Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə49/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
193
vurulmuş  zərərin,  o  cümlədən  itirdikləri  faydanın  əvəzi  tam 
həcmdə  real  dəyər  üzrə  ödənilməklə  yalnız  Azərbaycan 
Respublikasının  qanunvericilik  aktları  əsasında  həyata  keçirilə 
bilər.  Zərərin  ödənilməsi  qaydası  həmin  qanunvericiliklə 
müəyyənləşdirilir. 
nvestorların  qoyduğu  və  ya  əldə  etdiyi  məqsədli  bank 
ə
manətləri,  səhmlər  və  digər  qiymətli  kağızlar,  əldə  edilmiş 
ə
mlak və ya icarə hüquqları üçün ödənişlərin əvəzi Azərbaycan 
Respublikasının  qanunvericilik  aktlarına  uyğun  olaraq 
alındıqda, investorların öz hərəkətləri və ya onların iştirakı ilə  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
194
 
 
edilmiş  hərəkətlər  nəticəsində  istifadə  olunan  və  ya  itirilən 
məbləğlər istisna edilməklə, investorlara qaytarılır. 
4. 
nvestisiyalar  sığortalana  bilər,  qanunvericiliklə 
nəzərdə tutulan hallarda isə hökmən sığortalanmalıdır. 
Maddə  19.  nvestisiya  fəaliyyəti  subyektlərinin  məsuli-
yyəti  
1.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 
nəzərdə  tutulmuş  tələblərə  və  ya  investisiya  fəaliyyətinin  sub-
yektləri  arasında  bağlanmış  müqavilə  (kontrakt)  öhdəliklərinə 
ə
məl  olunmadıqda,  tərəflər  həmin  aktlarla  müəyyənləşdirilmiş 
qaydada məsuliyyət daşıyırlar. 
2.  Dövlət  orqanları  investisiya  fəaliyyətinin  həyata 
keçirilməsinə  dair  öhdəliklərini  və  qanuni  əsaslar  üzrə  onlara 
həvalə edilmiş vəzifələri yerinə yetirmədikdə, yaxud lazımınca 
yerinə  yetirmədikdə,  investisiya  fəaliyyətinin  digər  subyektləri 
qarşısında həmin öhdəliklərə görə əmlak məsuliyyəti daşıyırlar. 
3.  Qanunvericiliyin  tələblərinin  və  müqavilə  öhdəlik-
lərinin  pozulmasına  görə  cərimənin  və  dəbbə  pulunun,  habelə 
dəymiş  zərərin  ödənilməsi  təqsirkar  tərəfi,  qanunvericiliklə  və 
müqavilə  ilə  digər  hal  nəzərdə  tutulmayıbsa,  tələblərin  və 
öhdəliklərin tam yerinə yetirilməsindən azad etmir. 
4.  nvestisiya  fəaliyyətinin  həyata  keçirilməsi  zamanı 
yaranan  mübahisələrə  müvafiq  olaraq  məhkəmə  və  ya 
münsiflər məhkəməsi baxır. 
 
Maddə 20.  nvestisiya fəaliyyətinin dayandırılması və ya 
ona xitam verilməsi şərtləri  
nvestisiya  fəaliyyətinin  dayandırılmasına  və  ya  ona 
xitam verilməsinə aşağıdakıların qərarı ilə yol verilir: 
-  investorların  özünün  (bu  zaman  investorlar  investisiya 
fəaliyyətinin digər iştirakçılarına dəymiş zərəri ödəyirlər);  
- səlahiyyətli dövlət orqanının.  


Dövlətin investisiya-innovasiya siyasəti 
 
195
nvestisiya  fəaliyyətinin  dayandırılması  və  ya  ona  xitam 
verilməsi  barədə  səlahiyyətli  dövlət  orqanının  qərarı  aşağıdakı 
hallarda qəbul edilə bilər: 
-  onun  davam  etdirilməsi  Azərbaycan  Respublikasının 
qanunvericilik aktları ilə müəyyənləşdirilmiş ekoloji, seysmolo-
ji,  sanitariya-gigiyena,  arxitektura  və  başqa  normaları,  vətən-
daşların  və  hüquqi  şəxslərin,  dövlətin  qanunla  qorunan  hüquq 
və mənafelərini pozduqda;  
-  investor  qanunla  müəyyənləşdirilmiş  qaydada  müflis 
elan edildikdə;  
- qəza və təbii fəlakət baş verdikdə;  
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  ilə  müəy-
yən edilmiş digər hallarda.  
Belə  hallarda  investisiya  fəaliyyətinin  subyektlərinə 
zərərin ödənilməsi qaydası Azərbaycan Respublikasının qanun-
vericiliyi ilə müəyyənləşdirilir. 
 
Maddə 21. Beynəlxalq müqavilələr  
Azərbaycan  Respublikasının  beynəlxalq  müqaviləsində 
investisiya  fəaliyyəti  haqqında  Azərbaycan  Respublikasının 
qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydalardan  fərqli  qay-
dalar  müəyyən  olunduqda,  beynəlxalq  müqavilənin  qaydaları 
tətbiq edilir. 
Azərbaycan Respublikasının Prezidenti 
HeydəƏL YEV 
Bakı şəhəri, 13 yanvar 1995-ci il 

 952 
 
«Azərbaycan»  qəzetində  dərc  edilmişdir  (13  sentyabr 
1995-ci il,  173). 
«Azərbaycan  Respublikası  Ali  Sovetinin  Məlumatı»nda 
dərc edilmişdir (1995-ci il,  17-18, maddə 275). 
23  mart  2001-ci  il  tarixli,  103-IIQD  nömrəli;  5  oktyabr 
2001-ci  il  tarixli,  190-IIQD  nömrəli;  23  noyabr  2001-ci  il 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
196
tarixli, 219-IIQD nömrəli; 23 aprel 2002-ci il tarixli, 311-IIQD 
nömrəli; 30 aprel 2002-ci il tarixli, 317-IIQD nömrəli; 6 dekabr 
2002-ci  il  tarixli,  399-IIQD  nömrəli;  9  mart  2004-cü  il  tarixli, 
603-IIQD  nömrəli;  9  oktyabr  2007-ci  il  tarixli,  429-IIIQD 
nömrəli qanunlara əsasən əlavələr və dəyişikliklərlə. 
 
Xarici investisiyanın qorunması haqqında 
Azərbaycan Respublikasının Qanunu 
 
Bu  Qanun  Azərbaycan  Respublikasının  ərazisində  xarici 
investisiya qoyuluşunun  hüquqi və iqtisadi prinsiplərini müəy-
yən  edir.  Qanun  xalq  təsərrüfatında  xarici  maddi  və  maliyyə 
ehtiyatlarının,  qabaqcıl  xarici  texnikanın  və  texnologiyanın, 
idarəetmə  təcrübəsinin  cəlb  olunmasına,  bunlardan  səmərəli 
istifadə  edilməsinə  yönəlmişdir  və  xarici  investorların  hüquq-
larının müdafiəsinə təminat verir. 
 
I bölmə.  Ümumi müddəalar 
 
Maddə 1. Xarici investisiya haqqında qanunvericilik  
Azərbaycan  Respublikasının  ərazisində  xarici  investisiya  ilə 
bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının başqa 
qanunvericilik aktları və beynəlxalq müqavilələri ilə nizama salınır. 
 
Maddə 2. Xarici investorlar  
Azərbaycan  Respublikasında  xarici  investorlar  aşağıda-
kılar ola bilər: 
a) xarici hüquqi şəxslər; 
b)  xarici  vətəndaşlar,  vətəndaşlığı  olmayan  şəxslər  və 
xaricdə  daimi  yaşayış  yeri  olan  Azərbaycan  Respublikası 
vətəndaşları; bu şərtlə ki, onlar vətəndaşı olduqları və ya daimi 
yaşadıqları  ölkədə  təsərrüfat  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün 
qeydə alınmış olsunlar; 
v) xarici dövlətlər; 
q) beynəlxalq təşkilatlar. 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə