Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə32/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
125
 Avropanın  aparıcı  fond  birjaları  London,  Frankfurt  və 
Parisdə  yerləşirlər.  Avropanın  iri  birjalarının  gündəlik 
dövriyyəsi $70 mlrd., kapitallaşma səviyyəsi isə  $5 trln. təşkil 
edir.  Avropada  Londonun  aparıcı  rolu  LIFFE  fyuçers  birjası 
hesabına müəyyən olunur. Bu birjada qiymətli metal və neftdə 
fyuçerslar alınıb satılır.      
Asiyanın iri birjaları Tokio, Honkonq və Seulda yerləşir. 
Asiya  regionu  dünya  iqtisadiyyatının  və  səhm  alğı-satqısının 
1/3 hissəsini təşkil edir. Asiyanın payına dünya neft ticarətinin 
ə
həmiyyətli  payı  düşür.  Orta  və  uzun  müddətli  dövrdə  Çinin 
sürətli  inkişafı  ilə  əlaqədar  Asiya  regionunun  əhəmiyyətinin 
artması gözlənilir.      
Ə
lavələr  
lk  fond  birjası  1611-ci  ildə  Amsterdamda  təsis 
olunmuşdur.  Lakin  tədricən  dünya  maliyyə  mərkəzi  Londona 
keçdi.  XVIII-ci  əsrin  ikinci  yarısında  bir  çox  sazişlər  
qəhvəxanalarda  bağlanırdı,  məsələn,  iri  sığorta  assosiasiya 
“Lloyd”  tarixi    qəhvəxanalarda  başlanmışdır.  1773-cü  ildə 
dilerlər  yığışan  qəhvəxanalardan  biri  “Birja  qəhvəxanası” 
adlanmışdır.  1802-ci  ildə  fond  əməliyyatların  həcmi  o  qədər 
artmışdır  ki,  onların  həyata  keçirilməsi  üçün  xüsusi  binanın 
ayrılması tələb olunub. XVIII-ci əsrin sonunda Avropanın digər 
ölkələrində  birjalar  yaranır,  1878-ci  ilin  15  may  tarixində 
Tokioda fond birjası təsis olunmuşdur. Hazırda bir neçə dünya 
maliyyə mərkəzləri mövcuddur.         
Azərbaycanda qiymətli kağızlar bazarının  yaranması XX 
ə
srin əvvəllərinə təsadüf edir və ilk səhmlər 1913-cü ildə Bakı 
Tacir  Bankının  nizamnaməsi  təsdiq  edildikdən  sonra 
buraxılmışdır.  Bakı  Tacir  Bankının  əsas  səhmdarları 
Azərbaycanın  tanınmış  sahibkarları  -  H.Z.  Tağıyev  (şuranın 
sədri),  üzvləri  M.Ş.Əsədullayev,  M.Nağıyev,  M.Muxtarov  və 
başqaları  (şuranın  üzvləri)  olmuşdur.  XX  əsrin  ilk  iki 
onilliyində  Bakıda  bir  sıra  səhmdar  cəmiyyətləri  fəaliyyət 
göstərmişdir. Bu cəmiyyətlərin əksəriyyəti neft istehsalı, emalı 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
126
və  ticarəti  ilə  məşğul  olurdu.  Onlardan  "Neft  məhsulları 
səhmdar  cəmiyyəti",  "Bülbülə  neft  və  ticarət  səhmdar 
cəmiyyəti", "Balaxanı-Zabrat neft istehsalı səhmdar cəmiyyəti" 
və  digərlərini  qeyd  etmək  olar.  Yeni  Bakı  neft  emalı 
zavodunun,  Bakı  Tacir  Bankının  və  başqa  iri  şirkətlərin 
səhmləri Moskvanın, Sankt-Peterburqun və Rusiyanın digər iri 
şə
hərlərinin fond birjalarında satışa çıxarılırdı. 
Х
IX-XX əsrlərdə Azərbaycanda Rusiyanın iri banklarının 
Bakı  filialları  fəaliyyət  göstərirdi.  Bunlardan  Sankt-Peterburq 
Dövlət  Bankını  (1874-1920),  Sankt-Peterburq  Beynəlxalq 
Kommersiya  Bankını  (KB)  (1868-1920),  Voljsk-Kams  KB-nı 
(1870-1920), Rusiya Xarici Ticarət KB-nı (1871-1919), Rusiya 
Sənaye Ticarət KB-nı (1890-1920), Şimal KB-nı (1901-1910), 
Rusiya  Asiya  KB-nı  (1910-1920),  Azov-Don  KB-nı  (1877-
1920) və s. göstərmək olar. 
Hələ  1900-cu  ildə  "Kaspi"  qəzetində  veksel  islahatı  ilə 
bağlı dərc edilmiş məqalələrdə qiymətli kağızdan geniş istifadə 
olunduğunu  təsdiq  edən  maraqlı  faktlar  öz  əksini  tapmışdır. 
Həmin  dövrdə  Bakı  Tacir  Bankı  ilə  yanaşı,  Bakıda  fəaliyyət 
göstərən digər banklar tərəfindən də veksellər və faiz kağızları 
buraxılmışdır.  Veksellərdən  ödəniş  prosesində  və  borc 
münasibətlərinin 
formalaşdırılmasında 
geniş 
istifadə 
olunmuşdur. 
Veksel 
bazarı 
Azərbaycan 
Demokratik 
Respublikası  dövründə  də  inkişaf  etdirilmiş,  lakin  Sovet 
hakimiyyəti dövründə məhdudlaşdırılmışdır. 
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən 
(1991-ci  il)  sonra,  daha  doğrusu,  1993-cü  ildən  etibarən 
ölkəmizdə  qısa  vaxt  ərzində  iqtisadi  inkişaf  prioriteti  olaraq 
bazar  iqtisadiyyatı  prinsiplərinə  əsaslanan,  sahibkarlığın  və 
sağlam  rəqabət  əsasında  fəaliyyət  göstərən  özəl  təşəbbüslərin 
ə
sas  rol  oynadığı,  eyni  zamanda  dövlətin  tənzimləyici  və 
strateji  inkişaf  funksiyaları  ilə  məhdudlaşdırıldığı  iqtisadi 
münasibətlərin 
və 
iqtisadi 
mühitin 
formalaşdırılması 
istiqamətində  bütün  sahələr  üzrə  zəruri  tədbirlərin  həyata 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
127
keçirilməsinə başlanılmışdır. Belə ki, ölkənin qiymətli kağızlar 
bazarının  yaradılması  və  inkişaf  etdirilməsi  məqsədilə, 
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 
1998-ci  il  9  sentyabr  tarixində  Qiymətli  Kağızlar  haqqında 
Azərbaycan Respublikasının Qanunu təsdiq edilmiş, 1998-ci il 
30 dekabr tarixində isə Azərbaycan Respublikasının Prezidenti 
yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradılmışdır. 
Fəaliyyət 
göstərdiyi 
dövr 
ə
rzində 
Azərbaycan 
Respublikasının  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi 
tərəfindən  qiymətli  kağızlar  bazarının  dövlət  tənzimlənməsi 
sistemi  yaradılmış,  həmçinin  müasir  tələblərə  cavab  verən, 
bazar  münasibətləri  prinsiplərinə  əsaslanan,  eləcə  də,  geniş 
ə
hatəli  infrastrukturu  olan  fond  bazarının  formalaşdırılması 
istiqamətində  zəruri  tədbirlər  görülmüşdür.  Belə  ki,  2001-ci  il 
15 fevral tarixində bir neçə iri bank və maliyyə strukturlarının 
təsisçiliyi  ilə  qiymətli  kağızlar  bazarının  əsas  ticarət 
infrastrukturu  sayılan  Bakı  Fond  Birjası  yaradılmışdır.  Bakı 
Fond  Birjasının  əsas  funksiyası  Azərbaycan  Respublikasının 
qanunvericiliyində  nəzərdə  tutulmuş  bütün  növ  qiymətli 
kağızlar üzrə alqı-satqını (ticarəti) təşkil etməkdən ibarətdir. 
Qiymətli kağızlar bazarının digər mühüm infrastrukturu - 
qiymətli  kağızlar  bazarı  depozitar  xidmətinin  yaradılması  və 
fəaliyyət  göstərməsi  məqsədi  ilə  Azərbaycan  Respublikası 
Prezidentinin  1997-ci  il  14  may  tarixli  Fərmanı  ilə  "Milli 
Depozit  Sistemi  haqqında"  və  "Dövlət  müəssisələrinin 
özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və 
ixtisaslaşdırılmış  çek  investisiya  fondlarının  səhmdarlarının 
reyestrinin  aparılması  qaydaları  haqqında"  Əsasnamələr  təsdiq 
edilmiş  və  1997-ci  il  18  sentyabr  tarixindən  etibarən  Milli 
Depozit 
Mərkəzi 
fəaliyyətə 
başlamışdır. 
Azərbaycan 
Respublikası  Prezidentinin  "Azərbaycan  Respublikasının 
Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 
fəaliyyətinin təmin edilməsi haqqında" 1999-cu il 26 iyul tarixli 
Fərmanının  icrası  ilə  bağlı  1999-cu  il  08  sentyabr  tarixində 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
128
Milli  Depozit  Mərkəzi  yenidən  təsis  edilmiş  və  səhmlərin  tam 
həcmi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə keçmişdir. 
Azərbaycan  Respublikası  Prezidentinin  "Azərbaycan 
Respublikasının  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinin 
yaradılması  haqqında"  2008-ci  il  19  noyabr  tarixli  52  nömrəli 
Sərəncamının  və  "Azərbaycan  Respublikasının  Qiymətli 
Kağızlar  üzrə  Dövlət  Komitəsi  haqqında  Əsasnamənin  və 
Komitənin  Strukturunun  təsdiq  edilməsi  barədə"  2009-cu  il  5 
mart  tarixli  70  nömrəli  Fərmanının  qüvvəyə  minməsi  ilə 
ölkənin  qiymətli  kağızlar  bazarının  yeni  inkişaf  mərhələsi 
başlamışdır. 
(Mənbə:http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Resp
ublikas%C4%B1_Qiym%C9%99tli_Ka%C4%9F%C4%B1zlar
_%C3%BCzr%C9%99_D%C3%B6vl%C9%99t_Komit%C9%
99si) 
 
 
2010-cu ilin 31 dekabrına 20 ən iri birjaların bazar 
kapitalizasiyası (trln. doll) 
1. 
NYSE Euronext — $15,970 
2. 
NASDAQ — $4,931 
3. 
Tokio fond birjası $3,827 
4. 
London fond birjası — $3,613 
5. 
Ş
anxay fond birjası — $2,717 
6. 
Honkonq fond birjası — $2,711 
7. 
Toronto fond birjası — $2,170 
8. 
Bombey fond birjası — $1,631 
9. 
Hindistan milli fond birjası — $1,596 
10. 
San-Paulu fond birjası Бразилия — $1,545 
11. 
Avstraliya qiymətli kağızlar birjası — $1,454 
12. 
Frankfurt fond birjası — $1,429 
13. 
Nordic Stock Exchange Group 
OMX
 ( 
Kopenhagen, Helsinki,  slandiya, Stokholm,  Tallin, Vilnüs) — 
$1,311 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə