Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə54/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   100

221 
 
-
 
efirdə daimi yerə malik olması və nümayiş etdirilmə 
vaxtı; 
-
 
daimi həcm və efir dövriliyi
-
 
rubrikaların mövcudluğu; 
-
 
dinamiklik; 
-
 
fərdi tərtibat; 
-
 
aparıcının olması. 
Postsovet məkanının televiziya tamaşaçılarıına 
«Heyvanlar aləmində», «Kino səyahətşiləri klubu», «Həqi-
qətlər və müəmmalar», «Kusto komandasının sualtı odisse-
yi», «Vəhşi təbiət dünyasında» və s. televiziya jurnalları 
yaxşı məlumdur. Bu proqramların aparıcıları Vasili Peskov, 
Yuri Sinkeviç, Sergey Kapitsa, Nikolay Drozdov və 
başqaları o dövrdəki mədəniyyət və incəsənət 
ulduzlarıandan az məşhur deyildilər. AzTV-də Qara 
Mustafayevin apardığı «Təbiəti sevənlər» verilişi də bu 
səpkidəndir. 
Adlarını  çəkdiyimiz bu televiziya jurnallarını 
həqiqətən də publisistikanın gözəl nümunələri adlandırmaq 
olar. Çünki, həmin verilişlərdə «janrın qanunları»na tam 
riayət olunur və onlar «Вокруг  света», «Гэо» və s. 
jurnallarda təbiət haqqında çap olunan məqalələrlə identlik 
təşkil edir. Bu verilişlər geniş publisistik ekoloji-təhsil 
xarakterli tekst materialı ilə yanaşı, xeyli rəngli 
fotoqrafyiaları da özündə  əks etdirir. Televiziyada isə 
fotoqrafiyalar daha çox mənzərə görüntüləri ilə əvəz olunur 
ki, bu da maarifləndirmə funksiyası baxımından (bədiilik, 
əyanilik) böyük əhəmiyyət kəsb edir.  
Təhlillər göstərir ki, adətən  ekoloji publikasiyaların 
çoxu birqütblü olur: bir qayda olaraq, bu materialların 
əksəriyyətində yalnız neqativ ekoloji yeniliklər barədə 
məlumat verilir. Lakin, qlobal ekoloji problemlərin müasir 
vəziyyəti yalnız «damğa vurmağı» və «ifşa etməyi» deyil, 
ilk növbədə onlarıın həlli üçün bu sahədə mövcud olan 
222 
 
müsbət təcrübənin təbliğini tələb edir. Xüsusilə  də ekoloji 
jurnalistikada KİV-in təşkilatçılıq funksiyası daha vacib 
xarakter alır. Bundan irəli gələrək  ekoloji jurnalistikanın 
qarşısında aşağidakı vəzifələr durur
 
 
a) geniş auditoriyaya səhih ekoloji məlumatların veril-
məsi; 
b) insanların ekoloji maarifləndirilməsi; 
c) təbiətin mühafizəsi üçün müvafiq qərarların qəbul 
olunmasına və icrasına ictimai nəzarətin həyata keşirilməsi 
məqsədi ilə praktik fəaliyyətin təşkili. 
 
Ekoloji jurnalistika hər hansı praktik bir məsələyə 
müraciət etsə belə, o mütləq  şüurun ekolojiləşməsi, mənə-
viyyatın ekolojiləşməsi və iqtisadiyyatın ekolojiləşməsi 
kimi qlobal problemlərlə üzləşir. Bu da öz növbəsində 
ekoloji jurnalistikanın mövzu istiqamətlərini bir qədər də 
genişləndirir.  
 
Dünya ekoloji jurnalistikasında bu gün aşağıdakı 
tematik istiqamətlər mövcuddur: 
 
1.
 
Siyasi-hüquqi istiqamət - ekoloji problemlərin 
sosial və siyasi təhlilini, həmçinin onların beynəlxalq 
aspektini özündə ehtiva edir. Burada, eyni zamanda, təbiəti 
mühafizə qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri 
və ekologiya sahəsində beynəlxalq  əməkdaşlıq problemləri 
də öz əksini tapır.  
2.
 
Dərketmə (idrak) istiqaməti – öz qarşısında 
ekoloji savadsızlığın aradan qaldırılması  vəzifəsini 
qoymuşdur. Belə ki, təbiətlə yalnız o şəxs ağıllı və savadlı 
davrana bilər ki, o, cəmiyyətlə  təbiətin funksiyalarının 
qanunları barədə kifayət qədər biliyə malikdir. Bilik 
münasibəti yaradır, münasibət isə davranış  xəttini 
formalaşdırır. Bu iki istiqamət insanların  şüurunun 
ekolojiləşməsinə kömək edir. 


223 
 
3.
 
Bioiqtisadi istiqamət – ekoloji problemləri 
ekologiyanın və iqtisadiyyatın qarşılıqlı  təsiri və qarşılıqlı 
şəkildə faydalı  əməkdaşlığı prizmasından işıqlandırır və 
təhlil edir. Buraya ətraf mühitin rasional istifadəsi sahəsində 
müsbət təcrübəni təbliğ edən, ekoloji layihələrin və istənilən 
təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən  əsaslı oduğunu 
təşviq edən KİV materialları aiddir. 
Bu gün bütün ekoloji materialların onda doqquzu bu 
istiqamətə aiddir və ən mürəkkəb və ağrılı prosesə – iqtisa-
diyyatın ekolojiləşməsinə yönəlmişdir. Bioiqtisadi problem-
lərin həlli yolu zərərli istehsal sahələrinin bağlanılmasında, 
tullantısız texnologiyaların tətbiq olunmasında və ekoloji 
cəhətdən təmiz istehsalda görülür. 
4.
 
Mənəvi-estetik istiqamət – mənəviyyatın 
ekolojiləşməsi problemini həll edir. İnsanla təbiət arasında 
münasibətlərin harmonikləşməsi insanın mənəvi, 
intellektual və  mədəni səviyyəsindən birbaşa asılıdır və 
buradakı asılılıq o qədər də asan deyil. Sözsüz ki, mənəvi 
səviyyə sonrakı sosial və elmi-texniki inkişafla bağlıdır; 
eyni zamanda şüurun, təfəkkürün və  mənəviyyatın 
ekolojiləşməsi elə  dəyərlərə qayıdışa səbəb olur ki, 
minilliklər boyunca Yer kürəsində insanların bütün canlılara 
münasibəti bu dəyərlər üzərində qurulmuşdur.  
Göründüyü kimi, ekoloji jurnalistikanın qarşısında 
özünün spesifikliyi və mürəkkəbliyi ilə seçilən ciddi 
vəzifələr durur. Bu vəzifələr ekoloji məsələləri işıqlandıran 
jurnalistdən xüsisu peşəkarlıq və sənətkarlıq səriştələri, eyni 
zamanda, zəngin sosial-siyasi və hüquqi dünyagörüşü tələb 
edir. 
Jurnalist-ekoloq üçün irəli sürülən ümumi 
tələblər:
 
1.
 
Jurnalist-ekoloq sənətkarlığı peşəkarlıq fəaliyyə-
tinin  ənənəvi metodlarına ustalıqla yiyələnməyi tələb edir. 
Lakin, yalnız bu kifayət deyildir. Jurnalist-ekoloqdan öz 
224 
 
fəaliyyətində  əlavə  iş üsullarının mənimsənilməsi, jurnalist 
əsərlərinin məlum janr və formalarının təkmilləşdirilməsi və 
s. tələb olunur.  
2.
 
Universal jurnalist müşahidəsi metodu – ekoloji 
jurnalistikada bu metod daha da inkişaf etdirilməlidir. Re-
daksiya tapşırığının yerinə yetirilməsi üçün müşahidənin 
açıq və gizli, bilavasitə və bilvasitə, hər hansı bir müşahidə 
qrupuna qoşularaq və qoşulmayaraq və s. kimi növlərindən 
həssaslıqla istifadə edilməlidir; 
3.
 
Sənədlərlə  iş  – jurnalist-ekoloq bu planda lazımi 
sənədlərin əldə olunmasında daha israrlı, diqqətli, gözüaçıq 
və zirək olmalı, onların öyrənilməsində operativ olmalı  və 
materialların təhlil edilməsində  hərtərəfli peşəkarlıq 
göstərməlidir.  
4.
 
Janr müxtəlifliyi - jurnalist informasiya 
alınmasının geniş yayılmış metodlarına xidmət edən 
janrlardan (müsahibə, «dəyirmi masa», mətbuat konfransı 
və s.) virtuoz şəkildə istifadə etməyi bacarmalıdır. Bunun 
üçün ekoloji problemlərin həllində plüralizmin 
formalaşması və öz əksini tapması vasitəsi kimi diskussiya 
janrına xüsusi yer verilməlidir.  
5.
 
Jurnalist tədqiqatı metodu- bu metod jurnalistə 
problemə daxildən baxmaq, onun həllinə  şəxsən qatılmaq 
imkanı verir. Bu çox vacibdir, çünki adətən, təxirəsalınmaz 
tədbirlərin həyata keçirilməsi üçün ən kritik situasiyalarda 
investiqeytiv jurnalistikaya müraciət edirlər. Bir qayda 
olaraq, bu cür publikasiyaların təsiri daha güclü olur. Xəzər 
dənizinin, Kür və Araz çaylarının ekoloji təmizliyi uğrunda 
və ətrafı basması haqqında respublika mətbatının çıxışlarını 
buna misal göstərmək olar. 
6.
 
Ekoloji təhlil, ekoloji monitorinq (təbiət obyekt-
lərinin sistemli müşahidəsi) – bu iş forması ekoloji proble-
matikaya aid zəngin dosyelərin hazırlanmasına imkan verir. 
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə