181
məlumatlarla müqayisə etmək olar. Bu sahədə qadınlara aid
ən yüksək göstərici (75,3 il)
Belorusda müşahidə
olunacaqdır.
Yeni müstəqil dövlətlər içərisində Rusiya, Belorus,
Ukrayna, Ermənistan, Gürcüstan və Moldovada demoqrafik
azalma artıq müşahidə olunmaqdadır. MDB ölkələri
arasında Azərbaycan, Qazaxıstan, Qırğızstan,
Türkmənistan, Özbəkistan və Tacikistanda əhalinin sayının
artımı gözlənilir. Özbəkistan və Tacikistanda artımın daha
çox olacağı proqnozlaşdırılır (ildə 1,5 %).
77
Demoqrafların proqnozuna görə,
Azərbaycan bəşər
cəmiyyəti tarixinə dünya ölkələri arasında əhalinin ən
sürətlə artdığı dövlətlərdən biri kimi daxil olacaqdır. Tarixi
inkişafın ayrı – ayrı mərhələlərində respublika əhalisinin
artım sürəti müxtəlif sosial –iqtisadi, demoqrafik, milli,
mədəni, siyasi və s. amillərin təsiri altında eyni olmamış və
daim dəyişmişdir. Belə ki, 1897 – 2003 - ci illəri əhatə edən
106 il ərzində dünya əhalisinin sayı 3,8 dəfə artmışdırsa,
Azərbaycanın əhalisi daha sürətlə, yəni 4,5 dəfə artaraq 1,8
milyon nəfərdən 8,2 milyon nəfərə catmışdır.
78
Əhalinin
1999 – cu ildə keçirilmiş ilk milli siyahıya alınmasının
nəticəsi göstərir ki, 1991 – 1998 – ci illər arasında ölkə
əhalisi 10,7 % artmışdır.
1990-2002-ci illərdə Azərbaycan Respublikasında
əhalinin sayı 15 % artmışdır. Lakin, əhalinin ümumi
artımına baxmayaraq, onun orta illik artım göstəricisində
azalma meylləri müşahidə olunur. Əgər 1991-ci ildə
əhalinin orta illik artımı 1,5 %
təşkil edirdisə, 2002-ci ildə
bu göstərici 0,8 %-ədək azalmışdır.
77
MDB ölkələri üzrə statistik rəqəmlər http://news.bbc.co.uk/go/pr/fr/-
/hi/russian/international/newsid_7727000/7727339.stm saytından
götürülmüşdür.
78
Muradov Ş.M. İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər.
Bakı, “Elm”, 2004, səh.26.
182
İnkişaf etmiş ölkələrdə əhalinin sayının 2,3 dəfə aza-
lacağı proqnozlaşdırılır. BMT-nin Sosial Məsələlər və
İqtisadiyyat Departamentinin xüsusi məruzəsində (noyabr
2004, Brüssel) göstərilir ki, 2000-2050-ci illərdə Avropanın
əhalisi 96 mln. nəfər azalacaqdır. Məsələn, 1995-2000-ci
illərdə Avropanın əhalisi 4,4 mln. nəfər azalmışdır. Avropa
ölkələri bu boşluğu miqrantların hesabına doldururlar.
Doyche Presse-Agentur İnformasiya Agentliyinin 2004-
cü ilin noyabr ayında
verdiyi məlumata görə, həmin
müddətdə Avropa 5 mln. miqrant qəbul etmişdir.
Miqrantların əksəriyyətini müsəlmanlar təşkil edir.
79
Bütövlükdə isə Avropada 455 mln. əhalinin 15 milyonu
müsəlmanlardır və bu rəqəm ildən-ilə artmaqdadır.
Avropa ölkələrində yaşayan müsəlmanların sayı
(mln. nəfərlə)
№ Ölkələr Cəmi
(mln.)
Müsəlmanlar faizlə
1 Fransa
60 6
mln.
10
2
İngiltərə 60 2
mln.
3
3 Almaniya 82,5 3,2
mln.
4
4 Hollandiya 15 900
min
5
5 Avstriya 8
340
min
4
6 Belçika 10,3 380
min
3,7
7 Yunanıstan 10,6 380
min
3,6
Dünyanın ən çox məskunlaşmış regionu əvvəlkidək
Cənubi Asiya olacaqdır. İkinci yerə hazırda ən şox əhalisi
olan Çinin yerləşdiyi Şərqi Asiyanı sıxışdıraraq Afrika
çıxacaq.
79
“Respublika” qəzeti, 19 noyabr 2004.
183
Demoqrafik partlayışın aradan qalxması ilə bağlı olan
digər mühüm problem əhalinin qocalması, yaşlaşmasıdır. İş
burasındadır ki, bəşəriyyətin bütün tarixi boyunca, o
cümlədən, hazırkı dövrə qədər doğum faizi həmişə çox
yüksək olmuşdur. Buna görə də əhalinin yaş tərkibi həmişə
“gənc” olmuşdur. Lakin, XX əsrin sonlarında
Avropada
yaşlı insanların çəkisi 13 % təşkil etmişdir və bu rəqəm
getdikcə artmaqdadır.
Frans-Press Agentliyinin (Agence
France-Presse) verdiyi məlumata görə, Böyük Britaniyanın
indiki əhalisinin 20 %-nin minimum 100 yaşa qədər
yaşayacağı proqnozlaşdırılır. Bu gün Böyük Britaniya
ərazisində yaşayan 10 milyon insanın özünün 100 illik
yubeliyini qeyd etmək şansı var. Əgər, 2010-cu ildə
İngiltərədə 11,8 min insan 100 yaşını qeyd etmişdisə, 2066-
cı ildə onların sayı 507 mindən az olmayacaq.
“The Daily
Telegraph” qəzetinin yazdığına görə, 16 yaşı hələ tamam
olmamış britaniyalıların 3 milyonu, 2010-cu ildə isə 16-50
yaş arasında olanların 5,5 milyonu özlərinin 100 yaşlarını
bayram edəcəklər.
80
Həqiqətən də əhalinin “qocalması” özü qlobal bir
problemdir. Yer kürəsində yaşlı adamların sayı getdikcə
artır. Əgər 1950-ci ildə onların sayı 200
milyon nəfər idisə,
bu gün bu rəqəm 900 milyona bərabərdir, 2020-ci ildə bu
rəqəm dünya əhalisinin 20 %-ni təşkil edəcəkdir. Bu nə ilə
bağlıdır?
Birincisi, bu, doğumun aşağı düşməsinə görə baş
verir. Əgər, XX əsrin ortalarında hər bir qadının orta
hesabla 5 uşağı var idisə, 2005-ci ildə hər qadına 2,5 uşaq
düşür.
İkincisi, uzunömürlülüyün müddəti artır. Bu rəqəm
1950-ci ildə 47 il olmuşdur, bu gün isə bu rəqəm 65-ə
bərabərdir. BMT-nin demoqrafları yaxın gələcəkdə orta yaş
80
http://news.rambler.ru/8618127/
184
həddinin 75 ilə çatacağını proqnozlaşdırırlar. Hazırda
Azərbaycanda orta yaş həddi 63,8 ildir.
Əhalinin qocalması prosesi
həm inkişaf etmiş, həm də
inkişaf etməkdə olan ölkələr üçün təhlükəlidir. Bu təhlükəni
yoxsul ölkələr daha çox hiss edəcəklər. Bəşəriyyətin
qocalması işçi qüvvəsinin artmasını ləngidir, sosial təminat
sisteminin yükünü xeyli artırır. Bütün bunlar demoqrafiya
siyasətini hazırlayan beynəlxalq təşkilatları, eləcə də dövlət
və hökumət başçılarını ciddi narahat edir. “Qlobal
demoqrafiya problemi dövlətin özünün mövcud olmasını
şübhə altında qoyur”.
81
“Demoqrafiya
məsələlərinin
dövlətin yaşaması məsələsinə birbaşa aidiyyəti var”.
82
Müasir dövrdə demoqrafiya ilə bağlı düzgün düşünülmüş və
hazırlanmış
dövlət siyasəti xüsusi aktuallıq kəsb edir.
Demoqrafiya siyasəti
Kütləvi informasiya vasitələrinin demoqrafiya prob-
lematikası yönümündə mövzu və təhlil obyektlərindən biri
də
demoqrafiya siyasətidir. Demoqrafiya siyasəti
dedikdə, adətən müəyyən demoqrafik
nəticələr əldə etmək
üşün dövlət və ictimai təşkilatlar tərəfindən həyata keçirilən
tədbirlərin məcmusu nəzərdə tutulur. Məsələn, bəzi inkişaf
etməkdə olan ölkələrin rəhbərləri (əsasən Afrika
ölkələrinin) onsuz da artım tempi çox olmasına
baxmayaraq, əhalinin sayının artımını rəğbətləndirirlər.
Onlar bu cür demoqrafik siyasəti belə izah edirlər ki,
əhalisinin sayı çox olan ölkə güclüdür və öz xarici siyasətini
daha fəal həyata keçirə bilir.
81
Россияне в дефиците. «Российская газета», 23 maя, 2007.
82
Demoqrafik çağırış.
"RBCdaily", 23 may, 2007
.