Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə55/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   100

225 
 
Jurnalist-ekoloq daim çoxsaylı təbiəti mühafizə cə-
miyyətlərinin və  təşkilatlarının, ictimai hərəkatların 
fəaliyyətlərindən xəbərdar olmalıdır. Jurnalist Benyəlxalq 
Təbiəti Mühafizə  və  Təbii Resurslar İttifaqının, “Qrinpis” 
Beynəlxalq QHT-nin, yerli təbəti mühafizə cəmiyyətlərinin, 
“yaşıllar” partiyasının və s. həyata keçirdikləri aksiyalar və 
planlaşdırdıqları tədbirlər barədə məlumata malik olmalıdır. 
Eyni zamanda, jurnalist-ekoloqun  «informasiya sahəsinə» 
BMT-nin  Ətraf Mühiti Mühafizə Proqramı (YUNEP), 
“İnsan və biosfera” (MAB), Təhsil, Elm və  Mədəniyyət 
Proqramı (YUNESKO) aid olmalıdır. Həmçinin, Con və 
Ketrin Makarturlar (MDB ölkələri üçün Proqram), Fridrix 
Nauman, «Avrasiya» fondları da buraya daxil edilməlidir. 
Jurnalist-ekoloq  həmçinin ekoloji terminləri bilməli 
və onlardan yerində istifadə etməyi bacarmalıdır (bu mətnin 
sonunda ekoloji terminlərin qısa lüğəti verilir). 
Göründüyü kimi, jurnalist-ekoloq alim səviyyəsində 
biliyə  və reportyor vərdişlərinə malik olmalı, müşahidə 
etməyi bacarmalı, israrlı, mütəşəkkil olmalı, mürəkkəb 
vəziyyətlərdə  çıxış yolunu tapmağı, vəziyyəti  ətraflı  və 
obyektiv işıqlandırmağı, başlıca məsələni diqqətə çatdırma-
ğı bacarmalıdır. Əsas obyekt isə insan, insanın rifahı naminə 
onun ətraf mühitlə harmoniyası, birliyi olmalıdır. Jurnalist-
ekoloq yalnız bütün bu keyfiyyətləri özündə birləşdirməklə, 
öz ali peşə borcunu şərəflə yerinə yetirə bilər. 
 
Yoxlama sualları və tapşırıqlar 
1.
 
Ekoloji problem anlayışını izah edin. 
2.
 
Ekoloji jurnalistikanın formalaşmasını  və müasir 
vəziyyətini təsvir edin. 
3.
 
Dünya ekoloji jurnalistikasının mövzu istiqamət-
lərinə və jurnalist-ekoloq üçün tələblərə nəzər yetirin. 
4.
 
Televiziya və  qəzet ekoloji jurnalistikasının oxşar 
və fərqli cəhətlərinin xarakteristikasını açın. 
226 
 
VII MÖVZU 
 
Müasir elektron KİV-lər və qlobal psixoekoloji 
problemlər 
 
Teleradio verilişlərində istifadə olunan müasir rəqəmli 
və kompüter texnologiyası müxtəlif video- və 
audioeffektlərin asanlıqla  əldə olunmasına geniş imkanlar 
verir. Lakin onlar təkcə rejissorun yaradıcılıq niyyətlərinin 
reallaşması vasitəsi kimi xidmət göstərmir, həmçinin 
ekologiyaya, televiziya tamaşaçılarının və radio 
dinləyicilərinin, teleradio şirkətlərinin işçi heyətinin və 
ötürücülərin  şüalanma zonasında olan şəxslərin psixi və 
fiziki sağlamlığına mənfi təsir göstərir. Elektron KİV-lərin 
müasir və perspektiv texnologiyalarının, kütləvi tirajla 
buraxılan video- və audioməhsulların, kompüter oyunlarının 
bəşəriyyətin gələcək taleyinə  təsirinin nəticələrini atom 
enerjisinin mənimsənilməsi ilə müqayisə etmək olar. Bu da 
ki, ya inkişafa - çiçəklənməyə, ya da ki, qlobal məhvə 
aparıb çıxara bilər. Artıq bu gün belə bir nəticəyə  gəlmək 
olur ki, yeni informasiya texnologiyaları və kommunikasiya 
vasitələri atom və nüvə enerjisinə nisbətən daha qısa vaxtda 
təhlükə yaratmaq imkanına malikdir.  
Rəqəm texnologiyalarından istifadə edən elektron 
KİV-lərin kütləvi davranışa və fiziki sağlamlığa qərəzli və 
yaxud qərəzsiz  şəkildə  təhlükəli təsirini  ənənəvi yanaşma 
yolu ilə görmək mümkün deyildir. Bu təhlükə yalnız 
sitologiya (heyvan və bitki hüceyrələrinin quruluşu, 
kimyəvi tərkibi, funksiyaları, fərdi və tarixi inkişafını 
öyrənən elm), fiziologiya, psixofizika, psixoekologiya, 
informologiya, bioinformasion proqramlaşdırma (BİP), 
eniologiya (müəmmalı hallar haqqında elm) və s. elmlər 
tərəfindən insanın və digər bioloji obyektlərin öyrənilməsi 


227 
 
nəticəsində  əldə olunan ən yeni məlumatların ümumi-
ləşdirilməsi yolu ilə məlum olmuşdur.  
Biz jurnalistlər  əvvəlcə belə bir məsələni özümüz 
üçün aydın etməliyik: elektron KİV-lər, kütləvi 
multimediya məhsulları və İnternet texnologiyasının sürətlə 
inkişafı ilə bağlı olan psixoekoloji problemlər hansı 
masştablı səviyyəyə aid edilməlidir? 
Rəqəm və interaktiv texnologiyaların teleradioyayımı 
praktikasına tətbiq edilməsi, müxtəlif telekommunikasiya 
vasitələrinin inteqrasiyası və bu məqsədlərə nail olmaq üşün 
getdikcə elektromaqnit şüalanmasının yeni diapazon tezlik-
lərinin mənimsənilməsi bəşəriyyəti yeni ekoloji problemlə 
qarşılaşdırmışdır ki, biz bu problemə analoji TV dövründə 
rast gəlməmişik. Bu problemlərin çoxu lokal, bəziləri 
regional olsa da, getdikcə qlobal xarakter almağa başlayır. 
Onların bəzilərinə  KİV-lə bağlı olmayan situasiyalarda 
(radioötürücü vasitələrin, enerji və 
işıqlandırma 
qurğularının, texnoloji sənaye avadanlığının və s. 
təhlükəsizliyi) rast gəlinir və onlar elektron KİV 
texnologiyasına daxil edilmişdir. 
Çoxsaylı və müxtəlif eksperimental məlumatlar təsdiq 
etməyə imkan verir ki, rəqəmli texnologiyalar böyük insan 
kütləsinin davranışı ilə  həm qərəzli, həm də  məqsədyönlü 
manipulyasiya etməyə şərait yaradan, onların psixi və fiziki 
sağlamlığına, həmçinin orqanizmin genetik inkişaf 
proqramına və ekologiyaya təsir edən müxtəlif imkanlara 
malikdir.  
Bütün bunları  təsdiq etmək üçün birinci növbədə  ən 
sadə  və  məlum bir təzahürdən - neyro-linqvistik 
proqramlaşdırma (NLP) texnologiyasının istifadəsinin 
öyrənilməsindən başlamaq lazımdır. NLP texnologiyası 
adətən insanlar arasında, qeyri-şüurlu  şəkildə  və  məişət 
səviyyəsində istifadə olunur. Bu texnologiyalar reklam və 
228 
 
PR kampaniyalarında, işgüzar görüşlərdə və digər çoxsaylı 
situasiyalarda əldə olunan uğurların rəhni kimi çıxış edir. 
NLP praktikası adi bir hadisədir, ona görə də ona fikir 
verməmək də olar. Lakin, onun müasir istifadəsi vəziyyəti 
xeyli dəyişdirmişdir. NLP-dən istifadə tərəflər üşün bərabər 
səviyyədə baş verir, ona görə ki, proses şüur vasitəsilə 
nəzarətdə saxlanıldığından hər hansı bir tərəf aşıq-aşkar 
üstünlüyə malik ola bilmir, lakin müasir yayım proqramları 
və multimedia məhsullarının istehsalı texnologiyaları qəbul 
edən tərəfin  şüuru tərəfindən nəzarətdən yayınmağa imkan 
verir.  Əksər hallarda qəbul edən tərəf hətta fikirləşmir ki, 
ona gizli və olduqca səmərəli təsir göstərirlər, bu 
texnologiyalardan istifadə edən tərəf isə  uğur qazanmaq 
üçün böyük şans qazanır. Gizli NLP-yə sadə misal kimi 
məşhur “25-ci kadr texnologiyasını” göstərmək olar. 
Bu texnologiyadan adətən seçki kamapaniyaları 
zamanı istifadə edilir. Gizli texniki təsir vasitələrindən 
istifadə edilir və bu zaman disparat metodunun (yun.- 
parçalanma, fikrin inkarı, ziddiyyət), NLP proqramlarının 
tətbiqi və yaxud da gizli hipnoz metodunun köməyi ilə 
teletamaşaçıya qavranılmayan müşahidə informasiyası 
təqdim edilir. Hər iki metod veriliş zamanı  cəmlənir və 
neyro-semantik hipermətn (yun.- üstün, mübaliğəli, 
şişirdilmiş) prinsipi əsasında birləşirlər. Bu zaman bəzi 
televiziya tamaşaçılarında baş beyin şüalanmasının dalğa 
titrəyişləri alfa-ritmə (8-13 Hs) doğru dəyişir. Bu vəziyyət 
hipnotik təsirin qəbulu və yaxud da komandanın  şüurdan 
(beyinin sol yarımkürəsindən) yan keçərək beyinin sağ 
yarımkürəsinə daxil olması rejiminə uyğun gəlir.  
Tədqiqatlar sübut edir ki, televiziya hipnozu 
insanlarda mənfi davranış proqramları, xəstəliklər və  hətta 
intihar halları formalaşdırır. Məhz buna görə  də  əksər 
ölkələrdə tamaşaçılarda kütləvi xəstəliklər  əmələ  gətirə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə