Dövlətin investisiya-innovasiya siyasəti
97
Maliyyə dayanıqlılığı əmsallarına daxildir:
- xüsusi kapitalın təmərküzləşməsi əmsalı
(XKT):
XKT = XK / PH,
burada: XK – xüsusi kapital; PH – passivlərin həcmidir;
- borc kapitalının təmərküzləşməsi əmsalı
(BKT):
BKT = BK/PH = 1 - XKT
Burada: BK – borc kapitalı;
- maliyyə asılılığı əmsalı (MA)
MA = BKT/XKT
Likvidlik əmsallarına cari likvidlik əmsalı, sürətli
likvidlik əmsalı, mütləq likvidlik əmsalı daxildir. Hesablanmış
ə
msallar normativ, sahə göstəriciləri, rəqiblərin əmsalları və
sair ilə müqayisə olunurlar.
6. nvestisiya layihəsinin səmərəliliyinin sadə (statik)
qiymətləndirmə metodları.
Sadə və ya statik metodlara aiddir:
- gəlirin hesablanması və müqayisəsi;
- məsrəflərin hesablanması və müqayisəsi;
- gəlirliliyin (rentabelliliyin) hesablanması və müqayisəsi;
- ödənilmə müddətinin hesablanması.
Bütün sadə metodlar qarşılıqlı əlaqəlidirlər, və onlardan
heç biri ayrı-ayrılıqda layihə haqqında kifayət qədər məlumat
vermir. Buna görə də, onlardan məcmu halında istifadə edilir.
Layihənin səmərəliliyini təhlil edərkən, aşağıdakılar
qiymətləndirilir:
- gözlənilən gəlir;
- maliyyə göstəriciləri, o cümlədən:
Dövlətin investisiya-innovasiya siyasəti
98
1) birdəfəlik xərclər (torpağa, layihə işlərinə, tikintiyə,
avadanlıq və texnologiyaların alınmasına, montaj, quraşdırıcı
işlərə, gözlənilməz işlərə görə dövriyyə kapitalının artımına);
2) daxil olan pul axınının mənbələri (satışdan gələn gəlir,
kreditlər və borclar, səhmdar kapital və sair);
3) layihə üzrə cari xərclər (cari öhdəliklər üzrə ödəmələr).
Adətən, layihənin reallaşmasının üç variantı hesablanır:
pessimistik (ən az əlverişli) variant; optimistik (ən əlverişli)
variant; ən çox ehtimal olunan variant.
Optimistik maksimumu – ən əlverişli şəraitdə maksimal
gəlirin əldə edilməsidir. Pessimistik variant – minimum satış,
minimal gəlir, layihənin ən pis reallaşma şərtlərini əks etdirir.
Ə
n çox ehtimal edilən variant – əvvəlki variantlar arasında orta
və daha çox real olanıdır.
6.1 Məsrəflərin (xərclərin) hesablanması və
müqayisəsi.
Bütün şərtlər bərabər olduqda, ən az məsrəfli layihələri
seçmək lazımdır. Xərclər aşağıdakılara bölünür:
- ilkin xərclər (kapital qoyuluşları);
- cari xərclər;
- likvidlik xərcləri.
Onların qiymətləndirilməsi üçün bazis (t zaman anına
bazar qiymətləri) hesablanır və dünya qiymətlərindən istifadə
olunur.
nvestisiyaların strukturunun hər bir tərkib hissəsi üçün
onun dəyəri, işə başlama qrafiki və amortizasiya norması
(işləmə müddəti) göstərilməlidir. nvestisiya məsrəfləri dəyər
haqqında informasiyanı əks etdirməlidirlər:
- torpağın əldə edilməsi və hazırlanması;
- layihə-tədqiqat və təcrübə-konstruktor işləri;
- binalar;
- avadanlıq və kommunikasiya şəbəkəsi;
- qeyri-maddi aktivlər (lisenziya, patent);
- gözlənilməz xərclər.
Dövlətin investisiya-innovasiya siyasəti
99
Cari aktivlərin hər bir tərkib hissəsi üzrə aşağıdakıları
müəyyən etmək lazımdır:
- materiallar və resurslar üzrə ehtiyatlar – tələbatın
ödənilməsi;
- başa çatmamış istehsal üzrə – istehsal tsikli;
- hazır məhsul üzrə – saxlama müddəti və ya satışa
buraxılma müddəti (gün);
- alıcılara kreditlər üzrə – gəlirdə kreditin payı və kreditin
orta müddəti (ödənişlərin vaxtının uzadılması);
- tədarükçülərə avanslar üzrə – birbaşa maddi xərclərdə
avansların payı (%-lə) və avans ödəmələrinin orta müddəti
(gün);
- pul vəsaitlərinin ehtiyatlarına görə – tələbatın
ödənilməsi müddəti (gün).
Dövriyyə vəsaitlərinin tərkibinə ƏDV-ni də daxil etmək
lazımdır. Cari passivlərin hər bir tərkib hissəsi üzrə
aşağıdakıları müəyyən etmək lazımdır:
- tədarükçülərin kreditləri üzrə (ödəniş qəbzləri) –
ödənişin vaxtının uzadılması (gün);
- alıcılara avanslar üzrə – gəlirdə avansların payı (%-lə)
və avansların orta müddəti;
- heyət üzrə hesablamalarda – əmək haqqının
ödənilməsinin tezliyi.
Eləcə də, cari passivlərin tərkibinə, büdcəyə ödəmələr və
ödəniş üzrə faizlər daxildir. Ümumiləşdirilmiş şəklində, istehsal
xərclərinə aşağıdakılar daxil edilirlər:
- bilavasitə maddi xərclər;
- iş qüvvəsinə xərclər;
- əlavə xərclər (inzibatçılara, ümumi təsərrüfat, satış və
digər).
6.2. nvestisiyaların ödənilmə müddətinin hesablanma
metodu.
Bir qayda olaraq investisiya layihəsinin ödənilmə
müddəti
–
investisiya
layihəsinin
maliyyələşdirilməsi
Dövlətin investisiya-innovasiya siyasəti
100
günündən, yığılmış xalis gəlirlə amortizasiya ödənişləri və
investisiya xərcləri həcmi arasında fərq – müsbət kəmiyyət
olana qədər tələb olunan müddətdir.
Bütün şərtlər bərabər olduqda, ən aşağı ödəniş müddəti
olan layihə seçilir. Ödəniş müddəti – elə vaxtdır ki, bu zaman
ə
rzində gələcək gəlirlər məcmusu – investisiyalar məcmusuna
bərabər olacaq. Diskontlaşdırılmış ödəniş müddəti – elə zaman
kəsiyidir ki, bu zaman ərzində diskontlaşdırılmış gələcək
gəlirlər məcmusu diskontlaşdırılmış investisiyalar məcmusuna
bərabər olacaqlar. Belə olduqda, zaman amili nəzərə alınmalıdır
və layihə üzrə gəlirlər və xərclər vaxt üzrə tarazlaşdırılırlar.
Burada iki yanaşmadan istifadə olunur:
1. Orta parametrlər metodu: illər üzrə gəlirlərin daxil
olması təxminən eynidir.
Belə olduqda, ödənmə müddəti =
ilkin qoyuluşlar__
orta illik daxilolmalar
2. Ümumi metod (kumulyativ metod). Ödənmə müddəti,
artan məxrəclə hesablanan gəlir və investisiyalarla müəyyən
edilir. Bu halda, ödənmə müddəti N aşağıdakı bərabərliklə
müəyyən edilir:
∑N
t
= ∑
t=1
N
(G
t
+ A
t
)
Burada: N – ödənmə müddəti;
G
t
A
t
– t-zaman kəsiyində gəlir və
amortizasiya.
nvestisiya qoyulan andan başlayaraq, məcmu gəlirlər
məcmu
investisiyalarla
bərabərləşənə
qədər,
bütün
investisiyalar və layihədən bütün daxilolmalar, addım-addım,
hər bir zaman kəsiyində toplanırlar.
6.3. nvestisiyalara orta gəlir normasının hesablanması
metodu.
Bu metod mühasibat hesablarında istifadə olunur. Buna
görə də, onu bəzən mühasibat rentabelliyi metodu adlandırırlar.
Dostları ilə paylaş: |