Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

85 
 
a) — vahid; 1 — giriş borusu; 2 — atqı borusu; 3 — silindr formalı kamera; 
4 — konusşəkilli kamera; 5 — tozçökdürən kamera; b) — qrup şəkilli; 1 — 
giriş borusu; 2 — təmiz qaz kamerası; 3 — həlqəvi diffızor; 4 — siklon 
elementi; 5 — bünker; 6 — toz qıfılı 
«Mərkəzdənqaçma»  prinsipi  ilə  işləyən  toztutuculara  «burulğan» 
toztutanları  da  aid  etmək  olar  (şəkil  7.4)  Bu  toztutanları  siklonlardan 
fərqləndirən  əsas  cəhət  onlarda  qaz  axınını  fırlanmağa  məcbur  edən  əlavə 
vasitənin prinsipi əsasında qazı hissəciklərdən təmizlənməsidir.  
                         
 
                         Şəkil 7.4. Dinamiki toztutucu: 
1 -hələzun; 2 — siklon; 3 — tozyığılan tutum 
Filtirdə qazın təmizlənməsi qaz axını  məsaməli arakəsmədən  keçdiyi 
zaman  daxilindəki  hissəciklərin  bu  məsamələrdə  saxlanması  prinsipinə 
əsaslanır. 
 Filtirləyici arakəsmələr lifli və danəli elementlərdən ibarət olurlar. Lifli 
filtirlər parçalardan və  mineral  liflərdən ibarət olur.  Bu filtrlərin  ölçüsü 50-
10 mkm olan toz hissəciklərini tutmaq qabiliyyətinə malikdir. Bunlar əsasən 
dispers fazanın konsentrasiyası 0,5 -5 mq/m
3
 olduqda tətbiq edilir. 
Danəli filtirlər,  əsasən  yüksək temperatur və təzyiq  şəraitində aqressiv 
mühitlərdə  işlədilir.  Bu  tip  fıltrlərdə  danələr  müəyyən  müddətdən  sonra 
təmizlənərək əvvəlki halını bərpa etmək qabiliyyətinə malikdir.  


86 
 
Elektrik  filtirləri  :  Böyük  həcmdə  olan  qazları  toz  və  yağ  
dumanlarından təmizləmək üçün istifadə edilir (şəkil 7.5). 
                
 
 
                
 
                               Şəkil 7.5. Elektrik fıltrləri 
a) Vertikal boru şəkilli birqütblü, birbölməli 
b) Horizontal lövhə şəkilli birqütblü, bir bölməli 
c) Horizontal birqütblü, iki bölməli. 
1-  elektrik  qidalayıcısı.  2-  izoləedici;  3-  baş  elektrod;  4-  çökdürücü 
elektrodlar;  5-ionizatorun  mənfı  elektrodları;  6-ionizatorun  müsbət 
elektrodları. 
Elektrik  filtrlərinin  iş  prinsipi  toz  hissəciklərinin  elektrik  sahəsində 
çökməsinə əsaslanır. 
Çirkli qaz gərginliyi 60000 V-a qədər olan elektrod ətrafından keçdikdə 
onun  daxilində  olan  tozlar  ionlaşaraq  elektriklə  yüklənirlər.  Yüklənmiş 
hissəçiklər çökdürücü elektroda yaınlaşaraq onun üzərinə yığılır. Çökdürücü 


87 
 
elektrod  quru  olduqda  onun  üzərinə  yığılan  tozlar  silkələnmə,  yaş  olduqda 
yuma yolu ilə ondan ayrılır. 
«Yaş  toztutucularda»  isladıcı  maye  rolunu  su  yerinə  yetirir.  Suyun 
axına təsiri üsulundan aslıı olaraq, bu qurğular 8 növə bölünür: 
1. İçərisi boş qazyuyucu. 
2. Taxma maneəli. 
3. Nimçəli. 
4. Hərəkət edən taxmalı. 
5. Zərbə-ətalət təsirli. 
6. Mərkəzdənqaçma təsirli. 
7. Mexaniki qazyuyucu. 
8. Sürətli qazyuyucu. 
Qaz  axını  mayeə  ilə  görüşdükdə  fazalararası  toxunma  səthləri  yaranır. 
Bu  səthlər  qaz  qabarcıqlarından,  qaz  və  maye  şırnağından,  damcı  və  maye 
pərdəsindən  ibarət  olur.  Aşağıdakı  sxemlərdən  toztutucuların  iş  prinsipini 
aydın görmək olar (Şökil 7.6, 7, 8). 
 
         
 
                Şəkd 7.6. Nəm toztutucu: 


88 
 
a)  -içiboş  forsunkaiı:  1-gövdə;  2-  forsunka.  b)-en  kəsik  boyunca 
suvarma:  1-  gövdə;  2-forsunka;  3-suvarıcı  qurğu;  4  -şəbəkə;  5  -oymaq;  6- 
şlamyığan. 
Şəkil  7.6-dan  göründüyü  kimi  oymaqlardan  (5)  çıxan  qaz  gələn  su  ilə 
görüşür, toz islanaraq ağırlaşıb şlam şəklində şlamyığana çökür. 
Şəkil  7.7-də  çirkli  qaz  kürəşəkilli  məhdudlaşdırıcılar  zonasında  su 
şırnağı ilə görüşür və toz hissəciyi kürə qatından yuxarı qalxa bilmir. 
 
 
                      Şəkil 7.7. Qazyuyucular:  
a) -silindr qatlı; 1 -şəbəkə; 2- kürə oymaqlar; 3- məhdudlaşdırıcı şəbəkə; 4 - 
suvarıcı; 5- tutucu;  b,c)- konus qatlı: 1  -gövdə;  2 -şəbəkə; 3 - kürə qatı; 4-- 
tutucu; 5 - məhdudlaşdırıcı şəbəkə; 6 - forsunka; 7- tutum. 
Şəkil  7.8-də  verilmiş  kopüktutucu  qurğu  boşalma  (a)  və  daşma  (b) 
prinsipi ilə işləyir. 


89 
 
 
 
a)- boşalma prinsipi ilə işləyən; b)-daşma prinsipi ilə işləyən; 1- gövdə; 
2 -nimçə; 3 - qəbul tıxacı; 4 -astana; 5 -boşaltma hissəsi; 6 -suvarıcı. 
 Absorbsiya metodu ilə qazların təmizlənməsi qaz və məhlulun qarşı 
lıqlı  təsiri prinsipinə əsaslanır. 
Uducu  və  qazdan  ayrılan  komponentin  qarşılıqlı  təsirlərinin 
xüsusiyyətlərindən  asılı  olaraq,  absorbsiya  fıziki  və  kimyəvi  metodlara 
bölünür.  Maye  fazasında  kimyəvi  reaksiya  gedən  zaman  absorbsiya  olan 
komponent  uducu  ilə  reaksiyaya  girir.  Fiziki  absorbsiyaya  nisbətən,  sərhəd 
səthlərində  konsentrasiya  artdığına  görə,  udulma  sürəti  artir.  Bu  zaman 
kimyəvi reaksiyanm  sürəti  artdıqca absorbsiya sürəti artır.  Bu artıma, həm-
çinin  mayenin  tarbulizasiyası  dərəcəsi  də  təsir  edir.  Eyni  zamanda  iki  qaz 
absorbsiya olarsa, bu zaman absorbsiya sürəti azalır. Ayrılan qazları kükürd 
iki  oksidindən  (SO
2
)  təmizləmək  üçün  sudan,  sulu  məhlullardan,  qələvi 
duzlarının  suspenziyalarından  və  qələvi  metallardan  istifadə  edilir.  Su  SO
2
 
absorbsiyası belə bir reaksiya ilə gedir: 
                             
 


90 
 
SO
2
  suda  zəif  həll  olduğu  üçün  təmizləməyə  çox  miqdarda  absorber 
lazım gəlir ki, bu da çox enerji sərfınə səbəb olur. Kükürd 2-oksid əhəng və 
əhəngdaşı ilə daha effektli və az xərclə qazdan ayrılır. Təcrübədə əhəngdaşı, 
lil, dolomit və melgeldən istifadə edilir. 
Suspenziya  kimi  təmizləmədə  üyüdülmüş  əhəng  daşından  hazırlanmış 
məhluldan istifadə edilir (şəkil 7.9). Bu metodda avadanlığın korroziyası və 
eroziyası  yaranır.  Suspenziyaya  karbonat  turşusu  və  manqan-sulfat  əlavə 
etməklə  (MnSO
4
)  gips  çökməsinin  qarşısı  alınır  və  proses  əlverişli  şəraitdə 
gedir. 
Qazların SO
2
 təmizlənməsi üçün istehsalatın qələvili tullantı sularından 
da  istifadə  edilir.  Kül  suspenziyalarının  tətbiqi  ilə  qazların  təmizlənməsi 
işlənib hazırlanmışdır. 
 
             
 
                 Şəkil 7.9. Kükürd iki oksidin absorbsiyası: 
a)-  dəniz  suyu  ilə;  1-  elektrofiltr;  2,3  -absorberlər;  4  -qızdırıcılar;  5  -
reaktor; b) -əhəngdaşı ilə: 1-absorber; 2-yığıcı; 3 -vakuum -filtr 
Göstərilən 
təmizlənmə 
metodlarından 
başqa, 
absorbentlərin 
regenerasiyası  ilə  gedən  metodlar  da  tətbiq  edilir.  Burada  əsasən,  uducular 
regenerasiya  edilərək  təkrar  istifadə  edilir,  ayrılan  komponentdən  isə  bu  və 
ya digər kükürd tərkibli maddə alınmasında istifadə edilir. Təbii qazlar, neft, 
kokskimya qazları tərkibində H
2
S çox rast gəlinir. Bu qaz yüksək korroziya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə