Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə42/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   100

173 
 
Əhali keyfiyyətini adətən aşağıdakı üç kəmiyyət 
göstəricisinə görə müəyyən edirlər: 
 
 
sağlam həyat tərzinin yaxşılaşması – 
uzunömürlülüyə görə; 
 
həyat komfortunun yaxşılaşması – adambaşına 
düşən ümumi (xərci çıxmamış) məhsula görə; 
 
mənəvi və zehni keyfiyyətlərin artması – təhsilin 
səviyyəsinə, təhsil müəssisələrinin sayına, intellektual 
məhsula (kitab, ixtira və s.), cinayətkarlığın aşağı düşməsinə 
və s. görə. 
 
Lakin, bütün bunlarla yanaşı ilkin əhali göstəricisi 
onun kəmiyyəti hesab olunur. Məhz bu rəqəmin fasiləsiz 
olaraq artması istiqamətində baş verən dəyişikliklər 
bəşəriyyət tərəfindən böyük narahatlıqla qarşılanır. Qlobal 
problemlərin öyrənilməsi məqsədi ilə yaradılmış ilk elmi-
tədqiqat mərkəzi olan Roma klubu (1968-ci ildə 
yaradılmışdır) keçən əsrin 70-ci illərində təbiət, cəmiyyət və 
insanlar arasında razılaşdırılmamış  fəaliyyətləri təhlil 
edərək belə  nəticəyə  gəlmişdi ki, iqtisadi, sosial və digər 
istiqamətlərdə  əldə olunan uğurlar və ya yol verilən 
nöqsanlar son nəticədə İnsan İnkişafı ilə mütənasiblik təşkil 
edir.
73
  
İnsan  İnkişafı beynəlxalq ictimaiyyətin, o cümlədən, 
hər bir cəmiyyətin milli sərvəti kimi qiymətləndirilir. 
Müasir dövrdə artıq kütləvi informasiya vasitələrinin 
birbaşa iştirakı ilə inkişaf etmiş ölkələrdə insan iqtisadiyyat 
üçün deyil, iqtisadiyyat insan üçündür fikri 
formalaşdırılmışdır. Eyni zamanda, BMT İnkişaf 
Proqramının dəstəyi ilə hazırlanan və 1990-cı ildən  İnsan 
İnkişafı Hesabatının birinci nəşrinin epiqrafı kimi işlənən və 
hər il bu nəşrin başladığı  “Hər bir dövlətin həqiqi sərvəti 
                     
73
  Лейбин  Б.М.  Модели  мира  и  образ  человека.  М.:  Поитиздат, 
1982, стр. 179. 
174 
 
onun insanlarıdır” sözləri KİV-in köməyi ilə bütün 
dünyada inkişaf haqqında düşüncə  tərzinə çevrilmişdir. 
1990-cı ildən bəri 140-dan artıq ölkə bu sahədə tədqiqatların 
aparılması  və milli siyasətin formalaşdırılması  məqsədi ilə 
İnsan İnkişafı Hesabatı çərçivəsini qəbul etmişdir.
74
  
2010-cu il üçün İnsan  İnkişafı  İndeksi 0.713 olan və 
169 ölkə arasında 67-ci yerdə duran Azərbaycan “orta insan 
inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” 
qrupuna keçmişdir. Bu faktın özü Azərbaycanda insan ami-
linə yüksək qiymət verilməsinə, “Biz Azərbaycan deyəndə, 
onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin 
bütün bunlarla yanaşı, respublikanın  ən başlıca 
sərvətlərindən biri, bəlkə də ən başlıca sərvəti qədimlərdən 
bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa 
bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad 
edən adamlardır”
75
 sözlərinin reallığı  əks etdirməsinə  və 
strateji fəaliyyət istiqaməti olmasına sübutdur.  
2005-2010-cu illər ərzində Azərbaycan İnsan İnkişafı 
sahəsində  ən sürətli inkişafa nail olmuşdur: 2005-ci ildə 
101-ci yerdə olan Azərbaycan 2010-cu ildə artıq 67-ci 
yerdədir. 2000-2010-cu illər dövründə orta illik artım 
tempinin 1.77 olması ilə keçmiş Sovet İttifaqı  məkanında 
qabaqcıl ölkə olmuşdur. 1990-cı illərin ortalarından etibarən 
Azərbaycan iqtisadi inkişaf tempini sürətləndirərək 
yoxsulluğun azaldılması, ömür uzunluğu və  təhsil 
səviyyəsinin artması kimi sahələrdə böyük nailiyyətlər əldə 
etmişdir. 1995-ci ildən 2010-cu ilə kimi Azərbaycan  İnsan 
İnkişafı İndeksi 27 % artaraq 0.563-dən bugünki səviyyəyə 
(0.713) qalxmışdır. Bu müddət  ərzində Azərbaycanda 
                     
74
  İnsan  İnkişafı Hesabatı 2010. Human Development Report 2010. 
UNDP Azerbaijan. Bakı, 2010, səh. 5. 
75
 Heydər  Əliyev. Azərbaycanda yaşayan milli azlıqların və etnik 
qrupların nümayəndələri ilə görüşündə nitqi. “Azərbaycan” qəzeti, 7 
oktyabr 1993-cü il.  


175 
 
doğulanda gözlənilən ömür uzunluğu 5 il, gözlənilən təhsil 
illəri 3 il və adambaşına düşən ümummilli gəlir 338 % 
artmışdır. Bütün sahələrdə olan irəliləyişlər Azərbaycan 
İnsan  İnkişafı  İndeksinin hər bir komponentinin ildən-ilə 
daha yüksək dəyərlərlə ölçülməsinə səbəb olmuşdur.
76
  
İnsan  İnkişafı sahəsində qazanılan nailiyyətlərin 
qorunub saxlanılması  və artırılması  məqsədi ilə  həm sahə 
elmi, həm də  KİV demoqrafiya məsələlərinə retrospektiv 
aspektdə yanaşmalı, bu məsələlər yoxsul ailələrin 
vəziyyətlərinin yaxşılaşdırılması prizmasından təhlil 
edilməli, onların həlli yollarının müəyyən edilməsi 
sahəsində transmilli tarixi təcrübə nəzərə alınmalı və müasir 
vəziyyətə  tətbiq edilməlidir. Bu vəzifəni yerinə yetirmək 
üçün  jurnalist-demoqraf  əhalisakinliyi ilə bağlı bütün 
anlayış  və terminlər, təcrübələr barədə mütəxəssis-demoq-
rafdan heç də az olmayan ətraflı biliyə malik olmalıdır.  
 
Demoqrafik partlayış, demoqrafik inqilab 
və onların aradan qaldırılması perspektivləri 
 
XIX əsrin əvvəllərində Yer kürəsində əhalinin sayı 1 
milyarda çatdı. O zaman əhalinin sayının ikiqat artması 
üçün iki yüzillik tələb olunmuşdu. Növbəti ikiqat arptım 
üçün isə 120 il tələb olundu; 2 milyardlıq hədd XX 
yüzilliyin 20-ci illərində  aşıldı. Yer kürəsində  əhalinin 
sayının növbəti iki dəfə artmasına 50 il tələb olundu. XX 
əsrin 70-ci illərində bu rəqəm 4 milyard oldu. 2011-ci il 
oktyabr ayının 31-nə olan məlumata görə, dünya əhalisinin 
sayı 7 milyardı keçdi. XX əsrin ikinci yarısında  əhali 
artımının bu cür fasiləsiz tempi “demoqrafik partlayış” 
adını aldı.  
Lakin, bu təzahür bəşəriyyət tarixində yeni bir təzahür 
deyil. Demoqrafik partlayış  demoqrafik inqilab ilə izah 
                     
76
  İnsan  İnkişafı Hesabatı 2010. Human Development Report 2010. 
UNDP Azerbaijan. Bakı, 2010, səh. 6-7. 
176 
 
olunur və bu zaman əhali istehsalı sahəsindəki radikal dəyi-
şikliklər nəzərdə tutulur. Bu cür dəyişikliklərin nəticəsində 
doğumla ölüm dövrləri arasında fərqlər yaranır. 
Demoqrafik partlayış  demoqrafik inqilabın başa 
çatmamasının nəticəsində baş verir.  
Demoqrafik inqilab nə üçün baş verir? Bunun əsas 
səbəbi ölümün sayının kəskin  şəkildə  aşağı düşməsidir. 
Ölümün səbəblərini iki yerə bölürlər: ekzogen (yun. - xarici 
səbəblərdən baş verən)  və  endogen  (yun. - daxili 
səbəblərdən baş verən) səbəblər. Ölümün birinci növünə aid 
olan səbəblərə xarici şəraitin, məsələn, təsadüfi hadisələrin, 
müharibələrin, antisanitariyanın, aclıq və s.-nin insana təsiri 
aid edilir. Endogen səbəblər isə  təbii qocalma və  ətraf 
mühitin mənfi təsiri ilə əlaqədar olan səbəblərdir. 
Ölümün kəskin  şəkildə  aşağı düşməsi ekzogen 
ölümün aşağı düşməsi hesabına baş verir. Demoqrafik 
inqilab ekzogen ölümün kəskin  şəkildə  aşağı düşməsi 
nəticəsində baş verir. Lakin, demoqrafik inqilabın 
demoqrafik partlayışa gətirib çıxarması üçün eyni zamanda 
əhalinin prokreasiya (lat. – procreatio – yaranma, doğulma, 
dünyaya gətirmə) davranışının saxlanılması vacibdir (yəni, 
uşağın doğulması ilə bağlı davranış).  
Avropanın timsalında demoqrafik inqilabın iki tipini 
göstərmək olar – fransız və ingilis. XIX əsrin  əvvəllərində 
bu ölkələrdə ölümün sayı kəskin şəkildə aşağı düşür. Lakin 
Fransada ölümlə yanaşı doğum hallarının sayı da aşağı 
düşür, İngiltərə də isə prokreasion davranış dəyişməz olaraq 
qalır.  Bu  da  ona  gətirib  şıxarır ki, XIX əsrin sonunda 
İngiltərədə  əhalinin sayı 3,4 dəfə artır, yəni  İngiltərə 
demoqrafik inqilab şəraitini yaşayır, Fransada isə bu proses 
nəzərə çarpmır.  
Müasir demoqrafik partlayış onunla fərqlənir ki, Yer 
kürəsinin böyük hissəsini təşkil edən  əhali arasında ölüm 
faizi bəşəriyyət tarixində görünməmiş  şəkildə  aşağı 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə