Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə25/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
97
        Maliyyə dayanıqlılığı əmsallarına daxildir: 
              -  xüsusi  kapitalın  təmərküzləşməsi  əmsalı 
(XKT):   
                           XKT = XK / PH,  
burada: XK – xüsusi kapital;  PH – passivlərin həcmidir; 
              -  borc  kapitalının  təmərküzləşməsi  əmsalı 
(BKT)
                           
                      BKT = BK/PH = 1 - XKT 
Burada: BK – borc kapitalı; 
- maliyyə asılılığı əmsalı (MA) 
              
                MA =  BKT/XKT 
Likvidlik  əmsallarına  cari  likvidlik  əmsalı,  sürətli 
likvidlik əmsalı, mütləq likvidlik əmsalı daxildir. Hesablanmış 
ə
msallar  normativ,  sahə  göstəriciləri,  rəqiblərin  əmsalları  və 
sair ilə müqayisə olunurlar. 
              
6.  nvestisiya  layihəsinin  səmərəliliyinin  sadə  (statik) 
qiymətləndirmə  metodları. 
 
Sadə və ya statik metodlara aiddir: 
- gəlirin hesablanması və müqayisəsi; 
- məsrəflərin hesablanması və müqayisəsi; 
- gəlirliliyin (rentabelliliyin) hesablanması və müqayisəsi; 
- ödənilmə müddətinin hesablanması. 
Bütün  sadə  metodlar  qarşılıqlı  əlaqəlidirlər,  və  onlardan 
heç  biri  ayrı-ayrılıqda  layihə  haqqında  kifayət  qədər  məlumat 
vermir. Buna görə də, onlardan məcmu halında istifadə edilir.  
Layihənin  səmərəliliyini  təhlil  edərkən,  aşağıdakılar 
qiymətləndirilir: 
- gözlənilən gəlir; 
- maliyyə göstəriciləri, o cümlədən: 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
98
1)  birdəfəlik  xərclər  (torpağa,  layihə  işlərinə,  tikintiyə, 
avadanlıq  və  texnologiyaların  alınmasına,  montaj,  quraşdırıcı 
işlərə, gözlənilməz işlərə görə dövriyyə kapitalının artımına); 
2) daxil olan pul axınının mənbələri (satışdan gələn gəlir, 
kreditlər və borclar, səhmdar kapital və sair); 
3) layihə üzrə cari xərclər (cari öhdəliklər üzrə ödəmələr). 
Adətən,  layihənin  reallaşmasının  üç  variantı  hesablanır: 
pessimistik  (ən  az  əlverişli)  variant;  optimistik  (ən  əlverişli) 
variant; ən çox ehtimal olunan variant. 
Optimistik  maksimumu  –  ən  əlverişli  şəraitdə  maksimal 
gəlirin  əldə  edilməsidir.  Pessimistik  variant  –  minimum  satış, 
minimal  gəlir,  layihənin  ən  pis  reallaşma  şərtlərini  əks  etdirir. 
Ə
n çox ehtimal edilən variant – əvvəlki variantlar arasında orta 
və daha çox real olanıdır. 
         6.1    Məsrəflərin  (xərclərin)  hesablanması  və 
müqayisəsi.  
Bütün  şərtlər  bərabər  olduqda,  ən  az  məsrəfli  layihələri 
seçmək lazımdır. Xərclər aşağıdakılara bölünür: 
- ilkin xərclər (kapital qoyuluşları); 
- cari xərclər; 
- likvidlik xərcləri. 
Onların  qiymətləndirilməsi  üçün  bazis  (t  zaman  anına 
bazar  qiymətləri)  hesablanır  və  dünya  qiymətlərindən  istifadə 
olunur. 
nvestisiyaların  strukturunun  hər  bir  tərkib  hissəsi  üçün 
onun  dəyəri,  işə  başlama  qrafiki  və  amortizasiya  norması 
(işləmə  müddəti)  göstərilməlidir.  nvestisiya  məsrəfləri  dəyər 
haqqında informasiyanı əks etdirməlidirlər: 
- torpağın əldə edilməsi və hazırlanması; 
- layihə-tədqiqat və təcrübə-konstruktor işləri; 
- binalar; 
- avadanlıq və kommunikasiya şəbəkəsi; 
- qeyri-maddi aktivlər (lisenziya, patent); 
- gözlənilməz xərclər. 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
99
Cari  aktivlərin  hər  bir  tərkib  hissəsi  üzrə  aşağıdakıları 
müəyyən etmək lazımdır: 
-  materiallar  və  resurslar  üzrə  ehtiyatlar  –  tələbatın 
ödənilməsi; 
- başa çatmamış istehsal üzrə – istehsal tsikli; 
-  hazır  məhsul  üzrə  –  saxlama  müddəti  və  ya  satışa 
buraxılma müddəti (gün); 
- alıcılara kreditlər üzrə – gəlirdə kreditin payı və kreditin 
orta müddəti (ödənişlərin vaxtının uzadılması); 
-  tədarükçülərə  avanslar  üzrə  –  birbaşa  maddi  xərclərdə 
avansların  payı  (%-lə)  və  avans  ödəmələrinin  orta  müddəti 
(gün); 
-  pul  vəsaitlərinin  ehtiyatlarına  görə  –  tələbatın 
ödənilməsi müddəti (gün). 
Dövriyyə  vəsaitlərinin  tərkibinə  ƏDV-ni  də  daxil  etmək 
lazımdır.  Cari  passivlərin  hər  bir  tərkib  hissəsi  üzrə 
aşağıdakıları müəyyən etmək lazımdır: 
-  tədarükçülərin  kreditləri  üzrə  (ödəniş  qəbzləri)  – 
ödənişin vaxtının uzadılması (gün); 
-  alıcılara  avanslar  üzrə  –  gəlirdə  avansların  payı  (%-lə) 
və avansların orta müddəti; 
-  heyət  üzrə  hesablamalarda  –  əmək  haqqının 
ödənilməsinin tezliyi. 
Eləcə də, cari passivlərin tərkibinə, büdcəyə ödəmələr və 
ödəniş üzrə faizlər daxildir. Ümumiləşdirilmiş şəklində, istehsal 
xərclərinə aşağıdakılar daxil edilirlər: 
- bilavasitə maddi xərclər; 
- iş qüvvəsinə xərclər; 
-  əlavə  xərclər  (inzibatçılara,  ümumi  təsərrüfat,  satış  və 
digər). 
6.2.  nvestisiyaların  ödənilmə  müddətinin  hesablanma 
metodu. 
Bir  qayda  olaraq  investisiya  layihəsinin  ödənilmə 
müddəti 
– 
investisiya 
layihəsinin 
maliyyələşdirilməsi 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
100
günündən,  yığılmış  xalis  gəlirlə  amortizasiya  ödənişləri  və 
investisiya  xərcləri  həcmi  arasında  fərq  –  müsbət  kəmiyyət 
olana qədər tələb olunan müddətdir. 
 
Bütün  şərtlər  bərabər  olduqda,  ən  aşağı  ödəniş  müddəti 
olan layihə seçilir. Ödəniş müddəti – elə vaxtdır ki, bu zaman 
ə
rzində  gələcək  gəlirlər  məcmusu  –  investisiyalar  məcmusuna 
bərabər olacaq. Diskontlaşdırılmış ödəniş müddəti – elə zaman 
kəsiyidir  ki,  bu  zaman  ərzində  diskontlaşdırılmış  gələcək 
gəlirlər  məcmusu  diskontlaşdırılmış  investisiyalar  məcmusuna 
bərabər olacaqlar. Belə olduqda, zaman amili nəzərə alınmalıdır 
və layihə üzrə gəlirlər və xərclər vaxt üzrə tarazlaşdırılırlar. 
Burada iki yanaşmadan istifadə olunur: 
1.  Orta  parametrlər  metodu:  illər  üzrə  gəlirlərin  daxil 
olması təxminən eynidir.  
Belə olduqda, ödənmə müddəti =    
    ilkin     qoyuluşlar__ 
orta illik daxilolmalar         
2. Ümumi metod (kumulyativ metod). Ödənmə  müddəti, 
artan  məxrəclə  hesablanan  gəlir  və  investisiyalarla  müəyyən 
edilir.  Bu  halda,  ödənmə  müddəti  N  aşağıdakı  bərabərliklə 
müəyyən edilir: 
                              ∑N
t
 =  
t=1
 N
(G

+ A
t
)                           
Burada:        N – ödənmə müddəti; 
                       G
t
  A
t
  –  t-zaman  kəsiyində  gəlir  və 
amortizasiya. 
nvestisiya  qoyulan  andan  başlayaraq,  məcmu  gəlirlər 
məcmu 
investisiyalarla 
bərabərləşənə 
qədər, 
bütün 
investisiyalar  və  layihədən  bütün  daxilolmalar,  addım-addım, 
hər bir zaman kəsiyində toplanırlar. 
6.3.     nvestisiyalara orta gəlir normasının hesablanması 
metodu. 
Bu  metod  mühasibat  hesablarında  istifadə  olunur.  Buna 
görə də, onu bəzən mühasibat rentabelliyi metodu adlandırırlar. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə