Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

141 
 
XI FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA ƏTRAF 
MÜHİTİN MÜHAFİZƏSİ PROBLEMLƏRİ 
Azərbaycan  Respublikasında  ətraf  mühitin  mühafizəsi  məsələləri  son 
40  il  ərzində  daha  da  kəskinləşmişdir.  Keçmiş  SSRİ  tərkibində 
respublikamızın  təbii  sərvətlərindən  kortəbii  istifadə,  ekoloji  tutum  nəzərə 
alınmayaraq  çirkli  sənaye  sahələrinin  yerləşdirilməsi  və  onların  təmizləyici 
qurğularİa  təchiz  edilməməsi  nəticəsində  ətraf  mühitə  antropogen  təsir 
güclənmiş, bəzi ərazilərdə texnogen landşaftlar yaranmışdır. Kənd təsərrüfatı 
sahələrində istifadə edilən zəhərli kimyəvi maddələrin normadan artıq tətbiq 
edilməsi  nəticəsində  torpaqlar  çirklənməyə  məruz  qalmışdır.  Bütün  bu 
təsirlər  nəticəsində  torpaqların,  su  hövzələrinin,  atmosferin,  bitki  və 
heyvanat aləminin və ümumiyyətlə landşaft komplekslərinin mühafızəsi res-
publikamıın əsas ekoloji problemlərinə çevrilmişdir. 
Rcspublikamızda  ekoloji  problemlər  daha  çox  sənaye  və  kənd 
təsərrüfatının  inkişaf  etdiyi  rayonlar  üçün  xarakterikdir.  Bu  baxımdan 
ekoloji problemlərin kəskinİəşdiyi ərazilərə, neftçıxarma sənayesinin inkişaf 
etdiyi  Xəzər  dənizi,  Abşeron  yarımadası,  cənub-şərqi  Şirvan  və  Muğan 
düzlərini;  dağ-mədən  sənayesinin  inkişaf  etdiyi  Daşkəsən,  Balakən  və 
Naxçıvan  MR  ərazilərini;  iri  sənaye  şəhərləri  olan  Bakı,  Sumqayıt,  Gəncə, 
Əli-Bayramlı  və  Mingəçevirin  texnogen  pozulmuş  torpaq  sahələrini; 
Respublikanın atmosfer və su hövzələrini; Kür-Araz ovalığının şorlaşrmş və 
dağlarımızın  eroziyaya  uğramış  torpaqlarıını  ilbəil  qıralaraq  seyrəldilən  və 
məhv  olma  təhlükəsi  altında  olan  düzən  və  dağ  meşələrini  və  s.  aid  edə 
bilərik.  Bütün  bu  problemlər  hazırda  öz  həllini  gözləyir.  Lakin  iqtisadi  və 
sosial-iqtisadi problemlərin çoxluğu ekoloji  məsələlərin həllini çətinləşdirir, 
dövlətin  ekoloji  problemlərin  həllinə  yönəltdiyi  vəsaitlər  kifayət  etmir 


142 
 
(Cədvəl  11.1).  Bunu  nəzərə  alaraq  ətraf  mühitin  sağlamlığına  nail  olmaq 
,üçün məqsədli müəyyənləşdirmədən də istifadə edilməlidir. . • 
Ətraf  mühitin  mühafizəsi  və  təbii  resurslardan  səmərəli  istifadəyə 
yönəldilmiş əsas investisiya qoyuluşu. 
                                                                         Cədvəl 11.1. 
 
Sahələr 
1995 
1998 
1999 
2000 
2001 
2002 
Cəmi, mln. 
manat 
26773,7  19153,0  6384,4 
8613,5 
6355,5 
12024,5 

cümlədən: 
 
 
 
 
 
 
Atmosfer 
havasının 
mühafizəsinə 
3410,6 
3250,1 
3269,0 
4129,5 
885,5' 
7130,6 
Su 
ehtiyatlarının 
mühafızəsinə 
4133,0 
12524,7  1020,3 
3017,8 
3826,4  44723,7 
Torpaqların 
mühafızəsinə 
18975,8  3378,2 
2095,1 
1466,2 
1643,6 
170,2 
 
Azərbaycan  Respublikasında  ekoloji  vəziyyətin  sağlamlaşdırılması, 
ekoloji  təhlükəsizliyin  təmin  edilməsi  üçün  ilk  növbədə  atmosferin 
mühafizəsinə diqqət yetirmək gərəkdir. 


143 
 
Respublikanın atmosfer havasının vəziyyəti gərgin olaraq qalmaqdadır. 
Sənaye  müəssisələrinin  gücünün  istifadə  olunma  miqyasından  asılı  olaraq 
hava  hövzəsinə  atılan  zərərli  tullantıların  illik  miqdarı  620  min  tondan  2,6 
mln. ton arasında dəyişir. 
Respublika  Dövlət  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin 
məlumatına  görə  sənaye  müəssisələrinin  tam  gücü  ilə  işlədiyi  dövrlərdə 
ölkənin  hava hövzəsinə  112  min  ton toz  hissəcikləri,  93  min  ton  kükürd 2-
oksid, 638 min ton karbon oksidi, 82 min ton azot oksidi, 1 mln. 665 min ton 
karbohidrogenlər  37  min  ton  müxtəlif tərkibli  kimyəvi  maddələr atılmışdır. 
1995-2002-ci illərdə respublikanın hava hövzəsinə atılan zərərli maddələrin 
miqdarı dioqramda verilir (Şəkil 11.2.).   
Atmosfer havasına  atılan  tullantıların  həcminə  və xüsusi çəkisinə  görə 
Bakı, Sumqayıt, Əli-Bayramlı, Gəncə və Mingəçevir şəhərləri öndə gedirlər. 
Həmin şəhərlərin hava höv 
 


144 
 
 
Şəkil 11.2. 
zəsini  çirkləndirən  əsas  sənaye  müəssisələri  neftayırma, neft-kimya,  kimya, 
energetika,  metallurgiya,  tikinti  materiallan  sənayesi  sahələri  və  avtomobil 
nəqliyyatı hesab olunurlar. Bu sənaye müəssisələri nəinki atmosfer havasını, 
eyni zamanda, bütövlükdə şəhərlərin ətraf mühitinin çirkləndirilməsinin baş-
lıca mənbəyi hesab olunurlar. Respublikanın atmosfer havasına 2002-ci ildə 
atılan tullantdarın 110,3 min.tonu Bakı şəhərinin, 13,0 min tonu Sumqayıtın, 
2,2  min  tonu  Gəncənin,  12,0  min  tonu  Mingəçevirin,  20,5  min  tonu  Əli-
Bayramlı şəhərinin payına düşür (Cədvəl 11-3). 
İri sənaye şəhərləri üzrə stasionar mənbələrdən çirkləndirici maddələrin 
atmosfer havasna atılması (min ton). 
Cədvəl 11.3. 


145 
 
Şəhərlər 
Illər 
 
 
1995 
1997 
1998 
1999 
2000 
2001 
2002 
Bakı  623,9  306,7 
358,6 
326,6 
333,8 
306,8 
110,3 
Əli Bayramlı  27,8 
26,2 
22,7 
31,7 
28,6 
27,6 
20,5 
Gəncə  4,8 
2,1 
0,8 
1,6 
5,7 
3,

2,2 
Mingəcevir  26,7 
23,9 
26,4 
26,4 
28,6 
13,8 
12,0 
Sumqayıt 
40,2  17,8 
15,8 
40,3 
17,6 
22,3 
13,0 
Naxçıvan 
0,7 
0,05 
0,09 
0,1 
0,7  0,7 
0,5 
 
Respublikanın 
iri 
sənaye 
şəhərlərinin 
hava 
hövzəsinin 
çirkləndirilməsinin  əsas  səbəbi  son  40-50  il  ərzində  avadanlıq  və 
mövcud  texnologiyaların  dəyişdirilməməsi,  təmizləyici  qurğularla  tam 
təmin  olunmaması,  nəticədə  avadanlığın  köhnələrək  yararsız  vəziyyətə 
düşməsi olmuşdur. 
2002-ci ildə stasionar mənbələrdən ölkənin hava hövzəsinə atılan 217,4 
min ton  çirkləndirici  maddələrin  29,4  min  tonu bərk formalı,  118  min  tonu 
qaz  və  maye  formalı  olmuşdur.  Onlardan  13,6  min  tonu  kükürd  anhidridi 
(SO2),  26,3  min  tonu  azot  4  oksid  (NO2),  18,2  min  tonu  karbon  2  -  oksid 
(CO) olmuşdur.  Respublika üzrə 9,8 rnin ton toksik  mllantı  yaranmışdır  ki, 
bunun  da  min  tonu  zərərsizləşdirilmiş  və  0,7  min  tonundan  istifadə 
edilmişdir. 
Ekoloji  vəziyyetlərin göstəricilerinə əsasən Abşeron yarımadası kəskin 
ekoloji  problemlər  kompleksi  olan  zonaya  aid  edilir.  Respublika  sənaye 
potensialının  70%-i  bu  zonada  yerləşən  Bakı  və  Sumqayıt  şəhərlərində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə