229
bilən televiziya seansları (məsələn, V.Kaşpirovski,
A.Çumak və s.) qadağan edilmişdir.
“Zomblaşdırmanın” ekspansiyasına xarakterik
nümunə kimi Rusiyanın NTV, ORT, RTR telekanallarının
Azərbaycanla bağlı süjetlərində və Tehranın azərbaycandilli
telekanallarının proqramlarında bəzi tamaşaçıların tam
formalaşmamış şüurlarına gizli təsirin göstərilməsini misal
çəkmək olar. Hətta bəzən xarici telekanalların Azərbaycan
telekanallarının proqramlarından sitat gətirdikləri epizodlar
da müxtəlif gizli mənalar və fikirlərlə zəngin olur.
“Zomblaşdırma” uşaqlar üşün xüsusilə
təhlükəlidir. Yaponiyada TV-də şüurdan gizli reklamla
birlikdə nümayiş etdirilmiş cizgi filminə tamaşa etmiş 800
uşaqda epilepsiya pristupunun baş verdiyi aşkar
olunmuşdur. ABŞ məktəblərində hətta uşaqlara birbaşa
aidiyyəti olmayan teleproqramlarda aşılanan
gizli təsir
nəticəsində intihar epidemiyası dalğası əmələ gəlmişdir. Bu
slkələrdə insan psixikası ilə manipulyasiyaya yol verilən
proqramların nümayişi qadağan edilmişdir.
Azərbaycanda “zomblaşdırma” hələlik qanunla
tənzimlənmir və tamaşaçılar gündəlik gizli virus
normalarını alırlar. Cəmiyyətin şüurunu təhlükədən
qurtarmaq, kütləvi xəstəlik və ölümün qarşısını almaq üçün
hökumət tərəfindən təcili qərarların qəbul olunması tələb
olunur (Rusiyada Kaşpirovski və Çumakla bağlı olduğu
kimi).
Televerilişlərin insanın fiziki sağlamlığına təsiri ilə
bağlı məşhur bir faktı da misal göstərə bilərik. 1997-ci il
dekabrın 16-da axşam Yaponiyada televiziya ilə “Pakemon”
cizgi filimi göstərilmişdir. Bu filmdə səmada qırmızı-mavi
işıq sayrışmaları olan beşsaniyəlik bir epizod vardır. Cizgi
filminə baxan 700 uşaqda və yaşlı şəxsdə ürəkkeçməsi baş
vermiş, təcili yardımlar çağırılmış və 200 nəfər
xəstəxanalara yerləşdirilmişdir. Mütəxəssislər cizgi filminin
230
təkrar nümayişi barədə bütün Yaponiya əhalisinə məlumat
vermiş və ertəsi gün qırmızı-mavi epizodu yenidən
televizorda göstərmişlər. Təkrar
seans bütün ölkədə yeni
ürəkkeçmə dalğası yaratmışdır. Ürəyi keçənlərin yaş
diapazonu 3-58 yaş arasında olmuşdur. Bəzi uşaqlarda
ürəkkeçmədən sonra boğulma halları da baş vermişdir.
Təhsil Nazirliyinin verdiyiy məlumata görə 12950 uşaqda
müxtəlif ağır dərəcəli simptomlar aşkar edilmişdir.
Aydınlaşdırılmışdır ki, animatorlar şüura təsir etmək üçün
hansısa xüsusi effektdən istifadə etməmişlər.
Ürəkkeçmələrə səbəb yalnız rəngli “sayrışmalar” olmuşdur.
Buna səbəb nədir?
İşıqla qaranlığın tez-tez bir-birini əvəzləməsi və
yaxud da kontrastlı patternlər neyronlara təsir edir və onları
adi haldakına nisbətən daha böyük tezlikli elektrik
impulsları yaratmağa məcbur edir. Beləliklə də, yaranmış
“elektrik fırtınası” epilepsiyadan əziyyət çəkən insanlarda
əzələ qıcolmasına və ürəkkeçməyə səbəb olur.
Və bu zaman
sayrışmanın olması mütləq deyil, əsas odur ki, rəng
təzadları və kəskin dəyişikliklər insanın şüurunda qeydə
alınmalıdır.
İnformasiyanın hələ tam formalaşmamış şüura (təhtəl-
şüura) birbaşa yerləşdirilməsi İnternet istifadəşilərinə də
təsir edə bilir
. Daha geniş yayılmış “666” və
“25th.Century.Fox” kompüter virusları da eyni ilə “25-ci
kadr effekti”ndən istifadə edirlər.
“25th.Century.Fox” virusu yeni nəsl virusudur. O,
kompüterə heç bir dağıdıcı təsir etmədən bilavasitə istifadə-
çinin şüuruna təsir göstərir. Yoluxmuş proqram işə
düşərkən virus əvvəlcədən proqrama yerləşdirilmiş 128
ifadədən birini təsadüfən seçir və onu hər 25-ci kadra
“soxuşdurur”. Virusun birinci versiyasında elə də təhlükəli
bir ifadə olmur. Məsələn onlardan bəzilərini göstərə bilərik:
“Yaxşı olar ki, pivə için”, “Bəsdi işlədin – istirahət et”,
231
“Arvadın haradadır?”, “İndi Windows sönəcək”, “Özünə
başqa bir iş tap” və s.
Bu yazıları təhtəlşüur vəziyyətdə qəbul edərkən
çoxları əsəbləşməyə başlayır, əmək məhsuldarlığı aşağı
düşür və insanın əhval-ruhiyyəsi pisləşir. Bu virus elə
hazırlanmışdır ki, müstəsna qayda olaraq işgüzar xarakterli
proqramlarda, məsələn,
mətn və qrafik redaktə, elektron
cədvəl, mühasibat və s. proqramlarda işləyərkən fəallaşır
(mütəxəssislərin dediyinə görə, bu virus Asiya ölkələrindən
birində yüksək texnoloji sənayenin və bütövlükdə
iqtisadiyyatın iflic vəziyyətinə salınması məqsədi ilə
yaradılmışdır).
“666” virusu isə təsvirdə görüntüsü olmasa da, faciəli
nəticələrə gətirib şıxarır. Ekranda adi pəncərədir –
istifadəçidə isə belə bir hiss var ki, sanki onu nə isə ekrana
çəkir. İnsanın başında bir ağırlıq, qulaqlarında
isə səs əmələ
gəlir. Ekrandan ayrılmaq da mümkün olmur, istifadəçi sanki
hipnoz vəziyyətində olur, əlini belə tərpədə və heç kimi
köməyə çağıra biilmir . “666” virusu 25-ci kadrla ekrana
insanı bir növ hipnotik transa çəkən xüsusi rəng
kombinasiyası verir. 25-30 saniyədən sonra mənzərə dəyişir
və yeni rəng naxışının təhtəlşüur dərki yrəyin fəaliyyətinin
pisləşməsinə (ritmin dəyişməsinə və zəifləməsinə)
gətirib
çıxarır. Arterial təzyiq kəskin şəkildə artır və azalır, bu hal
bir-neçə dəfə təkrar olunur. Həhayət, beyin damarları
təzyiqə tab gətirmir və beyinə qan sızır.
Nəzərə almaq lazımdır ki, bu virusun müxtəlif növ
kompüter qoşqularına və televiziya reklam roliklərinə
keçmək təhlükəsi vardır və onun qarşısını heç nə ilə almaq
mümkün deyildir.
Beləliklə, yuxarıda dediklərimizə
əsaslanaraq,
aşağıdakı aralıq nəticəyə gələ bilərik:
•
müasir rəqəm tele-, radio-, video-, audio- və multi-
media məhsulları istehsalı texnologiyaları insanlara gizli
232
informasiya təsiri göstərmək, onların psixi və
psixoemosional vəziyyətinin idarə olunması, şüurlarının və
davranışlarının manipulyasiyası, böyük insan kütləsinin
zomblaşdırılması üçün əvəzsiz
bir alətdir;
•
tam formalaşmamış şüura informasiya təsiri qeyri-
iradi və qərəzli şəkildə kütləvi psixosomatik xəstəliklərin
əmələ gəlməsinə, həmçinin orqanizmdə fizioloji və orqanik
pozuntular yaradaraq ölümlə nəticələnmə vəziyyətinə
gətirib çıxara bilər.
Beləliklə, aparılan tədqiqatlar göstərir ki, canlı
orqanizmlərə informasiya-məkan təsiri yalnız insanın
davranışında və evolyusiyasında deyil, eyni zamanda bütün
Yer kürəsindəki canlı
həyatda idarəolunan və
idarəolunmayan fəlakətli nəticələrə gətirib çıxara bilər.
Təsadüfi deyil ki, son illərdə Yer kürəsində müəyyən
olunmayan səbəblər üzündən ölüm halları (4 dəfədən çox)
və eybəcər doğulan uşaqların sayı kəskin şəkildə artmışdır.
Rəqəm texnologiyaları və onların
köməyi ilə istehsal
olunan vizual və səs effektləri elektromaqnit təsiri ilə
birləşərək bütün bəşəriyyətə, o cümlədən teleradio
məhsulları, videofilm, audiokaset, CD- yazılarını ixtira və
istifadə edənlərə, kompüter istifadəçilərinə kompleks təsir
edən kodların mənbəyidir.
Ümumiyyətlə, yaradıcılıq və texniki üsullardan asılı
olaraq informasiya təsiri aşağıdakı imkanlara malikdir:
neyro-linqvistik proqramlaşdırma zamanı cari və
uzunmüddətli davranışa təsir etmək;
patoloji vəziyyətə keçən fizioloji gərginlik
yaratmaq (ürək və tənəffüs ritmlərinin xarakterinin
dəyişməsi);
orqanizmin funksional imkanlarını və sosial
fəallığı aşağı salan görmə,
eşitmə və ümumi xarakterli
diskomfort yaratmaq;