253
böhranlar, ekoloji balansın saxlanılması, gerçəkləşdirilməsi
mümkün ola bilən terror aktları, və s.
məsələlərlə əlaqədar
fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün ideya
və tövsiyələr işləyib hazırlamaq nöqteyi-nəzərindən
faydalıdır.
113
Əlbəttə, ekstremal vəziyyətlərdə KİV-in emosiyalara
qapılaraq zorakılığa zorakılıqla cavab vermək, intiqam
almaq çağırışları ilə çıxışlar etməsi olduqca təhlükəlidir. Bu
cür çağırışlar cəmiyyətdəki gərginliyi daha da artırır, ayrı-
ayrı qrupları qarşı-qarşıya qoyur. Kütləvi informasiya
vasitələri isə cəmiyyətdə stabillik yaradan bir faktor rolu
oynamaq missiyasından uzaqlaşaraq qeyri-stabillik yaradan
amilə çevrilir.
Beləliklə, yuxarıdakılardan
belə nəticəyə gəlmək olur
ki, a) “beynəlxalq terrorizm” dünyaın müasir inkişafının
qloballaşmasının məhsuludur; b) öz spesifik
yönümlülüyünü və çalarını qlobal oliqarxiyanın
“fövqəlmilli” siyasi, iqtisadi, sosial və informasiya
strategiyasından götürür; c) getdikcə beynəlxalq
münasibətlərlə bağlı kəskin qlobal problemə çevrilir.
Kütləvi informasiya vasitələri bu transformasiyanı aşağıdakı
səbəblərlə izah edir:
Birinci, beynəlxalq terrorizm planetar miqyasda
yayılır. O, həm ənənəvi beynəlxalq münaqişə regionlarında
(Yaxın Şərq, Cənubi Asiya və s.), həmçinin dünyanın
inkişaf etmiş və əmin-amanlıq olan ölkələrində (ABŞ,
Avropa dsvlətləri) baş verir.
72
Итоги опроса, проведенного среди азербайджанских экспертов,
о перспективах отношений между США и Ираном
. “
Mediaforum”,
19 мая 2008
254
İkinci,
beynəlxalq terrorizm həm ayrı-ayrı
dövlətlərin, həm də bütövlükdə bəşəriyyətin təhlükəsizliyi
üçün ciddi problemlər yaradır. Hər il dünyada yüzlərlə
terror aktı baş verir,
yüzlərlə insan həlak olur, minlərlə
insan isə şikəst olur.
Üçüncü, beynəlxalq terrorizmə qarşı mübarizə
aparmaq üçün təkbaşına hansısa hegemon dövlətin və ya
hətta inkişaf etmiş dövlətlərdən ibarət qrupun cəhdləri
kifayət etmir. Kəskin qlobal problem xarakteri almış
beynəlxalq terrorizmin qarşısının alınması əksər dövlətlərin,
xalqların və dünya ictimaiyyətinin səylərinin
birləşdirilməsini tələb edir.
Dördüncü, müasir beynəlxalq terrorizm fenomeni ilə
digər müasir qlobal problemlər arasındakı əlaqələr getdikcə
özünü daha aşkar və əyani şəkildə göstərməyə başlayır.
Kütləvi informasiya vasitələri beynəlxalq terrorizm
problemini ümumbəşəri qlobal problemlərin mühüm
elementi kimi nəzərdən keçirir.
Digər ümumbəşəri qlobal
problemlərə xas olan xarak-
terik cizgilər - təzahürün planetar miqyasda və kəskin
şəkildə baş verməsi; neqativ dinanizm, bəşəriyyətin həyati
əhəmiyyətli fəaliyyətinə onun mənfi təsirinin getdikcə
artması, problemin həlli üçün təxirəsalınmaz tədbirlərin
gsrülməsi və s. beynəlxalq terrorizm probleminə də aid
edilir.
Eyni zamanda, beynəlxalq terrorizm problemi yalnız
onun szünə xas olan spesifik cizgilərə malikdir. KİV
onlardan aşağıdakıları daha ətraflı nəzərdən keçirir:
Beynəlxalq terrorizm problemi dünya
ictimaiyyətinin və eləcə də ayrı-ayrı ölkələrin sosiumlarının
həyati əhəmiyyətli fəaliyyətinin əsas sahələri ilə : siyasət,
milli münasibətlər, din,
ekologiya, cinayətkar qruplar və s.
ilə bağlıdır. Bu əlaqə terrorizmin müxtəlif növlərinin
255
mövcud olmasında öz əksini tapmışdır: siyasi, millətçi, dini,
cinayətkar və ekoloji terrorizm;
Siyasi terroru həyata keçirən qrupun üzvləri qarşı-
larında bu və ya digər dövlətin daxilində siyasi, sosial və
iqtisadi dəyişikliklərə, həmçinin millətlərarası
münasibətlərin və beynəlxalq dünya nizamının dağılmasına
nail olmağı qarşılarına məqsəd qoyurlar. Millətçi (bunu
milli, etnik və ya separatist terrorizm də adlandırırlar)
terrorizm milli məsələləri terror yolu ilə həll etməyə çalışır.
Son vaxtlar müxtəlif polietnik dövlətlərdə bu cür separatist
cəhdlər geniş xarakter alır;
Dini terrorizm növü bu və ya digər dinə sitayiş
edən silahlı qruplaşmaların
başqa dinin və ya dini
təriqətlərin hegemon olduğu dövlətlərə qarşı apardığı terror
aktları ilə izah olunur;
Kriminal terrorizm hər hansı cinayətkar biznes,
məsələn narkobiznes, qanunsuz silah dsvriyyəsi,
qaşaqmalşılıq, insan alveri və s. əsasında daha şox gəlir əldə
edilməsi üşün münbit şərait yaratmaq məqsədi ilə xaos və
qarışıqlıq salmiaqdan strü formalaşdırılır;
Ekoloji terrorizm zorakılıq tətbiq edilməsi yolu ilə
elmi-texniki tərəqqiyə, ətraf mühitin şirklənməsinə, heyvan-
ların öldürülməsinə, nüvə obyektlərinin tikilməsinə və s.
qarşı çıxış edən qruplaşmalar tərəfindən həyata keçirilir.
KİV qlobal terrorizm probleminin daha bir
fərqləndirici cəhəti kimi beynəlxalq kriminal
cəmiyyətlərin, müəyyən siyasi qüvvələrin və ayrı-ayrı
dövlətlərin bu problemə ciddi təsir etdiyini göstərir. Bu təsir
beynəlxalq terrorizm problemini daha da kəskinləşdirir.
Müasir dünyada dövlət terrorizminin təzahürü də
mövcuddur və bu terror növü xarici dövlətlərin başçılarının
və digər siyasi xadimlərinin aradan götürülməsi,
hökumətlərin devrilməsi, xarici dövlətlərin əhalisi arasında
təşviş yaradılması cəhdləri və s. ilə bağlıdır.
256
KİV materiallarını izləyərək həmçinin belə
nəticəyə gəlmək olur ki, beynəlxalq terrorizm
transnasional cinayətkar təşkilatların yayılması prossesinin
ayrılmaz tərkib hmssəsidir və bu təşkilatlar korrupsiyaya
qurşanmış dövlət məmurları və siyyasətşilər
tərəfindən
müdafiə olunurlar. Beynəlxalq təşkilatların da neqativ
formaları, əmələn terrorist və kriminal təşkilatlar
msvcuddur. Son illərdə narkoticarətlə bağlı olaraq
transnasional cinyətkar təşkilatlar xeyli inkişaf etmişdir və
onların illik dövriyyəsi 300 mlrd. ABŞ $-dan artıqdır. Bu
problemin həlli dünyadakı bütün ölkələrin dövlətlərinin, o
cümlədən, KİV-in əsas vəzifələrindən birinə çevrilmişdir.
Qlobal beynəlxalq terrorizm probleminin əsas
cəhətlərindən biri də onun həmçinin
KİV tərəfinədən çətin
proqnozlaşdırılmasıdır. Çox hallarda terrorizmin subyekti
psixi cəhətdən sağlam olmayan adamlar və ambisiyalı
siyasətçilər olurlar. Terrorizmə əksər hallarda bünya
miqyasında və beynəlxalq münasibətlərdə həlli
çətin olan
məqsədlərə digər metodlarla çatmaq vasitəsi kimi baxılır.
Bütövlükdə, KİV belə bir qənaətə gəlir ki, beynəlxalq
terrorizm problemi bəşəriyyət üçün planetar miqyaslı real
təhlükədir. Bu problem öz spesifik xüsusiyyətlərinə malik
olsa da, müasir qlobal beynəlxalq münasibətlərlə sıx şəkildə
bağlıdır.
KİV-in materiallarına görə, müasir şəraitdə
beynəlxalq terrorizm problemi müstəqil fenomen kimi
baxıla bilməz. O, fundamental müharibə və sülh məsələləri
ilə bağlı olan ümumi qlobal hərbi-siyasi problemin tərkib
hissəsinə çevrilməyə başlamışdır və bəşəriyyətin gələcək
mövcudluğu bu problemin həllindən şox asılıdır.
Terorror aktları öz miqyasına
və dünya siyasətinin
gələcək inkişafına təsirinə görə bəşəriyyət tarixində görün-
məmiş bir təzahürə çevrilmişdir və buna görə də bu bəlanın
qarşısının alınması üçün beynəlxalq antiterror koalisiyası