Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə50/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
197
Maddə 3. Xarici investisiya və onun qoyulması formaları  
Xarici  investorların  mənfəət  əldə  etmək  məqsədilə 
sahibkarlıq  fəaliyyəti  və  başqa  növ  fəaliyyət  obyektlərinə 
qoyduqları  əmlakın  və  əmlak  hüquqlarının  bütün  növləri,  o 
cümlədən intellektual fəaliyyətin nəticələrinə hüquqlar və əşya 
hüquqlarına aid olmayan digər hüquqlar xarici investisiyadır. 
Xarici  investorlar  Azərbaycan  Respublikası  ərazisində 
aşağıdakı yolla investisiya qoya bilərlər: 
a)  Azərbaycan  Respublikasının  hüquqi  şəxsləri  və 
vətəndaşları  ilə  birlikdə  yaradılan  müəssisələrdə,  təşkilatlarda 
payçılıq iştirakı; 
b)  tamamilə  xarici  investorlara  məxsus  olan  müəssisələr 
yaradılması; 
v)  müəssisələrin,  əmlak  komplekslərinin,  binaların, 
qurğuların, müəssisələrdə iştirak payının, səhmlərin, istiqrazla-
rın  və  digər  qiymətli  kağızların,  habelə  Azərbaycan  Respub-
likasının  qanunvericiliyinə  müvafiq  surətdə  xarici  investorlara 
məxsus ola bilən başqa əmlakın əldə edilməsi; 
q)  torpaqdan  və  başqa  təbii  ehtiyatlardan  istifadə 
hüquqlarının, habelə digər əmlak hüquqlarının əldə edilməsi; 
ğ
)  Azərbaycan  Respublikasının  hüquqi  şəxsləri  və 
vətəndaşları  ilə  xarici  investisiya  qoyuluşunun  başqa 
formalarını nəzərdə tutan müqavilələr bağlanması. 
 
Maddə  4.  Dövlətsizləşdirmədə  və  özəlləşdirmədə  xarici 
investorların iştirakı  
Dövlət  və  bələdiyyə  müəssisələrinin,  habelə  başa 
çatdırılmamış  tikinti  obyektlərinin  özəlləşdirilməsində  xarici 
investorlar  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 
müəyyənləşdirilən şərtlərlə və qaydada iştirak edə bilərlər. 
 
Maddə 5. Xarici investisiyanın hüquqi rejimi  
Bu  Qanunda  nəzərdə  tutulmuş  istisnalarla,  xarici 
investisiyanın,  habelə  investisiya  qoyuluşu  sahəsində  xarici 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
198
investorların 
fəaliyyətinin 
hüquqi 
rejimi 
Azərbaycan 
Respublikasının  hüquqi  şəxslərinin  və  vətəndaşlarının  əmlakı, 
ə
mlak  hüquqları,  habelə  investisiya  fəaliyyəti  üçün  yaradılmış 
rejimdən az əlverişli ola bilməz. 
Xalq  təsərrüfatının  üstünlük  verilən  sahələrində  və  ayrı-
ayrı 
ə
razilərdə 
xarici 
investisiya 
üçün 
Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  əlavə  vergi  güzəştləri  və 
başqa güzəştlər müəyyən edilə bilər. 
nvestisiyaların 
cəlb 
edilməsi 
sahəsində 
dövlə
əssisələri  və  təşkilatları  ilə  bağlanmış  kontraktların 
şə
rtlərinin  icra  olunmasına  nəzarət  müvafiq  icra  hakimiyyəti 
orqanı tərəfindən həyata keçirilir. 
 
Maddə 6. Fəaliyyət növləri  
Xarici  investisiyalı  müəssisələr  Azərbaycan  Respublika-
sının  qanunvericilik  aktları  ilə  qadağan  olunmamış  hər  hansı 
fəaliyyət növü ilə məşğul ola bilərlər. 
Xarici investisiyalı müəssisələr müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi siyahıdakı ayrı-ayrı fəaliyyət növləri 
ilə yalnız xüsusi razılıq (lisenziya) əsasında məşğul ola bilərlər. 
 
Maddə 7. Xarici investisiya üçün ərazi məhdudiyyətləri  
Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə  elə 
ə
razilər  müəyyən  edilə  bilər  ki,  müdafiənin,  milli  təhlükəsizliyin, 
ə
traf  təbii  mühitin  və  əhalinin  müdafiəsinin
  təmin  olunması 
mülahizələrinə görə bu ərazilərdə xarici investisiyalı müəssisələrin 
fəaliyyəti məhdudlaşdırılsın və ya qadağan edilsin. 
 
Maddə 8.  nvestisiya fəaliyyətinin əlaqələndirilməsi  
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 
orqanı
  xarici  investisiyanın  cəlb  edilməsi  və  ondan  istifadə 
olunması  tədbirlərini  hazırlayıb  həyata  keçirir,  investisiya 
fəaliyyətini  əlaqələndirir,  xarici  investorlara  və  xarici 
investisiyalı müəssisələrə kömək göstərir. 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
199
II bölmə. Xarici investisiya üçün dövlət təminatları 
 
Maddə 9. Xarici investisiyanın hüquqi müdafiəsi  
Azərbaycan  Respublikasının  ərazisində  xarici  investisiya 
hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur. Belə mü-
dafiə  Azərbaycan  Respublikasının  bu  Qanunu,  başqa  qanun-
vericilik aktları və beynəlxalq müqavilələri ilə təmin olunur. 
 
Maddə  10.  Qanunvericiliyin  dəyişdirilməsi  ilə  bağlı 
təminatlar  
Azərbaycan  Respublikasının  sonrakı  qanunvericiliyi 
investisiya qoyuluşu şəraitini pisləşdirdikdə on il ərzində xarici 
investisiyaya  investisiyanın  qoyulduğu  zaman  qüvvədə  olmuş 
qanunvericilik tətbiq edilir. 
Bu  müddəa  müdafiənin,  milli  təhlükəsizliyin  və  ictimai 
qaydanın  təmin  olunması,  vergitutma,  kredit  və  maliyyə,  ətraf 
mühitin,  əhalinin  əxlaq  və  sağlamlığının  mühafizəsi  barəsində 
Azərbaycan  Respublikası  qanunvericiliyinin  dəyişdirilməsinə 
ş
amil edilmir. 
 
Maddə  11.  Milliləşdirmə  və  rekvizisiya  ilə  bağlı 
təminatlar  
Azərbaycan Respublikasında xarici investisiya, Azərbay-
can Respublikasının xalqına və dövlət mənafelərinə zərər vuran 
müstəsna hallar istisna olmaqla, milliləşdirilmir. 
Milliləşdirmə  haqqında  qərarı  Azərbaycan  Respublika-
sının Ali Soveti qəbul edir. 
Təbii  fəlakət,  qəza,  epidemiya,  epizootiya  və  fövqəladə 
xarakter daşıyan başqa hallar istisna olmaqla, xarici investisiya 
rekvizisiya edilmir. 
Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının 
Nazirlər Kabineti qəbul edir. 
Milliləşdirmə  və  rekvizisiya  tədbirləri  görüldükdə  xarici 
investora təxirə salınmadan müqabil və səmərəli kompensasiya 
ödənilir. 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
200
Maddə  12.  Xarici  investorların  zərərinin  kompensasiya 
edilməsi və ödənilməsi  
Xarici investorlara ödənilən kompensasiya investisiyanın 
milliləşdirmə  və  ya  rekvizisiya  haqqında  qərarın  qəbul 
olunduğu vaxtdakı real dəyərinə uyğun olmalıdır. 
Kompensasiya  xarici  valyuta  ilə  ödənilir  və  investorun 
arzusu ilə xaricə göçürülə bilər. 
Xarici  investorlar  dövlət  orqanlarının,  yaxud  onların 
vəzifəli şəxslərinin Azərbaycan Respublikası qanunvericiliyinə 
zidd olan hərəkətləri nəticəsində düşdükləri zərərin, o cümlədən 
itirdikləri faydanın ödənilməsi hüququna malikdirlər. 
Kompensasiyanın  və  zərərin  ödənilməsi  məbləğləri, 
bunun ödənilməsi müddətləri və qaydası haqqında mübahisələ
məhkəmədə, habelə tərəflərin sazişi və ya Azərbaycan Respub-
likasının  beynəlxalq  müqaviləsi  ilə  nəzərdə  tutulmuş  hallarda 
münsiflər məhkəməsində həll olunur. 
 
Maddə  13.  nvestisiya  fəaliyyətinə  xitam  verildikdə 
təminatlar  
nvestisiya fəaliyyətinə xitam verildikdə xarici investorun 
hüququ  var  ki,  ona  çatası  investisiyanı  və  investisiya  ilə 
ə
laqədar gəlirləri investisiya fəaliyyətinə xitam verildiyi zaman 
real dəyər üzrə pul və əmtəə formasında alsın. 
 
Maddə  14.  Xarici  valyuta  ilə  gəlirlərin  və  başqa 
məbləğlərin köçürülməsinə təminatlar  
Müvafiq  vergi  və  rüsumları  ödədikdən  sonra  xarici 
investorların  investisiya  ilə  əlaqədar  qanuni  əsaslarla  xarici 
valyuta  şəklində  əldə  etdikləri  gəlirləri  və  başqa  məbləğləri,  o 
cümlədən kompensasiyaları və zərərin ödənilməsi məbləğlərini 
xaricə köçürməsinə təminat verilir. 
 
Maddə 15. Mənfəətdən istifadə üçün təminatlar  
Azərbaycan  Respublikası  ərazisində  xarici  investorların 
götürdükləri  mənfəət  həmin  pul  vahidi  şəklində  yenidən 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə