Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə40/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
157
də  azaldırdı.  Cənubi  Koreya  hökuməti,  müxtəlif  növ 
firmalardan  ibarət  olan  ailə  konqlomeratları  –  çebulların 
ayrılmasını  həyata  keçirtməyə    məcbur  idi  (çebullar  –  bir  ailə 
klanının  nəzarəti  altında  olan  20-30  müstəqil  hüquqi  firmadan 
ibarət olan konqlomeratlardır). 
Cənubi 
Koreya, 
iqtisadiyyatda 
və 
ölkənin 
demokratikləşməsində əhəmiyyətli uğura nail olmuşdur. Lakin, 
müasir  dövrdə  qeyri-səmərəli  olan  çebulların  (monopoliya  və 
oliqopoliya)  dövlət  tərəfindən  dəstəklənməsi  və  iqtisadi 
proteksionizm  siyasəti  özünü  doğrultmur.  Və  Cənubi  Koreya 
iqtisadiyyatının liberallaşması siyasətinə keçdi.  
Perspektiv sahə və istehsalların inkişafının dəstəklənməsi 
aləti  kimi,  vergi  imtiyazlarından  istifadə  edilir.  Hindistanda, 
ayrı-ayrı  sənaye  layihələri  üzrə,  10  il  müddətinə,  vergi  tutma 
bazasının  30%  azaldılması  təmin  edilirdi,  5  illik  vergi  tətilləri 
verilirdi.  Qanunvericiliyə  əsasən,  Çində,  vergi  tətilləri  və 
imtiyazlar,  imtiyazlı  idxal  tarifləri,  işçilərin  asanlaşdırılmış 
(yüngülləşdirilmiş)  işə  qəbul  və  işdən  azad  edilmə  qaydaları 
nəzərdə tutulub. Xüsusi iqtisadi zonalarda, regional hakimiyyət 
tərəfindən, bilavasitə xarici investisiyalar üçün əlavə stimullar, 
o  cümlədən,  xüsusi  vergi  rejimi  və  rüsumlardan  azad  edilmə 
rejimi  yaradılır.  Vergi  imtiyazları  ayrı-ayrı  sahələrə  verilirdi, 
məsələn, Yaponiyada, avtomobil sənayesi üçün birinci iş ilində 
avadanlığın  xüsusi  amortizasiya  dərəcəsi  50%  həcmində  təyin 
edilmişdir. 
rlandiya  və  Finlandiya  iqtisadiyyatın  inkişaf  və 
diversifikasiyasının  digər  bir  modelindən  (Avropa  modeli) 
istifadə  etmişdilər.  Avropa  ölkələrinin  investisiya  strategiyası 
inkişafa 
yüksək 
kapital 
qoyuluşları, 
sosial 
sferanın 
dəstəklənməsi,  və  bunun  nəticəsi  kimi,  dövlətin  yüksək  sosial 
və  digər  ümumi  xərclərinə  əsaslanır.  Bu  ölkələrin 
iqtisadiyyatını  sosial-istiqamətlənmiş  iqtisadiyyat  adlandırırlar. 
1980-ci  illərin  əvvəllərində  rlandiya,  Qərbi  Avropanın, 
sənayesi  inkişaf  etmiş  ölkələri  sırasına  daxil  deyildi,  burada, 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
158
daha  çox,  aqrar-sənaye  kompleksi  sahələri  inkişaf  etdirilirdi. 
Ə
halinin  adambaşına  ÜDM  səviyyəsi  Avropa 
ttifaqı 
ölkələrinin  orta  səviyyəsinin  60%-ni  təşkil  edirdi.  rlandiyanın 
uğurları  dövlətin  səmərəli  siyasəti  ilə  əlaqəlidir.  1987-ci  ildə 
büdcə  xərcləri  azaldılmış,  eyni  zamanda,  vergi  bazasını  və 
vergi  yığımını  əhəmiyyətli  dərəcədə  genişləndirən,  vergi 
amnistiyası  keçirilmişdir.  Həmin  dövrdə,  iqtisadi  siyasət  üç 
istiqamət  üzrə  həyata  keçirilirdi:  fiskal  stabilləşmə;  ticarət  və 
investisiya  rejiminin  açıqlığı;  aktiv  struktur  siyasəti. 
rlandiyanın  Avropa  qtisadi  Cəmiyyətinə  məxsusluğu,  bir 
tərəfdən,  Avropa  bazarına  daxil  olmaq  üçün  ticarət  və  digər 
maneələri  aradan  qaldırmış  və  A   fondlarından  ölkənin 
subsidiyalaşma  miqyasını  əhəmiyyətli  dərəcədə  artırmış,  digər 
tərəfdən  –  rəqabəti  artıraraq,  səmərəliliyin  artırılmasına 
stimullar  yaratmışdır.  Aparılan  islahatlarda  müsbət  rolu 
nisbətən yüksək olan ilkin (start) inkişaf səviyyəsi oynamışdır. 
Ölkə  özünün  texnologiyalarından  istifadə  edə  bilmişdir. 
rlandiya,  xarici  biznesə  yüksək  vergi  imtiyazları  vermişdir. 
Məsələn, gəlir vergisinin dərəcə 28% olduğu halda, informasiya 
texnologiyaları  sektorunda  gəlirin  azaldılmış  vergitutma 
dərəcəsi 10% təyin edilmişdir. 
 Xarici  investisiyaların  cəlb  edilməsi  üçün  inzibati  – 
hüquqi  sədlərin  aradan  qaldırılması  böyük  əhəmiyyət  kəsb 
edirdi.  Ölkədə,  əsas  vəsaitlərin  alınmasına,  infrastrukturun 
inkişafına,  binaların  tikilməsinə,  yeni  iş  yerlərini  yaradan 
kompaniyaların  iş  qüvvəsini  muzdla  cəlb  edilməsinə,  fəhlə  və 
menecerlərin  peşə-ixtisas  səviyyəsinin  artırılmasına,  yeni 
məhsulların  yaradılması  üçün  tədqiqatlara,  mövcud  istehsalın 
səmərəsinin  artırılmasına,  yeni  texnologiyaların  alınmasına 
dövlət  subsidiyalarının  tətbiqi  sistemindən  istifadə  edilir. 
nformasiya  texnologiyaları  sahəsində  ölkədə  keçirilən  dövlət 
siyasətinin  mühüm  istiqaməti  –  müvafiq  ixtisaslar  üzrə  təhsilə 
edilən  dövlətin  əhəmiyyətli  kapital  qoyuluşları,  eləcə  də, 
informasiya kompaniyaları üçün vacib olan infrastrukturun, hər 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
159
ş
eydən  əvvəl,  müasir  rabitə  sistemlərinin  yaradılmasıdır. 
rlandiyanın təcrübəsi aydın şəkildə göstərir ki, ölkə, çox az bir 
vaxtda,  iqtisadiyyatın  strukturunu  prinsipial  olaraq  dəyişib, 
yüksək  texnologiyalı  məhsul  və  xidmətlərin  ixracatçısı 
olmuşdur. 
Digər 
maraqlı 
misal, 
Finlandiyada 
keçirilmiş 
diversifikasiyadır. Dörd onillik ərzində ölkə, meşə resursları ilə 
ə
laqəli  sənaye  üzərində  əsaslanmış  iqtisadiyyatdan  –  yüksək 
texnologiyalar  iqtisadiyyatına  qədər  olan  bir  yol  keçmişdir. 
Eyni  zamanda,  meşə  sənayesinin  mühüm  rolu  qorunub 
saxlanmışdır.  Yüksək  texnologiyalar  sahəsində  uğurlar  elmin, 
təhsilin  inkişafı,  yerli  texnologiyaların  yaradılması  və  inkişafı, 
aktiv  rəqabət  və  bazarların  ümumi  liberallaşması,  yüksək 
texnologiyalı  məhsullara  yüksək  daxili  tələbatla  bağlıdır.  Fin 
istehlakçıları və kompaniyaları, aktiv olaraq, texniki yenilikləri 
tətbiq edirdilər. Finlandiyada Mobil rabitə şəbəkəsinin sıxlığı – 
dünyada ən yüksəkdir.  nternet istifadəçilərinin sayına görə də, 
o  dünyada  birinci  yeri  tutur.  Məhdud  elmi-texniki  resursların 
rəqabət  şərtləri  əsasında  bölgüsü  zamanı  milli  prioritetlərin 
innovasiya sahəsinə verilir.   
 Finlandiyada  yüksək  artım  səviyyəsi  ilə  eyni  zaman, 
xarici investisiya və texnologiyaların payı kifayət qədər az idi. 
Fin  ixracının  və  onun  kompaniyalarının  ixtisaslaşdırılması 
ə
sasında, əsasən yerli texnologiyalar durur. Finlandiya, yüksək 
elmi,  texnoloji  və  təhsil  səviyyəsi,  ümumi  yüksək  səviyyə, 
insan  kapitalının  keyfiyyəti  və  iqtisadiyyatın  açıqlığına  görə, 
dünyanın  ən  yüksək  rəqabət  qabiliyyətli  ölkələrindən  biridir. 
Finlandiyada  hər  zaman  dövlətin  rolu  böyük  olmuşdur,  lakin 
istehsalda  deyil,  inkişaf  etmiş  institusional  infrastrukturun, 
stabil  institusional  münasibətlərin  təmin  edilməsində,  sosial 
sferada və s. Finlandiyada ET -nin 2/3 – si özəl korporasiyalar 
tərəfindən maliyyələşdirilir.  
Finlandiya,  dünya  bazarlarında  onun  yüksək  texnoloji 
məhsulunun  rəqabət  qabiliyyətliliyini  təmin  edən,  səmərəli 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
160
vençur  biznesini  yarada  bilmişdir.  Finlandiyada  rəqabət 
qabiliyyətli  postindustrial  iqtisadiyyatın  uğurla  yaradılmasının 
ə
sas  amilləri  –  onun  bürokratiyasının  aşağı  səviyyədə  olması  
dünyada  ən  aşağı  korrupsiyaya  səviyyəsi  və  insan  kapitalının 
ümumi  səviyyəsinin  çox  yüksək  olmasıdır.  Diversifikasiya 
nəticəsində 
Finlandiyanın 
iqtisadiyyatı 
iki 
sektorda 
ixtisaslaşmağa başladı: xammal (meşə sektoru); informasiya və 
kommunikasiya texnologiyaları. 
2.
 
nvestisiya-innovasiya 
strategiyasına 
görə 
ölkələrin təsnifatı. 
nkişaf etməkdə olan ölkələri bir neçə qrupa bölmək olar: 
1.  Yaxın  gələcəkdə,  elmi-texniki  inkişaf  və  əhalinin 
adambaşına  düşən  ÜDM  üzrə  dünyanın  qabaqcıl  ölkələrinə 
yaxınlaşmağı  qarşılarına  məqsəd  qoyan,  o  ölkələrdə  olan 
səviyyə  çatmağı  prioritet  kimi  seçən  ölkələr.  Bura  Cənubi 
Koreya,  Tayvan,  Braziliya,  Meksika,  Çin  və  s.  aiddir.  Bu 
ölkələrin 
strategiyası, 
qabaqcıl 
ölkələrdən 
yüksək 
texnologiyaları əldə edib, onların əsasında öz texnologiyalarını, 
müasir  təhsil  və  elm  sistemlərini  yaratmaq,  ÜDM-ə  nisbətən 
investisiyaların payını əhəmiyyətli dərəcədə artırmaqdır (10%-ə 
qədər).  Bu  ölkələr,  tarixən  qısa  müddətdə,  dünyanın  qabaqcıl 
ölkələrinə  ümumi  və  texnoloji  inkişaf  üzrə  yaxınlaşmağa 
çalışırlar. 
2.  nkişafda  olan  ölkələr.  Bu  ölkələr  xammal,  əmək 
tədarükçüsü  rolu  ilə  kifayətlənərək,  iqtisadiyyatın  industrial 
sektorunun  yaradılması,  adambaşına  ÜDM-in  artımı,  əhalinin 
həyat  səviyyəsi  və  keyfiyyətinin  artımı  ilə  məşğuldurlar 
(Türkiyə,  Misir,  CAR,  Çili).  Bu  qrupa,  Qərb  ölkələrinin 
texnologiyalarından  istifadə  edən  və  onların  müstəqil  işlənib-
hazırlanmasına  cəhd  etməyən  ölkələr  daxildirlər.  Bu  ölkələrin 
strategiyasını  istehlakçılar  cəmiyyətinin  yaradılması  kimi 
müəyyən etmək olar (bu mərhələdən bütün inkişaf etmiş ölkələr 
keçiblər). 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə