Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə46/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
181
Mövzu 6. 1-e, 2-c, 3-b, 4-4, 5-c. 
Mövzu 7. 1-d, 2-d, 3-b, 4-a, 5-d. 
Mövzu 8. 1-b, 2-c, 3-e, 4-e, 5-c. 
Mövzu 9. 1-d, 2-c, 3-c, 4-a, 5-e. 
Mövzu 10. 1-c, 2-e, 3-a, 4-a, 5-a. 
Mövzu 11. 1-d, 2-b, 3-a, 4-e, 5-d. 
Mövzu 12. 1-e, 2-a, 3-e, 4-c, 5-d. 
Mövzu 13. 1-c, 2-a, 3-e, 4-b, 5-b. 
Mövzu 14. 1-e, 2-e, 3-d, 4-d, 5-e. 
 
 
 
 
         Əlavələ
nvestisiya fəaliyyəti haqqında 
Azərbaycan Respublikasının Qanunu 
Bu  Qanun  Azərbaycan  Respublikasının  ərazisində 
investisiya  fəaliyyətinin  (sərmayədarlığın)  ümumi  sosial, 
iqtisadi  və  hüquqi  şərtlərini  müəyyənləşdirir.  Qanun 
investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına intensiv 
cəlb  olunmasına,  ondan  ölkənin  sosial-iqtisadi  bazasının, 
habelə  beynəlxalq  iqtisadi  əməkdaşlığın  və  inteqrasiyanın 
inkişafı  üçün  səmərəli  istifadə  edilməsinə  yönəldilmişdir  və 
mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  investorların 
hüquqlarının bərabər müdafiəsinə təminat verir. 
I fəsil. Ümumi müddəalar 
Maddə 1.  nvestisiya anlayışı  
nvestisiya  —  gəlir  (mənfəət)  və  ya  sosial  səmərə  əldə 
etmək  məqsədi  ilə  sahibkarlıq  və  digər  fəaliyyət  növləri 
obyektlərinə  qoyulan  maliyyə  vəsaitindən,  habelə  maddi  və 
intellektual sərvətlərdən ibarətdir. 
Belə vəsait və sərvətlər aşağıdakılardır: 
 
pul  vəsaiti,  məqsədli  bank  əmanətləri,  kreditlər,  paylar, 
səhmlər və digər qiymətli kağızlar;  
Dövlətin investisiya-innovasiya siyasəti 
 
182
 
daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq 
və başqa maddi sərvətlər);  
 
müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər 
intellektual sərvətlər;  
 
bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, 
ancaq  patentləşdirilməmiş  texniki  sənədləşdirmə,  vərdiş  və 
istehsalat  təcrübəsi  kimi  tərtib  edilmiş  texniki,  texnoloji, 
kommersiya və digər biliklərin məcmusu ("nou-hau");  
 
torpaqdan,  sudan  və  digər  ehtiyatlardan,  binalardan, 
qurğulardan, avadanlıqdan istifadə hüquqları, habelə müəlliflik 
hüququndan irəli gələn və başqa əmlak hüquqları;  
 
başqa sərvətlər.  
Ə
sas fondların yaradılmasına və təkrar istehsalına, habelə 
maddi  istehsalın  digər  formada  inkişafına  investisiya 
yönəldilməsi kapital qoyuluşları şəklində həyata keçirilir. 
Maddə 2.  nvestisiya fəaliyyəti  
1.  nvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu 
və  onun  həyata  keçirilməsi  ilə  əlaqədar  bütün  hərəkətlərinin 
məcmusudur. 
2.  nvestisiya fəaliyyətinin aşağıdakı növləri vardır: 
 
Azərbaycan  Respublikasının  vətəndaşları,  qeyri-dövlət 
müəssisə,  idarə,  təşkilat  və  qurumları  tərəfindən  həyata 
keçirilən özəl investisiya fəaliyyəti;  
 
Dövlət  hakimiyyət  və  idarəetmə  orqanları,  habelə 
müəssisə,  idarə  və  təşkilatları  tərəfindən  büdcələrin, 
büdcədənkənar  fondların  və  özlərinə  məxsus  borc  vəsaitinin 
hesabına həyata keçirilən dövlət investisiya fəaliyyəti;  
 
xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər, beynəlxalq 
maliyyə  təşkilatları,  habelə  vətəndaşlığı  olmayan  şəxslər 
tərəfindən həyata keçirilən xarici investisiya fəaliyyəti;  
 
Azərbaycan  Respublikasının  və  xarici  dövlətlərin 
vətəndaşları,  hüquqi  şəxsləri  və  dövlətlər  tərəfindən  həyata 
keçirilən birgə investisiya fəaliyyəti.  


Dövlətin investisiya-innovasiya siyasəti 
 
183
3.  stehsalata  və  sosial  sahəyə  elmi-texniki  tərəqqinin 
nailiyyətlərinin  tətbiq  etmək  üçün  investisiya  fəaliyyətinin  bir 
forması  kimi  innovasiya  fəaliyyəti  həyata  keçirilə  bilər. 
nnovasiya fəaliyyətinə aşağıdakılar daxildir: 
 
uzunmüddətli 
elmi-texniki 
proqramların 
həyata 
keçirilməsi;  
 
iqtisadiyyatın  strukturunun  təkmilləşdirilməsi  məqsədi 
ilə  məhsuldar  qüvvələrin  vəziyyətində  keyfiyyət  dəyişiklikləri 
etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi;  
 
texnika  və  texnologiyanın  prinsipcə  yeni,  qənaətcil 
növlərinin  işlənib  hazırlanması,  buraxılması,  yayılması  və 
tətbiqi.  
                 Maddə 3.  nvestisiya fəaliyyətinin obyektləri  
qtisadiyyatın  bütün  sahələrində  hər  hansı  əmlak,  o 
cümlədən  əsas  fondlar  və  dövriyyə  vəsaiti,  qiymətli  kağızlar, 
məqsədli  pul  əmanətləri,  elmi-texniki  məhsullar,  intellektual 
sərvətlər,  digər  mülkiyyət  obyektləri,  habelə  əmlak  hüquqları 
investisiya fəaliyyətinin obyekti ola bilər. 
Yaradılması 
və 
istifadə 
edilməsi 
Azərbaycan 
Respublikasının  qanunvericilik  aktları  ilə  müəyyənləşdirilmiş 
sanitariya-gigiyena,  radiasiya,  ekologiya,  arxitektura  və  digər 
normaların  tələblərinə  uyğun  gəlməyən,  habelə  vətəndaşların, 
hüquqi şəxslərin və dövlətin qanunla müdafiə edilən hüquq və 
mənafelərini,  eləcə  də  insanların  sağlamlığını,  dövlət 
təhlükəsizliyini  pozan,  yaxud  poza  biləcək  obyektlərə 
investisiya qoyulması qadağandır. 
Maddə 4.  nvestisiya fəaliyyətinin subyektləri  
1.  Azərbaycan  Respublikasının  və  xarici  ölkələrin 
vətəndaşları  və  hüquqi  şəxsləri,  vətəndaşlığı  olmayan  şəxslər, 
habelə 
dövlətlər 
investisiya 
fəaliyyətinin 
subyektləri 
(investorları və iştirakçıları) ola bilərlər. 
2.  Özünə  məxsus  olan, borc  götürdüyü  və  ya  cəlb  etdiyi 
maliyyə  vəsaitini,  maddi  və  intellektual  sərvətləri  investisiya 
fəaliyyəti  obyektlərinə  qoymaq  haqqında  qərar  qəbul  edən, 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
184
habelə  onlardan  istifadə  olunmasını  təmin  edən  subyektlər 
investorlardır (sərmayədarlardır). 
nvestorlar investisiya fəaliyyətində əmanətçi, kreditor və 
alıcı  qismində  çıxış  edə,  habelə  investisiya  fəaliyyətinin 
istənilən iştirakçısının funksiyalarını yerinə yetirə bilərlər. 
3.  nvestisiya  niyyətinin  həyata  keçirilməsini  sifarişlərin 
icraçısı  qismində  və  ya  investorların  tapşırığı  əsasında  təmin 
edən  Azərbaycan  Respublikasının  və  xarici  dövlətlərin 
vətəndaşları  və  hüquqi  şəxsləri,  habelə  vətəndaşlığı  olmayan 
şə
xslər investisiya fəaliyyətinin iştirakçılarıdır. 
Maddə 5.  nvestisiya fəaliyyəti haqqında qanunvericilik  
Azərbaycan 
Respublikası 
ə
razisində 
investisiya 
fəaliyyətinin  həyata  keçirilməsi  zamanı  yaranan  münasibətlər 
bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları və 
onların  əsasında  qəbul  edilmiş  qanunvericilik  aktları,  habelə 
beynəlxalq müqavilələri ilə tənzimlənir. 
Azərbaycan  Respublikası  investorlarının  xarici  dövlətin 
ə
razisində investisiya fəaliyyəti həmin dövlətin qanunvericiliyi 
ilə tənzimlənir. 
II fəsil.  nvestisiya fəaliyyətinin həyata keçirilməsi 
Maddə 6.  nvestisiya fəaliyyəti subyektlərinin hüquqları  
1.  Azərbaycan  Respublikası  ərazisində  mülkiyyət 
formasından  və  təsərrüfat  fəaliyyətinin  növündən  asılı 
olmayaraq 
investisiya 
fəaliyyətinin 
bütün 
subyektləri 
investisiya  fəaliyyətinin  həyata  keçirilməsi  sahəsində  bərabər 
hüquqlara malikdirlər. 
Bu  Qanunla  və  ya  Azərbaycan  Respublikasının  digər 
qanunvericilik aktları ilə investisiya qoyulması qadağan edilən 
və  ya  məhdudlaşdırılan  obyektlərdən  başqa,  hər  hansı  obyektə 
investisiya  qoyulması  investorun  müstəsna  hüququdur  və 
qanunla qorunur. 
2.  nvestor  müstəqil  surətdə  investisiya  qoyuluşunun 
məqsədini,  istiqamətini,  növünü  və  həcmini  müəyyənləşdirir, 
onun  həyata  keçirilməsi  üçün  müqavilə  əsasında,  o  cümlədən 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə