Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə48/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
189
Amortizasiya  üzrə  güzəştlər,  ayrı-ayrı  iqtisadi  sahələr,  əsas 
fondların  və  avadanlığın  müxtəlif  növləri  və  elementləri  üçün 
dəyişkən və fərqli müəyyən edilə bilər.  
-  ayrı-ayrı  region,  sahə  və  istehsalatların  inkişafı  üçün 
subvensiya, subsidiya büdcə borclarının verilməsi;  
- dövlət norma və standartlarının müəyyənləşdirilməsi;  
- antiinhisar tədbirlərin görülməsi;  
- mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi;  
-  torpaqdan,  sudan  və  başqa  təbii  ehtiyatlardan  istifadə 
şə
rtlərinin müəyyənləşdirilməsi;  
- qiymətqoyma siyasətinin həyata keçirilməsi;  
- investisiya layihələrinin ekspertizasının keçirilməsi;  
- başqa tədbirlər.  
Maddə 
12. 
Respublika 
ə
razisində 
dövlə
investisiyalarına dair qərarların qəbul edilməsi qaydası  
1.  Respublika  ərazisində  dövlət  investisiyalarına  dair 
qərarlar  respublikanın  iqtisadi  və  sosial  inkişaf  proqnozları, 
məhsuldar  qüvvələrin  inkişafı  və  yerləşdirilməsi  sxemi,  bu 
investisiyaların məqsədəuyğunluğunu müəyyənləşdirən texniki-
iqtisadi  əsaslandırmalar,  məqsədli  elmi-texniki  və  kompleks 
proqramlar əsasında qəbul edilir. 
2.  Respublika  üzrə  məqsədli  kompleks  proqramların 
layihələri  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 
tərəfindən 
müəyyənləşdirilmiş 
qaydada, 
müvafiq 
icra 
hakimiyyəti  orqanında
  işlənib  hazırlanır  və 
müvafiq  icra 
hakimiyyəti orqanı
 tərəfindən təsdiq edilir. 
3. Həyata keçirilmə müddəti 2 ilə qədər olan və fövqəladə 
vəziyyət, qəzalar və təbii fəlakətlərlə bağlı dövlət investisiyaları 
haqqında  qərarları  Azərbaycan  Respublikasının  Nazirlər 
Kabineti 
müvafiq icra hakimiyyəti orqanının
 təklifləri əsasında 
qəbul edir. 
Maddə  13.  Əsaslı  tikintidə  işlərin  yerinə  yetirilməsi 
üçün dövlət sifarişinin yerləşdirilməsi qaydası  
Dövlətin investisiya-innovasiya siyasəti 
 
190
1.  Respublika  ərazisində  dövlət  investisiyasının  həyata 
keçirilməsi  formalarından  biri  əsaslı  tikintidə  işlərin  yerinə 
yetirilməsi üçün dövlət sifarişidir. 
2. Dövlət sifarişi, bir qayda olaraq, müəssisə və təşkilatlar 
üçün  bu  sifarişin  iqtisadi  sərfəliyi  nəzərə  alınmaqla  müsabiqə 
(tender)  əsasında  yerləşdirilir.  Bu  zaman  həmin  müəssisə  və 
təşkilatlar üçün qanunvericiliklə müəyyən güzəştlər də nəzərdə 
tutula bilər. 
3.  Respublika  dövlət  sifarişi  obyektləri  Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  müəyyənləşdirdiyi  qaydada 
istismara qəbul olunur. 
Maddə 14.  nvestisiyalarnın dövlət ekspertizası  
1.  Büdcə  və  büdcədənkənar  vəsaitlər,  o  cümlədən  xarici 
investisiya hesabına maliyyələşdirilən respublika, dövlətlərarası 
və  regional  investisiya  layihə  və  proqramları  Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  müəyyənləşdirdiyi  qaydada 
müvafiq 
icra 
hakimiyyəti 
orqanında 
mütləq 
dövlət 
ekspertizasından keçirilməlidir. 
Başqa mənbələr hesabına maliyyələşdirilən investisiyalar 
ekoloji,  seysmoloji  və  sanitariya-gigiyena  tələblərinə  əməl 
edilməsi  baxımından  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin 
müəyyənləşdirdiyi 
qaydada 
dövlət 
ekspertizasından keçirilməlidir. 
2.  Zərurət  olduqda,  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  yaratdığı  ekspert  komissiyası  ayrı-ayrı  investisiya 
layihələrini və proqramlarını ekspertizadan keçirə bilər. 
Maddə  15.  Naxçıvan  Muxtar  Respublikasının  Ali 
Məclisi  və  yerli  dövlət  hakimiyyət  və  idarəetmə  orqanları 
tərəfindən investisiya fəaliyyətinin tənzimlənməsi  
Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  və 
respublika tabeli şəhər və rayonların yerli dövlət hakimiyyət və 
idarəetmə  orqanları  öz  səlahiyyətləri  daxilində  ərazilərində 
investisiya fəaliyyətinin subyektləri tərəfindən istehsal və sosial 
obyektlərin  yaradılması,  təbii  ehtiyatlardan  istifadə  edilməsi 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
191
məsələlərinin  razılaşdırılması  yolu  ilə  investisiya  fəaliyyətini 
tənzimləyirlər. 
nvestisiya  məqsədləri  üçün  yerli  büdcədən  istifadə 
etmək,  sosial  infrastruktur  obyektləri  tikdirmək,  tikinti  üçün 
torpaq sahəsi ayırmaq, torpaqdan istifadə şərtlərinin, sosial sahə 
və  təbiəti  mühafizə  təyinatlı  obyektlərin  tikintisi  həcminin  və 
müddətlərinin, habelə tikinti norma və qaydalarının pozulduğu 
halda  tikintinin  dayandırılması  haqqında  səlahiyyətli  dövlət 
orqanları  qarşısında  məsələ  qaldırmaq  yerli  hakimiyyət  və 
idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aiddir. 
Naxçıvan 
Muxtar 
Respublikasının 
Ali 
Məclisi 
investisiyanın  dövlət  tənzimlənməsi  məqsədi  ilə  bu  Qanuna 
zidd olmayan əlavə şərtlər müəyyənləşdirə bilər. 
Maddə 16.  nvestisiya fəaliyyətində qiymətqoyma  
nvestisiya  fəaliyyəti  prosesində  məhsulların,  işlərin  və 
xidmətlərin  dəyəri  sərbəst  qiymət  və  tariflərlə,  o  cümlədən 
müsabiqələrin  (tenderin)  nəticələrinə  əsasən,  qanunvericilik 
aktları  ilə  nəzərdə  tutulmuş  hallarda  isə  dövlət  tərəfindən 
tənzimlənən qiymət və tariflərlə müəyyənləşdirilir. 
Tikintidə müqavilə qiymətləri tövsiyə edilən dövlət smeta 
normalarından  və  qiymətlərindən  istifadə  etməklə  də 
müəyyənləşdirilə bilər. 
IV 
fəsil. 
nvestisiya 
fəaliyyəti 
subyektlərinin 
hüquqlarının təminatı və investisiyanın qorunması 
Maddə  17. 
nvestisiya  fəaliyyəti  subyektlərinin 
hüquqlarının təminatı  
Dövlət  investisiya  fəaliyyətinin  həyata  keçirilməsi 
şə
rtlərinin  sabitliyinə,  onun  subyektlərinin  hüquqlarının  və 
qanuni mənafelərinin qorunmasına təminat verir. 
nvestisiya  fəaliyyətinin  subyektləri  arasında  bağlanmış 
müqavilənin şərtləri bu müqavilənin bütün müddəti ərzində və 
hətta,  o,  bağlandıqdan  sonra  qanunvericiliklə  subyektlərin 
vəziyyətini  pisləşdirən  və  ya  hüquqlarını  məhdudlaşdıran 
şə
rtlər müəyyən edildikdə belə, əgər onlar müqavilə şərtlərinin 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
192
dəyişdirilməsi  barədə  razılığa  gəlməyiblərsə,  qüvvəsini 
saxlayır. 
Dövlət 
orqanları 
və 
onların 
vəzifəli 
şə
xsləri 
qanunvericiliklə yol verilən və onların səlahiyyətinə daxil olan 
hallardan  başqa,  investisiya  fəaliyyəti  subyektlərinin  işinə 
qarışa bilməzlər. 
Bu  Qanunla  müəyyənləşdirilən  hallardan  başqa, 
investisiya  qoyulan  obyektlərin  seçilməsində  investorların 
hüquqları məhdudlaşdırıla bilməz. 
Dövlət  orqanları  və  başqa  orqanlar  investorların  və 
investisiya fəaliyyətinin digər subyektlərinin hüquqlarını pozan 
aktlar  qəbul  etdikdə  investisiya  fəaliyyəti  subyektlərinə  dəyən 
zərəri  bu  orqanlar  tam  həcmdə  ödəməlidirlər.  Zərərin 
ödənilməsi barədə mübahisələrə aidiyyəti üzrə məhkəmə baxır. 
Maddə 18.  nvestisiyanın qorunması  
1.  Dövlət  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün 
investisiyaların,  o  cümlədən  xarici  investisiyanın  qorunmasına 
təminat verir. 
nvestisiyanın  qorunması  Azərbaycan  Respublikasının 
müvafiq  qanunvericiliyi,  habelə  başqa  dövlətlərlə  bağladığı 
müqavilələrlə  təmin  edilir.  nvestorlar,  o  cümlədən  xarici 
investorlar  investisiyanı  idarə,  istifadə  və  ona  xitam  verməyə 
maneçilik  törədə  bilən  ayrı-seçkilik  xarakterli  tədbirləri  istisna 
edən,  habelə  qoyulmuş  sərvətlərin  və  investisiyanın 
nəticələrinin  respublikadan  aparılması  şərtləri  və  qaydasını 
müəyyənləşdirən bərabər hüquqi rejimlə təmin olunurlar. 
2.  Azərbaycan  Respublikasının  sonrakı  qanunvericiliyi 
investisiya  qoyuluşu  şəraitini  pisləşdirdikdə  investisiya 
fəaliyyətinə  dair  bağlanmış  müqavilədə  nəzərdə  tutulan 
müddətdə  investisiyanın  qoyulduğu  zaman  qüvvədə  olmuş 
qanunvericilik tətbiq edilir. 
3. Azərbaycan Respublikası ərazisində investisiya əvəzsiz 
milliləşdirilmir,  rekvizisiya  edilmir  və  onlara  nəticələrinə  görə 
digər oxşar tədbirlər tətbiq olunmur. Belə tədbirlər investorlara 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə