Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə44/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   100

181 
 
məlumatlarla müqayisə etmək olar. Bu sahədə qadınlara aid 
ən yüksək göstərici (75,3 il) Belorusda müşahidə 
olunacaqdır. 
Yeni müstəqil dövlətlər içərisində Rusiya, Belorus, 
Ukrayna, Ermənistan, Gürcüstan və Moldovada demoqrafik 
azalma artıq müşahidə olunmaqdadır. MDB ölkələri 
arasında Azərbaycan, Qazaxıstan, Qırğızstan, 
Türkmənistan, Özbəkistan və Tacikistanda əhalinin sayının 
artımı gözlənilir. Özbəkistan və Tacikistanda artımın daha 
çox olacağı proqnozlaşdırılır (ildə 1,5 %).
77
  
Demoqrafların proqnozuna görə, Azərbaycan bəşər 
cəmiyyəti tarixinə dünya ölkələri arasında  əhalinin  ən 
sürətlə artdığı dövlətlərdən biri kimi daxil olacaqdır. Tarixi 
inkişafın ayrı – ayrı  mərhələlərində respublika əhalisinin 
artım sürəti müxtəlif sosial –iqtisadi, demoqrafik, milli, 
mədəni, siyasi və s. amillərin təsiri altında eyni olmamış və 
daim dəyişmişdir. Belə ki, 1897 – 2003 - ci illəri əhatə edən 
106 il ərzində dünya əhalisinin sayı 3,8 dəfə artmışdırsa, 
Azərbaycanın əhalisi daha sürətlə, yəni 4,5 dəfə artaraq 1,8 
milyon nəfərdən 8,2 milyon nəfərə catmışdır.
78
  Əhalinin 
1999 – cu ildə keçirilmiş ilk milli siyahıya alınmasının 
nəticəsi göstərir ki, 1991 – 1998 – ci illər arasında ölkə 
əhalisi 10,7 % artmışdır. 
1990-2002-ci illərdə Azərbaycan Respublikasında 
əhalinin sayı 15 % artmışdır. Lakin, əhalinin ümumi 
artımına baxmayaraq, onun orta illik artım göstəricisində 
azalma meylləri müşahidə olunur. Əgər 1991-ci ildə 
əhalinin orta illik artımı 1,5 % təşkil edirdisə, 2002-ci ildə 
bu göstərici 0,8 %-ədək azalmışdır. 
                     
77
 MDB ölkələri üzrə statistik rəqəmlər http://news.bbc.co.uk/go/pr/fr/-
/hi/russian/international/newsid_7727000/7727339.stm saytından 
götürülmüşdür. 
78
 Muradov Ş.M. İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər. 
Bakı, “Elm”, 2004, səh.26. 
182 
 
İnkişaf etmiş ölkələrdə əhalinin sayının 2,3 dəfə aza-
lacağı proqnozlaşdırılır. BMT-nin Sosial Məsələlər və 
İqtisadiyyat Departamentinin xüsusi məruzəsində (noyabr 
2004, Brüssel) göstərilir ki, 2000-2050-ci illərdə Avropanın 
əhalisi 96 mln. nəfər azalacaqdır. Məsələn, 1995-2000-ci 
illərdə Avropanın əhalisi 4,4 mln. nəfər azalmışdır. Avropa 
ölkələri bu boşluğu miqrantların hesabına doldururlar. 
Doyche Presse-Agentur İnformasiya Agentliyinin 2004-
cü ilin noyabr ayında verdiyi məlumata görə, həmin 
müddətdə Avropa 5 mln. miqrant qəbul etmişdir. 
Miqrantların  əksəriyyətini müsəlmanlar təşkil edir.
79
 
Bütövlükdə isə Avropada 455 mln. əhalinin 15 milyonu 
müsəlmanlardır və bu rəqəm ildən-ilə artmaqdadır. 
 
Avropa ölkələrində yaşayan müsəlmanların sayı 
(mln. nəfərlə) 
  
№ Ölkələr Cəmi 
(mln.)
Müsəlmanlar faizlə 
1 Fransa 
60  6 
mln. 
10 

İngiltərə 60 2 
mln. 

3 Almaniya 82,5 3,2 
mln. 
 

4 Hollandiya 15  900 
min 

5 Avstriya  8 
340 
min 

6 Belçika  10,3 380 
min 
3,7 
7 Yunanıstan 10,6  380 
min 
3,6 
 
Dünyanın  ən çox məskunlaşmış regionu əvvəlkidək 
Cənubi Asiya olacaqdır.  İkinci yerə hazırda  ən  şox  əhalisi 
olan Çinin yerləşdiyi  Şərqi Asiyanı  sıxışdıraraq Afrika 
çıxacaq. 
                     
79
 “Respublika” qəzeti, 19 noyabr 2004. 


183 
 
Demoqrafik partlayışın aradan qalxması ilə bağlı olan 
digər mühüm problem əhalinin qocalması, yaşlaşmasıdır. İş 
burasındadır ki, bəşəriyyətin bütün tarixi boyunca, o 
cümlədən, hazırkı dövrə  qədər doğum faizi həmişə çox 
yüksək olmuşdur. Buna görə də əhalinin yaş tərkibi həmişə 
“gənc” olmuşdur. Lakin, XX əsrin sonlarında Avropada 
yaşlı insanların çəkisi 13 % təşkil etmişdir və bu rəqəm 
getdikcə artmaqdadır.  Frans-Press Agentliyinin (Agence 
France-Presse) verdiyi məlumata görə, Böyük Britaniyanın 
indiki  əhalisinin 20 %-nin minimum 100 yaşa qədər 
yaşayacağı proqnozlaşdırılır. Bu gün Böyük Britaniya 
ərazisində yaşayan 10 milyon insanın özünün 100 illik 
yubeliyini qeyd etmək  şansı var. Əgər, 2010-cu ildə 
İngiltərədə 11,8 min insan 100 yaşını qeyd etmişdisə, 2066-
cı ildə onların sayı 507 mindən az olmayacaq. “The Daily 
Telegraph”  qəzetinin yazdığına görə, 16 yaşı  hələ tamam 
olmamış britaniyalıların 3 milyonu, 2010-cu ildə isə 16-50 
yaş arasında olanların 5,5 milyonu özlərinin 100 yaşlarını 
bayram edəcəklər.
80
 
Həqiqətən də  əhalinin “qocalması” özü qlobal bir 
problemdir. Yer kürəsində yaşlı adamların sayı getdikcə 
artır. Əgər 1950-ci ildə onların sayı 200 milyon nəfər idisə
bu gün bu rəqəm 900 milyona bərabərdir, 2020-ci ildə bu 
rəqəm dünya əhalisinin 20 %-ni təşkil edəcəkdir. Bu nə ilə 
bağlıdır? 
Birincisi, bu, doğumun aşağı düşməsinə görə baş 
verir.  Əgər, XX əsrin ortalarında hər bir qadının orta 
hesabla 5 uşağı var idisə, 2005-ci ildə hər qadına 2,5 uşaq 
düşür. 
İkincisi,  uzunömürlülüyün müddəti artır. Bu rəqəm 
1950-ci ildə 47 il olmuşdur, bu gün isə bu rəqəm 65-ə 
bərabərdir. BMT-nin demoqrafları yaxın gələcəkdə orta yaş 
                     
80
 http://news.rambler.ru/8618127/ 
184 
 
həddinin 75 ilə çatacağını proqnozlaşdırırlar. Hazırda 
Azərbaycanda orta yaş həddi 63,8 ildir. 
Əhalinin qocalması prosesi həm inkişaf etmiş, həm də 
inkişaf etməkdə olan ölkələr üçün təhlükəlidir. Bu təhlükəni 
yoxsul ölkələr daha çox hiss edəcəklər. Bəşəriyyətin 
qocalması işçi qüvvəsinin artmasını ləngidir, sosial təminat 
sisteminin yükünü xeyli artırır. Bütün bunlar demoqrafiya 
siyasətini hazırlayan beynəlxalq təşkilatları, eləcə də dövlət 
və hökumət başçılarını ciddi narahat edir. “Qlobal 
demoqrafiya problemi dövlətin özünün mövcud olmasını 
şübhə altında qoyur”.
81
 “Demoqrafiya məsələlərinin 
dövlətin yaşaması  məsələsinə birbaşa aidiyyəti var”.
82
 
Müasir dövrdə demoqrafiya ilə bağlı düzgün düşünülmüş və 
hazırlanmış dövlət siyasəti xüsusi aktuallıq kəsb edir. 
 
Demoqrafiya siyasəti 
 
Kütləvi informasiya vasitələrinin demoqrafiya prob-
lematikası yönümündə mövzu və  təhlil obyektlərindən biri 
də  demoqrafiya siyasətidir.  Demoqrafiya siyasəti 
dedikdə, adətən müəyyən demoqrafik nəticələr  əldə etmək 
üşün dövlət və ictimai təşkilatlar tərəfindən həyata keçirilən 
tədbirlərin məcmusu nəzərdə tutulur. Məsələn, bəzi inkişaf 
etməkdə olan ölkələrin rəhbərləri (əsasən Afrika 
ölkələrinin) onsuz da artım tempi çox olmasına 
baxmayaraq,  əhalinin sayının artımını  rəğbətləndirirlər. 
Onlar bu cür demoqrafik siyasəti belə izah edirlər ki, 
əhalisinin sayı çox olan ölkə güclüdür və öz xarici siyasətini 
daha fəal həyata keçirə bilir. 
                     
81
 Россияне в дефиците. «Российская газета», 23 maя, 2007. 
82
 Demoqrafik çağırış.
 
"RBCdaily", 23 may, 2007
.
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə