Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə24/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
93
dəyərini  əksdir.  Verilmiş  diskont  dərəcə  və  planlaşdırılmış 
maksimal  vəsait  kütləsi  məbləğində  (həmin  dərəcədə), 
investorun  əldə  edəcəyi  K
t, 
ilkin  qoyulan  vəsait
 
K
0
    sadə  faiz 
hesablaması  üsulu  ilə  (bu  halda  faizlər  hər  bir  dövr  üzrə  eyni 
məbləğdə olan ilkin vəsait qoyuluşuna hesablanırlar) aşağıdakı 
düsturdan tapmaq olar: 
K

K

:
 
(1+
 
n • N),            
Burada, N – sadə faizin hesablanması dövrünün sayıdır. 
Ə
gər  kapitalın  qoyulduğun  zamanı  müddətli  faizin 
hesablanma  dövründən  az  və  ya  çoxdursa  (yəni  ssudanın 
müddəti  tam  illərin  sayına  bərabər  deyilsə),  bu  zaman  biz 
aşağıdakını əldə edirik:  
K

K

:
 
[1+
 
•(Т/М)],            
Burada: Т – kapitalın qoyuluş vaxtı (gün, ay, kvartal), 
М
  –  ilin,  ayın,  kvartalın  günlərinin  sayı  (T  və  M  eyni 
zaman vahidi ilə ölçülür - gün, ay, kvartal). 
Misal 2 
Verilir: bankın depozit faizi – illik 11,5%. Tələb olunur: 
iki  ildən  sonra  hesabda  100  min  manat  əldə  etmək  üçün  tələb 
olunan ilkin məbləği hesblamaq.   
Misal 2 həlli: 
 
                         K
t
=50000,   n=0,115,   N=2 
 
          K

=       __50000         = 40650,4 manat 
                        (1+ 2•0,115) 
                                 
Misal 3 
Verilir:  kredit  180  gün  ərzində  illik  24%-lə  götürülüb. 
Borclu  100  min  manat  pul  ödəməlidir.  Tələb  olunur:  kreditin 
ilkin məbləğini tapmaq. 
Misal 3 həlli: 
 
  K

=  __100000             = 89445,4 manat 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
94
           1+  180  •0,24 
                  365 
3.3          Maliyyə kapitalının mürəkkəb faiz dərəcələri ilə 
diskontlaşdırılması və   yığımı (kapital artımı). 
         
     4.  Mürəkkəb faiz dərəcələri ilə yığım. 
Ə
gər,  hər  bir  investisiya  müddəti  dövrünün  sonunda 
faizlər  əsas  məbləğə  əlavə  edilərsə,  və  alınan  məbləğ  sonrakı 
dövrdə faizlərin hesablanması üçün ilkin məbləğ hesab edilirsə, 
bu üsulla hesablanan faizlər mürəkkəb adlanırlar.   
Bu proses, eyni zamanda, faizlərin kapitallaşması adlanır. 
Faizlər  dövriyyədən  çıxarılmır,  investisiya  olunur,  yəni 
kapitallaşdırılır, və gəlir gətirən kapitala çevrilir. Sadə faizlərdə 
olduğu kimi: K
0
 – ilkin məbləğ (kapital, ssuda, kredit, depozit 
və  sair);  K

–  ilkin  məbləğ  qoyulan  andan  t  dövrünün 
sonunadək  kapital  qoyuluşunun  həcmi;  n  –  gəlirlilik  norması, 
faiz  dərəcəsi  və  ya  diskont  dərəcəsi  (onluq  kəsirlə  verilir);  t  
vaxt  (gün,  ay,  kvartal,  illərin  sayı  və  ya  kapital  dövriyyəsinin 
sayı).  Məsələn,  n  –  əmanət  üzrə  faiz  dərəcəsidir.  Bu  zaman, 
birinci  ilin  sonunda  faizlər  bərabərdir  K

•  n,  yığılmış  məbləğ 
isə - K

+
 
K

•n; ikinci ilin sonuna: K

+
 
K

•n +
 
(K
0
+K

•n) n = 
K

(1+n)

və sair.  
Beləliklə,  t  zaman  dövrü  üçün  (il,  kvartal,  ay)  gələcək 
kapitalın  (və  ya  borcun,  ÜDM  artımının  və  sair) 
hesablanmasının  ümumi  düsturu  aşağıdakı  kimi  yazılmalıdır: 
K

= K
0
 (1+n)
t   
                                               
(t) vaxt üçün faizlər belə hesablanacaq:  
                   K
t
 – K

= K
0
[ (1+n)
t
 -1]      
Faiz  üstünə  gələn  faizlərin  hesablanması  nəticəsində 
alınan  faizlərin  bir  hissəsi  (sadə  faizləri  çıxmaq  lazımdır)  belə 
alınır: 
  K
0
[ (1+n)
t
 -1] – (K

nt)= K
0
[ (1+n)
t
 – (1+nt)].       
 (1+n)
t
 – kəmiyyətini artım çoxaldıcısı adlandırırlar. 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
95
Mürəkkəb faizlər üzrə kapital artımı – həndəsi silsilə kimi 
hesablanır.  Onun birinci hissəsi (üzvü)  K
0
 bərabərdir, məxrəci 
isə – (1+N), həndəsi silsilənin son üzvü – K
t
. 
Misal 4. 
Verilir:  əmanətin  ilkin  məbləği  –  50000  manatdır,  faiz 
dərəcəsi  isə  –  10,5%-dir.  Tələb  olunur:  yığılmış  əmanətin  3 
ildən sonrakı məbləğini tapmaq. 
Misal 4 həlli: 
K
0
 = 50000; n=0,105; t=3. 
             K
t
 = 50000(1+0,105)

= 67461,6 manat. 
 Misal 5. 
Verilir:  Əmanətin  ilkin  məbləği  –  2  min.  manat,  faiz 
dərəcəsi  –  15%.  Tələb  olunur:  artırılmış  əmanətin  4  ildən 
sonrakı məbləğini tapın.  
Misal 5 həlli: 
K
0 
= 2 min.manat; n=0,15; t = 4. 
K
t
 = 2000(1+0,15)

= 3498,0 manat. 
4 Annuitetin mahiyyəti . 
Annuitet (alman sözü annuitat, və ya ingilis sözü annuity 
– illik ödəniş) – əmanətin sahibinə daimi zaman kəsiyi ərzində 
müəyyən  gəlir  gətirən  kapital  qoyuluşudur.  Yəni,  annuitet  – 
maliyyə  rentasının  bir  növüdür.  Bu,  əsasən,  səhm,  istiqraz, 
qeyri-dövlət  pensiya  fondu,  daimi  gəlir  gətirən  daşınmaz 
ə
mlaka  və  sair  edilən  kapital  qoyuluşlarıdır.  ndiki  və  gələcək 
pul  axınlarını  vahid  zaman  çərçivəsinə  gətirmək  ehtiyacı 
annuitetin  hesablanması  ilə  əlaqədardır.  Əgər  eyni  zaman 
intervallarının  sayı  məhduddursa,  belə  annuitet  müddətli 
adlanır.  Əgər  zaman  kəsiyi  sonsuzdursa  (real  olaraq,  çox 
böyükdürsə),  bu  zaman  annuitet  müddətsiz  adlanır. 
Aşağıdakıları  fərqləndirirlər:  -  adi  annuitet  –  hər  dövrün 
sonunda ödəmələr;  
- avanslı annuitet – hər dövrün əvvəlində həyata keçirilən 
ödəmələr. 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
96
qtisadi  səmərə,  və  ya  təmiz  diskont  gəlirin  (TDG
müəyyən edilməsi üçün aşağıdakı düsturdan istifadə edirlər:     
        TDG = A 1___ 
            
т
=1
 (1+n)
t                  
  
Burada, A – axtarılan annuitet. 
  
 
    (1+n)
t     
- həndəsi silsilə üzvlərinin məcmusudur. 
               
Onun  hesablanmasından  sonra,  aşağıdakı  annuiteti 
alırıq: 
                  A = TDG n(1+n)

                                            (1+n)
T
- 1                           
Uzun  dövr  üçün    (50  və  daha  çox  il)  yuxarıdakı 
düsturdakı zaman kəsiyi T→∞.  Beləliklə,  A = TDG • n                               
5. Layihənin maliyyə cəhətdən qiymətləndirilməsi. 
Layihənin  həyata  keçməsi  nəticəsində  aşağıdakı  əsas 
məqsədlər nəzərdə tutulur:  
- lazımi gəlirin əldə edilməsi; 
-  müəssisənin  likvidlikinin  və  maliyyə  durumunun 
dəstəklənməsi. 
Layihənin  maliyyə  cəhətdən  qiymətləndirilməsi  üçün 
rentabellik, dövrlük, maliyyə dayanıqlığı və likvidlik əmsalları 
hesablanır. Rentabellik əmsallarına daxildir: 
- aktivlərin rentabellilik əmsalı; 
- investisiya kapitalının rentabellilik əmsalı; 
- şəxsi kapitalın rentabelliliyi; 
- satışın rentabelliliyi; 
- satışın dəyəri (məhsulun maya dəyərinin satışın həcminə 
nisbəti). 
Dövrlük əmsallarına daxildir: 
- aktivlərin dövrəliliyi;   
- investisiya kapitalının dövrəliliyi; 
- nizamnamə kapitalının dövrəliliyi; 
- dövriyyə vəsaitlərinin dövrəliliyi; 
- dövriyyənin müddəti. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə