249
niyyətinə etirazlarını bildirmişdir.
Həmin günün səhərisi nə
“
New York Times”, nə də hansısa başqa bir mətbu nəşr
etirazlar və həbslər barədə məlumat çap etməmişdir.
109
Massaçuset Texnologiya İnstitutunun professoru,
siyasi publisist və nəzəriyyəçi Noam Xomski deyir: “Media
təbliğat üçün böyük bir gücdür və bu gücə sahibsinizsə,
istədiyiniz hər şeyi edə bilərsiniz. Bu düşüncənin
nəticəsində ABŞ-da “ictimaiyyətlə əlaqələr” deyilən bir
industriya ortaya çıxdı və media vasitəsi ilə ictimaiyyəti bu
təbliğat sisteminin içinə çəkməyə çalışdı”. Olub keçənlər
demokratiyanın terrora qarşı mübarizəsi deyildir.
110
ABŞ 1980-ci və 2000-ci illərdə “terrorizmə qarşı
müharibə” elan etdikdə N.Xomski dünyanın hegemon döv-
lətlərinin, o cümlədən ABŞ-ın,
beynəlxalq terrorizmin
mənbəyi olduqlarını təsdiq edir. O, terrorizmin ABŞ
ordusunun rəhbərliyində istifadə olunan tərifini – terrorizmi
“qorxu və məcbur etmə vasitəsi ilə siyasi və dini ideoloji
məqsədlərə çatmaq üçün zorakılığın və hədə-qorxunun
bilərəkdən istifadə olunması” anlamını istifadə edirdi. O,
terrorizmi müəyyən hərəkətlərin motivlər nəzərə alınmadan
obyektiv təsviri hesab edir. N.Xomskinin fikrinə görə,
günahsız mülki şəxslərin səbəb olmadan öldürülməsi
terrorizmə qarşı aparılan müharibə yox, əsl terrorizmdir.
N.Xomski terrorizmin səmərəliliyi haqqında
fikirlərini aşağıdakı kimi inkişaf etdirir: Birincisi, fakt
budur ki, terrorizm daim fəaliyyətdədir. O, uğursuzluğa
düçar olmur. O, fəaliyyət göstərir. Zorakılıq
həmişə
hərəkətdədir. Bu, dünyanın tarixidir. İkincisi, bu ciddi
analitik səhvdir, hamı tərəfindən qəbul olunduğu kimi,
terrorizm zəiflərin silahıdır. Zorakılığın digər vasitələri
kimi, terrorizm faktiki olaraq ilk növbədə güclülərin
109
http://islam.com.ua/articles/actuality/reviews/536/
110
http://www.ntvmsnbc.com/news/135826.asp www.medyakronik.com
250
silahıdır. O, zəiflərin silahı kimi nəzərdən keçirilir, ona görə
ki, güclülər doktrinalar sisteminə nəzarət edirlər və onların
terroru terror sayılmır. Terror praktik olaraq universaldır.
Mən hansısa bir tarixi əksnümunəni yadıma sala bilmirəm,
hətta ən dəhşətli kütləvi qatillər dünyaya bu tərzdə baxırlar.
Məsələn, nasistləri götürün.
Onlar işğal olunmuş Avropada
terror siyasəti həyata keçirmədilər. Onlar yerli əhalini
partizan terrorizmindən müdafiə etdilər. Bütün qalan
müqavimət hərəkatlarında olduğu kimi, orada da terrorizm
var idi. Nasistlər kontrterrorizm siyasəti həyata
keçirirdilər.
111
Beynəlxalq terrorizmin mahiyyətinin açılması, bu təh-
lükəli təzahürə qaşı mübarizənin aparılması, qlobal
terrorizmlə bağlı digər problemlərin araşdırılması sahəsində
o qədər də zəngin təcrübəyə malik olmayan Azərbaycan
zaman-zaman terrorun fəsadlarına məruz qaldığı səbəbindən
bu məsələlər milli KİV-in yeni mövzularından
birinə
çevrilmiş və uiyirmi illik bir yol keçmişdir. Bu problemin
işıqlandırılması məsələlərinin araşdırılması Azərbaycan
KİV-ində aşağıdakı müəyyən tendensiyaların formalaşdığını
bəlli edir:
2000-ci illərə qədər olan dövrdə münaqişə, silahlı
toqquşmalar və terrorizm probleminə aid materialların
çəkisi materialların ümumi çəkisində əhəmiyyətli yer tutur.
İlkin dövrlərdə qəzet materiallarının sayı üstünlük təşkil
edirdisə, sonrakı illərdə elektron informasiya və
kommunikasiya vasitələri, xüsusilə də İnternet informasiya
portalları bu üstünlüyü ələ keçirir. Əgər bir qəzet
nömrəsində bu problemə aid 2-3 yazıya rast gəlinirsə, bir
İnternet portalında analoji materialların sayı on dəfəyədək
arta bilir;
111
http://ru.wikipedia.org/wiki/
251
“Day.az”, “Mediaforum”, “Analitika.az”, “1news”,
“Новости-Азербайджан” və s. informasiya portallarının
qlobql terrorizm mövzusuda verdikləri hər 10
materialdan
yalnız 1-2-si Azərbaycanla bağlıdır. Bu materiallar əsasən
xaricdə həyata keçirilən terror aktları, terrorizmə qarşı
mübarizə sahəsində respublikamızın müəyyən təcrübəyə
malik olması, qlobal terrora qarşı tədbirlərdə xarici ölkələrlə
birlikdə iştirakı barədə məlumatlar verilir;
112
bu səpkidən olan materiallar jurnalist peşəkarlığı
və sənətkarlığı baxımından tələblərə tam cavab verə bilməsə
də, regionda və dünyada baş verən terror hadisələrinin
ümumi mənzərəsini yarada bilir. Publikasiya və
proqramlarda terror aktlarının baş verməsində səbəb-nəticə
əlaqələri peşəkarlıqla izlənilməsə də, hadisələrin iştirakçıları
və onları dəstəkləyən qüvvələrin məqsəd və məramları,
mübarizə üsulları, yeni dünya nizamında
dövlətlərin
davranışına və qlobal terrorizm təzahürünə münasibətdə
ikili standartlar və s. haqqında müəyyən məlumatlar əldə
etmək olur;
kütləvi informasiya vasitələrində analitik
materiallara, müəllif yazılarına, ekspertlərlə müsahibələrə,
112
1.Пакистан: коалиция новая, коллизии старые. “Новости-
Азербайджан”, 27 марта 2008; 2.В Кабуле обстрелян военный
парад, есть жертвы. “Day.az”, 27 апреля 2008; 3.
В результате
террора в Кербале погибло 5 человек из Ирана. “1news”, 11 марта
2007; 4. “Армянские террористические организации
”.
Analitika.az.
05 май 2007; 5.Итоги опроса, проведенного среди азербайджанских
экспертов, о перспективах отношений между США и Ираном
.
“Mediaforum”, 19 май 2008; 6. Военные Ирана уничтожили на
границе с Ираком две группы курдских сепаратистов
. “
1news”, 13
март 2008; 7.Умер один из руководителей “Аль-Каеды” аль-Масри
.
”
Day.az”, 10 апреля 2008
252
onların iştirakı ilə keçirilən müzakirələr haqqında
hesabatlara olduqca az rast gəlinir. Qlobal terrorizm
mövzusu ilə bağlı jurnalist təhqiqatlarına böyük ehtiyac
(vaxt və maliyyə çatışmazlığı ilə bağlı olsa da) hiss olunur.
Xüsusilə də qəzetlər bu janrın imkanlarından lazımi
səviyyədə istifadə etmirlər. Terror aktlarının maliyyə
dəstəyi məsələsinin geniş auditoriya ilə müzakirəsi (bu
eynilə qanunsuz silah alveri,
narkomaniya və insan alveri
problemlərinə də aiddir) arzuedilməz olsa da, problemin
digər aspektlərinin ictimaiyyətlə birlikdə araşdırılması
insanlarda antiterror dünyagörüşünün formalaşmasında,
ictimaiyyətin terrorla mübarizəyə səfərbər edilməsində və
nəticə etibarı ilə cəmiyyətdə terrorla bağlı yaranmış
gərginliyin azaldılmasında analitik-təhlil janrının imkanları
daha genişdir;
qlobal terrorizm problemi işıqlandırılarkən əsasən
xarici informasiya mənbələrinə istinad edilir və yaxud da
materiallar terror aktlarının baş verdiyi ölkələrin
informasiya portallarından götürülərək milli portallara
yerləşdirilir (“Mediaforum”, “1news” və s.). Bununla
bərabər, öz siyasi icmalçıları və ya cəmiyyətdə tanınmış
politoloqlar tərəfindən hazırlanan materiallara üstünlük
verən KİV qurumları da (
”
Day.az”,
“Новости-
Азербайджан” və s.) vardır. İkincilərin
mövqeyi daha
təqdirəlayiqdir. Bu həm materialın stilistika baxımından
müyyən ustünlüklər əldə etməsi, həm də Azərbaycanın
dövlətçiliyinin və suverenliyinin möhkəmlənməsinə töhfə
verilməsi baxımından olduqca əhəmiyyətlidir;
informasiya portallarının vaxtaşırı qlobal terrorizm
mövzusunda ekspertlərlə keçirdikləri sorğuları müsbət hal
kimi qiymətləndirmək olar. Bu cür sorğular Azərbaycanın
geosiyasi vəziyyəti, region dövlətləri ilə münasibətlərin
reallıqları və perspektivləri, əvvəlcədən gözlənilməyən
irimiqyaslı insan axınları zamanı yarana biləcək humanitar