Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə42/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
165
d) ABŞ, Fransa,  taliya 
e)  spaniya, Portuqaliya, Yunanıstan 
Test 5.  rlandiya və Finlandiya iqtisadiyyatın hansı 
inkişaf modelindən istifadə etmişlər?   
a) Şərqi Asiya modeli 
b) Avropa modeli 
c) Amerikan modeli 
d) Yaponiya modeli 
e) Heç biri 
 
Mövzu 14. Azərbaycan Respublikasında  investisiya-
innovasiya siyasətinin xüsusiyyətləri. 
                          Plan: 
            1.  Azərbaycan  Respublikasında  investisiya 
fəaliyyətinin hüquqi bazası 
2. Azərbaycan Respublikasında  investisiya durumu  
3. 
Azərbaycanda 
innovasiya 
sferasının 
inkişaf 
strategiyası. 
1. AR investisiya fəaliyyətinin hüquqi bazası 
2011-ci il Azərbaycan Respublikası müstəqilliyinin 20-ci 
il  dönümünü  qeyd  edir  və  qazanılan  bir  çox  uğurlar  arasında 
müvəffəqiyyətlə  həyata  keçirilən  investisiya  siyasəti  əsas 
yerlərindən  birini  tutur. 
nvestisiyalar  hər  bir  ölkənin 
iqtisadiyyatının 
inkişafında 
mühüm 
rol 
oynayaraq, 
makroiqtisadi  stabilliyi  və  əhalinin  həyat  səviyyəsinin  artımını 
təmin edir.  qtisadiyyat investisiyaların cəlb edilməsi, səmərəli 
yerləşdirilməsi  milli  iqtisadiyyatının  rəqabət  qabiliyyətini 
artırır,  dayanaqlı  iqtisadi  inkişafı  təmin  edir.  Müasir  şəraitdə 
innovasiya 
texnologiyalarına 
qoyulan 
investisiyaların 
mahiyyəti artır.   
Azərbaycan  Respublikası  müstəqilliyinin  əldə  edəndən 
sonra  keçid    dövrünün  ilk  illərində  böhranla  bağlı  ölkə 
daxilində  investisiya  resursları,  demək  olardı  ki,  yox 
səviyyəsində  idi.  qtisadi  əlaqələrin  qırılması  nəticəsində 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
166
sənaye  müəssisələri  dərin  tənəzzül  vəziyyətinə  düşmüşdülər. 
Yaranan vəziyyətdə istehsal müəssisələri gəlir əldə edə bilmir, 
milli  valyutanın  dəyərdən  düşməsi  və  yüksək  inflyasiya 
templəri  müəssisələrin  amortizasiya  fondlarının,  əhalinin 
ə
manət  və  yığımlarının  dəyərdən  düşməsi  ilə  nəticələnmişdir. 
Beləliklə, 
daxili 
investisiya 
resurslarının 
tükənməsi 
iqtisadiyyatın  böhrandan  çıxması  üçün  xarici  investisiya 
mənbələrinə  üstünlük  verilməsini  qaçılmaz  etdi.  Bu  səbəbdən 
ölkədə  birinci  növbədə  1992-ci  ildə  «Xarici  investisiyaların 
qorunması  haqqında»  Qanun,  sonra  isə  1995-ci  ildə  
« nvestisiya fəaliyyəti haqqında» Qanun qəbul edilmişdir.  
«Xarici  investisiyaların  qorunması  haqqında»  Qanun 
qəbul  olunması  xarici  investorların  hüquqlarının  müdafiəsini 
təmin edən normativ-hüquqi bazasını yaradır.    
“Xarici investisiyaların qorunması haqqında” AR Qanunu 
VII  bölmə  və  43  maddədən  ibarətdir.  Birinci  “Ümumi 
müddəalar    adlanan  bölmədə  xarici  investor  kimi  hansı 
subyektlər çıxış edə bilər, Azərbaycan Respublikası ərazisində  
hansı formada investisiya qoya bilərlər, dövlətsizləşdirmədə və 
özəlləşdirmədə  necə  iştirak  edə  bilərlər,  xarici  investorların 
hüquqi  rejimi,  fəaliyyət  növləri,  ərazi  məhdudiyyətləri 
müəyyən olunub.  
Qanunun  II-ci  bölməsində  xarici  investisiya  üçün  dövlət 
təminatları  məsələləri  əks  olunub.  Bu  bölmədə  xarici 
investisiyanın 
hüquqi 
müdafiəsi, 
qanunvericiliyin 
dəyişdirilməsi ilə bağlı təminatlar, milliləşdirmə və rekvizisiya 
ilə bağlı təminatlar, xarici investorların zərərinin kompensasiya 
edilməsi  və  ödənilməsi,  investisiya  fəaliyyətinə  xitam 
verildikdə  təminatlar  göstərilir.  Xarici  valyuta  ilə  gəlirlərin  və 
başqa  məbləğlərin  köçürülməsinə  təminatlar,  mənfəətdən 
istifadə üçün təminat məsələləri izah olunur.  
“Xarici  investisiyaların  qorunması  haqqında”  AR 
Qanununun  III-cü  bölməsində  xarici  investisiya  qoyulmuş 
müəssisələrin  yaradılması  və  fəaliyyəti  qaydaları  izah  olunur. 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
167
Burada  müəssisələrin  yaradılması  qaydaları,  bu  müəssisələrin 
sanitariya-gigiyena  və  ekoloji  tələblərə  riayət  etməsinə  dair 
ekspertizası,  dövlət qeydiyyatı, törəmə müəssisələr, filiallar və 
nümayəndəliklər,  müəssisələrin  birləşməsi,  birgə  müəssisə 
iştirakçılarının  əmanətlərinin  qoyulması,  ehtiyat  fondunun 
yaradılması,  ölkə  ərazisində  məhsulun  satışı  və  göndərilməsi, 
xarici  valyuta  ilə  hesablaşmalar,  məhsulun  ixracı  və  idxalı, 
gömrük  vergisi,  sığorta,  vergi  tutma,  mühasibat  uçotu  və 
hesabat,  öhdəliklərin  təmin  edilməsi,  intellektual  fəaliyyət 
nəticələrinə,  hüquqlar  və  digər  qeyri-əşya  hüquqları,  əmək 
münasibətləri, sosial sığorta, təminat və müəssisələrin ləğvetmə 
qaydaları göstərilib.  
“Xarici  investisiyaların  qorunması  haqqında”  AR 
Qanununun  IV-ü  bölməsində  xarici  investorların  dövlət  və 
qeyri-dövlət  müəssisələrinin  qiymətli  kağızlar  əldə  etməsi 
qaydaları öz əksini tapıb. 
“Xarici  investisiyaların  qorunması  haqqında”  AR 
Qanununun  V-i  bölməsində  xarici  investorların  torpaqdan 
istifadə  hüquqlarını  və  başqa  əmlak  hüquqlarını  əldə  etməsi, 
icarə  və  konsessiya  müqavilələrinin  bağlanma  qaydaları 
göstərilir. 
 “Xarici  investisiyaların  qorunması  haqqında”  AR 
Qanununun  VI-i  bölməsində  sərbəst  iqtisadi  zonalarda  xarici 
investorların  və  xarici  investisiyalı  müəssisələrin  fəaliyyəti 
qaydaları öz əksini tapıblar.   
Və  nəhayət,    “Xarici  investisiyaların  qorunması 
haqqında”  AR  Qanununun  sonuncu  VII-i  bölməsində 
mübahisəli  məsələlərin  baxılması  və  beynəlxalq  müqavilələr 
bağlanması qaydaları izah olunub. 
Qeyd  olunduğu  kimi,  “ nvestisiya  fəaliyyəti  haqqında” 
Azərbaycan  Respublikasının  Qanunu  1995-ci  ildə  qəbul 
olunmuşdur.  Adı  gedən  qanun  IV  fəsildən  ibarətdir.  Birinci 
fəsildə  ümumi  müddəalar:  investisiya  anlayışı,  investisiya 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
168
fəaliyyəti,  investisiya  fəaliyyətinin  obyektləri  və  subyektləri 
müəyyən olunur.  
“ nvestisiya 
fəaliyyəti 
haqqında” 
Azərbaycan 
Respublikasının  Qanunu  II-ci  fəslində    investisiya  fəaliyyəti 
subyektlərinin  hüquqları  və  vəzifələri,  investisiya  fəaliyyətinin 
subyektləri  arasında  münasibətlər,  investisiya  fəaliyyətinin 
maliyyələşdirilməsi mənbələri göstərilir.  
nvestisiya 
fəaliyyəti 
haqqında 
Azərbaycan 
Respublikasının  Qanunu  III-cü  fəsli  investisiya  fəaliyyətinin 
dövlət  tənzimlənməsi  məsələlərinə  həsr  olunub  və  burada 
dövlət  tənzimlənməsinin  məqsədi,  formaları  və  vasitələri 
sadalanır.  Bura  kredit  və  amortizasiya  siyasətinin  həyata 
keçirilməsi;  ayrı-ayrı  region,  sahə  və  istehsalatların  inkişafı 
üçün subvensiya, subsidiya büdcə borclarının verilməsi; dövlət 
norma  və  standartlarının  müəyyənləşdirilməsi;  antiinhisar 
tədbirlərin  görülməsi;  mülkiyyətin  dövlətsizləşdirilməsi  və 
özəlləşdirilməsi; torpaq, su və başqa təbii ehtiyatlardan istifadə 
şə
rtlərinin  müəyyənləşdirilməsi;  qiymətqoyma  siyasətinin 
həyata  keçirilməsi;  investisiya  layihələrinin  ekspertizasının 
keçirilməsi  daxildir.  Bunlardan  başqa,  adı  gedən  fəsildə 
Azərbaycan Respublikasının ərazisində dövlət investisiyalarına 
dair  qərarların  qəbul  edilməsi  və  əsaslı  tikintidə  işlərin  yerinə 
yetirilməsi üçün dövlət sifarişinin yerləşdirilməsi qaydaları əks 
olunub,  investisiyaların  dövlət  ekspertizası,  investisiya 
fəaliyyətində qiymətqoyma,  Naxçıvan Muxtar Respublikasının 
Ali  Məclisi,  yerli  dövlət  hakimiyyət  və  idarəetmə  orqanları 
tərəfindən  investisiya  fəaliyyətinin  tənzimlənməsi  haqqında 
məlumatlar əks etdirilib.  
  nvestisiya 
fəaliyyəti 
haqqında 
Azərbaycan 
Respublikasının  Qanunu  IV-ci  fəslində  investisiya  fəaliyyəti 
subyektlərinin  hüquqlarının  təminatı  və  investisiyanın 
qorunması  haqqında,  investisiya  fəaliyyəti  subyektlərinin 
məsuliyyəti, investisiya fəaliyyətinin dayandırılması və  ya ona 
xitam  verilməsi  şərtləri  beynəlxalq  müqavilələrin  iştirakı 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə