Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə23/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
89
tutur. Sosial gəlir norması isə ictimai xeyri göstərir, başqa sözlə 
desək,  burada  maliyyə  maraqlarından  başqa  sosial,  ekoloji 
tələblər  və  prioritetlər  nəzərə  alınır.  nvestisiya  layihələrinin 
səmərəliyinin  qiymətləndirilməsində  istifadə  olunan  prinsiplər 
bunlardır: 
1.      Layihənin  həyata  keçirilməsi  prosesində  təmiz  gəlir 
və  amortizasiya  ayırmaları  hesabına  formalaşan,  layihədən 
gələn  pul  axınının  hesablanması  əsasında,  investisiya  olunan 
kapitalın qaytarılması və gəlirin alınmasının qiymətləndirilməsi 
prinsipi. 
2.  Layihədən  gələn  gələcək  daxilolmaların,  onun  həyata 
keçirilmə  vaxtına    uyğunlaşdırılması  prinsipi  (diskontlaşdırma 
prosesi). 
Hesablamalar  aparmaq  üçün,  diskont  dərəcəsi  aşağıdakı 
bərabərlik vasitəsi ilə seçilir:  n = n

+ n
p 
Burada,    n
o  – 
inflyasiya  səviyyəsini,  və  bir  qayda  olaraq, 
ssuda faizini nəzərə alan, risksiz qoyuluşlar üzrə faiz dərəcəsi;  
n
p
  –  investisiyalardan  gələn  gəlirlərdən  olan  riskləri 
nəzərə alan, düzəliş əmsalı formasında risklərə görə mükafatdır. 
3.  Müxtəlif  investisiya  layihələri  üçün  axınların 
diskontlaşdırılması  prosesində  çevik  diskont  dərəcə  seçimi 
sistemi prinsipi. Bu zaman, gəlirlilik norması aşağıdakı amillər 
nəzərə alınmaqla, formalaşır: 
- orta ssuda dərəcəsi; 
-  digər  mümkün  investisiya  növləri  üzrə  alternativ 
gəlirlilik norması; 
- cari təsərrüfat fəaliyyəti üzrə gəlirlilik normaları; 
- inflyasiyanın templəri; 
- risklərə görə mükafatlar; 
- layihənin aşağı likvidlikinə görə mükafatlar. Bu prinsip, 
müxtəlif layihələrin müqayisəli qiymətləndirilməsi zamanı 
lazımdır. 
Tövsiyələrə  görə,  layihələrin  səmərəliliyini  aşağıdakı 
göstəricilər üzrə hesablamaq olar: 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
90
-  büdcə  səmərəliliyi  göstəriciləri  –  onlar,  büdcə  üçün 
layihənin səmərəliliyini əks etdirirlər; 
-  iqtisadi  səmərəlilik  göstəriciləri  –  ölkə,  region,  firma 
üçün layihənin səmərəliliyini əks etdirirlər. 
 Bu  tövsiyələr,  dövlət  investisiyalarından  istifadə  zamanı 
vacibdir.    nvestor,  investisiyaların  əsaslandırılması  zamanı, 
özünün tələblərini təqdim etmək hüququna malikdir. 
Layihənin  işlənib  hazırlanması  zamanı,  onun  sosial  və 
ekoloji  nəticələrini  qiymətləndirmək  vacibdir.  Layihənin 
iqtisadi  səmərəliliyini  hesablamaq  üçün,  aşağıdakıları  əldə 
etmək lazımdır: 
- layihəni yerinə yetirən firma haqqında tam informasiya; 
-  məhsul  və  onun  satış  bazarları  haqqında  tam 
məlumatlar; 
- investorun imkanları haqqında tam məlumatlar; 
-  potensial  (ola  biləcək)  rəqiblər  haqqında  tam 
məlumatlar; 
- risklərin qiymətləndirilməsi; 
- marketinq tədqiqatlarının nəticələri. 
2. 
nvestisiya 
layihələrinin 
səmərəliliyinin 
qiymətləndirilməsi metodları.                       
nvestisiya 
layihələrinin 
səmərəliliyinin 
qiymətləndirilməsi  metodları  sadə  (statik)  və  dinamik 
(diskontlaşdırılma prosesində istifadə olunan) metodlara ayrılır. 
Statik  metodlar,  daha  çox,  tarixi  və  metodik  məna  kəsb  edir, 
belə  ki,  təcrübədə,  hər  yerdə,  kompüter  texnologiyalarından 
istifadə  etməklə,  beynəlxalq  səviyyədə  standartlaşdırılmış 
dinamik metodlardan istifadə olunur. 
Statik metodlara aşağıdakılar aiddir: 
- gəlirin hesablanması və müqayisəsi; 
- məsrəflərin hesablanması və müqayisəsi; 
- gəlirliliyin (rentabelliliyin) hesablanması və müqayisəsi; 
- ödənilmə müddətinin hesablanması. 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
91
Bütün  sadə  metodlar  qarşılıqlı  əlaqəlidirlər,  və  onlardan 
heç  biri  ayrı-ayrılıqda,  layihə  haqqında  kifayət  qədər  tam 
məlumat  vermir.  Buna  görə  də,  onlardan    kompleks  şəkildə 
istifadə etmək lazımdır. Layihənin səmərəliliyini təhlil edərkən, 
gözlənilən gəlir və digər maliyyə göstəriciləri, eləcə də risklər, 
qiymətləndirilir.  Dinamik  metodlar  mürəkkəb  faizlər  və 
diskontlaşdırmadan  istifadəyə  əsaslanırlar.  Onlar,  adətən 
layihənin həyata keçirilməsinin başlanğıcına diskontlaşdırılırlar 
və  eyni  bir  zaman  kəsiyində  pul  axınları  layihəsinin 
gəlirliliyinin təhlili aparılır.  
Hər hansı bir layihəyə, bank depozitlərinə və ya qiymətli 
kağızlara  istənilən  vəsait  qoyuluşu  gələcək  fayda,  qazanc, 
gələcək gəlirin qiymətləndirilməsini tələb edir. Lakin, müəyyən 
məbləğdə  pulun  dəyəri  –  zamandan  asılı  olaraq  dəyişir. 
nflyasiya  nəticəsində,  bu  günün  yüz  manatı  bir  ildən  sonra 
dəyərdən  düşə  bilər.  Bundan  başqa,  konkret  layihədən  asılı 
olaraq,  pulun  bir  hissəsinin  itirilməsi  riski  mövcuddur.  Buna 
görə  də,  ən  yaxşı  layihəni  seçərkən,  eyni  zaman  kəsiyində  pul 
axınlarının  müqayisəsi  vacibdir.  Yəni,  pul  axınlarının 
müqayisəli  qiymətləndirilməsi  üçün,  onların  dəyərini  eyni 
zaman kəsiyində uzlaşdırmaq lazımdır. 
Pulların bu günkü (cari) dəyərinin, onların məlum gələcək 
dəyəri ilə müəyyən edilməsi, diskontlaşdırma adlanır. 
Pul  axınlarının  gələcək  və  ya  artırılmış  dəyəri  təyin 
edilmiş  mövcud  dəyər  ilə  müəyyən  edilir  (əks  düsturlarla). 
Hesablamalar  zamanı  gəlirlilik  norması  aşağıdakı  amillər 
nəzərə alınmaqla formalaşır: 
- orta real depozit və ya kredit dərəcəsi; 
-  digər  mümkün  olan  investisiya  növləri  üzrə  alternativ 
gəlirlilik normaları ilə; 
- cari təsərrüfat fəaliyyəti üzrə gəlirlilik normaları; 
- inflyasiyanın templəri; 
- risklərə görə mükafatlar; 
- aşağı likvidlikliyə görə mükafatlar. 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
92
3.  Sadə  faiz  dərəcələri  üzrə  pul  vəsaitlərinin 
diskontlaşdırılması və yığımı. 
 
 
3.1 Daimi dərəcələr və sadə faizlər üçün yığım.
 
Sadə  faizlər,  hər  zaman,  investisiyanın  (kapital 
qoyuluşunun) ilkin məbləğinə (K
0
) hesablanır. N hesabat dövrü 
üzrə  hesablamalara  və  daimi  dərəcələrə  görə  əlavə  kapital 
bərabərdir:    ∆K = K
0  

  
n • N  
Buradan,  məcmu  kapitala  görə  sadə  faizlərin  düsturu 
aşağıdakı kimi hesablanır:      K

 =  K

 + K = K
0  

 
(1+
 
n • N)              
  Burada:   K
0 
  - qoyulmuş kapital; 
K
t   
ilkin məbləğin qoyulduğu  andan t-zaman dövrünün 
sonuna qədər qoyulmuş kapitalın məbləği; 
n   - vahidin pay həcmində (əgər faiz dərəcəsi 10%-sə, bu 
zaman n=0,1) hesablamaların müvafiq dövrü üzrə (ay, kvartal, 
il) dərəcələr; 
N   - sadə faizin hesablanması sayı; 

K – kapital artımı; 
         (1+
 
n • N) – artım çoxaldıcısı.    
Misal  1. 
Verilir: illik faiz – 12%, ilkin qoyuluşun məbləği – 10000 
manat, hesablamalar – hər kvartal üzrə aparılır. Tələb  olunur: 
iki il yarım müddət ərzində qoyuluşun məbləğini tapmaq. 
Misal 1 həlli: 
Hesablama dövrü üzrə dərəcə – kvartal – bərabərdir: 
       12%: 4 = 3%, və ya 0,03. 
Belə  olduqda,  10  hesablama  dövründə,  və  ya  10  (iki  il 
yarım = 10 kvartal) kvartaldan sonra:    
                 K

+ 10000(1+0,03•10)  = 13000    
              
3.2  Sadə faiz dərəcələri üzrə diskontlaşdırma. 
Diskontlaşdırmanın  vəzifəsi  –  pul  axınının  gələcək 
dəyərinin  köməyi  ilə  cari  dəyərin  müəyyən  edilməsidir.  Bu 
vəzifə,  məlum  ilkin  investisiyalar  üzrə  pul  axınının  gələcək 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə