Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə28/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
109
 Daxili  risklər  konkret  layihənin  həyata  keçirilməsi  ilə 
bağlıdırlar və bura layihənin innovasiya səviyyəsi, xam mallın 
ə
l  çatan  olması,  marketinq  tədqiqatların  etibarlığı,  maliyyə, 
qiymət,  insan  amili  ilə  bağlı,  təbii  və  digər  fəlakətlərlə  əlaqəli 
risklər  və  s.  daxildir.  Daxili  risklər  invesisiya  variantının  düz 
olması,  düzgün  marketinq  strategiyasının  seçilməsi,  kapitalın 
diversifikasiyası  vasitələri  ilə  azaltmaq  olar.  Daxili  riskdən 
fərqli  olaraq,  xarici  risklərə  xüsusi  investorlar  səviyyəsində 
təsir etmək olmaz. Xarici mühitin investor üçün əlverişli olması 
dövlətin  investisiya  siyasətindən  asılıdır.  Xarici  riskləri 
azaltmaq  üçün  dövlət  siyasi  və  sosial  sabitliyi  təmin  etməli, 
ekoloji  vəziyyətə  nəzarət  etməli,  qanunvericilikdə  investisiya 
fəaliyyətinə  mənfi  təsir  edən  dəyişikliklər  etməməli  və 
bütövlükdə makroiqtisadi sabitliyi təmin etməlidir.  
Dövlət  tənzimlənməsi  ilə  bağlı  risklərə  investisiya 
fəaliyyətini  məhdudlaşdıran  inzibati  dəyişikliklər,  iqtisadi 
normativlərin, 
vergi 
normasının, 
faiz 
dərəcəsinin 
dəyişdirilməsi,  valyuta  və  qiymətli  kağızlar  bazarının 
tənzimlənməsi,  qanunvericilikdə  dəyişikliklər  və  s.  aid  etmək 
olar.  nvestisiya fəaliyyətinə təsir edən dövlət tənzimlənməsi ilə 
bağlı  risklərə  mövcud  qanunvericiliyin  dəyişilməsi  ilə,  orda 
olan  ziddiyyətlərlə,  qanunların  tamamlanması,  yaranan  şəraitə 
uyğun  olmamağı,  müstəqil  məhkəmələrin  və  arbitraj 
məhkəməsinin  olmamağı,  qanunların  qəbulunda  qeyri-
peşəkarlıq,  müəyyən  qrup  insanların  lobbist  maraqlarının 
dəstəklənməsi və s. aid etmək olar.  
2. Risklərin təsnifatı 
qtisadiyyatla bağlı risklər – bazar, maliyyə, kommersiya, 
inflyasiya,  faiz  dərəcəsi,  valyuta,  resurs,  portfel,  kredit, 
innovasiya, likvidlik və s. risklərdir.  
Bazar  riski  –  bazarda  istehsal  amillərinin  qiymətlərin 
dəyişməsi, tələb və təklifin qeyri-müəyyənliklə bağlı risklərdir. 
Maliyyə  riski  –  biznesin  maliyyə  təminatı  və  maliyyə 
öhdəliklərin  yerinə  yetirilməməsi  ilə  bağlı  risklərdir.  Kreditin 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
110
həcminin  və  ya  qiymətinin  gözlənilməz  artması  öhdəliklərin 
vaxtında qaytarılmamağına və  müflisliyə gətirib çıxara bilər.  
Kommersiya  riski  –  müəyyən  qədər  bazar  riski  ilə 
ə
laqəlidir,  tədavül  sahəsində,  hazır  məhsulun  alınıb  satılması 
zamanı yaranır. Əsas səbəbləri – satışın həcminin azalması, mal 
itkisi, satış qiymətlərinin və istehsal xərclərin artması və s. 
nflyasiya riskləri – iqtisadiyyatda inflyasiya templərinin 
yüksək  olması  nəticəsində  yaranan  riskdir.  Müəssisənin 
kapitallarının  real  dəyərinin  azalması,  məsələn,  amortizasiya 
fondunda toplanan vəsaitin dəyərdən düşməsi ilə bağlıdır.   
Faiz dərəcəsi ilə bağlı risklər -  maliyyə bazarında kredit 
və  depozitə  görə  faiz  dərəcələrinin  gözlənilməz  dəyişilməsi 
nəticəsində  pul  vəsaitlərinin  azalmasına  gətirə  bilər.  Bu  riskin 
artması dövlət və ya bazar tənzimlənməsi təsiri nəticəsində pul 
bazarında  konyunkturan  dəyişilməsi,  məsələn,  kommersiya 
bankları tərəfindən pul vəsaiti təklifinin azalması ilə özünü bir-
üzə verir. Faiz dərəcələrinin artırılması bütün sahələrə, xüsusən 
uzun müddətli kapital qoyuluşu tələb olunan sahələrdə işgüzar 
aktivliyinin azalması ilə nəticələnir.  
Valyuta  riski  –  xarici  iqtisadi  fəaliyyətlə  məşğul  olan 
investorlar  üçün  daha  təhlükəlidir.  Əgər  milli  valyuta  kursu 
dəyişərsə,  xarici  valyutanın  sərbəst  alqı-satqısına  məhdudiyyət 
və s. valyuta riskini artır.   
Resurs riski – maddi və əmək resurslarının çatışmazlığı, 
maddi  ehtiyatların  itirilməsi,  yararsız  hala  düşməsi,  brak  (zay) 
olması.  Resursların  itirilməsi  investisiya  layihəsinin  həyata 
keçirilməsi vaxtını uzanır və onun bahalaşmasına gətirir.  
Portfel  riski  –  investisiya  kompaniyaları  və  trast 
xidmətləri  göstərən  şirkətlər  aiddir.  Qiymətli  kağızlar  portfeli 
kifayət  qədər  diversifikasya  olunmayıbsa,  bazar  kursunun 
dəyişməsi  nəticəsində  onlarda  ola  biləcək  itkilər  nəzərdə 
tutulur.  
Kredit  riskləri  –  kredit  sazişinin  şərtlərinin  yerinə 
yetirilməməsi  nəticəsində  kreditin  məbləğinin  qaytarılmamağı 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
111
və  ya  ona  görə  faizlərin  ödənilməməyidir.  Əsas  səbəbləri  – 
kreditin  təmin  olunmaması,  ödəmə  qabiliyyətinin  düz  təyin 
olunmaması, borclunun müflisləşməsidir. 
nnovasiya riskləri – ən riskli investisiya layihələridir və 
elmi-texniki  nailiyyətlərin  kommersiya  layihələri  vasitəsi  ilə 
həyata keçirilməsi ilə bağlıdır.  
Likvidlik  riskləri  –  carı  öhdəlikləri  yerinə  yetirmək 
məqsədi  ilə  qiymətli  kağızlar  və  digər  maddi  nemətlərin  real 
pul  vəsaitinə  çevrilməsi  nəticəsində  baş  verən  maliyyə 
itkiləridir.      
tkilərə  görə  risklər  –  4  zonaya  bölünür:  1-ci  –  risksiz 
zona;  2-ci  –  qəbul  ola  biləcək  risk  zonası  –  mənfəətin 
gözlənilən  səviyyədən  az  olması;  3-cü  –  kəskin  (kritik)  risk 
zonası  –  gözlənilən  gəlirin  itirilməsi;  4-cü  –  katostrofik  risk  – 
qoyulan investisiya və bütün mülkiyyətin itirilməsi təhlükəsi.     
 
 
Gəlir 
tkilə
Risksiz 
zona 
Qəbul 
ola biləcək  risk 
zonası 
Kritik 
risk zonası 
Katostrofi
k risk  zonası 
 
Gözlənil
ə
n mənfəətin 
itirilməsi 
Gözlənil
ə
n gəlirin 
itirilməsi 
Mülkiyyə
tin itirilməsi 
təhlükəsi 
 
  Sxem 4 Risk zonaları 
 
 
3. Risklərin giymətləndirilməsi  
 Risklərin keyfiyyət qiymətləndirilməsi bir neçə metodlar 
vasitəsi ilə həyata keçirilir: 
- ekspert üsulu; 
- xərclərin münasibliyinin təhlili; 
- analogiya metodu. 
     

Dövlətin investisiya-innovasiya siyasəti 
 
112
Ekspert  üsulu  –  riskin  hər  növü  və  səviyyəsinin 
ekspertlər tərəfindən qiymətləndirilməsini nəzərdə tutur.     
 Ekspert  metodunun  bir  növü  –  Delfi  metodudur.  Bu 
metodun xüsusiyyəti ondadır ki, ekspertlər fikirlərini bir-biri ilə 
müzakirə  etmirlər,  liderin  nəzər  nöqtəsini  nəzərə  almırlar.  Bu 
metodun  müsbət  tərəfi  –  hesablamaların  sadəliyi,  dəqiq 
məlumat  və  hesablamaların  tələb  olunmamasıdır.  Mənfi  tərəfi 
isə qiymətlərin subyektiv olmasıdır.   
Xərclərin  münasibliyinin  təhlili  –  riskin  potensial 
zonalarının  müəyyən  olunmasına  istiqamətləndirilib.  Kapitala 
təhlükə  yaradan  risklərin  minimuma  endirilməsi  məqsədi  ilə 
aparılır. Vəsaitin həddindən çox xərclənməsi bu amillərin təsiri 
nəticəsində baş verə bilər:  
- layihənin  bütövlükdə  və  ya  onun  bir  hissəsinin  ilkin 
qiymətinin düz hesablanmaması; 
- layihənin  sərhədlərinin  gözlənilməz  hadisə  nəticəsində 
dəyişilməsi; 
- layihədə planlaşdırılan və faktiki məhsuldarlıq arasında 
fərq; 
- inflyasiya  və  ya  vergi  qanunvericiliyinin  dəyişilməsi 
nəticəsində layihənin ilkin dəyəri ilə müqayisədə bahalaşması.    
     Analogiya  metodu  –  qiymətləndirilən  layihənin 
potensial  riskini  müəyyən  etmək  üçün  analoji  layihələrin 
təhlilini nəzərdə tutur. Təkrar olunan layihələrdə istifadə olunur 
və  riskin  qiymətləndirilməsində  başqa  üsulların  istifadəsi 
mümkün olmayanda tətbiq edilir. 
Layihələrin  kəmiyyət  qiymətləndirilməsi  –  bir  neçə 
tərkib hissədən ibarətdirlər: 
- layihənin dayanaqlığının səviyyəsini müəyyən etmək; 
- layihənin həssaslığının təhlili; 
- layihənin inkişaf ssenarilərinin təhlili. 
Layihənin  dayanaqlığının  səviyyəsini  müəyyən  etmək 
üsulu  istehsalın  həcminin  məcmu  xərclərin  səviyyəsi  ilə 
bərabərləşməsi  səviyyəsini  müəyyən  edir  (itkisizlik  nöqtəsi). 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə