Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə37/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
145
Ə
ksər  ölkələrdə  insan  kapitalı  toplanmış  milli  sərvətin 
yarısından çoxunu təşkil edir (OPEK ölkələri istisna olmaqla). 
Bu da, həmin ölkələrin yüksək inkişaf səviyyəsini əks etdirir.   
Dünya  Bankının  analitikləri  insan  kapitalının  dəyərinin 
qiymətləndirilməsi  üçün  diskont  metodunu  təklif  etmişlər. 
Məcmu  milli  sərvətin  verilmiş  gəlirlilik  norması  üzrə  onun 
dəyəri  hesablanır.  Sonra,  alınmış  kəmiyyətdən,  torpağın, 
faydalı qazıntıların, meşə və dəniz resurslarının dəyəri, istehsal 
kapitalı  və  digər  aktivləri  çıxırlar.  Nəticədə,  insan  kapitalının 
dəyəri qalır. Bu metodika üzrə hesablanmış  K dəyəri, hətta ən 
kasıb  ölkələrdə  belə,  milli  sərvətin  yarısını,  inkişaf  etmiş 
ölkələrdə isə – 3/4  təşkil edir. Belə ki, makrosəviyyədə güclü 
sinergetik  səmərə  (effektlər)  yaranır.  Texnoloji  vençur 
biznesində, yüksək ixtisaslı mütəxəssislərin təmərküzləşməsi nə 
qədər  yüksək  olsa,  onların  hər  birindən  alınan  səmərə  bir  o 
qədər  yüksək  olacaq.  Elmi  tədqiqatlar  sahəsində  sinergetik 
effektlər daha da əhəmiyyətlidir. 
Son  onilliklərdə,  inkişaf  etmiş  ölkələrdə  K  qoyulan 
investisiyaların  qabaqlayıcı  artımı  müşahidə    olunur.  Fiziki 
kapitala  nisbətən,  insan  kapitalı  daha  sürətli  templərlə  artırdı. 
1990-cı  illərdə  ABŞ-da  təhsilə,  səhiyyəyə  və  sosial  təminata 
məcmu  xərclər,  istehsala  yönəldilən  kapital  qoyuluşlarını  üç 
dəfədən çox üstələyirdi. 
nkişaf  etmiş  ölkələrdə  ixtisaslı  və  intellektual  əməyin 
yüksək  səviyyədə  ödənilməsi  bilik  əldə  etmənin  əsas 
stimullarından  olub,  həmin  ölkələrin  əsas  inkişaf  amili 
olmuşdur.  Öz  növbəsində,  intellektual  əməyin  yüksək  imici, 
yeni  iqtisadiyyatlar,  biliklər  üçün  onun  yüksək  əhəmiyyəti, 
güclü  sinergetik  effektlər  yaradaraq,  ölkənin,  sənaye 
sahələrinin,  korporasiyaların  məcmu  intellektini,  və  son 
nəticədə, ölkənin məcmu insan kapitalını gücləndirir. Buradan, 
dünyanın inkişaf  etmiş ölkələrinin çox  yüksək üstünlükləri, və 
onlarla bir cərgəyə durmağa cəhd edən, onlara çatmağa çalışan 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
146
inkişaf  etməkdə  olan  iqtisadiyyatlı  ölkələrin  problemləri 
gündəmə gəlir. 
2.  ntellektual  kapital  idarə  etmə  obyekti  kimi.  K  iki 
tərkib  hissədən  ibarətdir:  1)  kadr  kapitalı  (KK),  bura  insan 
aktivləri ( A) və struktur aktivlər (SA) daxildir.  
2)  intellektual  mülkiyyət  ( M),  bura  sənaye  mülkiyyəti 
(SM), müəllif hüquqları obyektləri (MHO) və nou-hau daxildir. 
M  istehsal  intellektual  aktivlər  və  marketinq  intellektual 
aktivlərə bölünür.  
A – insanlara məxsus biliklər, təcrübə, peşəkar cəhətlər, 
onların 
qabiliyyəti, 
xarakteri, 
tərbiyəsi, 
mədəniyyət 
səviyyəsidir.  Bunlar  K  tərkibinin  baza  hissəsidir  və  M 
yaranması üçün baza təşkil edir.  
SA – kollektivin, cəmiyyətin yaradıcı potensialını göstərir 
və  A  istifadəsi  işçilərin  fəaliyyətinin  cəmindən  artıq  bir 
nəticədə  verir.  SA  səviyyəsi  nə  qədər  yüksək  olarsa,  o  qədər 
kollektiv  işin  sinerqetik  səmərəsi  çox  olur.  Kollektivin  əldə 
etdiyi 
nəticə 
korporativ 
mədəniyyətdən, 
biliklərin 
cəmləşməsindən, işçilərin qarşılıqlı münasibətindən və peşəkar 
səviyyələrindən  asılıdır.  Korporativ  mədəniyyət  SA  bütün 
tərkib  hissələrinə  (kollektiv  fəaliyyətin  texnologiyalarına, 
kollektivin idarə olunmasına, təhsil sisteminə və s.) təsir edir.    
M  –  təşkilatın  qeyri-maddi  aktivlərinə  aiddir  və  burada 
işçilərin  yaradıcılıq  fəaliyyəti,  onların  bilik  və  təcrübələrinin 
nəticələri  yaradılır.  Şirkətdə  yaradılan 
M,  birincisi, 
innovasiyalı məhsulun istehsalında istifadə oluna bilər, ikincisi, 
intellektual  bazarda  satılıb  başqa  şirkətin  mülkiyyətinə  çevrilə 
bilər.  M  üç  obyektdə  cəmləşə  bilər:  sənaye  mülkiyyətinin 
obyekti,  müəllif  hüququ  obyekti  və  nou-hau.  Sənaye 
mülkiyyətinin obyektləri 2 qrupa ayrılır: 
1) 
i
xtiralar,  faydalı  modellər,  sənaye  məhsulunun  nümunələri, 
seleksiya nəticələri; 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
147
2) 
f
irma  nişanı,  ticarət  nişanı,  xidmət  nişanı,  məhsulun  istehsal 
olunduğu yer adı. 
Müəllif  hüququ  obyektlərinə  elmi  işlər,  ədəbiyyat  və 
incəsənət əsərləri, EHM proqramları, göstəricilər bazası, qarışıq 
hüquq obyektləri (tele-, radioquruluşlar və s.) daxildir.     
                3.  ntellektual kapitalın təsnifatı  
K təsnifat əlaməti 
Ə
lamətlərin xarakteristikası 
stifadə dairəsinə görə 
qtisadiyyatın maddi dairəsi 
qtisadiyyatın qeyri-maddi 
dairəsi 
stifadə xarakterinə görə 
stifadə olunur 
nkişaf edir 
stifadə olunmur 
Mülkiyyət formasına görə 
Xüsusi 
Kollektiv 
Dövlət 
Qarışıq 
Dövriyyə dairəsi görə 
stehsal 
Ticarət 
Xidmət 
Təsərrüfat fəaliyyətində 
istifadəsinə görə 
nnovasiya resursu 
stehsal resursu 
stifadə dövrü 
Uzunmüddətli 
Qısamüddətli 
Ortamüddətli 
stehsal-təsərrüfat 
fəaliyyətində rolu 
Ə
sas 
Köməkçi 
Formalaşma şərtinə görə 
Ş
irkətdə yaradılan 
Cəlb olunan 
Qarışıq  
Risk səviyyəsinə görə 
Yüksək risk səviyyəsi 
Orta risk səviyyəsi 
Yüksək risk səviyyəsi 
  4.  ntellektual kapitalın dövretmə mərhələləri 
  K tərkibində kadr kapitalı və intellektual mülkiyyət 
olaraq dövr edərək 3 mərhələ keçir. Birinci mərhələdə pul 
formasından istehsal kapitalının intellektual formasına 
çevrilməsi baş verir. Bu mərhələdə: 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
148
1) 
intellektual fəaliyyətlə məşğul olan, tələb olunan 
bilik, təcrübəyə malik insanlar işə qəbul olunur; 
2) 
innovasiyalı ideyaların işlənib hazırlanması, 
intellektual mülkiyyətin yaradılması və ya başqa şirkətlərdən 
alınması həyata keçirilir. 
3) 
Heyətin öyrənilməsi və peşəkar səviyyəsinin 
artırılması həyata keçirilir, nəticədə onların biliyi artır, peşəkar 
səviyyəsi təkmilləşir; 
4) 
 Şirkətin korporativ mədəniyyəti yüksəlir; 
5) 
ntellektual əməyin motivasiyası, yaradıcılıq 
aktivliyi artırılır. 
kinci  mərhələdə  istehsal  kapitalının  elementləri 
intellektual məhsulun istehsal olunmasında iştirak edirlər, onun 
maddiləşməsinə  imkan  yaradırlar. 
ntellektual  kapitalın 
maddiləşməsi texnoloji prosesinin bütün mərhələlərdə öz əksini 
tapır və nəticədə əlavə dəyər yaranır.   
Üçüncü  mərhələdə  intellektual  kapital  yenə  əmtəə 
çevrilir, onun bazar qiyməti formalaşır. Beləliklə, bu mərhələdə 
K  satılaraq  pula  çevrilir  və  şirkətə  gəlir,  mənfəət  gətirir. 
Biznesin  düz  təşkili  bu  pulun  bir  hissəsinin  K  artırılmasına 
yönəldilməlidir  və  yenidən  birinci  mərhələnin  kəmiyyət  və 
keyfiyyət  baxımından  daha  yüksək  səviyyədə  başlamasına 
istiqamətləndirilməlidir.   
K idarə olunması bu 3 mərhələnin fasiləsiz dövriyyəsini 
təmin  etməlidir.  Bu  tsiklin  tərkib  hissələrinin  hər  hansı  biri 
olmadıqda  K  inkişafı  zəifləyə  bilər,  qoyulan  investisiyaların 
səmərəsiz xərclənməsinə, ödənilməməyinə gətirib çıxara bilər.  
Ə
lavə 
Bunu bilmək maraqlıdır. 
Siz  bilirsiniz  ki,  XX  əsrdə  bir  çox  icad  olunanların  ilk 
müəllifi  ntibah dövründə yaşayıb yaradan bənzərsiz rəssamı və 
mütəfəkkir Leonardo da Vinçidi (1452-1519) olub?   
Leonardo da Vinçi uçmaq imkanları ilə çox maraqlanırdı, 
o quşların uçmaq mexanizmini öyrənir, buna dair bir çox sxem 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə