Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə78/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   100

317 
 
imzalanmışdır. 2013-cü ilədək nüvə potensiallarının xeyli 
sayda azaldılmasını nəzərdə tutur.
 
Strateji silahların məhdudlaşdırılması (SSM-1) 
haqqında müvəqqəti Saziş – 1972-ci il mayın 26-da 
Moskvada imzalanmışdır. İki ölkə arasında qarşılıqlı strateji 
qarşıdurma səviyyəsinin kəmiyyətcə artım prosesinə ilk 
məhdudiyyətlər qoymuşdur. 
Strateji silahların məhdudlaşdırılması (SSM-2) 
haqqında sovet-amerika Sazişi – 1979-ci ilin iyununda 
Vyanada imzalanmışdır. Nüvə silahının və onun 
çatdırılması vasitələrinin keyfiyyətcə  təkmilləşdirilməsi 
yolunda məhdudiyyətlər tətbiq etmişdir.  
Strateji silahların məhdudlaşdırılması (SSM-2) 
haqqında sovet-amerika Sazişi – 
1993-cü ilin yanvarında 
Rusiya və ABŞ prezidentləri SSM-2 Sazişini imzalamışlar. 
Bu Sazişə görə, hər iki dövlət nüvə raketləri ehtiyatlarının 
üçdə iki hissəsini ləğv etmək barədə razılığa gəlmişlər. 
Su layı – mədən suxurlarının, məsamələrin, çatların 
və digər boşluqların susızdıran qatı və ya qatları. 
Teleradio proqramları – daimi adı olan və ildə azı 
bir dəfə efirə buraxılan audio, audiovizual xəbər və 
materialların (verilişlərin) məcmusu. 
Teratogenlər 
– 
orqanizmə təsir edərkən teratogenezin 
(orqanizmin inkişafında eybəcərlik və digər anomaliyalar) 
əmələ gəlməsi. 
Terrorizm – aksiyanı icra edənin  şəxsiyyəti və ya 
icra etdiyi işin mahiyyəti ilə deyil, aksiyanın xarakteri ilə 
müəyyən olunur. Bütün terror aksiyaları zorakılığın tətbiqi 
və zorakılıqla hədələməklə bağlı olur, əksər hallarda 
konkret tələblərin irəli sürülməsi ilə müşayiət olunur. 
Zorakılıqlar  əsasən mülki obyektlərə yönəldilir, aksiyanın 
motivləri isə siyasi xarakter daşıyır. Aksiyalar daha geniş 
ictimai diqqəti cəlb edən bir tərzdə  həyata keçirilir. 
İcraçılar, adətən, mütəşəkkil qrupların üzvləri olurlar və 
318 
 
digər cinayətkar qruplardan fərqli olaraq həyata keçirdikləri 
aksiyaya görə məsuliyyəti öz üzərlərinə götürürlər. Nəhayət, 
aksiyanın özü bilavasitə vurulan fiziki zərərin çərçivəsindən 
kənara çıxan təsir göstərmək imkanına malik olur. Terror 
aktlarının əksəriyyəti KİV-in köməyi ilə ictimaiyyətdə geniş 
əks-səda yaratmaq və bununla da ictimai diqqəti cəlb etmək 
məqsədi ilə törədilir. 
Təhlükəli tullantılar – insanın texnoloji fəaliyyəti 
nəticəsində  əmələ  gələn tullantılar, həmçinin yararsız hala 
düşmüş və insan orqanizminə və ekosistemlərə zərər vuran 
kimyəvi məhsullar  
Tənəzzül - inkişaf prosesi nəticəsində  hər hansı bir 
sistemin fəaliyyətini, onun davamlılığını  və  həyatiliyini 
təmin edə biləcək faydalı funksiyaların azalması, başlanğıc 
strukturların dağılması, sistemaltıların, element və 
əlaqələrin sayının aşağı düşməsi. 
Tərəqqi  - aşağıdan yuxarıya doğru, daha az təkmil 
olandan daha çox təkmil olana doğru keçidlə xarakterizə 
olunan inkişaf növü, istiqaməti. Tərəqqi sistemin 
elementlərinin və  əlaqələrinin elə differensasiyasını  və 
inteqrasiyasını nəzərdə tutur ki, onlar bu sistemin tamlığını, 
mühitə uyğunluğunu, funksional səmərəliliyini, 
davamlılığını, etibarlılığını daha da yüksəldir və növbəti 
inkişaf mərhələsi üçün zəmin yaradır. 
Torpağın 
şoranlaşması – torpaqda, 
torpaqəmələgətirən növlərin və tez həll olan duzların 
(karbonat-natri, xlorid və sulfatlar) miqdarının (0,25 %-dən 
artıq) çoxalması, ya da əksər hallarda qeyri-düzgün becərmə 
işlərinin aparılması  və ya qrunt və  səth sularının gətirdiyi 
duzların hesabına şoranlaşma. 
Tullantıların dənizdə basdırılması – zərərli 
tullantıların açıq dənizdə basdırılması üzrə müxtəlif 
texnologiyaların istifadə olunması. Bu, əsasən maye 
tullantıların dənizə axıdılmasından, içərisində müxtəlif 


319 
 
zərərli və toksiki tullantılar olan konteynerlərin dənizdə 
batırılmasından ibarət olur. 
Turş yağıntı – yağıntının bütün növlərini – yağış, qar, 
sulu qar, dolu və istənilən digər formasını turş yağıntı 
adlandırırlar. Turş yağıntı atmosferdə  tərkibində kükürd 
oksidi və ya azot olan maddələrin reaksiyaya girməsi 
nəticəsində yaranır. Bu maddələr kömürün və neft 
məhsullarının yandırılması zamanı  əlavə maddə qismində 
əmələ  gəlir. Turş yağıntı su hövzələrinin bütün canlı 
aləminə  zərbə vurur, körpülərin və arxitektura abidələrinin 
koroziyasına səbəb olur, lak və  rəng örtüklərini dağıdır, 
meşələri məhv edir, kənd təsərrüfatında məhsuldarlığı aşağı 
salır, qurğuşunun borulara düşməsi nəticəsində içməli suyu 
zəhərləyir və görüntünü azaldır. 
Yaşıl inqilab – 1950-1980-ci illərdə dünyada kənd 
təsərrüfatı  məhsulları istehsalının kəskin  şəkildə artması 
prosesi. 
Zəhərli maddələr – insanların sağlamlığına və  ətraf 
mühitə zərər vura bilən maddələr. 
Zəhərli tullantılar – tərkibində  insan orqanizminə 
toxunarkən xəstəlik və ya sağlamlığında müyyən 
yayınmalar əmələ gətirə bilən maddələrin olduğu tullantılar. 
Zəmanətli qarşılıqlı  məhvetmə - tərəflərdən birinin 
qarşı tərəfə öldürücü dağıdıcı zərbə endirə biləcəyi, lakin bu 
zaman eyni cavab zərbəsi ala biləcəyi situasiya. 
 
 
 
 
 
 
 
 
 
320 
 
II ƏLAVƏ  
 
“JURNALİSTİKA VƏ MÜASİR DÖVRÜN QLOBAL 
PROBLEMLƏRİ”  
KURSUNUN PROQRAMI 
 
(bakalavr pilləsi üçün) 
 
Mövzu 1. Müasir dövrün qlobal problemləri və onların 
həlli sahəsində KİV-in vəzifələri: ümumi nəzər
 
 
Problemin qlobal xarakter almasının sosial-iqtisadi və 
elmi-texniki səbəbləri. Cəmiyyətin real proseslərinin inkişaf 
təcrübəsinin, onun ətraf aləmlə, təbiətlə münasibətlərinin 
təkcə  məhsuldar qüvvələrin texnoloji və  təşkilati 
münasibətləri ilə deyil, həmçinin sosial-iqtisadi 
münasibətləri ilə müəyyənləşdirilməsi. Qlobal problemlərin 
təsnifatı: iqtisadi və siyasi sahədə dövlətlərin qarşılıqlı 
fəaliyyət problemləri; cəmiyyət və təbiət arasında qarşılıqlı 
fəaliyyət problemi; insanlar və cəmiyyət arasında qarşılıqlı 
əlaqə problemi. Sosial təbii proseslər və qlobal problemlər 
arasında ümumi və fərqli cəhətlər. 
Qlobal problemlərin kəskinləşməsi səbəblərinin 
öyrənilməsinin zəruriliyi. Qlobalistika qlobal problemləri 
öyrənən sahə kimi. Qlobalistikanın  əsas istiqamətləri və 
təşəkkül tapmasının  əsas mərhələləri. Roma klubunun 
yaranması, məqsədləri və əsas ideyaları. Roma klubu üçün 
hazırlanan məruzələr. Qlobal problemlərin aradan 
qaldırılması imkanları  və yolları. Qlobal problemlərin 
kəskinləşməsinin dünya inkişafına təsiri. 
Kütləvi informasiya vasitələrində qlobal problemlərin 
mahiyyətinin açılmasında, izahında, mənimsənilməsində 
jurnalistlərin istifadə etdikləri təbliğatçılıq işinin forma və 
metodları. Bu mövzuda çıxışların tematik və janr 
rəngarəngliyi, sənatkarlıq xüsusiyyətləri. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə