Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə59/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   100

241 
 
silahlı münaqişələr və  KİV“, 2002-ci ilin may ayında 
Bonnda „KİV, münaqişələr və terrorizm“ və  2004-cü ilin 
mart ayında Moskvada „Söz, informasiya və  mətbuat 
azadlığı Qərbi, Mərkəzi, Şərqi Avropa ölkələrinin və ABŞ-
ın nəzəriyyə  və praktikasında“ mövzusunda keçirilmiş 
beynəlxalq konfranslarda münaqişə  tərəfləri, hökumət 
nümayəndələri, həm də  KİV təmsilçiləri bu anlayışdan öz 
mövqelərinin doğruluğunu sübut etmək üçün məharətlə 
istifadə etməyə çalışmışlar. Kopenhagen konfransında sırf 
çeçen-rus münaqişəsi, Bonn konfransında isə  əlavə olaraq 
Əfqanıstan və Yaxın  Şərq konfliktləri, həmçinin bu 
münaqişələrdə jurnalistlərin məsuliyyəti və  vəzifələri 
mövzuları geniş müzakirə predmeti olmuşdur. Hər iki 
konfransda rus iştirakçılar iki istiqamətdə - a) çeçen xalqına 
qarşı beynəlxalq humanitar hüquqa zidd hərbi 
əməliyyatların aparılması  və b) KİV haqqında qanuna 
hökumətin terrorçu adlandırdığı  şəxslərlə müsahibələrin 
verilməsini qadağan edən düzəlişin edilməsi – 
istiqamətlərində “qızğın həmlələrə” məruz qalmışlar. Bu 
istiqamətlər istənilən  şəxsi terrorçu adlandırıb ona qarşı 
cəza tədbiri görməyə və faktiki olaraq ölkənin bir hissəsində 
siyasi senzura tətbiq edib orada istənilən hərbi  əməliyyat 
aparmağa imkan verən hallar kimi qiymətləndirilmişdir. 
İştirakçılar Rusiyada KİV-in azad fəaliyyəti üçün böyük 
maneələrin olduğunu vurğulamışlar. Onların fikrinə görə, 
dünya jurnalistikası praktikasında jurnalistin fəaliyyətində 
əvvəlcə azadlıq, sonra məsuliyyət prinsipi durur. Rusiya 
Federasiyasında isə  əksinə, bu anlayışların yerini 
dəyişmişlər. Hökumət jurnalisti qabaqca məsuliyyətə 
çağırır, sonra isə ona azadlıq təklif edir. 
Beynəlxalq terrorizmin bir təzahür kimi mücərrəd 
məna daşıması (tərəflərin bir-birini terrorizmdə 
242 
 
günahlandırması)

 bu istiqamətin adının 
müəyyənləşdirilməsində, eyni zamanda, bu mövzunun KİV-
də  işıqlandırılmasında bir sıra problemlər yaradır.  Nədir 
“beynəlxalq terrorizm”? 
“Mücərrədlik jurnalistikası”mı? 
Dünya 
jurnalistikasının təcrübəsi beynəlxalq terrorizm 
mövzusunun KİV-də 
işıqlandırılması sahəsində 
redaksiyaların ciddi konsultativ, ümumi humanitar 
yanaşma, qeyri-peşəkarlıq, jurnalistin şəxsi mövqesizliyi, 
mövzudan yayınma və s. problemlərlə üzləşdiyini göstərir. 
Əlbəttə, bu vəziyyət müəyyən dərəcədə korporotiv qrupların 
təsiri, hədə-qorxu, jurnalistin “mükafatlandırılması”,  şəxsi 
maraq və s. səbəblərlə izah edilsə  də, mövzunun, xüsusilə 
də, onun obyekti olan beynəlxalq terrorizmin məzmunca 
abstrakt xarakter daşıması, daxili anatomiyasının 
açılmaması ilə də əlaqələndirilir.  
Amma, bir fakt danılmazdır ki, terror aktları 
cəmiyyətdə geniş əks-sədaya nail olmaq, çaxnaşmaya səbəb 
olan kütləvi qorxu hissi, təşviş yaratmaq və beləliklə  də 
qarşıya qoyulmuş  məqsədə çatmaq üsulu kimi həyata 
keçirilir. Bu işdə KİV, xüsusilə də müasir elektron KİV-lər 
özlərindən asılı olmayaraq terror aktlarının iştirakçısına 
çevrilir, bu aktlar barədə informasiyanın vahid vaxt 
rejimində bütün dünyaya yayılmasına  şərait yaradaraq, 
təşvişə düşənlərin auditoriyasını fantastik surətdə 
genişləndirirlər. Terrorçuların  əsas məqsədlərindən biri də 
məhz budur. Ona görə  də beynəlxalq terrorizm problemini 
                     

 
Bu kitabın müəllifi  (İ.Mazanlı)  iştirakçısı olduğu aşağıdakı 
beynəlxalq elmi-praktik konfranslarda bu mübahisələrin canlı  şahidi 
olmuşdur: 1). mart 1998-ci il, Kopenhagen - Danimarka : „Beynəlxalq 
terrorizm, silahlı münaqişələr və  KİV“; 2). may 2002-ci il, Bonn - 
Almaniya : „KİV, münaqişələr və terrorizm“; 3). mart 2004-cü il, 
Moskva - RF: „Söz, informasiya və  mətbuat azadlığı  Qərbi, Mərkəzi, 
Şərqi Avropa ölkələrinin və ABŞ-ın nəzəriyyə və praktikasında“.
 


243 
 
işıqlandıran jurnalistlərdən xüsusi peşəkarlıq, mövzunu hiss 
etmək bacarığı tələb olunur.  
“Mücərrədlik jurnalistikası”nın ilk səciyyəvi cəhəti – 
bu mövzunu işıqlandıran ixtisaslaşmış jurnalistlərin 
olmamasıdır. Məsələ burasındadır ki, terrorizm mövzusu öz 
təbiətinə görə başqa mövzulardan kəskin  şəkildə  fərqlənir 
və terrorizmin mücərrədliyi, yəni tərəflərin bir-birini 
terrorizmdə günahlandırması  səbəbindən bu problemin 
işıqlandırılması müxtəlif çətinliklər yaradır.  
Bundan başqa, bəzən jurnalistlər və sahə üzrə alimlər, 
hətta siyasətçilər də problemlə bağlı ziddiyyətli fikirlər 
söyləyirlər. Fələstin – İsrail münsibətlərini buna misal 
göstərmək olar. Bəziləri öz tarixi torpaqlarında özlərinin 
qanuni dövlətini yaratmaq istəyən, öz hüquqlarını daş  və 
ağac parçaları ilə qorumağa çalışan tərəfə, digərləri isə artıq 
yarım əsrdən çox vaxt ərzində işğal edilmiş ərazilərdə bütün 
dünyada qəbul olunmuş normalara zidd olaraq qanunsuz 
məskunlaşma aparan, primitiv üsullarla özünü müdafiə 
edənlərə qarşı istifadəsi beynəlxalq humanitar hüquqla 
məhdudlaşdırılan müasir silahlardan istifadə edən tərəfə 
bəraət qazandırırlar. Maraqlıdır ki, hər iki tərəf öz 
hərəkətlərinə haqq qazandırmaq üçün kifayət qədər 
arqument irəli sürə bilirlər. Bəzən də bir nüfuzlu beynəlxalq 
təşkilatın hazırladığı hesabat digər nüfuzlu beynəlxalq 
təşkilatın hazırladığı hesabata uyğun gəlmir. Bu, “abstrakt 
jurnalistika”nın ikinci səciyyəvi cəhətidir. 
Beynəlxalq terrorizmə  və silahlı münaqişələrə aid 
aparılan elmi tədqiqatların təbiəti də özündə bir qeyri-
müəyyənliyi ehtiva edir. Bəzən bu sosial-siyası təzahürə aid 
elmi bilik və müxtəlif mənşəli sübutlar eksperimental və 
empirik yolla əldə edildiyi, görüntü nümunələri isə 
problemin daxili mahiyyətini deyil, zahiri tərəflərini 
“anlatdığı” üçün səbəb-nəticə  əlaqələrinin sübutundan ötrü 
yetərli olmur.  
244 
 
Beynəlxalq təşkilatların müşahidəçilərinin apardıqları 
monitorinqlər də kimin nə  dərəcədə haqlı  və ya haqsız 
olduğunu dəqiqliklə müəyyən edə bilmirlər və ya etmirlər 
və yaxud da etmək istəmirlər. Adətən, bu təşkilatların 
nümayəndələrinin etdikləri rəsmi çıxışlar, hazırladıqları 
hesabatlar loyal xarakter daşıyır, “sərt künc”lərdən yan 
keçirlər. Göründüyü kimi, bu məsələdə  də bir mücərrədlik 
mövcuddur. ATƏT-in Mətbuat Azadlığı Bürosunun baş 
məsləhətçisi A.Boldırev qurumun Cənubi Qafqaz 
ölkələrində  mətbuatın problemlərinin həlli üçün təsir 
mexanizminin axtarışı ilə  əlaqədar “Amerikanın səsi” 
radiosuna verdiyi müsahibəsində ifadə azadlığının qorun-
ması  məsələsinə toxunmuşdur: “Qanunlar hətta abstrakt 
anlayışları  və habelə etiqad konsepsiyalarından ifadə 
azadlıqlarını qorumalıdır. Belə ki, terror kimi məfhumlar 
barədə ifadə azadlığına o zaman cinayət müstəvisində 
baxıla bilər ki, bu ifadədə zorakılığa birbaşa çağırış 
olsun”.
106
  
Beynəlxalq terrorizmlə bağlı elmi qeyri-
müəyyənlikdən və  hər hansı bu və ya digər bir problemlə 
bağlı ekspert rəylərində olan müxtəlifliklərdən irəli gələn 
mücərrədlikdən başqa, hökumət mənbələrinin informasiya 
siyasətindən qaynaqlanan mücərrədlik də özünü büruzə 
verir. Bu cür mücərrədlik fövqəladə hallarda özünü daha 
qabarıq 
şəkildə büruzə verir. Bəzi informasiya 
mənbələrindən jurnalistlərə yarımçıq, dəqiqləşdirilməmiş və 
ya da bilərəkdən çaşdırıcı informasiyalar verilir ki, bu da 
ümumi çaxnaşmanı, qorxunu və intiqam almaq hissini daha 
da gücləndirir.  
                     
106
  ATƏT jurnalistləri məsuliyyətli olmağa  çağırır. „Ekspress“ 
qəzeti, 18-19 dekabr, 2008. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə