285
görə də, Azərbaycan ən yaxşı yerli
və beynəlxalq təcrübəyə
əsaslanaraq, özünün korrupsiyaya qarşı mübarizə
strategiyasını inkişaf etdirməkdə qətiyyətli olduğnu ifadə
etmişdir.
Azərbaycan bir sıra beynəlxalq sənədləri, o cümlədən
Avropa Şurasının Cinayət işlərində qarşılıqlı yardım
haqqında Konvensiyasını, Avropa Şurasının Cinayət yolu
ilə əldə olunmuş gəlirlərin yuyulması, axtarışı, götürülməsi
və müsadirə olunması haqqında Konvensiyasını, BMT-nin
Beynəlxalq mütəşəkkil cinayətkarlıq haqqında Konvensi-
yasını, həmçinin Avropa Şurasının korrupsiyaya görə mülki
və cinayət məsuliyyəti haqqında Konvensiyasını ratifikasiya
etmişdir. 2004-cü ildə Azərbaycan Avropa Şurasının
Korrupsiya ilə mübarzə üzrə ölkələr Qrupuna qoşulmuş və
BMT-nin Korrupsiya ilə mübarzə haqqında Konvensiyasını
imzalamışdır.
Xüsusilə, 1994-cü ildən
etibarən Azərbaycanda kor-
rupsiyaya qarşı genişmiqyaslı mübarizə aparılmağa
başlanılmışdır. Bu istiqamətdə atılan səmərəli addımların
mühüm nəticələrindən biri kimi, Azərbaycan Respublika-
sının “Korrupsiyaya qarşı mübarizə haqqında” 13 yanvar
2004-cü il tarixli, 580-IIQ nömrəli Qanunun qəbul olunması
xüsusi əhəmiyyət kəsb edir. 2004-cü ilin aprel ayından
Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyası fəaliyyətə başlamışdır. Azərbaycan
Respublikası Prezidentinin xüsusi Sərəncamı ilə “Şəffaf-
lığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”
(2007-2011-ci illər) təsdiq edilmişdir. Bunun davamı olaraq
, göstərilmiş müddəaların inkişafı üçün təxminən 80-dən
çox normativ aktlar da qəbul edilmişdir.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya qanun-
vericiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyəti,
dövlət qulluğunun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-
286
texniki və maliyyə təminatının yaxşılaşdırılması üzrə
tədbirlər, iqtisadi və sosial sahədə,
hüquq-mühafizə
orqanları və məhkəmələrin fəaliyyəti, korrupsiyaya qarşı
mübarizə sahəsində maarifləndirmə və əməkdaşlıq üzrə
tədbirlərin həyata keçirilməsi sahəsində əməli işlər görür.
Bu sahədə xeyli müsbət dəyişikiliklər əldə edilsə də,
hələlik lazımi effektə tam nail olmaq mümkün olmamışdır.
Xarici və yerli tədqiqatçılar təsdiq edirlər ki, əksər postsovet
respublikaları daha çox korrupsiyalaşmış dövlətlərin
siyahısına daxildirlər.
Transperency İnternational Beynəlxalq korrupsiya
əleyhinə Təşkilatın korrupsiya indeksi üzrə illik
hesabatlarına əsasən, bu ölkələr 180 ölkə arasında axırıncı
yerləri bölüşürlər. Hər il vəziyyət ötən illə müqyisədə
yaxşıya tərəf dəyişsə də, Transperency İnternational
təşkilatının qiymətləndirmə reytinqinə görə, bunu heç də
qənaətbəxş hesab etmək olmaz.
116
Beynəlxalq təcrübə göstərir ki,
bir çox dövlət qulluq-
çuları üçün korrupsiya əməllərinin və vəzifə cinayətlərinin
törədilməsi normaya, əksər hallarda isə məmurun aylıq
maaşından qat-qat çox olan gəlir mənbəyinə çevrilir.
Məmur aparatı tərəfindən sanki xüsusi müdafiə sistemi
yaradılır ki, bu sistem korrupsiyaya qurşanmış yüksək
vəzifə tutan məmurların Qanunla məsuliyyətə cəlb
olunmalarına mane olur. Bu elə bir halda baş verir ki, kiçik
dövlət məmurları hətta geniş mənada korrupsiya
adlandırılması belə çətin olan əmələ görə (məsələn, bir qutu
konfetin götürülməsi) məsuliyyətə cəlb olunurlar.
Müşahidələr belə deməyə əsas verir ki, hansısa
qrupların xeyrinə faktiki olaraq hansısa əməlləri həyata
keçirən müəyyən dövlət qulluqçularından ibarət cinayətkar
116
htpp://www.bbc.uk/azeri/news/story/2009/11/printable/091120;
htpp://news.liga.net/info/print-NS090349.html
287
qrupların genişlənməsi daha təhlükəli xarakter daşıyır.
Hazırkı dövrdə dövlət hakimiyyəti
və idarəetmə şaxələrinin
demək olar ki, bütün qolları bu və ya digər səviyyədə
korrupsiyaya yoluxmuşdur. Ən çox korrupsiyalaşmış struk-
turlar isə məqsədli dövlət maliyyələşdirilməsi məsələləri,
eksport və import, özəlləşdirmə, lisenziyalaşdırma, gömrük
nəzarəti və nəzarət-müfəttişlik fəaliyyətinin həyata
keçirilməsi ilə məşğul olan qurumlardır.
Bununla birlikdə, alimlərin və praktiklərin, o
cümlədən KİV nümayəndələrinin fikrinə görə,
nə korrupsi-
yaya qarşı mübarizə ilə bağlı qəbul olunmuş qanunlar, nə
müvafiq normativ aktlar, nə də məhkəmə praktikası
korrupsiya anlayışının konkret anlamını müəyyən edə
bilməyib. Yalnız o qeyd olunur ki, korrupsiya qanunazidd
və qeyri-etik kompleks hərəkətlərdən əmələ gələn
çoxaspektli sosial, siyasi, hüquqi və mənəvi təzahürdür.
Korrupsiya hüquqi kateqoriya kimi, qarşılıqlı şəkildə bir-
biri ilə sıx bağlı olan hüquq pozuntularının məcmusunu
əhatə edən hüquqi anlayışdır. Bütün bunlar həm nəzəri
araşdırmalar, həm qanunun tətbiqi,
həm də bu problemlərin
KİV-də işıqlandırılması sahəsində bir sıra ziddiyyətlər
doğurur. Beləliklə, digər səbəblərlə yanaşı, korrupsiya
anlayışı haqqında qeyri-düzgün təsəvvür günahkarların
məsuliyyətə cəlb olunması üçün bütün mexanizmlərin
tətbiqinə mane olur.
Cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı
mübarizə aparmaq üçün hansısa proqramın işlənib
hazırlanması və həyata keçirilməsi problemi ən çətin
problemlər kateqoriyasına aiddir. Ona görə də bu proses
əvvəlcədən kompleks elmi-nəzəri tədqiqat işlərinin
aparılmasını tələb edir. Deyilənləri nəzərə alaraq,
korrupsiyanın ictimai təzahür kimi (bir-biri ilə qarşılıqlı
bağlı olan hüquq pozuntularının məcmusu:
inzibati,
inzibati-hüquqi, mülki-hüquqi və cinayət-hüquqi) mahiyyət
288
və xarakteristikasının sistemli və kompleks şəkildə, elmi
baxımdan əsaslı surətdə müəyyən edilməsi olduqca
vacibdir.
Korrupsiyaya qarşı mübarizə aparmaq üçün ən
səmərəli yol onu doğuran və inkişafına şərait yaradan səbəb
və şərtlərin aradan qaldırılmasıdır. Korrupsiyanın kökləri
tariximizin qədim dövrlərinə qədər gedib çıxır. Şərqdə belə
bir məsəl var, “ənənə qanundan güclüdür.” Bu deyim
korrupsiya üçün də sərfəlidir. Çünki, bəzi problemləri, o
cümlədən insanların həyat tərzini ənənələrin ayağına
yazmaq mümkündür. Guya ki,
rüşvət vermək hökumətə
hörmətin, rüşvəti götürmək isə insanların ehtiyaclarına
qayğı ilə yanaşmanın əlamətidir. Böyük Azərbaycan şairi
Məhəmməd Füzuli “Sikayətnamə” əsərində yazırdı: -
“Salam verdim, rüşvət deyildir deyə almadılar.”
117
Şimali Azərbacan Çar Rusiyasının tərkibinə daxil
olduğu dövrlərdə çarın rüşvətxorluqla bağlı bəzi fərmanları
mövcud idi. Korrupsiyaya qurşanmış məmurlar hökmdarın
qəzəbindən ehtiyat etdiklərindən dilə-dişə düşməkdən
çəkinirdilər. Hökmdarlar isə dərk edirdilər ki, korrupsiya
hökumətin dayaqlarını elə dağıda bilər ki, ondan əsər-
əlamət qala bilməz. Ona görə də hökmdarlar rüşvətxorlara,
cinayətkarlara qarşı sərt qərarlar qəbul edirdilər. Çar II
Nikolayın öz varisinə - oğlu Aleksandra dediyi aşağıdakı
fraza hamıya yaxşı bəllidir: “Görünür, bütün İmperiyada,
Saşa, təkcə səninlə mən oğurlamırıq.
Bütün buna baxanda
adamın ürəyi bulanır, cənablar.”
118
SSRİ-nin ilk illərində də bu bəlaya qarşı Xalq Komis-
sarları Sovetinin “Rüşvətxorluq haqqında” Dekretinə (8
may 1918-ci il) uyğun mübarizə aparılırdı. Korrupsiya
117
Məhəmməd Füzuli. Əsərləri. Vİ cild. “Şərq-Qərb” nəşriyyatı. Bakı.
2005. səh. 298. (335 s.)
118
Артем
Ермаков. «И
клятву
верности
сдержали».
Htpp://www.hrono.ru/statii/2006/erm_vern.html