Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə52/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   100

213 
 
Turş yağıntıların törətdikləri təhlükələrin qarşısını 
almaq məqsədi ilə Avropa ölkələri, ABŞ  və Kanada 
hökumətləri atmosferə kükürd tullantısının həcmini heç 
olmasa, 30 % azaltmaq barədə müqavilə imzalasalar da, 
təəssüf ki, irəliyə doğru heç bir addım atmamışlar.  
 
Orqanizmlərin bioloji (genetik)   
müxtəlifliyinin azalması 
 
Bu problem ən mürəkkəb problemlərdən biridir. 
Çünki, məhv olmuş bitki və ya heyvan növlərini yenidən 
bərpa etmək mümkün deyildir. Hər il planetdə bir neçə 
heyvan və bitki növünün kökü kəsilir. Ekoloqların 
qiymətləndirmələrinə görə, orqnizmlərin bioloji müxtəlifliyi 
son 40 ildə xeyli azalmışdır. “Canlı planet -2010” 
Hesabatına  əsasən, 1970-ci ildən bu günə  qədər Yer 
kürəsində heyvan və bitki növlərinin sayı orta hesabla 30 % 
aşağı düşmüşdür. Tropiklərdə bu göstərici 60 % təşkil edir. 
Alimlər 40 il ərzində 2,5 min heyvan, bitki və göbələk 
növünün 8 min populyasiyasını qiymətləndirərək yuxarıda 
göstərilən nəticələri əldə etmişlər. Quşların növ müxtəlifliyi 
isə 20 % azalmışdır. Tropiklərdə bu rəqəm daha 
böyükdür.
100
  
 
Mütəxəssislər onurğalı heyvanların məhv olmasına 
gətirib çıxaran aşağıdakı əsas amilləri də müəyyən etmişlər: 

 
yaşayış  ərazilərinin dağıdılması  və deqradasiyası - 
67 %; 

 
həddən artıq istismar - 37 %; 

 
introdusiya edilmiş növlərin təsiri, yəni qəsdən və ya 
təsadüfən  ənənəvi arealdan kənara aparılma (heyvanların 
ənənəvi arealdan başqa yerlərə yayılması) - 19 %; 
                     
100
 http://www.ecology.md/section.php?section=fsociety&id=2750 
214 
 

 
yem bazasının itirilməsi, azalması  və yaxud 
pisləşməsi - 4 %; 

 
kənd təsərrüfatı bitkilərinin, ev hevanlarının, istehsal 
obyektlərinin qorunması məqsədi ilə məhv edilmə - 3 %; 

 
təsadüfən məhv edilmə - 2 %. 
Bir çox heyvan, quş  və bitki növlərinin kökləri 
kəsilmiş  və ya da kəsilmək üzrədir. Kökünün kəsilmək 
təhlükəsi olan 236 növ məməli, 287 növ quş, 119 növ 
sürünən, 36 növ amfibiya (suda quruda yaşayan) Qırmızı 
kitaba daxil edilmişdir. 
Beləliklə, yuxarıda göstərilmiş faktların, nümunə  və 
statistik rəqəmlərin fonunda ətraf mühitin necə mürəkkəb 
bir sistem olduğunu, bu mürəkkəb sistemdə insanların, 
bütün canlı  və qeyri-canlı  təbiətin adekvat mürəkkəb 
qarşılıqlı münasibətdə olduqlarının və bu prosesləri 
qarşılıqlı  şəkildə  tənzimləyən bir vasitəyə - sosial-siyasi 
instituta böyük ehtiyacın olduğunun dərk edilməsi 
bəşəriyyətin xilası  və  gələcəyi üçün misilsiz əhəmiyyətə 
malikdir. Bu institut kütləvi informasiya vasitələri, 
jurnalistika, daha dəqiq desək, onun bir istiqaməti olan 
ekoloji jurnalistikadır. 
 
Ekoloji jurnalistika və müasir dövrdə  
onun vəzifələri 
 
Mütəxəssislərin apardıqları 
tədqiqatlara görə 
bəşəriyyətin 95 %-i , o cümlədən, onun elita hissəsi ekoloji 
problemlərin, təbiətdən istifadə problemlərinin mahiyyətini 
tam dərk etmir. Bu o deməkdir ki, həqiqətən də ekoloji 
problemlər planetar xarakter almışdır. Təbiidir ki, 
jurnalistika müasir dövrün mühüm məsələsindən kənarda 
qala bilməz. 
  Məlumdur ki, kütləvi informasiya vasitələlri 
incəsəntin və informasiyanın bütün növlərinin sintezini 


215 
 
yarada bilən  ən universal vasitədir. Bu universallıq ekoloji 
təlim üçün geniş imkanlar açır, oxucuların və tamaşaçıların 
yaradıcılıq fəallıqlarının və  dərketmə qabiliyyətlərinin 
inkişafı kimi mürəkkəb bir vəzifənin yerinə yetirilməsinə 
kömək edir. Mətbuat, xüsusilə də, müasir elektron mətbuat 
əyanilik prinsipindən müvəffəqiyyətlə istifadə edərək 
əhalinin ekoloji maarifləndirilməsində geniş imkanlara 
malikdir.  
Bədii sözün, təbiət gözəlliyinin, bu gözəlliyə vurulan 
“yaraların” insanın hisslərinə  təsirini ixtisasca jurnalist-
ekoloqun deyil, sadəcə bir ekoloq-alimin düşüncələri bütün 
çalarları, sehri və qüdrəti ilə özündə əks etdirir. “İnsanı əzəli 
və son beşiyi olan ana təbiətdən bircə anlığa da ayrı 
təsəvvür etmək mümkün deyildir. Ulu Zərdüştün insanın 
həyatı üçün zəruri saydığı od, torpaq, hava və su 
ünsüründən hər hansı biri olmazsa, həyat dayanar, ... insan 
öz həyatı üçün ilk növbədə ana təbiətə borcludur. ..., lakin 
elm və texnikanın sürətlə inkişafının təbiətə vurduğu 
“yaralar” get-gedə çoxalır, meşələr azalır, bulaqların gözü, 
çayların “dizi” quruyur, çöllər ceyransız qalır. Ayrı-ayrı 
alim və mütəxəssislərin ... təklifləri, mətbuat səhifələrində 
dərc olunan yazılar təbiət-insan probleminin həlli üçün 
atılan addımlarla kifayətlənməyib kompleks tədbirlərin 
görülməsini, əhalinin ekoloji tərbiyəsinin diqqət mərkəzində 
saxlanılmasını  zəruri sayırlar. Bu problemin həlli isə ilk 
növbədə insanın  şüuruna təsirdən başlamalıdır, ... ekoloji 
tərbiyə  və ekoloji təhsil ... müstəsna  əhəmiyyətə malikdir. 
Ekoloji tərbiyədə  bədii söz sənətinin rolu müstəsnadır. 
Xalqın mənəviyyatı onun öz keçmişinə, kökünə bağlılığı ilə 
ölçülür.  
Ta qədimdən odu allah, torpağı ana saymış 
babalarımız bulaq gözü açmağı, bağ salmağı xeyirxah iş 
saymışlar. Bütün bunları böyüməkdə olan nəslin  şüuruna 
çatdırmaqda sözün qüdrəti əvəzsizdir.  
216 
 
Azərbaycan diyarının füsunkar təbiəti – ceyranlı-
cüyürlü düzləri, başı ərşə duran qarlı dağları, sonalı gölləri, 
zümzüməli çayları ..., Xəzəri, Göygölü, Kürü, Arazı ta 
qədimdən söz ustalarının ilham mənbəyi olmuş, ... təbiətin 
gözəlliyini böyük məhəbbətlə  qələmə almış, poetik dildə 
vəsf etmişlər.  
“Ekologiya” termininə son dövrdə  mətbuatda tez-tez 
rast gəlinir, televiziya və radio verilişlərində elmi və elmi-
kütləvi söhbətlər aparılır. Deməli, bəşəriyyəti narahat edən 
elə böyük bir problem yaranmışdır ki, peşəsindən asılı 
olmayaraq, təbiətin bu ağrılarını, sızıltılarını duyan hər bir 
vətəndaş bu haqda danışmaya, yazmaya bilməz. Yazıçı, 
şair, publisist, elm adamı və digərlərinin çıxış və əsərlərinə 
bütün oxucu kütləsinin ... ehtiyacı var.”
101
  
Həqiqətən də  məhz jurnalistika ekologiyanın dili 
rolunu oynaya bilər: yəni ictimai rəyi formalaşdırmaq, 
fəallaşdırmaq və səfərbər etmək imkanına malik aparat kimi 
böyük rol oynaya, həmçinin ekoloji maarifləndirmə 
funksiyasını yerinə yetirə bilər. 
 
  Jurnalistika  bu istiqamətdə 3 əsas vəzifəni yerinə 
yetirir: 
 
a)  jurnalistika  ekoloji biliklərin dərinləşməsi və 
yeniləşməsi prosesində emosiyanın oyanmasına kömək edir; 
b) jurnalistika elmin, o cümlədən, ekoloji 
nailiyyətlərin əldə olunmasında insanın rolunu əsas götürür
ekologiyanın “insansızlaşdırılmasının” aradan 
qaldırılmasına kömək edir, yəni insanı bu proseslərin  əsas 
iştirakçısı və məsuliyyət daşıyıcısı kimi təqdim edir; 
c) jurnalistika “yaşıl dünyanın” parlaq “simalarla” 
                     
101
 T.İbrahimov. Azərbaycan qoruqlarının ekoloji problemləri: 2 cilddə, 
I c., Bakı: Mars-Print, 2011, s. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə