Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə51/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   100

209 
 
müşahidə edilmişdir. Arktika bölgəsi 2011-ci ilin 
məlumatına görə, ozon təbəqəsinin 40 faizini itirmişdir.
99
  
Hələ 1987-ci ildə 24 dövlətin nümayəndələri 
Monrealda görüşərək 1999-cu ilə qədər ozondağıdıcı XFK-
nın (xlorfutorkarbon) istifadəsini iki dəfə azaltmaq barədə 
öhdəlik götürmüşlər. Lakin, dünya dövlətlərinin və 
ictimaiyyətin Ozon qatının qorunması üzrə Monreal 
Protokolu çərçivəsində apardıqları  işlərə  və ümumiyyətlə, 
bu sahə ilə bağlı digər səylərə baxmayaraq, problemin 
həllinə nail olmaq mümkün olmamışdır.  
Ozonla bağlı, ancaq ozon qatının dağılması ilə bağlı 
olmayan başqa bir problem fotokimyəvi smoq problemidir. 
Ozon atmosferin aşağı qatında (troposferdə) çirkləndirici 
maddə kimi çıxış edir. Bu maddə oksidləşmiş kükürdün 
işıqda karbonla reaksiyaya girməsi nəticəsində əmələ gəlir. 
Ozon troposferdə bitkilərdə fotosintezi zəiflədir, bitkilərin 
inkişafını  ləngidir və beləliklə  də  kənd təsərrüfatında 
məhsuldarlığı (xüsusilə də qarğıdalı, buğda, yerfındığı və s.) 
aşağı salır. Ozon həmçinin rezin məhsullarının, tekstil və 
dam örtüklərinin dağılması prosesini sürətləndirir.  
 
Su ilə bağlı ekoloji problemlər 
 
Əsas ekoloji problemlərdən biri şirin su problemidir. 
Yer kürəsində təmiz suyun həcmi getdikcə azalır. Bu onun 
ekstensiv (lat.- geniş) istifadəsi, çirkləndirici maddələrdən 
istifadəyə nəzarətsizlik (kənd təsərrüfatı, sənaye, nəqliyyat, 
məişət çirklənməsi və s.) və ekologiyanın tələbləri nəzərə 
alınmadan su təsərrüfatı tikintilərinin aparılması ilə bağlıdır.  
İnsanlar əksər hallarda suya olan ehtiyaclarını düzgün 
qiymətləndirə bilmirlər.  İşlədilən suyun böyük bir hissəsi 
kənd təsərrüfatı  məhsullarının və bir sıra çoxişlənən 
                     
99
 “İki sahil” qəzeti, 8 iyul 2011-ci il  
210 
 
malların (məsələn,  şəkər, pambıq,  ət və s.) istehsalına sərf 
edilir. Dünya üzrə istifadə olunan suyun üçdə ikisi xaricdə 
istehsal olunan və idxal edilən malların istehsalına sərf 
olunur.  
Yaxın illərdə  əsas problemlərdən biri yeraltı suların 
çirkləndirilməsi məsələsi olacaqdır. Pestisidlərin (50 növü 
vardır; lat. Pestis yoluxucu + caeadere öldürmək – bitki 
xəstəlikləri və  zərərvericilərlə mübarizə aparmaq üçün 
kimyəvi maddələr) və mineral gübrələrin qeyri-düzgün 
istifadəsi qrunt sularının çirklənsəinə gətirib çıxarmışdır. 
Su ilə bağlı ekoloji problemlər arasında pestisid 
problemi  şox narahatlıq doğurur. Çünki, pestisid yalnız 
kənd təsərrüfatının inkişaf strategiyası ilə deyil, həmçinin 
səhiyyə, heyvanat və bitki aləminin mühafizəsi və 
bütövlükdə biosferin həyati təminatı ilə bağlıdır. Hazırda 
biosferdə ona yad olan 50 min kimyəvi maddə – 
ksenobiotik maddə vardır (yun. xenia – yad). Ərzaq 
məhsullarının 30 %-dən çoxunun tərkibində pestisid 
normadan artıqdır. Bəzi pestisidlərin həcmi uşaq 
yeməklərinin 42 %-də, tərəvəzin isə 50 %-dən çoxunda nor-
madan artıqdır.  
Tədqiqatlar göstərir ki, pestisidlər istifadə olunduğu 
bütün rayonlarda əhalinin sağlamlıq göstəriciləri kəskin 
şəkildə  aşağı düşmüşdür. Pestisidəlr, eyni zamanda, 
radiasiya da orqanizmin immun sistemi funksiyalarının 
pozulmasına gətirib çıxarır. Nəticədə insan orqanizmi nəfəs, 
əsəb, ürək-damar sistemi, həmçinin çoxalma və  həzmetmə 
orqanları ilə bağlı olan adi xəstəliklər qarşısında belə aciz 
olur. 
Belə çıxır ki, insanların sağlamlığının və biosferdə hə-
yatın təminatı sisteminin qorunub saxlanılması üçün 
pestitsidlərdən istifadədən tədricən imtina edilməli və kənd 
təsərrüfatının ekoloji cəhətdən 
əsaslandırılmış 
formalarından istifadə olunmalıdır.  
 


211 
 
Enerji istehsalının ekoloji nəticələri 
 
Qlobal problemləri öyrənən mərkəzlərin 
tədqiqatlaarına görə, insan fəaliyyəti nəticəsində  əsasən 
bərpaolunmayan resurslar hesabına enerji istehsalının və 
istehlakının artması biosferanı dayanıqlıq vəziyyətindən 
dağılma vəziyyətinə  gətirib çıxarmışdır. Enerji istehsalının 
gələcəkdə hətta iki dəfə də olsa belə artırılması biosfera ilə 
iqlim arasındakı balansın tam pozulmasına və bundan irəli 
gələn katastrofik nəticələrə səbəb olacaqdır.  
Müasir dövrdə enerji istehlakının sürətlə artması 
əsasən iki səbəblə: birinci, Yer kürəsində  əhalinin sürətlə 
artması  və bununla əlaqədar olaraq; ikinci, istehlakın 
ümumi səviyyəsinin yüksəlməsi səbəbindən dünya sənaye 
və kənd təsərrüfatı istehsalının inkişafı ilə izah olunur. 
Hazırda okeanlar və yer səthindəki bitkilər neft, daş 
kömür və  təbii qazın yandırılması zamanı atmosferə atılan 
karbon qazının yalnız 40 %-ni uda bilir, 60 %-i isə 
atmosferdə  yığılıb qalır. Hesablamalar göstərir ki, bu cür 
vəziyyət davam edərsə, dünya enerji sistemi 2050-ci ilədək 
atmosferə 400 Qt karbon qazı atacaq və beləliklə  də onun 
çəkisi 750 Qt-dən 1000 Qt-yə qədər artacaqdır. Həmin vaxt 
atmosferdə CO
2
-nin qatılığı da iki dəfə artıq olacaqdır. 
Əgər, təbiət tərəfindən qarbon qazının udulmasının 
maksimum sürətinin ildə 6-7 Qt-dən çox olmadığını nəzərə 
alsaq, təbii idarəetmə sisteminin vəziyyəti stabilləşdirəcə-
yinə ümid etməyə heç bir əsas qalmır. 
Aydındır ki, bəşəriyyətin enerjiyə olan ehtiyacı 
gələcəkdə heç də azalmayacaq, əksinə artacaqdır. Enerjiyə 
sabaha olan sorğu isə bu gün bəşəriyyətdən öz cavabını 
tələb edir. Enerji ilə bağlı talançılıq və  gələcək qarşısında 
məsuliyyətsizlik vəziyyəti daha da gərginləşdirir. Üç “E”: 
enerji ehtiyatları, “ekonomik” (iqtisadi) göstəricilər və 
ekoloji nəticələr arasındakı amansız müharibənin həlledici 
amilləri kimi çıxış edəcəklər. Bəşəriyyətin sağ qalması üçün 
212 
 
dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların və 
dövlətlərin düzgün seçim etmələri olduqca vacibdir.  
 
 
Turş yağıntılar 
 
 Yanacağın yandırılmasından sonra oksidləşmiş kük-
ürdün və azotun atmosferə buraxılması nəticəsində planetdə 
bütün növ meteoroloji çöküntülərin - yağışın, qarın, sulu 
qarın, dolunun və dumanın turşluğunun artması ciddi 
ekoloji problemə çevrilmişdir. İnsanın fəaliyyəti prosesində 
əmələ  gələn kükürd 4-oksid (SO
2
) və oksid-azot (NO
x

atmosferə düşərək tutşuluq yaradan hissəciklərə çevrilir. Bu 
hissəciklərin atmosferdəki su ilə reaksiyaya girməsi 
nəticəsində turş maye əmələ  gəlir və  həmin maye çöküntü 
şəklində Yer səthinə qayıdır.  Əvvəlki dövrlərdən fərqli 
olaraq, bu gün heç kim turş yağıntıların mövcud olmasına 
şübhə etmir. Turş yağıntılar məhsuldarlığı  aşağı salır, 
bitkiləri, meşələri və şirin suda olan canlı həyatı məhv edir, 
evləri, mədəniyyət abidələrini, boru sistemlərini dağıdır. 
Şərqi Avropada meşə sistemlərinin yarısı bu yağıntılardın 
zərər çəkmişdir. Turş yağıntılar iri şirin su nohurlarındakı 
həyatı məhv edir. ABŞ-dakı göllərin 80 %-dən çoxu ölü göl 
hesab olunur. Turş yağıntılar həll olmayan birləşməlri həll 
olan birləşmələrə çevirir və beləliklə də torpağın turşlaşması 
nəticəsində alüminium, kobalt və digər metal birləşmələri 
insanların sağlamlığı üçün təhlükə yarada bilən miqdarda 
bitkilərə və suya da daxil ola bilir.  
Turş yağıntılar nəticəsində  əmələ  gələn itkilər hər il 
milyardlarla dollarla ölçülür. Məhsulların məhvi, meşələrin 
itirilməsi, qurğuların dağılması, tibbi xərclərin artması və s. 
külli miqdarda vəsaitin cəmiyyətdəki sosial problemlərin 
həllindən kənarlaşmasına səbəb olur. Mütəxəssislərin 
fikrinə görə, vəziyyəti yaxşılaşdırmağın yeganə yolu 
atmosferə atılan zəhərli tullantıların həcminin 
azaldılmasıdır. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə