Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə62/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   100

253 
 
böhranlar, ekoloji balansın saxlanılması, gerçəkləşdirilməsi 
mümkün ola bilən terror aktları, və s. məsələlərlə əlaqədar 
fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün ideya 
və tövsiyələr işləyib hazırlamaq nöqteyi-nəzərindən 
faydalıdır.
113
  
Əlbəttə, ekstremal vəziyyətlərdə  KİV-in emosiyalara 
qapılaraq zorakılığa zorakılıqla cavab vermək, intiqam 
almaq çağırışları ilə çıxışlar etməsi olduqca təhlükəlidir. Bu 
cür çağırışlar cəmiyyətdəki gərginliyi daha da artırır, ayrı-
ayrı qrupları qarşı-qarşıya qoyur. Kütləvi informasiya 
vasitələri isə  cəmiyyətdə stabillik yaradan bir faktor rolu 
oynamaq missiyasından uzaqlaşaraq qeyri-stabillik yaradan 
amilə çevrilir.  
Beləliklə, yuxarıdakılardan belə nəticəyə gəlmək olur 
ki, a) “beynəlxalq terrorizm” dünyaın müasir inkişafının 
qloballaşmasının məhsuludur; b) öz spesifik 
yönümlülüyünü və çalarını qlobal oliqarxiyanın 
“fövqəlmilli” siyasi, iqtisadi, sosial və informasiya 
strategiyasından götürür; c) getdikcə beynəlxalq 
münasibətlərlə bağlı  kəskin qlobal problemə çevrilir. 
Kütləvi informasiya vasitələri bu transformasiyanı aşağıdakı 
səbəblərlə izah edir:  
Birinci, beynəlxalq terrorizm planetar miqyasda 
yayılır. O, həm ənənəvi beynəlxalq münaqişə regionlarında 
(Yaxın  Şərq, Cənubi Asiya və s.), həmçinin dünyanın 
inkişaf etmiş  və  əmin-amanlıq olan ölkələrində (ABŞ, 
Avropa dsvlətləri) baş verir.  
                     
72
 
Итоги опроса, проведенного среди азербайджанских экспертов, 
о  перспективах  отношений  между  США  и  Ираном
. “
Mediaforum”, 
19 мая 2008 
 
254 
 
İkinci, 
beynəlxalq terrorizm həm ayrı-ayrı 
dövlətlərin, həm də bütövlükdə  bəşəriyyətin təhlükəsizliyi 
üçün ciddi problemlər yaradır. Hər il dünyada yüzlərlə 
terror aktı baş verir, yüzlərlə insan həlak olur, minlərlə 
insan isə şikəst olur. 
Üçüncü,  beynəlxalq terrorizmə qarşı mübarizə 
aparmaq üçün təkbaşına hansısa hegemon dövlətin və ya 
hətta inkişaf etmiş dövlətlərdən ibarət qrupun cəhdləri 
kifayət etmir. Kəskin qlobal problem xarakteri almış 
beynəlxalq terrorizmin qarşısının alınması əksər dövlətlərin, 
xalqların və dünya ictimaiyyətinin səylərinin 
birləşdirilməsini tələb edir.  
Dördüncü, müasir beynəlxalq terrorizm fenomeni ilə 
digər müasir qlobal problemlər arasındakı əlaqələr getdikcə 
özünü daha aşkar və  əyani  şəkildə göstərməyə başlayır. 
Kütləvi informasiya vasitələri beynəlxalq terrorizm 
problemini ümumbəşəri qlobal problemlərin mühüm 
elementi kimi nəzərdən keçirir.  
Digər ümumbəşəri qlobal problemlərə xas olan xarak-
terik cizgilər - təzahürün planetar miqyasda və  kəskin 
şəkildə baş verməsi; neqativ dinanizm, bəşəriyyətin həyati 
əhəmiyyətli fəaliyyətinə onun mənfi təsirinin getdikcə 
artması, problemin həlli üçün təxirəsalınmaz tədbirlərin 
gsrülməsi və s. beynəlxalq terrorizm probleminə  də aid 
edilir. 
Eyni zamanda, beynəlxalq terrorizm problemi yalnız 
onun szünə xas olan spesifik cizgilərə malikdir. KİV 
onlardan aşağıdakıları daha ətraflı nəzərdən keçirir: 
 
 
Beynəlxalq terrorizm problemi dünya 
ictimaiyyətinin və eləcə də ayrı-ayrı ölkələrin sosiumlarının 
həyati  əhəmiyyətli fəaliyyətinin  əsas sahələri ilə : siyasət, 
milli münasibətlər, din, ekologiya, cinayətkar qruplar və s. 
ilə bağlıdır. Bu əlaqə terrorizmin müxtəlif növlərinin 


255 
 
mövcud olmasında öz əksini tapmışdır: siyasi, millətçi, dini, 
cinayətkar və ekoloji terrorizm;  
 
Siyasi terroru həyata keçirən qrupun üzvləri qarşı-
larında bu və ya digər dövlətin daxilində siyasi, sosial və 
iqtisadi dəyişikliklərə, həmçinin millətlərarası 
münasibətlərin və beynəlxalq dünya nizamının dağılmasına 
nail olmağı qarşılarına məqsəd qoyurlar. Millətçi (bunu 
milli, etnik və ya separatist terrorizm də adlandırırlar) 
terrorizm milli məsələləri terror yolu ilə həll etməyə çalışır. 
Son vaxtlar müxtəlif polietnik dövlətlərdə bu cür separatist 
cəhdlər geniş xarakter alır; 
 
Dini terrorizm növü bu və ya digər dinə sitayiş 
edən silahlı qruplaşmaların başqa dinin və ya dini 
təriqətlərin hegemon olduğu dövlətlərə qarşı apardığı terror 
aktları ilə izah olunur; 
 
Kriminal terrorizm hər hansı cinayətkar biznes, 
məsələn narkobiznes, qanunsuz silah dsvriyyəsi, 
qaşaqmalşılıq, insan alveri və s. əsasında daha şox gəlir əldə 
edilməsi üşün münbit şərait yaratmaq məqsədi ilə xaos və 
qarışıqlıq salmiaqdan strü formalaşdırılır;  
 
Ekoloji terrorizm zorakılıq tətbiq edilməsi yolu ilə 
elmi-texniki tərəqqiyə, ətraf mühitin şirklənməsinə, heyvan-
ların öldürülməsinə, nüvə obyektlərinin tikilməsinə  və s. 
qarşı çıxış edən qruplaşmalar tərəfindən həyata keçirilir. 
 
KİV qlobal terrorizm probleminin daha bir 
fərqləndirici cəhəti kimi beynəlxalq kriminal 
cəmiyyətlərin, müəyyən siyasi qüvvələrin və ayrı-ayrı 
dövlətlərin bu problemə ciddi təsir etdiyini göstərir. Bu təsir 
beynəlxalq terrorizm problemini daha da kəskinləşdirir. 
Müasir dünyada dövlət terrorizminin təzahürü də 
mövcuddur və bu terror növü xarici dövlətlərin başçılarının 
və digər siyasi xadimlərinin aradan götürülməsi, 
hökumətlərin devrilməsi, xarici dövlətlərin  əhalisi arasında 
təşviş yaradılması cəhdləri və s. ilə bağlıdır.  
256 
 
KİV materiallarını izləyərək həmçinin belə 
nəticəyə  gəlmək olur ki, beynəlxalq terrorizm 
transnasional cinayətkar təşkilatların yayılması prossesinin 
ayrılmaz tərkib hmssəsidir və bu təşkilatlar korrupsiyaya 
qurşanmış dövlət məmurları  və siyyasətşilər tərəfindən 
müdafiə olunurlar. Beynəlxalq təşkilatların da neqativ 
formaları,  əmələn terrorist və kriminal təşkilatlar 
msvcuddur. Son illərdə narkoticarətlə bağlı olaraq 
transnasional cinyətkar təşkilatlar xeyli inkişaf etmişdir və 
onların illik dövriyyəsi 300 mlrd. ABŞ $-dan artıqdır. Bu 
problemin həlli dünyadakı bütün ölkələrin dövlətlərinin, o 
cümlədən, KİV-in əsas vəzifələrindən birinə çevrilmişdir. 
Qlobal beynəlxalq terrorizm probleminin əsas 
cəhətlərindən biri də onun həmçinin KİV tərəfinədən çətin 
proqnozlaşdırılmasıdır. Çox hallarda terrorizmin subyekti 
psixi cəhətdən sağlam olmayan adamlar və ambisiyalı 
siyasətçilər olurlar. Terrorizmə  əksər hallarda bünya 
miqyasında və beynəlxalq münasibətlərdə  həlli çətin olan 
məqsədlərə digər metodlarla çatmaq vasitəsi kimi baxılır. 
Bütövlükdə, KİV belə bir qənaətə gəlir ki, beynəlxalq 
terrorizm problemi bəşəriyyət üçün planetar miqyaslı real 
təhlükədir. Bu problem öz spesifik xüsusiyyətlərinə malik 
olsa da, müasir qlobal beynəlxalq münasibətlərlə sıx şəkildə 
bağlıdır. 
KİV-in materiallarına görə, müasir şəraitdə 
beynəlxalq terrorizm problemi müstəqil fenomen kimi 
baxıla bilməz. O, fundamental müharibə və sülh məsələləri 
ilə bağlı olan ümumi qlobal hərbi-siyasi problemin tərkib 
hissəsinə çevrilməyə başlamışdır və  bəşəriyyətin gələcək 
mövcudluğu bu problemin həllindən şox asılıdır. 
Terorror aktları öz miqyasına və dünya siyasətinin 
gələcək inkişafına təsirinə görə bəşəriyyət tarixində görün-
məmiş bir təzahürə çevrilmişdir və buna görə də bu bəlanın 
qarşısının alınması üçün beynəlxalq antiterror koalisiyası 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə