və praqmatik. Əsasən dilin praqmatik funksiyası sənədlərin mətninin tərtibində aparıcı rol oynayır.
Yazı texnikasının tətbiqində bir sıra tələblər və texniki şərtlər rəhbər tutulmalıdır. Tələblər bunlardır: 1) yazının sadə və aydın olması, 2) düzgünlük, 3) dəqiqlik, 4) səmərəlik, 5)qənaətlik, 6) tamlıq və bütövlük, 7) sistemlik, 8) məntiqlik, 9) konkretlik, 10) ciddilik və rəsmilik, 11) normativlik, 12) sabit termin və ifadələrdən istifadə, 13) yığcamlıq və optimal həcm, 14) unifikasiya və yekcinəlik, 15) həqiqilik, 16) ifadənin ardıcıllığı, 17) nəzakətlik və ya yazı etikasına və etiketə əməl olunması, 18) şərhin neytrallığı, 19) inandırıcılıq və s.
Yazı texnikasında sənədlərin mətninin tərtibi ilə bağlı qədim və müasir təcrübə formalaşmışdır. Ən qədim təcrübə Roma hüquqşünasları tərəfindən yaradılmış və orta əsrlərin qlossatırları (filoloqlar) bu təcrübəni Avropada yaymışlar. Bu təcrübəyə görə sənədlərin mətni formal – məntiqi baxımdan 3 hissədən ibarət ibarət olur: tezis (sübut olunanın yazıldığı və ya məqsəd hissəsi), arqumentasiya (təsviri və əsaslandırıcı hissə), demonstrasiya (nəticə hissəsi). Sənədin məzmunu bu üç hissədə formalaşdırılmalıdır.
Müasir dövrdə sənədlərin mətni yazılarkən 3 və ya 4 hissədən ibarət quruluşda tərtib olunur, giriş, təsviri, əsaslandırıcı və nəticə hissələri. Bəzi hallarda təsviri- əsaslandırıcı hissə birləşdirilir.
Bir sıra sənədlərin qurluş və formasına qoyulan tələblər normativ şəkildə qanunvericilikdə və digər normativ aktlarda təsbit olunub. Məsələn, doğum şəhadətnaməsi, nikah şəhadətnaməsi, attestat, şəxsiyyət vəsiqəsi, diplom və s.
Yazı texnikasının tarixində ingilis yazıçısı Luis Kerollun məktubların yazılması qaydaları mühüm yer tutur. Bu qaydaları yazı tələbləri və yazı etiketi qaydaları da adlandırırlar. Digər bir ingilis yazıçı və publisisti Corc Orull 1946-ci ildə “Siyasət və ingilis dili” oçerkində sadə və aydın yazının altı qaydasını ifadə etmişdir. Bu qaydalar bu gün də sənədlərin mətninin tərtibi üçün aktualdır.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə