Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə30/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
117
Test  3.  Risk  sxemindəki  mərhələləri  düz  olan  ardıcıllığı 
seçin. 
a) 
göstəricilərin  toplanması  –  riskin  keyfiyyət  və 
kəmiyyət göstəricilərinin təhlil edib qiymətləndirilməsi – riskin 
qəbul edilməsi – riskin azaldılması metodun seçilməsi; 
b) 
göstəricilərin  toplanması  –  riskin  qəbul 
olunmasının  qiymətləndirilməsi  –  riskin  keyfiyyət  təhlili  – 
riskin azaldılması metodun seçilməsi – riskin qəbul edilməsi; 
c) 
göstəricilərin  toplanması  –  riskin  keyfiyyət  və 
kəmiyyət göstəricilərinin təhlil edib qiymətləndirilməsi - riskin 
azaldılması metodun seçilməsi – riskin qəbul edilməsi;  
d) 
riskin  keyfiyyət  və  kəmiyyət  göstəricilərinin 
təhlil  edib  qiymətləndirilməsi  –  riskin  artırılması  ehtimalının 
qiymətləndirilməsi  –  riskin  azaldılması  metodun  seçilməsi  – 
riskin  qəbul edilməsi;  
e) 
göstəricilərin  toplanması  –  riskin  qəbul 
edilməsinin  qiymətləndirilməsi  –  riskin    azaldılması  metodun 
seçilməsi – riskin azaldılması metodun seçilməsi – riskin  qəbul 
edilməsi.  
Test 4. Risk zonalarının riskin artması ardıcıllığı ilə olan 
cavabı seçin.  
a) 
risksiz  zona;  qəbul  ola  biləcək  risk  zonası, 
kəskin (kritik) risk zonası, katostrofik risk;  
b) 
qəbul  ola  biləcək  risk  zonası,  risksiz  zona, 
kəskin (kritik) risk zonası, katostrofik risk;  
c) 
kəskin  (kritik)  risk  zonası,  katostrofik  risk, 
risksiz zona, qəbul ola biləcək risk zonası;  
d) 
katostrofik  risk,  risksiz  zona,  qəbul  ola  biləcək 
risk zonası, kəskin (kritik) risk zonası; 
e) 
risksiz  zona,  katostrofik  risk,  qəbul  ola  biləcək 
risk zonası, kəskin (kritik) risk zonası.  
Test 5.  Risklərin idarə edilməsi sisteminə daxil olmayan 
elementləri  və prosesli  qeyd edin.  
a) 
risklərin təhlili və qiymətləndirilməsi;    
Dövlətin investisiya-innovasiya siyasəti 
 
118
b) 
risklərin identifikasiya və lokallaşdırılması; 
c) 
risklərin aradan qaldırılması və minimum 
səviyyə endirilməsi; 
d) 
risklərin monitorinqi; 
e) 
risklərin təsnifləşdirilməsi.  
 
Mövzu 10. Fond bazarının tənzimlənməsi. 
                                         Plan:
 
1. 
Fond bazarının mahiyyəti və funksiyaları 
2. 
Fond 
bazarının 
tənzimlənməsinin 
ə
sas 
istiqamətləri, məqsədləri və prinsipləri. 
3. 
 Fond bazarının dövlət tənzimlənməsi. 
                                  Əsas anlayışlar: 
Fond  bazarı,  fond  birjası,  qiymətli  kağızlar  bazarı,  ilkin 
və ikinci qiymətli kağızlar bazarı, diler, broker.  
1.
 
Fond bazarının mahiyyəti və funksiyaları. 
Qiyməti  kağızlar  (fond)  bazarı  –  müxtəlif  qiymətli 
kağızların 
alğı-satqısına 
şə
rait 
yaradan 
fəaliyyət 
və 
mexanizmlərin  məcmusudur.  Fond  bazarı  –  kapital  bazarının 
ə
həmiyyətli  bir  hissəsidir.  Fond  bazarı  və  fond  birjası  eyni 
anlayış  deyil,  onların  arasında  fərq  mövcuddur.  Fond  bazarı  – 
qiymətli  kağızların  emissiyası  və  dövriyyəsi  ilə  bağlı  maliyyə 
bazarında  olan  münasibətlər  və  bu  dövriyyənin  forma  və 
metodlar,  başqa  sözlə,  qiymətli  kağızların  dövriyyəsini  təmin 
edən  institutlar  sistemi  və  iqtisadi  mexanizm  məcmusudur. 
Fond  birjası  isə  qiymətli  kağızların  alğı-satqısı  ilə  əlaqədar 
sazişlərin  bağlanması,  qiymətli  kağızların  alıcıları  və  satıcıları 
görüşdüyü yerdir. 
qtisadi  münasibətlər  sistemində  fond  bazarı  xüsusi  yer 
tutur  –  burada  spesifik  əmtəə  -  qiymətli  kağızlar  alınıb-satılır. 
Bu  bazar  vasitəsi  ilə  pul  kapitalı  formalaşır,  bu da,  investisiya 
məqsədi  ilə  istifadə  edilir  və  ilkin  kapitalın  artmasına  imkan 
(şərait) yaradır.      


Dövlətin investisiya-innovasiya siyasəti 
 
119
Fond  bazarı  dünya  və  milli  iqtisadiyyatda  böyük 
ə
həmiyyət kəsb edir və bir neçə vacib funksiya yerinə yetirir:  
- birincisi, fond bazarı vasitəsi ilə pul resursları toplanır, 
cəmləşir və istehsalın genişləndirilməsinə yönəlir;  
-  ikincisi,  informasiya  funksiyasıdır  ki,  onun  vasitəsi  ilə 
investorlar  iqtisadi  konyunktura  haqqında  xəbərdar  olurlar  və 
kapital qoymaq istiqamətlərini müəyyən edirlər;     
-  üçüncüsü,  səmərəli  iqtisadiyyatın  formalaşmasına  təsir 
edir  –  pul  vəsaitlərinin  cəmləşib,  bazarın  tələb  olunan 
seqmentinə  yönəlməsini  təmin  edir.  Başqa  sözlə  bölüşdürücü 
funksiyanı  yerinə  yetirir  –  iqtisadiyyatın  müxtəlif  sahələri 
arasında vəsaitin paylanmasına şərait yaradır;    

dördüncüsü, 
qiymət 
və 
maliyyə 
risklərinin 
sığortalanması.     
Hər  bir  fond  bazarı  bir  neçə  tərkib  hissələrdən  ibarətdir: 
bazarın subyektləri, bilavasitə bazar ( birja, birjadan kənar fond 
bazarları);  dövlət  tənzimlənmə  və  nəzarət  qurumları  (Maliyyə 
Nazirliyi,  Mərkəzi  Bank,  Qiymətli  kağızlat  üzrə  Dövlət 
Komissiyası);  özü-özünü  tənzimləyən  təşkilatlar  (fond 
bazarının  ixtisaslı  iştirakçılarının  birlikləri,  məsələn,  ABŞ-da 
NASD); bazarın infrastrukturu (hüquqi, informasiya, depozitar, 
hesablama-klirinq şəbəkəsi, qeydiyyat şəbəkəsi). 
Fond bazarının subyektləri: 
-  Emitentlər  –  qiymətli  kağızlar  vasitəsi  ilə  tələb  olunan 
pul  vəsaitlərinin  cəlb  edən  və  bununla  bağlı  öhdəlikləri  yerinə 
yetirən dövlətin rəsmi nümayəndələri, hüquqi və fiziki şəxslər. 
-  nvestorlar  –  qiymətli  kağızları  alan  hüquqi  və  fiziki 
şə
xslər - əhali, müəssisələr, institusional investorlar (investisiya 
fondlar, sığorta kompaniyalar). 
-  Qiymətli  kağızlar  bazarının  professional  iştrakçıları  – 
diler və broker fəaliyyətini həyata keçirənlər.  Diler – qiymətli 
kağızlarla öz adından və öz hesabına əməliyyatlar aparan fond 
bazarının  professional  iştirakçısıdır.  Dilerin  gəliri  qiymətli 
kağızların  alış-satış  qiymətindəki  fərq  və  qiymətlərin 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
120
dəyişilməsi hesabına əldə edilir. Dilerlər vasitəçi kimi fəaliyyət 
göstərimirlər.  Diler  qismində  banklar  və  investisiya 
kompaniyaları çıxış edirlər. Brokerlər -  müştərinin tapşırığı və 
onun vəsaiti hesabına qiymətli kağızların alğı-satqısı ilə məşğul 
olan  fond  bazarının  professional  iştirakçısıdır.  Dilerlərin 
fəaliyyəti  vasitəçi  xarakteri  daşıyır  –  onlar  valyuta,  qiymətli 
kağızlar  və  digər  maliyyə  aktivlərinin  alınıb  satılmasında 
vasitəçi rolu oynayır və bu fəaliyyətə görə qazanc əldə edirlər. 
Bu fəaliyyət broker kompaniyalar tərəfindən aparılır.      
Fond  bazarının  bank  və  qeyri-bank  xarakterinə  görə  3 
modeli mövcuddur.: 
Qeyri-bank modeli. ABŞ-da yayılıb. Burada vasitəçi kimi 
qiymətli kağızlar üzrə qeyri-bank şirkətləri çıxış edir; 
Bank modeli – Almaniyada yayılıb. Burada vasitəçi kimi 
banklar çıxış edir; 
Qarışıq  model  –  Yaponiyada  istifadə  edilir.  Burada 
vasitəçi kimi həm bank, həmdə qeyri-bank qurumları çıxış edir.   
 Fond  bazarı  ilkin  və  sonrakı  (ikinci)  bazara  bölünür. 
lkin  fond  bazarı  yeni  emissiya  olunmuş  qiymətli  kağızların 
yerləşdirilməsi həyata keçirilir. Sonrakı fond bazarında qiymətli 
kağızların sonrakı alğı-satqısını həyata keçirilir.   
Fond bazarları digər meyarlara görə təsnifləşdirilir: 
- ərazi meyarına görə - beynəlxalq, milli, regional; 
- qiymətli kağızların növünə görə - səhm bazarı və s.; 
- sazişlərin növünə görə - kassa və forvard; 
-  emitentlərə  görə  -    dövlət,  müəssisə  və  şirkətlərin 
qiymətli kağızlar; 
-  müddətinə  görə  -  qısa-,  orta-,  uzunmüddətli  və 
müddətsiz qiymətli kağızlar; 
- iqtisadiyyatın sahəsinə görə.    
2.
 
Fond 
bazarının 
tənzimlənməsinin 
ə
sas 
istiqamətləri, məqsədləri və prinsipləri.  
 Fond  bazarının  tənzimlənməsinin  əsas  məqsədləri 
aşağıdakilardır:  


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə