Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə47/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   100

193 
 
Maraqlısı odur ki, ailədaxili zorakılıqlar cəmiyyət 
tərəfindən hələ  də normal qarşılanır.  Əksər qadınlar  ərləri 
tərəfindən döyülməyin qanunauyğunluq olduğunu fikirləşir. 
Hazırda məhkum qadınların  əksəriyyəti ... ailədaxili 
zorakılıqla bağlı törədilən cinayətlərə görə  cəza çəkir. Bu 
gün boşanma statistikası aparılsa da, başqa ölkələrdən fərqli 
olaraq zorakılığa məruz qalan qadınların statistikası 
aparılmır. Belə olan halda qadının  əlacı  ən yaxşı halda 
boşanmaya çatır. Hətta iş o yerə catıb ki, boşanan qadın da 
əksər hallarda əri tərəfindən zorakılığa məruz qalır.”
93
 
Adətən, münaqişələr barədə informasiyalar o qədər də 
zorakılıq xarakteri daşımır. Kriminal süjetlər təhlil 
massivinin cüzi bir hissəsini (10-15 %) təşkil edir ki, 
onların da yarısı qeyri-zorakılıq yolu ilə baş vermiş ölümə 
(məsələn, bağ evində yanğın), valideynin öz uşağını 
oğurlamasına və ya da kriminal statistikaya aid olur. Təhlil 
massivinin böyük hissəsini (85-90 %) “görkəmli adamların” 
(siyasətçi, aktyor, teleaparıcı, müğənni, idmançı  və s.) ailə 
həyatının (təxminən 65 %) və ictimaiyyətin diqqətini o 
qədər də cəlb etməyən adamların ailə-məişət situasiyalarının 
(təxminən 25 %) təsviri təşkil edir. Materiallarda kiçik tipli 
ailələrin: burada ər-arvadın,  ərin, arvadın, qızın, oğulun, 
atanın və ananın rolu daha geniş  təqdim olunur. Geniş 
ailələrin (üçnəsilli və ya daha artıq) rollarına nadir hallarda 
rast gəlinir. 
Kontent-analiz aparılarkən uşaqların müxtəlif 
materiallarda göstərilən yaşları onların körpəliyi, 
məktəbəqədərki dövrü və məktəb illəri ilə bağlı mərhələlərə 
bölünməlidir: 
4-11 yaşlı  uşaqlar. Uşaqlar bu yaşda kifayət qədər 
sərbəst olurlar (və ya olmağa çalışırlar) və özlərini təqdim 
                     
93
 Azərbaycanda boşanmalar artıb. Həftə içi.az, On line, 
2011-04-01 
194 
 
etməyi bacarırlar (və ya səy göstərirlər), lakin məhz bu “sər-
bəstlik” KİV-də:
 
 
 “Sumqayıtda 6-cı  mərtəbədən yıxılan uşaq sağ 
qalıb”, “Meşəbəyinin meşədə azmış 5 yaşlı oğlu altı gündən 
sonra sağ-salamat evlərinə döndü” və s. şərti başlıqlı 
materialların işıq üzü görməsinə  səbəb ola bilər. Digər 
tərəfdən, bu yaş hüdudları  məktəbəqədərki və ibtidai sinif 
“həyəcanı” dövrünü əhatə edir. Mətbuatda “Məktəbəqədər 
yaşlı  uşaqları  ağıllı olmağa məcbur edəcəklər”, “Birinci 
sinif şagirdinin anasının beş sualı” və s. şərti başlıqlı yazılar 
dərc oluna bilər;  
 
Adətən, tədqiqat massivinin 20 %-ni təşkil edən, orta 
və yuxarı  uşaq yaşında olan uşaqların bilavasitə  iştirakçısı 
olduqları, kriminal epizodlar: “Tənha qadının qızını 
öldürüb, evini yandırdılar”. Baş rolların  əsasən məşhur 
valideynlərə ayrıldığı, uşaq rollarının və adlarının isə sadə 
kontekstdə xatırlanıldığı nikah-ailə səhnələri (əksər hallarda 
təhlil massivinin 30 %-ə qədərini təşkil edir) aşağıdakı şərti 
başlıqlarla dərc edilir: “Keşiş Jirinovskinin nəvəsinin xaç 
atası olacaqmı?”, “Jirinovski beşqat babadır”, “Qardaş-2”-
nin “Oğul-1”-i doğulmuşdur”. 
 
 Tək-tək hallarda “baba/nənə - nəvə” və “qayına-
na/qayınata – gəlin/kürəkən” tipli münaqişə münasi-
bətlərinə də rast gəlinir. Bu, çox yəqin ki, ailələrin kütləvi 
şəkildə kiçildilməsinin və  gənc cütlüklərin valideynlərdən 
və digər qohumlardan ayrı yaşamalarının nəticəsidir. Bu 
vəziyyətdə valideynlərin və  uşaqların iştirakı ilə (“ana – 
oğul/qız” variantı dominantlıq edir) şəxslərarası əks-hərəkət 
prinsipi üstünlük təşkil edir. Sonuncu halda KİV üçün 
materialın meydana gəlməsinin səbəbi  əsasən  adyulter 
(fransızca – adultere, ər-arvadın sədaqətsizliyi, xəyanət), 
nadir hallarda isə uşaqların tərbiyəsi məsələsi olur.  
Həmçinin, müəyyən dəyişikliyə  məruz qalmış status 
göstəriciləri və sosial-peşə xarakteristikaları da gözlənilməz 


195 
 
təsir bağışlaya bilir. Əgər  əvvəlki tədqiqatda fəhlə, 
pensiyaçı, işsiz, aktyor, iş adamı  və başqalarının ailələri 
bərabər səviyyədə  təmsil olunurdularsa, bu tədqiqat 
massivində ailələrin çox hissəsi (təxminən 70 %) açıq 
peşələrin təmsilçilərinin – tanınmış siyastçilərin, məşhur 
idmançıların, aktyorların, estrada “ulduzlarının”, 
teleaparıcıların və digərlərinin payına düşür. Mətnlərə daxil 
edilmiş informasiya təsviri-memuar xarakteri daşıyır. Şəxsi 
söhbətlərdə, yaxın adamların xatirə  və ya rəylərində 
yaşanan adi, sakit sevinclər, xəstəlik dövrlərində və məişətlə 
bağlı yaranan çətinliklər zamanı onlara göstərilən kömək, 
ailə genelogiyası  və karyera barədə  məlumatlar üstünlük 
təşkil edir. Təhlil olunan materialın cüzi bir hissəsi (3 %-ə 
qədər) uşaq ölümünə, boşanma proseslərinə, ailə və karyera 
ilə bağlı (oxşar tematikaya “sadə” adamlar arasında daha 
tez-tez rast gəlinir – təxminən 20 %) münaqişələrə aid olur. 
Kontent-analiz belə bir nəticəyə gəlməyə də əsas verir 
ki, bizim siyasi stabilliyimizin asılı olduğu insanlar yaxşı 
yaşayırlar. Amma belə bir təəssürat yaranır ki, onların xoş-
bəxtliyinin səbəbi öz aralarında olan qarşılıqlı möhkəm 
münasibətlər və bir-birlərini başa düşmələri deyil, maddi 
rifah  şəraitində yaşamalarıdır. Belə ailələrdə ailənin və 
nikahın sabitliyi maddi rifahın yox, maddi rifah nikahın 
zəmini kimi çıxış edir. Nə üçün təminatlı ailələrin uşaqlrı 
yoxdur və yaxud bir uşağı var? Kontent-analiz bu suala 
cavab tapılmasına da imkan yaradır. Səbəb fərdi dəyərlərin 
dəyişməsi ilə bağlı imiş. Ailədə iki uşağın olması paytaxtda 
və ölkənin digər iri şəhərlərində iki uşağa, hətta bəzən bir 
uşağa da olan ehtiyacla müəyyən olunur. Bunun üç və ya 
daha çox uşağa olan ehtiyacın reallaşdırılması 
istiqamətindəki “maneələrlə” heç bir bağlılığı yoxdur. 
İkinci qrup informasiya ailə institutu ilə dövlət 
arasındakı qarşılıqlı münasibətlərin təsviri  şəklində  təqdim 
edilir. Ailə  həmişəki kimi əmək və ordu resurslarının 
196 
 
yeganə mənbəyidir. Beynəlxalq təcrübəyə görə, bu sahədəki 
itkiləri – işsizliyi və ordudakı qeyri-nizamnamə 
münasibətlərini pul ödəmələri ilə kompensasiya etməyə 
cəhd göstərirlər. Proble-min özünün yaranma səbəblərinin 
həlli sxemi deyil, onun nəticələrinin ləğv edilməsi sxemi 
daim işləyir.  Əgər KİV-də ailə  və qeyri-ailə tematikasının 
nisbətinə (85-90 %) diqqət yetirsək, ailənin bir institut və ya 
kiçik sosial qrup kimi az əhəmiyyət kəsb etdiyini düşünmək 
olar. Bu cür düşünməyə  aşağıdakı statistik rəqəmlər və 
mütəxəssis fikirləri  əsas verir: “Azərbaycanda nikaha 
girənlərin 10 faizi boşanıb. Dövlət Statistika Komitəsinin 
rəsmi məlumatına görə, 2009-cu ildə ölkədə 78,9 min nikah 
qeydə alınıb. Boşanmaların sayı isə 7,8 min olub. Bu da son 
yeddi ildə boşanma hallarının iki dəfə artdığını göstərir. 
2002-ci ildə bu göstərici 5 faiz təşkil edib. Boşanmalara 
gənc ailələrdə daha çox təsadüf edilir… Mütəxəssislər 
hesab edirlər ki, gənclərə birgəyaşayış, qarşılıqlı hörmət 
istiqamətində  uşaq vaxtlarından maarifləndirmə  işi 
aparılmalıdır…, bu istiqamətdə maarifləndirməyə ehtiyac 
var. Avropada ailə institutu məhv olub. Azərbaycanın 
özünəməxsus ailə institutu formalaşıb, onu qorumaq və 
daha da möhkəmləndirmək ücün bu istiqamətdə  işlər 
görülməlidir
.
  Bəzi ekspertlər boşanmaların çoxalmasının 
günahını televiziyalarda görürlər, … Onların fikrincə, tele-
kanallarda verilən bayağı verlişlərdə, seriallarda mənfi ailə 
nümunələri təbliğ olunur, psixoloji, mənəvi dayaqları 
olmayan insanlara bu təbliğat asanlıqla təsir göstərir.”
94
 
Əksər hallarda demoqrafiya, ailə problematikası geniş 
auditoriyaya bəzi xarici KİV-ləin (xüsusilə  də Türkiyənin, 
Rusiyanın, Qərbi Avropa və Amerika ölkələrinin) material-
                     
94
 http://az.trend.az/news/society/1639810.html 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə