Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə58/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   100

237 
 
Qlobal terrorizm probleminə ümumbəşəri ranq və 
qlobal status verilmək məqsədi ilə siyasətçilər və kütləvi 
informasiya vasitələri tərəfindən “beynəlxalq terrorizm” və 
“alman faşizmi” arasında paralellər aparılır, qabaqlayıcı 
xarakter daşıyan qəti tədbirlərin görülməsinə çağırışlar ifadə 
edilir. Bu çağırışlar xüsusilə faşist Almaniyası üzərində 
qələbənin ildönümü münasibəti ilə keçirilən tədbirlərdə 
daha qabarıq səsləndirilir. 
2002-ci il mayın 9-da Rusiya Federasiyasının 
prezidenti V.Putin Qələbə günü şərəfinə keçirilən paradda 
faşizmin yerinə yeni “şər qüvvənin” gəldiyini bəyan etmiş 
və bu qüvvənin özünü “beynəlxalq terrorizmdə” tapdığını 
demişdir. Buna oxşar ideyanı Fransa prezidenti J.Şirak 
2002-ci il mayın 27-də ABŞ prezidenti C.Buşun iştirakı ilə 
Fransanın Normand qəsəbəsində bu qəsəbənin 1944-cü ildə 
amerika ordusu tərəfindən almanlardan azad olunmasının 
ildönümü münasibəti ilə keçirilən tədbirdə söyləmiş  və 
“beynəlxalq terrorizm”lə alman faşizmi arasında paralellər 
aparmışdır.
105
 
Həqiqətən də “beynəlxalq terrorizm” getdikcə özünü 
elə bir siyasi təzahür kimi büruzə verir ki, bunun arxasında 
yeni dünya müharibəsinin – “Bəşəriyyətin beynəlxalq 
terrorizmə qarşı müharibəsi”nin başlaması  təhlükəsi 
dayanır. Terrorizm dünyanın bir çox ölkələrini – İngiltərə, 
İrlandiya,  İspaniya,  İraq, Fələstin,  İsrail,  Əfqanıstan, 
Pakistan, Türkiyə, Rusiya, ABŞ və s. əhatə etmişdir.  
Azərbaycan terrorun nə olduğunu uzaq ölkələrdə baş 
vermiş qanlı hadisələr haqqında KIV-də yayılan 
informasiyalardan deyil, terroru dövlət siyasəti səviyyəsinə 
qaldırıb əksər region ölkələrinə ərazi iddiaları ilə çıxış edən 
Ermənistanın özünün məkrli məqsədlərinə nail olmaq 
                     
105
 http://siava.ru/forum/topic824-301.html 
238 
 
vasitəsi kimi istifadə edərək ölkəmizdə törətdiyi terror 
aktlarının insanlara gətirdiyi faciələrdən bilir. Terror 
Azərbaycan üçün 1987-ci ilin dekabrında zəlzələnin 
qurbanlarına çevrilmiş ermənilərə köməyə gedən 
Azərbaycanlı könüllüləri aparan təyyarənin Spitak üzərində 
vurulması, Bakı-Tbilisi avtobus marşrutunda (16 noyabr 
1989-cu il), Moskva-Bakı sərnişin qatarında (30 may 1991-
ci il), Qarakənd üzərində içərisində Rusiya və Qazaxıstanın 
da dövlət adamlarının olduğu vertolyotun (20 noyabr 1991-
ci il), 1994-cü ilin mart və iyun aylarında Bakı metropo-
liteninin 20 yanvar stansiyasında, “28 may” və “Gənclik” 
stansiyaları arasında qatarların partladılmasından sonra 
insanların qəlbində yaranan torpaq, vətən ağrısı, gözlərində 
doğmaları üçün niskil damcılarıdır. Dağlıq Qarabağın və 
ətraf rayonların işğalı, Qərbi Azərbaycan  ərazilərinin 
azərbaycanlılardan etnik təmizlənməsi nəticəsində tarixi 
torpaqlarını itirən bir xalqın XXI əsrdə üzləşdiyi haqsızlıq, 
yerindən-yurdundan didərgin salınmış 1 milyon insanın 
qaçqın-köçkün taleyi, 25 min adamın yarımçıq qalmış 
həyatının haraylarıdır. Problemin pradoksallığı ondadır ki, 
bütün bunlar qlobal problemlərin həllinə “məhkum 
olunmuş” nüfuzlu beynəlxalq təşkilatların, yeni dünya 
nizamını ölçüb-biçən, “bərqərar edən” hegemon dövlətlərin 
yaratdıqları “qlobal nizamsızlıq məkanı”nda baş verir.  
Terror aktları hansı ideya altında ört-basdır edilsə də
bu aktlar günahsız insanların qanının tökülməsi, ölüm, 
dağıntılar, minlərlə insanın  şikəst olması  və bu “bəla” ilə 
mübarizəyə  xərclənən külli miqdarda maddi vəsait 
deməkdir. 
Bəşəriyyətin marağı “beynəlxalq terrorizm”in 
mahiyyətinin, onun daxili anatomiyasının və zahiri 
cəhdlərinin obyektiv təhlilini tələb edir. Bu işdə 
cəmiyyətdəki funksiyasına görə mühüm yer tutan KİV-in 
böyük rol oynaya biləcəyi heç kimdə şübhə doğurmur.  


239 
 
Bununla  əlaqədar olaraq, media qarşısında olduqca 
mürəkkəb və  bəlkə  də cavabının tapılması  həm sahə 
elminin, həm də  KİV-in imkanları xaricində olan suallar 
meydana çıxır. Müşahidəçilərin fikrinə görə, ilk növbədə 
aşağıdakı  əsas suala cavab tapılmalıdır - yeni dünya 
müharibəsini kim başlamaq istəyir? Abstrakt “beynəlxalq 
terrorizm”, yoxsa “antiterrorizm  əməliyyatları” adı altında 
bütöv bir dövləti talan edən və onu yer üzündən silməyə 
çalışan siyasi hakimiyyət və ya mürtəce qüvvələr? Aparılan 
bahalı  tədqiqat və  təbliğat kampaniyalarına baxmayaraq, 
“beynəlxalq terrorizm” qlobal militarist qüvvə kimi 
mücərrəd olaraq qalır. Onu “ifşa edənlər” isə “konkret 
görüntülərə”, “nümunələrə” malikdirlər (2001-ci il 
sentyabrın 11-də Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin 
binalarına təyyarələrin çırpılması, 2004-cü il sentyabrın 1-
də Beslanda 1 №-li məktəbin  şagirdlərinin girov 
götürülməsi və s. hadisələr).  Əlbəttə, bu hal vəziyyəti bir 
qədər də mürəkkəbləşdirir. 
“Beynəlxalq terrorizm”in mücərrədliyi, onun 
strukturu, hərəkətverici qüvvələri, həyata keçirilmə 
mexanizmləri, maliyyə  mənbələri, informasiya təminatı  və 
s. ilə bağlı çoxsaylı ziddiyyətli suallara cavabın axtarılması 
növbəti böyük problemin – “beynəlxalq terrorizmin” 
mahiyyətinin aydınlaşdırılmasını tələb edir.  
“Beynəlxalq terrorizm” müasir dünya inkişafının 
qloballaşmasının məhsullarından biridir. Onun spesifik 
yönümlülüyü və çaları öz başlanğıcını qlobal oliqarxiyanın 
“fövqəlmilli” siyasi, iqtisadi, sosial və informasiya 
strategiyasından götürür. Bütün cəhdlərə baxmayaraq, 
beynəlxalq terrorizm beynəlxalq münasibətlərlə bağlı 
kəskin qlobal problemə çevrilməkdədir. Təbii ki, bizi ilk 
növbədə beynəlxalq terrorizmin kütləvi informasiya 
vasitələri ilə  əlaqəli tərəfləri maraqlandırır. Birmənalı 
şəkildə deyə bilərik ki, beynəlxalq terrorizm müasir dövrün 
240 
 
qlobal problemlərindən, çağdaş jurnalistikanın, daha dəqiq 
desək, siyasi jurnalistikanın mövzu istiqəmətlərindən 
biridir. 
2001-ci ilin 11 sentyabr hadisələri qlobal problemlər 
cərgəsində 
və kütləvi informasiya vasitələrinin 
materiallarında “qlobal terrorizm problemi”nin yerini daha 
da möhkəmləndirdi. KİV-də “qlobal terrorizmə qarşı 
mübarizə”, “qlobal antiterrorizm koalisiyası” və s. oxşar 
yeni anlayışlar meydana gəldi. Bu yeni təhlükənin və 
bəşəriyyət üçün təhdidin mürəkkəbliyi həm də ondan 
ibarətdir ki, o, digər problemlərə - sivilizasiyaların və 
dinlərin mübarizəsinə, millətlərarası  və dövlətlərarası 
münsibətlərə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və s. 
sirayət edir. Eyni zamanda, “qlobal antiterrorizm 
koalisiyası” barədə danışarkən, müxtəlif səbəb və amillərə 
əsaslanaraq öz hərəkətlərini “terrorizm” hesab etməyən ölkə 
və xalqların get-gedə daha açıq xarakter alan 
“müqavimətlərini” də yaddan çıxarmaq olmaz. Məsələn, 
çeçen münaqişəsində düşmən olan tərəflər bir-birini 
“terrorizmdə” günahlandırırlar. 11 sentyabr hadisələri bəşər 
tarixində görünməmiş terror aktı kimi təsnif edilmişdir. 
Qarşı  tərəf amerika hərbçilərinin onlara qarşı  hərəkətlərini 
“dövlət hegemonizmi” və “dövlət terrorizmi” hesab edir. Bu 
cür sivilizasiyalararası qlobal qarşıdurmanın ağır 
nəticələrinin  əvvəlcədən təsəvvür edilməsi mümkün 
olmadığı üçün bu təzahür dünya ictimaiyyətinin ölçülüb-
biçilmiş reaksiyasını  tələb edir. Dünyanın sivil hissəsinin 
qlobal terrorizmə qarşı mübarizəsi mədəniyyətlərarası qarşı-
durmaya çevrilməməlidir. Bu özü yeni bir qlobal problemin 
başlanğıcını qoya bilər.  
Ümumiyyətlə, “terrorizm” anlayışı – həm konfliktin 
tərəfləri, həm hökumət dairələri, həm də kütləvi informasiya 
vasitələri üçün olduqca “münasib” bir anlayışdır. 1998-ci 
ilin mart ayında Kopenhagendə „Beynəlxalq terrorizm, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə