Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə22/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   52
    Bu səhifədəki naviqasiya:
  • Testl

Dövlətin investisiya-innovasiya siyasəti 
 
85
Özünümaliyyələşdirmə 
– 
öz 
vəsaitləri 
hesabına 
investisiyalaşmanın  həyata  keçirilməsini  nəzərdə  tutur. 
Amortizasiyanın  hal-hazırda  istifadəsinin  icazə  verilən 
hesablanması və istifadə edilməsi metodları, istehsalın inkişafı 
üçün 
gəlirin 
istifadəsi 
hissəsində 
qanunda 
edilmiş 
dəyişikliklərlə 
birgə, 
özünümaliyyələşməni, 
istehsalın 
yenilənməsi  və  texniki  yenidənqurulması  üzrə  investisiya 
layihələrinin əhəmiyyətli maliyyə mənbəyinə çevirirlər. Nəzərə 
almaq  lazımdır  ki,  yüksək  inflyasiya  templəri  şəraitində,  əsas 
fondların  mövcud  yenidən  qiymətləndirilməsi  zamanı,  bu 
mənbənin qiymətdən düşməsi baş verir. 
Səhm emissiyası yolu ilə kapitalın cəlb edilməsindən, bir 
maliyyələşmə  metodu  kimi,  adətən,  iri  miqyaslı  layihələrin 
reallaşması üçün istifadə edilir.  
Kredit  maliyyələşməsindən,  bir  qayda  olaraq,  tez  həyata 
keçirilən  və  yüksək  səmərəli  layihələrin  maliyyələşdirilməsi 
zamanı istifadə edilir.  
Maliyyə (investisiya) lizinqi kreditin bir növüdür, lakin o 
maddi-əşya 
formasında 
təzahür 
edir, 
və 
kredit 
maliyyələşdirilməsi kimi istifadə edilir.  
Qarışıq  maliyyələşmə  –  adları  çəkilən  metodların 
müxtəlif  kombinasiyalarına  əsaslanır  və  investisiyaların  bütün 
formalarında  istifadə  edilir.  Mikro  -  və  makro  səviyyədə 
yaranmış  konkret  iqtisadi  şəraitdə,  hər  bir  metodun  istifadə 
edilməsinin  məqsədəuyğunluğunun  əsaslandırılması  üçün 
spesifik metodiki alətlər lazımdır. Özünümaliyyələşdirmə üçün, 
bu 
– 
amortizasiyanın, 

cümlədən, 
sürətləndirilmiş 
amortizasiyanın 
hesablanma 
metodları, 
amortizasiyanın 
inflyasyon  qiymətdən  düşməsinin  azaldılmasının  metodiki 
şə
rtləri;    kredit  maliyyələşməsi  üçün  –  kreditin  qiymətinin 
yuxarı 
həddinin 
qiymətləndirilməsi 
(əsaslandırılması) 
metodları,  borc  və  faizlərin  qaytarılmasının  kredit  xətləri  və 
sxemlərinin  qurulması  metodları;  qarışıq  maliyyələşdirilmə 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
86
üçün  –  maliyyələşmə  mənbələrinin  optimallaşdırılması 
metodlarıdır. 
Konkret  şəraitdə  istifadə  olunan  metodlar  aşağıdakı 
vəzifələrin həllini təmin etməlidirlər: 
1)  layihənin  bütün  fazaları  ərzində:  investisiya 
qoyuluşundan  əvvəl,  investisiyalar  qoyulanda,  və  istismar 
fazası  zamanı  investisiyaların  reallaşdırılması  qrafikinə 
müvafiq olaraq, maliyyələşmənin etibarlılığını təmin etmək; 
2)  iqtisadi  cəhətdən  məqsədəuyğun  çərçivədə  investisiya 
məsrəflərinin minimallaşdırılması və özəl kapitala gələn gəlirin 
artımını; 
3)  layihənin  və  onun  reallaşdığı  müəssisənin  maliyyə 
dayanıqlılığının təmin edilməsini. 
Fond  və  maliyyə  bazarlarının  təşəkkülü  və  inkişafı 
şə
raitində  ən  çox  yayılmış  metod  –  qarışıq  maliyyələşmə 
metodudur.  Qarışıq  maliyyələşmə  metodunun  əsas  problemi  – 
müxtəlif  mənbələrdən  cəlb  edilmiş  resursların  qurulusunun 
(strukturunun) optimallaşdırılmasıdır.  
Suallar: 
1.
 
nvestisiya  fəaliyyətinin  planlaşdırılması  hansı 
məqsədlə həyata keçirilir?  
2.
 
Daxili maliyyə mənbələrinin göstərin. 
3.
 
Xarici 
 
maliyyə 
mənbələrinin 
necə 
qruplaşdırmaq olar? 
4.
 
Daxili  və  xarici  investisiya  mənbələrinin  üstün 
və çatışmayan cəhətlərini müqayisə edin. 
5.
 
Kredit ödəmələr hansı sxemlə həyata keçirilir? 
Testlər: 
Test  1.  Adı  çəkilənlərdən  hansılar  maliyyələşdirilmənin 
daxili mənbələrinə aid deyil? 
a) amortizasiya,  
b) gəlir,  
c) sığorta fondlarında toplanan vəsaitlər; 
d) bank krediti 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
87
e) artıq aktivlərin satışından gələn vəsaitlər; 
Test  2.  Adı  çəkilənlərdən  hansılar  maliyyələşdirilmənin 
xarici mənbələrinə aid deyil? 
a) bankların kreditləri; 
b) müəssisənin istiqrazlarının emissiyası; 
c) büdcə vəsaitləri; 
d) amortizasiya; 
e) investisiya lizinqi. 
Test  3.  Adı  çəkilənlərdən  hansılar  maliyyələşdirilmənin 
daxili mənbələrinə aiddir? 
a) 
borc və cəlb olunmuş vəsait 
b)  gəlir və amortizasiya 
c) 
 bank krediti 
d)  istiqrazlar 
e) 
büdcə vəsaiti. 
Test  4.  Risk  səviyyəsinin  artması  ardıcıllığı  ilə  maliyyə 
mənbələrini düzün: 
a) 
dövlətin  qiymətli  kağızları,  kreditlər,  imtiyazlı 
səhmlər, adi səhmlər; 
b)    kreditlər,  dövlətin  qiymətli  kağızları,  imtiyazlı 
səhmlər, adi səhmlər; 
c) 
imtiyazlı  səhmlər,  adi  səhmlər;  dövlətin  qiymətli 
kağızları, kreditlər,  
d)  adi  səhmlər,  dövlətin  qiymətli  kağızları,  kreditlər, 
imtiyazlı səhmlər; 
e) 
kreditlər,  imtiyazlı  səhmlər,  adi  səhmlər  dövlətin 
qiymətli kağızları.  
Test 5.  mtiyazlı səhmin emitent üçün üstünlüyü nədədir? 
a) divident ödəmələrinin vaxtı uzadıla bilər. 
b) bu növ səhm sahiblərinin firmanın siyasətinə təsir etmə 
imkanları yoxdur (onların səsvermə hüququ yoxdur). 
c) imtiyazlı səhmlər – firmanın ən risksiz öhdəliklərindən 
biridir. 
d) bütün cavablar düzdür 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
88
e) düz cavab yoxdur 
 
Mövzu 8.   nvestisiya layihəsinin səmərəliliyinin 
qiymətləndirilməsi  
                                     Plan: 
1. 
nvestisiya 
layihələrinin 
səmərəliyinin 
qiymətləndirilməsinə metodoloji yanaşma. 
2. 
 
 
nvestisiya 
layihələrinin 
səmərəliliyinin 
qiymətləndirilməsi   metodları.                       
3.  Sadə  faiz  dərəcələri  üzrə  pul  vəsaitlərinin 
diskontlaşdırılması və yığımı. 
4.  Mürəkkəb faiz dərəcələri ilə yığım. 
5. Layihənin maliyyə cəhətdən qiymətləndirilməsi. 
6.  nvestisiya  layihəsinin  səmərəliliyinin  sadə  (statik) 
qiymətləndirmə  metodları. 
 
                                   Əsas anlayışlar: 
Diskont,  sadə  faizin  hesablanması,  mürəkkəb  faizin 
hesablanması, 
annuitent, 
məsrəflərin 
hesablanması, 
investisiyaların ödənilməsi müddəti, itkisizlik nöqtəsi.  
1. 
nvestisiya 
layihələrinin 
səmərəliyinin 
qiymətləndirilməsinə metodoloji yanaşma. 
Layihənin  səmərəliyinin  qiymətləndirilməsində  diskont 
üsulundan  istifadə  edirlər.  Diskontun  mahiyyəti  -  gələcəkdə 
alınan pul vəsaitlərinin mürəkkəb % vasitəsi ilə indiki zamanda 
hesablanmasındadır.  Diskont  vasitəsi  ilə  xərclər,  səmərə  və 
nəticələrin  eyni  zamanda  investisiya  layihəsinin  ilkin 
mərhələsində  hesablamasına  imkan  verir.  Bu  hesablamalarda 
diskont  norması  istifadə  olunur.    Bu  da  investor  tərəfindən   
qoyulan kapitala qəbul oluna biləcək müvafiq gəlir normasıdır. 
Gəlir norması layihədən asılı olaraq kommersiya və sosial tipli 
ola  bilər.  Kommersiya  gəlir  norması  kapitalın  istifadəsinin 
alternativlərinin,  yəni  digər  istifadə  istiqamətlərdə  investisiya 
qoyuluşu  və  risk  səviyyəsinin  müqayisə  edilməsini  nəzərdə 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə