Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə52/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
205
gətirilən əmlak gömrük rüsumundan azad edilir və ondan idxal 
vergisi tutulmur. 
Xarici  investisiyalı  müəssisənin  əcnəbi  işçilərinin  öz 
ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak 
gömrük rüsumundan azad edilir. 
 
Maddə 27. Sığorta  
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  məcburi 
sığortalama nəzərdə tutulmadıqda, xarici investisiyalı müəssisə 
öz  əmlakının,  istehsal,  maliyyə  və  başqa  risklərinin  sığorta-
lanıb-sığortalanmayacağını özü həll edir. 
 
Maddə 28. Vergitutma  
Xarici  investisiyalı  müəssisələr,  habelə  xarici  investorlar 
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən 
edilən vergiləri ödəyirlər. 
 
Maddə 
29. 
Xarici 
investisiyalı 
əssisələrin 
fəaliyyətinin vergi tutmaq məqsədilə yoxlanması  
Vergi tutmaq məqsədilə xarici investisiyalı müəssisələrin 
maliyyə  və  kommersiya  fəaliyyətini  auditor  təşkilatları  yox-
layırlar. 
Azərbaycan  Respublikasının  qanunvericilik  aktlarında  belə 
müəssisələrin fəaliyyətinin ayrı-ayrı cəhətlərini yoxlamağın həvalə 
edildiyi vergi orqanları və başqa dövlət orqanları zərurət olduqca 
və  yalnız  öz  səlahiyyəti  daxilində  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə uyğun olaraq yoxlama apara bilər. 
Vergi  orqanları  və  başqa  orqanlar,  onların  vəzifəli  şəxsləri 
kommersiya sirrinin açılmasına görə Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 
 
Maddə 30. Mühasibat uçotu və hesabat  
Xarici  investisiyalı  müəssisə  Azərbaycan  Respublika-
sında  qüvvədə  olan  qaydalara,  yaxud  istəsə,  həmçinin  xarici 
investorun  mənsub  olduğu  ölkədə  qüvvədə  olan  qaydalara 
müvafiq surətdə mühasibat uçotu və hesabat aparır. 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
206
Maddə 31. Öhdəliklərin təmin edilməsi  
Xarici  investisiyalı  müəssisə  götürdüyü  öhdəliklərin 
bütün  növlərini  təmin  etmək,  o  cümlədən  borc  vəsaiti  cəlb 
etmək üçün öz əmlakından istifadə edə bilər. Öhdəlikləri təmin 
etmək  üçün  o,  binalar,  qurğular,  avadanlıqlar  üzərində  əmlak 
hüquqlarından  və  digər  əmlak  hüquqlarından,  o  cümlədən 
torpaqdan istifadə hüququndan istifadə edə bilər. 
Müvafiq  icra  hakimiyyəti  orqanı  investisiya  fəaliyyəti 
sahəsində qüvvədə olan qanunvericiliyi pozmuş hüquqi və fiziki 
şə
xslər  barədə  qanunvericilikdə  müəyyən  edilmiş  tədbirlərin 
görülməsi  üçün  aidiyyəti  üzrə  müvafiq  dövlət  orqanlarına 
məlumat  verir,  habelə  investisiya  mübahisələrinin  həll 
olunması ilə bağlı investorlara kömək göstərir. 
 
Maddə  32.  ntellektual  fəaliyyət  nəticələrinə  hüquqlar 
və digər qeyri-əşya hüquqları  
Xarici  investisiyalı  müəssisələrin  intellektual  fəaliyyət 
nəticələrinə  olan  hüquqları,  habelə  digər  qeyri-əşya  hüquqları 
(nou-hau, kommersiya sirri və s.) Azərbaycan Respublikasının 
qanunvericilik  aktlarına  müvafiq  surətdə  müdafiə  olunur  və 
həyata keçirilir. 
 
Maddə 33. Əmək münasibətləri  
Xarici  investisiyalı  müəssisədə  istehsal  və  əmək 
münasibətləri, o cümlədən işəgötürmə və işdən azadetmə, əmək 
və  istirahət  rejimi,  əmək  haqqı,  təminat  və  kompensasiya 
məsələləri kollektiv müqavilə (saziş) və fərdi əmək müqavilələ-
ri (bağlaşmalar) ilə tənzimlənir. 
Kollektiv  və  fərdi  əmək  müqavilələrinin  şərtləri  həmin 
müəssisənin işçilərinin vəziyyətini Azarbaycan Respublikasının 
qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş  şəraitə  nisbətən 
pisləşdirə bilməz. 
Xarici  investisiyalı  müəssisənin  əcnəbi  işçilərinin 
ə
məyinin  ödənilməsi,  onlara  məzuniyyətlər  verilməsi  onların 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
207
pensiya təminatı məsələləri həmin işçilərin hər biri ilə bağlanan 
fərdi  əmək  müqavilələrində  (bağlaşmalarda)  həll  edilməlidir. 
Bu işçilər xarici valyuta ilə aldıqları əmək haqqını gəlir vergisi 
ödədikdən  sonra  Azərbaycan  Respublikası  Milli  Bankının 
əyyən etdiyi qaydada 
xaricə köçürə bilərlər. 
 
Maddə 34. Sosial sığorta və təminat  
Xarici investisiyalı müəssisənin işçilərinin sosial sığortası 
və  sosial  təminatı  (əcnəbi  işçilərin  pensiya  təminatı  istisna 
olmaqla)  Azərbaycan  Respublikasının  qanunvericiliyinin 
normaları ilə tənzimlənir. 
Xarici  investisiyalı  müəssisədə  işləyən  Azərbaycan  Res-
publikası  ərazisində  daimi  yaşayan  əcnəbilərin  və  vətəndaşlığı 
olmayan  şəxslərin  əmək  pensiyası  təminatı  hüququ  «Əmək 
pensiyaları  haqqında»  Azərbaycan  Respublikasının  Qanununa 
uyğun tənzimlənir. 
Müəssisə  yerli  və  əcnəbi  işçilərin  sosial  sığortası  üzrə 
məcburi dövlət sosial sığorta haqlarını Azərbaycan Respublika-
sının  müəssisələri  və  təşkilatları  üçün  müəyyənləşdirilmiş 
dərəcələr üzrə ödəyir. 
 
Maddə 35. Ləğvetmə  
Xarici investisiyalı müəssisə Azərbaycan Respublikasının 
qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada 
ləğv edilə bilər. 
Xarici investisiyalı müəssisə ləğv edilərkən onun yığdığı 
aktivlərdən real dəyəri üzrə vergi tutulur. 
 
 
 
 
 
 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
208
IV  bölmə.  Xarici  investorların  qiymətli  kağızlar  əldə 
etməsi 
 
Maddə 36. Dövlət qiymətli kağızlarının əldə edilməsi  
Xarici investorlar dövlət qiymətli kağızlarını Azərbaycan 
Respublikasının  qanunvericiliyində  müəyyənləşdirilən  şərtlərlə 
və qaydada əldə edirlər. 
 
Maddə  37.  Müəssisələrin  iştirak  hissələrini,  paylarını, 
səhmlərini  və  başqa  qiymətli  kağızlarını  xarici  investorların 
ə
ldə etməsi  
Xarici  investorlar  Azərbaycan  Respublikasının  ərazisində 
yerləşən müəssisələrin iştirak hissələrini, paylarını, səhmlərini və 
başqa  qiymətli  kağızlarını  Azərbaycan  Respublikasının  qanun-
vericiliyi ilə müəyyənləşdirilmiş qaydada əldə edə bilərlər. 
V  bölmə.  Xarici  investorların  torpaqdan  istifadə 
hüquqlarını və başqa əmlak hüquqlarını əldə etməsi 
 
Maddə  38.  Torpaqdan  və  başqa  təbii  ehtiyatlardan 
istifadə hüququ  
Xarici  investorlara  və  xarici  investisiyalı  müəssisələrə 
torpaqdan  və  başqa  təbii  ehtiyatlardan  istifadə  hüquqlarının,  o 
cümlədən  torpağın  icarəsi  hüququnun  verilməsi  Azərbaycan 
Respublikasının  Torpaq  məcəlləsi  və  Azərbaycan  Respublika-
sının başqa qanunvericilik aktları ilə tənzimlənir. 
 
Maddə 39.  carə  
Xarici  investorların  və  xarici  investisiyalı  müəssisələrin 
icarəsinə  əmlakı  icarəyəverən  müqavilələr  əsasında  və 
Azərbaycan  Respublikasının  icarə  qanunvericiliyinə  müvafiq 
surətdə verir. 
 
 
 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
209
Maddə 40. Konsessiya müqavilələri  
Xarici  investorlara  faydalı  qazıntı  yataqlarının  axtarışı, 
kəşfiyyatı və işlənməsi, digər təbii ehtiyatların istifadəyə veril-
məsi  hüquqları  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
onlarla  bağladığı  və  Azərbaycan  Respublikası  Ali  Sovetinin 
təsdiq etdiyi konsessiya müqavilələri əsasında verilir. 
Müqavilədə  başqa  şərt  qoyulmayıbsa,  konsessiya  müqavi-
ləsi şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. 
 
VI bölmə. Sərbəst iqtisadi zonalarda xarici investisiya 
 
Maddə 
41. 
Sərbəst 
iqtisadi  zonalarda 
xarici 
investorların və xarici investisiyalı müəssisələrin fəaliyyəti  
Azərbaycan  Respublikasında  xarici  investorların,  xarici 
investisiyalı  müəssisələrin  təsərrüfat  fəaliyyəti  üçün  güzəştli 
rejimin müəyyən edildiyi ərazi sərbəst iqtisadi zona sayılır. 
Sərbəst  iqtisadi  zonaların  yaradılması  qaydası,  xarici 
investorların  və  xarici  investisiyalı  müəssisələrin  orada  qeydə 
alınması,  təsərrüfat  fəaliyyəti  və  başqa  fəaliyyət  ilə  məşğul 
olması  şərtləri  Azərbaycan  Respublikasının  sərbəst  iqtisadi 
zonalar haqqında qanunvericiliyi ilə müəyyən edilir. 
Sərbəst iqtisadi zonaların yaradılmasına və bu zonalarda 
fəaliyyətin  tənzimlənməsinə  dair  təkliflər  icra  hakimiyyəti 
orqanı tərəfindən hazırlanır. 
 
VII bölmə. Yekun müddəaları 
 
Maddə 42. Mübahisələrə baxılması  
Azərbaycan  Respublikasında  xarici  investorlar  və  xarici 
investisiyalı müəssisələr ilə Azərbaycan Respublikasının dövlət 
orqanları,  müəssisələri,  ictimai  təşkilatları  və  başqa  hüquqi 
şə
xsləri arasında mübahisələrə, xarici investisiyalı müəssisənin 
iştirakçıları  arasında  mübahisələrə,  habelə  xarici  investisiyalı 
müəssisənin  iştirakçıları  ilə  həmin  müəssisə  arasında 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
210
mübahisələrə məhkəmələrdə, yaxud tərəflərin razılığına əsasən 
münsiflər  məhkəməsində,  o  cümlədən  xaricdəki  münsiflər 
məhkəməsində,  Azərbaycan  respublikasının  qanunvericilik 
aktlarında 
nəzərdə 
tutulmuş 
hallarda 
isə 
təsərrüfat 
mühasiblərinə baxan orqanlara baxılır. 
 
Maddə 43. Beynəlxalq müqavilələr  
Azərbaycan  Respublikasının  beynəlxalq  müqaviləsində 
bu  Qanundakından  fərqli  qaydalar  müəyyən  edildikdə 
beynəlxalq müqavilənin qaydaları tətbiq olunur. 
 
Azərbaycan 
Respublikasının 
Prezidenti 
A. 
MÜTƏLL BOV 
 
Bakı  şəhəri,  15  yanvar  1992-ci  il,    57  «Həyat» 
qəzetində dərc edilmişdir (27 fevral 1992-ci il,  41). 
«Azərbaycan  Respublikası  Ali  Sovetinin  Məlumatı»nda 
dərc edilmişdir (29 fevral 1992-ci il,  4 (857), maddə 81). 
7 aprel 1992-ci il tarixli, 97 nömrəli; 5 noyabr 1996-cı il 
tarixli, 188-IQD nömrəli; 23 mart 2001-ci il tarixli, 103-IIQD 
nömrəli;  5  oktyabr  2001-ci  il  tarixli,  190-IIQD  nömrəli;  23 
noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 30 aprel 2002-ci 
il tarixli, 317-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 385-
IIQD nömrəli; 10 iyun 2005-ci il tarixli, 925-IIQD nömrəli; 6 
mart 2007-ci il tarixli, 260-IIIQD nömrəli; 9 oktyabr 2007-ci 
il tarixli, 429-IIIQD nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 430-
IIIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə
 
 
 
 
 
 
 
 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
211
 
Mündəricat 
 
Giriş................................................................................  3 
Mövzu 1. Dövlətin iqtisadi siyasətində investisiya-
innovasiya siyasətinin rolu və yeri................................. 
 

Mövzu 2. Dövlətin investisiya-innovasiya siyasəti və 
onun formaları................................................................ 
 
18 
Mövzu 3  nvestisiya mühitinin formalaşmasında 
dövlətin  rolu.................................................................. 
 
34 
Mövzu 4. Xarici investisiyaların tənzimlənməsi............  46 
Mövzu 5.  nvestisiya və innovasiya inkişaf modelləri...  57 
Mövzu 6. Milli innovasiya sisteminin (M S) 
formalaşması................................................................. 
 
67 
Mövzu 7.  nvestisiya fəaliyyətinin maliyyə mənbələri..  77 
Mövzu 8.  nvestisiya layihəsinin səmərəliliyinin 
qiymətləndirilməsi ........................................................ 
 
88 
Mövzu 9.  nvestisiya risklərinin idarə edilməsi............  107 
Mövzu 10. Fond bazarının tənzimlənməsi....................  118 
Mövzu 11 Portfel  investisiyaların tənzimlənməsi........  131 
Mövzu 12.  ntellektual kapitalın və intellektual 
mülkiyyətin idarə olunması............................................ 
 
141 
Mövzu 13.  nvestisiya-innovasiya fəaliyyətində xarici 
ölkələrin təcrübəsi.......................................................... 
 
151 
Mövzu 14.  Azərbaycan Respublikasında investisiya-
innovasiyaiyasətinin  xüsusiyyətləri.............................. 
 
165 
Ə
dəbiyyat siyahısı..........................................................  179 
Ə
lavələr..........................................................................  181 
 
  
                                    
 
 
 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
212
 
 
Няшриййатын мцдири 
Камил Щцсейнов 
 
Баш редактор 
Исмят Сяфяров 
 
Редактор 
Исабя Щцсейнова 
 
Корректор 
Сцдабя Манафова 
 
Компйутер operatoru 
Тяраня Бахшялийева 
 
 
Дизайнер 
Вцсаля Ахундова 
 
 
 
G.A.Əzizova 
 
Dövlətin investisiya-innovasiya siyasəti 
................................................................ 
Dərs vəsaiti 
 
 
 
 
 
 
 
 
 
 
Чапа имзаланыб04.07.2012.  Каьыз форматы 60х84 
1/16.
 
 Щяжм 13,3 ç.в. Сифариш 191  Сайы 500
---------------------------------------------------- 
" Игтисад Университети " Няшриййаты. 
АЗ 1001, Бакы, Истиглалиййят кцчяси, 6 
 
 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
213
 
 
 
 
 
 

Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə