Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə27/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
105
 
 
 
 
 
 
 
 
 
 
                 Sxem 3.  tkisizlik nöqtəsi 
 
Beləliklə, görürük ki, nə qədər ki  N qiyməti aşağıdır, bir 
o qədər də istehsal proqramını yerinə yetirmək daha asandır, bir 
o qədər də bundan ötrü az vəsait tələb olunur, və bir o qədər də 
məhsul buraxılışının hesabına daha yüksək gəlir götürmək olar. 
N  –  nin  azaldılması  üçün  daimi  xərcləri  (X
daim.
)  azaltmaq, 
qiyməti  artırmaq  və  dəyişən  xərcləri  (məhsul  vahidinin  maya 
dəyərini) azaltmaq lazımdır. 
Ə
gər müəssisə inhisarçı deyilsə, məhsulun qiyməti bazar 
tərəfindən  müəyyən  edilir.  Eləcə  də,  yeni  olmayan  məhsulun 
maya  dəyəri  də  rəqiblər,  yəni,  bazar  tərəfindən  diktə  edilir. 
Buna görə də, itkisizlik nöqtəsinin tənzimlənməsinin əsas aləti 
–  daimi  xərclərdir.  Bazarda  yeni  olan  məhsul  üçün,  ilkin 
mərhələdə,  rəqiblər  meydana  gəlməmiş,  yüksək  qiymət  təyin 
etmək mümkündür. 
 
Suallar: 
1. 
Məcmu  kapitala  görə  sadə  faizlər  necə 
hesablanır? 
2. 
nvestisiya 
layihələrinin 
səmərəliyinin 
qiymətləndirilməsində istifadə olunan prinsiplər hansılardır? 
3. 
nvestisiyalara  orta  gəlirlik  norması  necə 
hesablanır? 
Cəmi 
xərclə
  
Daimi 
Dəyişə
stehsalın həcmi 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
106
4. 
Annuitetin mahiyyətinin izah edin 
5. 
tkisizlik nöqtəsi necə hesablanır? 
Testlər:  
Test 
1. 
nvestisiya 
layihəsinin 
səmərəliliyinin 
qiymətləndirilməsində hansı metodlardan istifadə olunur?   
a) 
sadə və mürəkkəb 
b) 
statik və dinamik 
c) 
analiz və sintez 
d) 
induksiya  və deduksiya 
e) 
balans və statik 
Test  2.  Əmanətin  sahibinə  daimi  zaman  kəsiyi  ərzində 
müəyyən gəlir gətirən kapital qoyuluşudur neçə adlanır?   
a) diskont 
b) reqressiya 
c) annuitet 
d) koordinasiya 
e) statik 
Test 3. Rentabellik əmsallarına nə daxildir?   
a) Aktivlərin rentabellik əmsalı; 
b) Şəxsi kapitalın rentabelliliyi; 
c) Satışın rentabelliliyi; 
d)  nvestisiya kapitalının rentabellilik əmsalı; 
e) Hamısı 
Test  4.  nvestisiya  layihəsinin  iqtisadi  səmərəliliyini 
hesablamaq üçün hansı məlumatlar istifadə edilir?   
a)  Məhsul  və  onun  satış  bazarları  haqqında  tam 
məlumatlar; 
b) Potensial rəqiblər haqqında tam məlumatlar; 
c)  Layihəni  yerinə  yetirən  firma  haqqında  tam 
informasiya; 
d)  nvestorun imkanları haqqında tam məlumatlar; 
e) Hamısı 
Test  5.  nvestisiya  layihəsinin  işlənib  hazırlanması 
zamanı hansı nəticələr qiymətləndirilməlidir?   


Dövlətin investisiya-innovasiya siyasəti 
 
107
a) siyasi və iqtisadi 
b) sosial və iqtisadi 
c) sosial və ekoloji 
d) ekoloji və iqtisadi 
e) ekoloji və siyasi 
 
Mövzu 9  nvestisiya risklərinin idarə edilməsi 
                             
                            Plan: 
1. 
nvestisiya riski anlayışı və mahiyyəti 
2. 
Risklərin təsnifatı 
3. 
Risklərin qiymətləndirilməsi üsulları  
4. 
nvestisiya risklərinin idarə edilməsi                                                            
                               Əsas anlayışlar: 
nvestisiya  riskləri,    xarici  və  daxili  risklər,  investisiya 
risklərinin  təsnifatı,  risk  zonaları,  Delfi  metodu,  analogiya 
metodu, diversifikasiya, riskin ötürülməsi.    
 
1.
 
nvestisiya riski anlayışı və risklərin təsnifatı 
stənilən  investisiya  layihələri  hazırda  vəsaitin  qoyuluşu 
və  gələcəkdə  gəlir  əldə  edilməsi  ilə  əlaqəlidir.  Gələcək  isə 
qeyri-müəyyənliklə,  layihənin  həyata  keçirilməsi  ilə  əlaqədar 
daxili  və  xarici  şəraitlə  bağlı  informasiyanın  tam  və  dəqiq 
olmaması, ona təsir edən amillərin dəyişilməsi və s xarakterizə 
olunur.  nvestisiya  qoyuluşu,  əsasən  də  innovasiya  yönümlü 
investisiyalar risklə bağlıdır. “Risk” anlayışının bir neçə ifadəsi 
var:  “risk  –  gələcək  dövrə  qeyri-əminlik”,  “risk  –  qoyulan 
məqsəddən kənara çıxma”, “risk – itkilərin olması təhlükəsi” və 
s.  nvestisiya  riskləri  investisiya  layihələrinin  reallaşmasında 
ola  biləcək  gəlirlərin  itirilməsi  ehtimalını  göstərir.  Risklərin 
mənfi təsiri məhsulun itirilməsində, cari və birdəfəlik xərclərin 
artmasında,  gəlirin  itirilməsi  və  ya  səmərəliyin  azalmasında 
özünü  göstərir.  nvestor  risk  amilləri  haqqında  layihəni 
hazırlayarkən  bilməlidir  ki,  hansı  risklə  qarşılaşmasını  nəzərə 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
108
alsın.  Bu  bilik,  birincisi,  layihənin  hazırlanması  mərhələsində 
riski  hesablayıb,  qiymətləndirmək  və  onun  fəaliyyətin 
səmərəliliyinə  təsirini  müəyyən  etməyə  imkan  verir,  ikincisi, 
layihələndirmə mərhələsində əlverişsiz halların qarşısını almaq, 
fəsadlarını  azaltmaq  və  ya  layihəni  həyata  keçirməsindən 
imtina  etmək  imkanı  verir.  Risklər  vaxtında  və  düzgün 
qiymətləndirilmirsə  o  investorlar  üçün  fəlakətlə  nəticələnə 
bilər.  
Bir  qayda  olaraq,  risk  və  gözlənilən  gəlir  arasında 
qarşılıqlı əlaqə belə ifadə oluna bilər – risk səviyyəsi nə qədər 
çox olarsa, gəlirlik səviyyəsi o qədər yüksək ola bilər. Risk və 
gəlir arasında ki optimal nisbət “gəlir – risk”  - maksimum və 
ə
ksinə “risk – gəlir” – minimum olmalıdır.      
Risk  –  iqtisadi  kateqoriyadır  və  o  baş  verə  və  ya  baş 
verməyə bilər. Risk nəticəsində 3 iqtisadi nəticə baş verə bilər: 
mənfi  nəticə  (itki),  müsbət  nəticə  (gəlir)  və  ya  nəticə  sıfıra 
bərabər ola bilər.     
Risk  vəziyyətində  3  şərt  olmalıdır:  qeyri-müəyyənlik, 
alternativin  seçilməsi  zərurəti,  mövcud  olan  alternativlərin 
ehtimalını qiymətləndirmək imkanı. Risk qeyri-müəyyənlikdən 
onunla fərqlənir ki, riskli hadisənin ehtimalını qiymətləndirmək 
olar.  
Yaranma səbəblərinə görə risklər xarici və daxili risklərə 
bölünürlər.  Xarici  risklər  makroiqtisadi  durumun  dəyişilməsi 
ilə  bağlıdırlar  və  bura:  siyasi,  ekoloji,  sosial,  iqtisadi, 
qanunvericiliklə  və  vergi  sisteminin  dəyişdirilməsi  ilə  bağlı 
risklər  aiddir.  Xarici  mühitin  əsas  cəhətləri  –  dinamiklik, 
çoxsahəlilik və inteqrasiyadır. Dinamiklik onun tez dəyişməsini 
nəzərdə tutur və risklərin idarə etmə sistemi onun dəyişilməsinə 
müvafiq  dəyişməlidir.  Çoxsahəlilik  müasir  iqtisadiyyatda  bir-
biri ilə müxtəlif iqtisadi, informasiya, siyasi, inzibatı əlaqələrlə 
bağlı  şirkətlərin  mövcudluğu  və  onların  bir-birinə  təsirini 
nəzərdə tutur. Belə ki, şirkətin bu təşkilatların biri ilə qarşılıqlı 
təsiri dəyişirsə, digərləri ilə də dəyişikliklər baş verir.   


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə