Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə41/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
161
3.  nsan kapitalının inkişaf səviyyəsi aşağı olan, industrial 
cəhətdən  inkişaf  etməmiş,  zəif  inkişaf  edən  ölkələr.  Bu  qrup 
ölkələr,  öz  inkişafında,  inkişaf  etmiş  ölkələrdən  getdikcə  daha 
çox  geri  qalır,  və  vəziyyəti  dəyişə  biləcək  real  inkişaf 
strategiyalarına malik deyillər. 
Ölkə  səviyyəsində,  investisiya  strategiyası  prioritet 
sahələrin,  müəssisələrin  sosial-iqtisadi  inkişaf  istiqamətlərinin, 
institusional  inkişafın,  infrastruktur  inkişafının,  vətəndaş 
cəmiyyətinin 
yaradılmasının 
yollarının 
seçimi 
və 
maliyyələşdirilməsi məsələlərini həll edir. 
Birinci  qrupa  daxil  olan  ölkələr  səmərəli  və  rəqabət 
qabiliyyətli  iqtisadiyyatın  yaradılması  vəzifələrini  tarixən  qısa 
müddət  ərzində  həll  edirlər.  Dünya  təcrübəsi  göstərir  ki, 
Yaponiya,  Cənubi  Koreya,  Tayvan  belə  məsələni  yalnız 
iqtisadiyyatın  dövlət  tərəfindən  güclü  tənzimlənməsi  və 
dünyanın inkişaf etmiş ölkələri tərəfindən dəstəklənməsi (hərbi, 
maliyyə,  texnoloji,  elmi,  institusional  və  sair)  şəraitində  həll 
etmişlər. Yuxarıda adları çəkilən ölkələrə belə dəstəyi ABŞ – rı 
göstərmişdir. 
Belə  iqtisadiyyatlı  ölkələrin  uzunmüddətli  strategiyası 
mərhələli  xarakter  daşıyır.  nkişafın  hər  mərhələsində  dövlət 
tərəfindən  prioritet  sahələr  müəyyən  edilir  və  onlara  müxtəlif 
növ dövlət dəstəyi verilir. 
Şə
rqi  Asiya  ölkələrinin  keçdiyi  inkişaf  yolunu  bir  neçə 
ümumi xüsusiyyətlə xarakterizə edilir:
  
 
-  ölkələrinin  investisiya  strategiyası,  sənayenin  ixraca 
istiqamətlənmiş  sahələrinin  inkişafına  edilən  yüksək  kapital 
qoyuluşlarına əsaslanır;  
- dövlət xərclərinin səviyyəsinin aşağı olması; 
- aşağı dərəcəli vergilərlə tətbiq olunur; 
- çox yüksək daxili və xarici investisiya səviyyəsi;    
- ÜDM-in çox yüksək artım templəri; 
- iqtisadiyyatın xarici bazarlara istiqamətlənməsi; 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
162

dünyanın 
qabaqcıl 
ölkələrinin 
ə

yeni 
texnologiyalarından yüksək dərəcədə asılılığı; 
- innovasiyalara yüksək dərəcədə tələbat; 
- insan kapitalının yüksək səviyyəsi və keyfiyyəti; 
-  bazar  tələblərinə  yüksək  adaptasiya  (uyğunlaşma) 
qabiliyyəti; 
-  iqtisadiyyatın  inkişafının  ardınca,  dövlət  institutlarını, 
idarəetmə  sistemlərini  və  demokratiyanın  inkişaf  səviyyəsini 
dəyişmək qabiliyyəti; 
-  bu  ölkələrdə,  iqtisadiyyatda  liberal  islahatlar  və  siyasi 
sferanın  demokratik  dəyişikliyi  arasında  əhəmiyyətli  (böyük) 
zaman fərqi. 
Qısa  müddət  ərzində  iqtisadiyyatın  inkişafında  o  ölkələr 
daha  çox  uğur  qazanıblar  ki,  onlar  yığılmış  milli  insan 
kapitalını  qoruyub  saxlamış  və  əhəmiyyətli  dərəcədə 
artırmışlar:  Yaponiya,  Sinqapur,  Tayvan,  Honkonq,  Cənubi 
Koreya,  bəzi  Avropa  ölkələri.  Bütün  bu  ölkələr,  Qərbin 
ideoloji, elmi və iqtisadi dəyərlərini özlərinin insan kapitalının 
tərkibinə  daxil  etmiş  və  milli  ənənələri  nəzərə  almaqla,  öz 
torpaqlarına keçirtmişlər. 
Təsadüfi  deyil  ki,  məhz  Yapon,  Çin  və  Koreya 
mədəniyyətli  ölkələr,  praktiki  olaraq,  bütün  göstəricilər  üzrə, 
dünyanın  qabaqcıl  ölkələri  sırasına  daxil  ola  bilmişlər.  Bu 
ölkələr,  dünya  sivilizasiyasının  «yatmış»  artım  nöqtələrinə  aid 
edilirlər. 
Onlar, 
toplanmış 
ümumdünya 
dəyərlərinin 
mənimsənilməsinə,  səmərəli  iqtisadiyyatın  və  dövlətçiliyin 
yaradılması  üçün  kifayət  olan  insan  kapitalına  malik  idilər. 
Bütün  bu  ölkələr  qədim  mədəniyyətə  malikdirlər,  keçmişdə 
onlar,  kifayət  qədər  kəşf  və  ixtiralar  edən,  dünya  şərq 
sivilizasiyasının mərkəzləri olmuşlar.   
Qeyd  edək  ki,  «Asya  pələnglərinin»  uğurlarının  əsaslı 
başlangıcı,  əməyə  hörmət  və  bazar  ənənələri  üzərində  tərbiyə 
almış,  əməksevər  xalqlar  mentalitetinə  əsaslanan,  yüksək 
səviyyəli və keyfiyyətli insan kapitalıdır. «Asiya pələnglərinin» 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
163
inkişaf    təcrübəsi  ümumi  inkişaf  nəzəriyyəsinin  və  konkret 
olaraq  iqtisadiyyatın  diversifikasiyasının  nəzəriyyə  və 
praktikasında  –  ölkə  iqtisadiyyatının  inkişaf  prioritetlərinin 
dəyişdirilməsi  mexanizmləri  və  təcrübəsinə  əhəmiyyətli  töhvə 
vermişdir.  qtisadiyyatın  diversifikasiyası  –  ölkənin  rəqabət 
üstünlüklərini  müəyyən  edən  ölkə  iqtisadiyyatının  dayaq 
sahələrinin 
müxtəlifliyinin 
artırılmasıdır. 
qtisadiyyatın 
diversifikasiyası  isə  hər  bir  ölkənin  inkişafına  lazım  olan  və 
daimi bir alətdir. 
«Asiya  pələngləri»  yüngül  sənayenin  inkişafından 
(Yaponiya,  Tayvan,  Sinqapur,  Hon-Konq),  kənd  təsərrüfatının 
inkişafından  (Çin),  ekoloji  «çirkli  sahələrdən»  (metallurgiya, 
Yaponiya)  və  s.,  yəni,  aşağı  əlavə  dəyərli,  dünyanın  inkişaf 
etmiş  ölkələri  üçün  keçmiş  inkişaf  mərhələsi  olan  sahələrdən 
başlamışlar.  Sonuncular  bu  sahələri  inkişaf  etməkdə  olan 
ölkələrə  «güzəştə  gedərək,  vermiş»,  lakin,  çox  zaman,  kapital 
qoyuluşları vasitəsi ilə onlar üzərində nəzarəti saxlamışlar. 
XX  əsrin  sonunda    «Asya  pələngləri»  (Malayziya, 
Tailand  və  s.)  artıq  öz  inkişaflarını,  həm  onlara  ənənəvi  olan 
istehsallar, həm də xarici texnologiya və xarici ehtiyat hissələri 
ə
sasında məişət texnikası buraxaraq başlamışlar. 
Özünün 
müəyyən 
inkişaf 
mərhələsində, 
ötmə
 
iqtisadiyyatlı  ölkə,  iqtisadi  alətlər  və  dövlət  tənzimlənməsinin 
köməyi  ilə,  investisiya  axınlarını  maşınqayırmaya,  avtomobil, 
elektron  sənayesinə,  kompyuter  texnologiyalarına  və  s. 
(Yaponiya,  Çin,  Tayvan,  Cənubi  Koreya  və  s.),  yəni,  yüksək 
ə
lavə dəyərə malik olan sahələrə istiqamətləndirir. 
Suallar: 
1.  Qabaqcıl  ölkələrin  nailiyyətlərinə  çatmaq  üçün 
inkişafda olan ölkələrin hansı məqsədlər qoyurlar? 
2.  nkişaf etməkdə olan ölkələri hansı qrupa bölmək  
olar?  
3.  nkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında hansı 
modellərdən istifadə olunur ?   
Dövlətin investisiya-innovasiya siyasəti 
 
164
4. Şərqi Asiya ölkələrinin keçdiyi inkişaf yolunu hansı 
ümumi xüsusiyyətlə xarakterizə edilir? 
5.
 
Hər bir ölkə üçün iqtisadiyyatın diversifikasiyası 
zərurəti nədən irəli gəlir? 
Testlər: 
Test 1. Yaponiyada 1950-ci ildən sonra prioritet sayılan 
sahə hansıdır ?    
a) metallurgiya 
b) kömür sənayesi  
c ) avtomobil sənayesi 
d) yeyinti sənayesi 
e) kimya sənayesi 
Test 2.  nkişaf etməkdə olan ölkələr iqtisadi artım 
tempini yüksək səviyyədə saxlamaq üçün nə edir?     
a) milli gəlirin böyük hissəsini  investisiyalara yönəltməli 
olurlar 
b) ÜDM-nin 50 %-ni  investisiyalara yatırır 
c) heç biri 
d) hamısı 
e) xalis gəliri kənd təsərrüfatına  yatırırlar 
Test 3.  nvestisiya-innovasiya strategiyasına görə birinci 
qrup ölkələrin strategiyasına məxsus cəhətlər hansılardır ?        
a) ÜDM-ə  nisbətən investisiyaların payını əhəmiyyətli 
dərəcədə artırmaq 
b) müasir təhsil və elm sistemlərini yaratmaq 
c) qabaqcıl ölkələrdən yüksək texnologiyaları əldə etmək 
d) xarici texnologiyalar əsasında öz texnologiyalarını 
yaratmaq 
e) Hamısı 
 
Test 4.  nkişaf  Etməkdə Olan Ölkələrin ikinci qrupuna 
hansı ölkələr daxildir?   
a) Azərbaycan, ABŞ, Rusiya 
b) Türkiyə, Misir, Çili 
c) Tayvan, Fransa,  taliya 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə