Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə50/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   100

205 
 
Bu suallara cavab tapmaq üçün biz ilk növbədə 
müasir dövrdə mövcud olan qlobal ekoloji problemlərin tam 
mənzərəsini yaratmalıyıq. Bu problemləri aşağıdakı şəkildə 
qruplaşdırmaq olar: 
 
Qlobal istiləşmə (iqlim dəyişikliyi) 
 
Son yüz ildə Yer kürəsi səthində orta temperatur 
təxminən 0,5 C. artmışdır. Bu onunla bağlıdır ki, karbon 
qazı, metan (bataqlıq qazı), oksidləşmiş (turşumuş) azot 
atmosferə düşərək planetin səthindən istinin çəkilməsini 
çətinləşdirir, yəni bir növ parnikdəki  şüşə rolunu oynayır. 
Müəyyən edilmişdir ki, hər il atmosferə atılan metanın 
həcmi 1 %, karbon qazının həcmi 0,4%, oksidləşmiş azotun 
həcmi isə 0,2 % artır. 
Parnik effektinin yaranmasının 50 %-i karbon qazının 
payına düşür. İnsan fəaliyyətinin nəticəsi olaraq atmosferdə 
karbon qazının həcminin artmasının mənbəyi qazıntı yolu 
ilə əldə edilən yanacağın yandırılmasıdır. K.Klark (ABŞ) və 
Q.Zavarzin (Rusiya Federasiyası) tərəfindən aparılan hesab-
lamalar göstərmişdir ki, parnik qazının  əsas mənbəyi 
Sibirdə  və  Şimali Amerikada mikrob qruplarının 
mövcudluğunun antropogen (isti ilə soyuğun bir-birini 
əvəzləməsi) pozulmasıdır. 
Ekoloqların bildirdiyinə görə,  əgər təcili tədbirlər 
görülməsə, XXI əsrin ortalarına qlobal temperatur 1,5-4,5 
C. dərəcəyə qalxa bilər. 
Yer səthində temperaturun dəyişməsi hansı 
nəticələrə səbəb ola bilər? Alimlərin bildirdiyinə görə:  
a) səhralaşma prosesi kəskin şəkildə artacaqır. Səhra-
laşma meşələrin qırılması, torpaqların qeyri-səmərəli isti-
fadəsi, quraqlıq, örüşlərin həddən artıq otarılması, becərmə 
işlərinin düzgün aparılmaması (bataqlaşma və şoranlaşma), 
torpağın deqradasiyası  və s. nəticəsində  əmələ  gəlir. 
Dünyada hər il 6 milyon hektar ərazi səhra ilə əhatə olunur. 
206 
 
BMT  Ətraf Mühiti Mühafizə Proqramının (YUNEP) 
məlumatına görə, bəşəriyyət XX əsrin sonuna əkin 
torpaqlarının üçdə birini itirmişdir; 
b) qütb buzlarının əriməsi hesabına Dünya okeanının 
səviyyəsinin qalxması güclənəcək. Son yüz ildə okean 
sularının səviyyəsi 10-12 sm. artıb. XXI əsrin ortalarında 
isə bu səviyyənin daha 50 sm. artması proqnozlaşdırılır. 
Bu gün 50 km.-lik dəniz sahilləri zonasında dünya 
əhalisinin 30 %-i yaşayır, lakin okean səviyyəsinin 
qalxması bir neçə onilliklər uzansa belə, onun planetar 
iqtisadiyyata vurduğu ziyan iqlim dəyişikliyinin  əsas 
nəticələrindən biri olaraq qalacaqdır.  
Dünya ölkələri Kioto protokoluna uyğun olaraq 
(1992-ci ildə BMT-nin Çərçivə konvesiyası daxilində qəbul 
olunmuşdur), öz üzərlərinə atmosferə “parnik effekti” 
yaradan üzvi tullantıların, karbon qazının və s. zəhərli 
maddələrin atılmasının azaldılması öhdəliyini götürmüşlər. 
Azərbaycan bu protokola 2000-ci il iyulun 18-də qoşulmuş, 
lakin 2012-ci ilə  qədər öz üzərinə heç bir öhdəlik 
götürməmişdir. Dünya üzrə tullantının ümumi həcmi 20 
milyarrd tona bərabərdir. Bu rəqəmdə Azərbaycanın payı o 
qədər də böyük deyil. Azərbaycan üzrə  ən böyük göstərici 
1990-cı ilə düşür – 62 milyon ton, bu da ümumi həcmin 
0,03 %-ni təşkil edir. Hazırda bu rəqəm 40 milyon tondan 
aşağı enmişdir. 
Hazırda alimlər tərəfindən modelləşdirmə metodunun 
köməyi ilə meşələrin parnik effektinə  həssaslığı  tədqiq 
edilir. Əldə olunan nəticlər gösiərir ki, parnik effekti tropik 
meşələrə neqativ təsir göstərə bilər, çünki bu meşələr sıx 
temperatur və nəmişlik diapazonuna uyğundurlar. 
Mütəxəssislər, eyni zamanda, parnik effektinin a) 
iqlimin istiləşməsi ilə  əlaqədar meşə ekosistemlərinin 
genişlənməsi; b) atmosfer yağıntılarının artması; c) 
atmosferdə karbon qazının artması hesabına kənd təsərrüfatı 


207 
 
bitkilərinin məhsuldarlığının artması və s. müsbət tərəflərini 
də qeyd edirlər. 
Ekoloqlar iqlimin qlobal istiləşməsinin bəşəriyyətə 
gətirəcəyi fəlakətin qarşısının alınması üçün aşağıdakı 
tədbirlərin görülməsini təklif edirlər: 
 

 
Qazıntı yolu ilə  əldə olunan enerjinin ekoloji 
cəhətdən təmiz enerji ilə əvəz olunması (külək, günəş, dəniz 
axınları enerjisi); 

 
Atmosferə karbon qazı, metan və digər qaz tullan-
tılarının atılmasının həcmini azaltmağa imkan verən ener-
jiqoruyucu və tullantısız texnologiyaların yaradılması; 

 
Karbon qazının toplanılması və sonradan istehsala 
sərf edilməsinə imkan verən texnologiyaların işlənib 
hazırlanması (sıxılmış karbon qazının saxlanılması üçün 
dəniz və okeanların dibində xüsusi anbarların yaradılması, 
seolitlərin köməyi ilə karbon qazının udulması – yapon 
alimləri kəşf etmişlər) 

 
karbon qazını 
təbii yolla udan meşə 
ekosisitemlərinin qorunub saxlanılması (1 ha. meşə il 
ərzində 15-30 ton karbon qazını udur və 11-23 ton oksigen 
buraxır); 

 
Əkinçilik mədəniyyətinin yüksəldilməsi, 
fitomeliorasiyanın tətbiqi (fito - yunanca – bitki). Alimlərin 
fikrincə, bu, atmosmerdə karbon qazının həcmini 
tənzimləyə bilər. 
Beləliklə, iqlimin istiləşməsi nəticəsində  təbiətin 
deqradasiyası, Yer kürəsinin bir regionunda yağıntının 
artması  və yaxud digər regionunda azalması, okean 
səviyyəsinin qalxması, parnik effektinin digər bir sıra 
xoşagəlməz nəticələrə  gətirib çıxaracağı artıq heç kimdə 
şübhə yaratmır. 
 
 
 
208 
 
Stratosferdə (lat. - atmosfer qatı) ozon qatının dağılması 
 
Ozon (yunanca, kəskin iy) qatı atmocferin yuxarı qat-
larında (stratosferdə) olan və oksigenin ayrıca forması - 
ozondan ibarət hava qatıdır. Ozonun molekulu üç oksigen 
(O
3
) atomundan ibarədir. Ozon qatı qütblərin üzərində 
təxminən 8 km. yüksəklikdə (ya da Ekvatorun üzərində 17 
km. yüksəklikdə) başlayır və yuxarıya doğru təxminən 50-
55 km.-lik bir məsafəyədək yayılır. Lakin, ozon qatının 
qalınlığı çox azdır və  əgər o, havanın Yer kürəsi səthində 
malik olduğu qalınlığa qədər sıxılsa belə, onun qalınlığı 3,5 
mm.-dən artıq olmur. Ozon qatı ultrabənövşəyi günəş 
şüalarını udur və  nəticədə özü dağılır və beləliklə  də Yer 
səthində ultrabənövşəyi  şüalanmanın səviyyəsi kəskin 
şəkildə artır. Hərbi təyyarələrin çox yüksəkdən uçması, 
atmosferdə kükürd qazının artması, soyuducu, kondisioner 
və aerozollarda freon qazından istifadə  də ozon qatının 
nazilməsinə səbəb olur. Mütəxəssislər ozon qatının ildə 5-7 
% azaldığını bildirirlər. 
Ozon biotu (Yer səthinin canlı hissəsi) ultrabənövşəyi 
(UB) radiasiyadan, onun məhvedici dozasından qoruyur. Bu 
cür radiasiya su qatı ilə 300 metr dərinliyə qədər hopa bilir. 
Ultrabənövşəyi radiasiya planktonun (yun. plankton – 
azmış, sərgərdan. Su qatında yaşayan orqanizmlər toplusu), 
bakteriyaların məhvinə, bitkilərdə fotosintezin azalmasına, 
insanlarda isə  xərşəng, göz qişasının, qanın, mərkəzi  əsəb 
sisteminin patologiyasına səbəb olur. Postsovet məkanı 
üzərindəki stratosferdə ozonun həcminin azalması 3 % 
təşkil edir. Ozonun yalnız 1 % azalması dəri xərşənginin 10 
%-ə qədər artmasına səbəb olur. 
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 
məlumatına görə, Ozon qatının nazilməsi Arktika 
bölgəsində daha intensiv hal almışdır. 1986-cı ildə 
Antarktida üzərində, 2-3 il sonra subtropik qurşaqda, 1992-
cı ildə mülayim qurşaq üzərində ozon qatının deşilməsi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə