Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə51/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
201
investisiya  kimi  qoyula  bilər,  Azərbaycan  Respublikasının 
banklarında  saxlana  bilər,  Azərbaycan  Respublikası  Milli 
Bankının  müəyyən  etdiyi  qaydada  və  şərtlərlə  xarici  valyuta 
almaq üçün sərf edilə bilər. 
 
III  bölmə.  Xarici  investisiya  qoyulmuş  müəssisələrin 
yaradılması və fəaliyyəti 
 
Maddə 16. Xarici investisiya qoyulmuş müəssisələr  
Xarici  investisiyalı  müəssisələr  səhmdar  cəmiyyətləri, 
məhdud məsuliyyətli cəmiyyətlər, digər təsərrüfat cəmiyyətləri və 
ortaqlıqları  şəklində,  habelə  Azərbaycan  Respublikasının  qanun-
vericiliyinə zidd olmayan hər hansı başqa formalarda yaradılır. 
Azərbaycan  Respublikasının  ərazisində  xarici  investorların 
pay  iştirakı  ilə  müəssisələr  (birgə  müəssisələr);  təmamilə  xarici 
investorlara  məxsus  olan  müəssisələr  (xarici  müəssisələr);  xarici 
hüquqi  şəxslərin  nümayəndəlikləri  (büroları,  kontorları,  agentlik-
ləri) yaradıla və fəaliyyət göstərə bilər. 
Birgə  və  xarici  müəssisələr  Azərbaycan  Respublikasının 
hüquqi şəxsləridir. 
Xarici  investisiyalı  müəssisələrin  yaradılması  qaydası 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 
Xarici  investisiyalı  bankların  yaradılmasının  xüsusiy-
yətləri  Azərbaycan  Respublikasının  banklar  və  bank  fəaliyyəti 
haqqında qanunvericilik aktları ilə müəyyən edilir. 
Azərbaycan  Respublikasında  xarici  investisiyalı  müəssi-
sələrin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 
 
Maddə 17. Ekspertiza  
Xarici investisiyalı müəssisə yaradılarkən onun təsisçiləri 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə 
tutulmuş  hallarda  və  qaydada  sanitariya-gigiyena  və  ekoloji 
tələblərə  riayət  olunmasına  dair  ekspertiza  rəyi  almalıdırlar. 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
202
Xarici investisiyalı müəssisə fəaliyyət göstərdiyi dövrdə və ləğv 
edilərkən belə rəy almalıdır. 
ri miqyaslı tikinti və rekonstruksiya aparılması və ya iri 
faydalı  qazıntı  yataqlarının  işlənilməsi  ilə  əlaqədar  belə 
müəssisələr  yaradılarkən  texniki-ekoloji  layihələrin  müvafiq 
ekspertizasının keçirilməsi də tələb olunur. 
Müvafiq  icra  hakimiyyəti  orqanının  səlahiyyətlərinə  aid 
edilmiş  hallarda  investorların  investisiya  qoyuluşu  ilə  bağlı 
təkliflərinin  ekspertizası  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 
 
Maddə 18. Dövlət qeydiyyatı  
Xarici investisiyalı müəssisələr müvafiq icra hakimiyyəti 
orqanında dövlət qeydiyyatına alınırlar. 
Dövlət  qeydiyyatı  Azəybaycan  Respublikasının  müvafiq 
qanunu ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. 
Xarici  investisiyalı  müəssisə  qeydə  alındığı  andan  hüquqi 
şə
xs hüquqları əldə edir. Dövlət qeydiyyatını aparmış orqan dövlət 
qeydiyyatına alma haqqında məlumatı mətbuatda dərc etdirir. 
Xarici investisiyalı müəssisələr qanunvericiliklə müəyyən 
edilmiş qaydada hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. 
Xarici  investisiyalı  müəssisənin  dövlət  qeydiyyatına 
alınmasından  yalnız  «Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və 
dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu 
ilə müəyyən edilmiş hallarda imtina edilə bilər. 
Dövlət  qeydiyyatına  almaqdan  imtina  olunduqda  bu 
barədə Azərbaycan Respublikasında inzibati qaydada və (və ya) 
məhkəmə qaydasında şikayət oluna bilər. 
 
Maddə 
19. 
Törəmə 
əssisələr, 
filiallar 
və 
nümayəndəliklər  
Xarici  investisiyalı  müəssisə  Azərbaycan  Respublikasının 
qanunvericiliyində və xarici dövlətlərin müvafiq qanunvericiliyin-
də  müəyyənləşdirilmiş  şərtlərə  riayət  etməklə  Azərbaycan 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
203
Respublikasında və xarici hüquqi şəxs hüquqlarına malik törəmə 
müəssisələr, habelə filiallar və nümayəndəliklər yarada bilər. 
Azərbaycan  ərazisindəki  filiallar  və  nümayəndəliklər 
Azərbaycan Respublikasının bank idarələrində hesablar  açmaq 
hüququna malikdirlər. 
 
Maddə 20. Müəssisələrin birləşməsi  
Xarici  investisiyalı  müəssisələr  Azərbaycan  Respub-
likasının qanunvericilik aktlarında nəzərdə tutulmuş şərtlərlə və 
qaydada  birləşib  assosiasiyalar,  konsernlər,  konsorsiumlar  və 
başqa birliklər yarada bilər. 
Belə  müəssisələr  əvvəllər  yaradılmış  birliklərə  daxil  ola 
bilər. 
 
Maddə 21. Birgə müəssisə iştirakçılarının əmanətlərinin 
qoyulması  
Birgə  müəssisənin  nizamnamə  fonduna  hər  bir  iştirak-
çının əmanətlərinin qoyulması müddətləri, məbləği, qoyulması 
və  qiymətləndirilməsi  qaydası  təsis  sənədlərində  nəzərdə 
tutulur. Birgə müəssisə iştirakçılarının müəssisənin nizamnamə 
fonduna  əmanət  kimi  qoyduğu  əmlakın  dəyəri  birgə  müəssisə 
iştirakçıları arasında razılığa əsasən müəyyən edilir. 
Birgə  müəssisə  qeydə  alındıqdan  bir  il  sonra  hər 
iştirakçının təsis sənədlərində göstərilən əmanətlərin 50 faizini 
nizamnamə  fonduna  keçirdiyini  təsdiq  edən  sənəd  olmadıqda 
müəssisəni qeydə almış orqan onu tutarsız hesab edir və birgə 
müəssisələrin  reyestrindən  çıxarır.  Reyestrdən  çıxarma  barədə 
məlumat mətbuatda dərc edilir. 
 
Maddə 22. Ehtiyat fondu  
Xarici  investisiyalı  müəssisələrdə  nizamnamə  fondunun 
25  faizinədək  məbləğdə  ehtiyat  fondu  yaradılır.  Ehtiyat  fondu 
illik  ayırmalar  yolu  ilə  yaradılır.  Ayırmaların  məbləğini  və 
valyutanın növünü müəssisə müstəqil müəyyən edir. 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
204
Maddə  23.  Respublika  ərazisində  məhsulun  satışı  və 
göndərilməsi  
Xarici investisiyalı müəssisə istehsal etdiyi məhsula (işlərə, 
xidmətlərə) qiymət  qoymaq,  respublikanın  daxili bazarında  onun 
satışı  şərtlərini  müəyyən  etmək,  bu  bazardan  məhsul  (işlər, 
xidmətlər) göndərənləri seçmək ixtiyarına malikdir. 
 
Maddə  24.  Azərbaycan  Respublikasının  ərazisində 
xarici valyuta ilə hesablaşmalar  
Azərbaycan  Respublikasının  ərazisində  xarici  investisi-
yalı müəssisələrin hesablaşma zamanı xarici valyutadan, habelə 
xarici  valyuta  şəklində  tədiyə  sənədlərindən  istifadə  etməsinə 
Azərbaycan  Respublikasının  valyuta  tənzimlənməsi  haqqında 
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yol verilir. 
 
Maddə 25. Məhsul ixracı və idxalı  
Tamamilə  xarici  investorlara  məxsus  müəssisələr  və 
nizamnamə  fondunun  30  faizindən  çoxu  xarici  investisiyadan 
ibarət  olan  müəssisələr  öz  istehsal  etdikləri  məhsulu  (işləri, 
xidmətləri)  lisenziyasız  ixrac  edə  bilərlər.  Xarici  investisiyalı 
müəssisə  özünün  təsərrüfat  fəaliyyəti  üçün  məhsulu  (işləri, 
xidmətləri) lisenziyasız idxal edə bilər. 
Məhsulun  (işlərin,  xidmətlərin)  xarici  investisiyalı 
müəssisələrin  istehsal  etdiyi  məhsula  aid  edilməsi  qaydasını 
Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. 
Xarici  investisiyalı  müəssisələrin  öz  məhsulunu  ixrac 
etməkdən  valyuta  ilə  əldə  etdikləri  satış  pulu  onların  sərənca-
mında qalır. 
 
Maddə 26. Gömrük vergisi  
Birgə  müəssisənin  nizamnamə  fonduna  xarici  investorun 
ə
manəti  kimi  və  ya  tamamilə  xarici  investora  məxsus 
müəssisənin  yaradılması  üçün  Azərbaycan  Respublikasına 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə